ƏZİM-ƏZİM:

əzim-əzim olmaq (əzilmək) шупӀ-шупӀ хьун, тамам шупӀ хьун; кӀус-кӀус хьун, чӀикь-чӀикь хьун.
ƏZİM
ƏZİMƏT
OBASTAN VİKİ
Aydın Əzim
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki A. Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968–1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin müdiri, "Azərbaycantelefilm" yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün "Sonata-poema" əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlər Üzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası — klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997) Simfonik, instrumental əsərlər Piano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996–1998) piano üçün variasiyalar (2001) Müzikllər, operettalar "Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995) Teatr tamaşalarına musiqilər "Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Elşən Əzim
Elşən Əzim (Elşən Baxşeyiş oğlu Əzimov; 28 avqust 1975, Zülfüqarlı, Kəlbəcər rayonu) — Azərbaycan şairi, yazıçısı və pedaqoqu; Azərbaycan Yazıçılar Birliyi (2003) və Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının üzvü. "Söz odası" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == Elşən Əzim 28 avqust 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur. == Yaradıcılığı == 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru işləmiş, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis etmişdir. Azərbaycan ədəbiyyatını Türkiyədə, Qırğızıstanda, Özbəkistanda müxtəlif tədbirlərdə təmsil etmişdir. Şeirləri rus, belarus, bolqar, türk, qırğız, qazax, özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin mətbuatında və şeir antologiyalarında çap olunmuşdur. Eyni zamanda Özbək, Qırğız, Qazax dillərindən Azərbaycan dilinə şeirlər poemalar tərcümə edərək Azərbaycan mətbuatında yayımlamışdır. 2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində düzənlənən "Türkcənin Uluslararası Şeir Şöləni"nin iştirakçısı olub.
Orxan Əzim
Orxan Etibar oğlu Əzimov və ya Orxan Əzim (28 oktyabr 1986, Bakı) — azərbaycanlı fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü (2021). Onun Binəqədi rayonu ərazisində yaşayış binasında baş verən yanğından, Çernobıldan, İraqdan, Hələbdən və Şuşa həbsxanasından lentə aldığı fotolar, keçirdiyi fotosərgilər həm ölkə, həm də dünya mətbuatının diqqət mərkəzində olub. Orxan Əzim 1986-cı il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə A. Məhərrəmov adına 95 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, "Televiziya rejissoru" ixtisası üzrə alıb. 2001-ci ildən fotoqrafiya ilə maraqlanmağa başlayıb. 2007-ci ildən ixtisası üzrə Azərbaycan Televiziyasında rejissor assistenti olaraq işə başlayıb. 2012-ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. Azərbaycanın və dünyanın bir çox yerlərinə səfər edərək daha çox insan hekayələri, təbiət və sosial mövzuları işıqlandırıb. İndiyədək bir sıra beynəlxalq sərgidə iştirak edib.
Əl-Əzim
Əl-Əzim (ər. العظيم) — Allahın adlarından biri. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur! (Şura Surəsi, 4) Allahın böyüklüyü və əzəməti şübhəsiz bir insanın anlayışının çox üstündədir. Lakin insan yenə də öz ağılının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görə bilər, anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız örnəklə doludur. İnsan yalnız içində yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək. Ağırlığı tonlarla olan buludları daşıyan səma, min metrlərlə yüksəyə uzanan dağlar, içlərində milyonlarla növ canlının olduğu dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı… Bunlar və burada sayıla bilməyən saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir. Bir də dünyanın bir az xaricinə çıxıb düşünək.
Əzim Həsənov
Əzim Müzəffərov
Müzəffərov Azim Ələkbər oğlu (1 yanvar 1960, Gərd, Qafan rayonu – 8 mart 1984, Əfqanıstan) — 1982-1984-cu illərdə SSRİ -nin Əfqanıstanda apardığı müharibənin iştirakçısı olmuş azərbaycanlıdır. Müzəffərov Azim Ələkbər oğlu 01.01.1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan SSR ) Qafan rayonunun Gərd kəndində anadan olmuşdur. 1968-ci ildə Qafanda baş vermiş güclü zəlzələdən sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşdür. 1975-ci ildə Saray qəsəbəsinin hal-hazırda onun adını daşıdığı 2 №-li məktəbin 8-ci sinfini nümunəvi davranış, əla və yaxşı qiymətlərlə bitirmişdir. 1975-ci ildə Sovet İttifaqı Qəhrəmanı M. Ələkbərov adına Saray qəsəbə 1№-li orta məktəbin 9-cu sinfinə qəbul olunub, 1977-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ( hal-hazırda Azərbaycan Dillər Universiteti ) qəbul olmuşdur. 1982-ci ildə universiteti İngilis və alman dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Qısa bir müddətdə təyinatla Qərbi Azərbaycanın Qafan rayonunda müəllim işlədikdən sonra könüllü olaraq Hərbi xidmətə getmişdir. 1984-cü il 8 mart tarixində hərbi xidmətinin bitməyinə 2 gün qalmış , ƏDR –da öz beynəlmilləl borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Orta məktəb illərində şeir yazmağa başlamışdır.
Əzim Qeyçisaz
Əzim Qeyçisaz (fars. عظیم قیچی‌ساز‎) İran alpinisti. O, 8000 metrdən hündür bütün zirvələri fəth edən yeganə iranlı alpinistdir. Əzim Qeyçisaz 1981-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 2002-ci ildən aktiv peşəkar alpinizmlə məşğuldur. 2016-cı ildə oksigen və Hi-porterlər olmadan ikinci dəfə Everest zirvəsinə qalxmağı bacarmışdır. 2017-ci ilin may ayının 19-da yerli vaxtla 12:12-də Lhotze zirvəsinə qalxmışdır. Bununla da o, dünyadakı 8000 metrdən hündür 14 zirvənin hamısına dırmana ilk iranlı alpinist olmuşdur.
Əzim xan
Əzim xan (puşt. عظیم خان, hind. अज़ीम ख़ान) — puştun əsilli Kəşmir hakimi. Əzim xan Abdulla xan Alukzaydan (1796–1808) sonra, 1810–1816-cı illərdə Kəşmirin hakimi olmuşdu. Amansızlığı və qəddarlığı ilə tanınırdı.
Əzim Şahmalıyev
Əzim Namiq oğlu Şahmalıyev (20 dekabr 1990; Əlirzalı, Goranboy — 15 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əzim Şahmalıyev 20 dekabr 1990-cı ildə Goranboyda anadan olub. Məktəbi bitirdikdən sonra 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əzim Şahmalıyev Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 15-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Goranboyda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əzim Şahmalıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əzim Əzimzadə
Əzim Aslan oğlu Əzimzadə (25 aprel (7 may) 1880, Novxanı, Bakı qəzası – 15 iyun 1943, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq rəssamı (1927), Əmək Qəhrəmanı (1927). Əzim Əzimzadə 1880-ci ilin may ayında Novxanı kəndində anadan olmuşdur. Atasının etirazına baxmayaraq ibtidai təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur. Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi.
Aydın Əzim Kərimoğlu
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki A. Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968–1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin müdiri, "Azərbaycantelefilm" yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün "Sonata-poema" əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlər Üzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası — klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997) Simfonik, instrumental əsərlər Piano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996–1998) piano üçün variasiyalar (2001) Müzikllər, operettalar "Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995) Teatr tamaşalarına musiqilər "Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Dizac Əzim (Sərab)
Dizac Əzim (fars. ديزج عظيم‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (10 ailə).
Seyid Əzim Şirvani
Seyid Əzim Şirvani (9 iyul 1835, Şamaxı – 20 may 1888, Şamaxı) — XIX əsr Azərbaycan şairi və maarifçisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Seyid Əzim Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim Şirvani haqqında ilk məlumat A.Zaxarov tərəfindən verilmişdir. Qeyd etmək lazımdır ki, 1977-ci ilə qədər Seyid Əzimin müfəssəl tərcümeyi-halı yazılmışdır. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. A.Zaxarovun yazdığına görə Dağıstanda yaşadığı müddətdə Seyid Əzim bir neçə Dağıstan dillərini də öyrənmişdi.
Şah Əbdül Əzim
Şah Əbdüləzim türbəsi — İranın Rey şəhərində yerləşən türbə və Əbdüləzim ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəbanın qəbri. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır. Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir. Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi. İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il. Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.
Əzim kəndi (Şot)
Əzimkəndi (fars. عظيم كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əzim Əzimzadə (1967)
Şah Əbdül Əzim məscidi
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Əzim Əzimzadə (film, 1967)
Əzim Əzimzadənin ev-muzeyi
Əzim Əzimzadənin ev-muzeyi — 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D.Əliyeva küç. 157-də yerləşir. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir. Muzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir: 1. Karikaturalar 2.
Şah Əbdül Əzim məscidində bəst
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir. Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib.
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi

Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani haqqındadır. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əhatə edir. Filmdə şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırır.

Digər lüğətlərdə