GEC

I
нареч.
1. поздно (после обычного, установленного или нужного времени). Gec yatmaq поздно ложиться спать, gec durmaq поздно вставать, gec gəlmək поздно приходить, gec qayıtmaq поздно вернуться; gec olmaz ki? не будет ли поздно?
2. долго, продолжительно. Qoz ağacı gec böyüyür ореховое дерево долго растёт, yara gec sağalır рана долго заживает, gec isinişir kimə, nəyə долго привыкает к кому, к чему
II
предик. Gecdir поздно. artıq gecdir уже поздно, hələ gec deyil пока не поздно
◊ gec gəlib, tez öyrənən из молодых, да ранний; gec olmayaraq не позднее; gec də olsa … хотя и поздно; vaxtından gec с опозданием; gec olmasına baxmayaraq: 1. несмотря на поздний час; 2. несмотря на то, что поздно
GEBRAİZM
GEC-GEC
OBASTAN VİKİ
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Dneprdə aylı gecə
Dneprdə aylı gecə (rus. Лунная ночь на Днепре) — rus peyzaj rəssamı Arxip Kuinci (1842—1910) tərəfindən 1880-ci ildə çəkilmiş rəsm.
GECF
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər. Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
Gecə reysi (film, 2005)
Gecə reysi (ing. Red Eye) — 2005-ci ildə istehsal olunmuş ABŞ filmidir. Bir-birindən xəbərsiz olan iki nəfər aeroporta gəlirlər və bir-birinə simpatiya hissi bəsləyirlər. N1019 reysi gəlir və onlar samolyot ilə uçmağa başlayırlar. Liza Rizert uçmaqdan bərk qorxur. Onun simpatiya hissi keçirdiyi Cekson Rippner əslində killerdir. Cekson onun atasını öldürmək hədəsi ilə gələrək Lizanın əli ilə məşhur biznesmeni öldürməlidir. Liza samolyotda olduğuna görə onun hal-hazırda başqa çıxış yolu qalmayıb... Rəsmi sayt Gecə uçuşu — Internet Movie Database saytında.
Gecə söhbəti (film, 1971)
Gecə uçuşu (film, 2005)
Gecə reysi (ing. Red Eye) — 2005-ci ildə istehsal olunmuş ABŞ filmidir. Bir-birindən xəbərsiz olan iki nəfər aeroporta gəlirlər və bir-birinə simpatiya hissi bəsləyirlər. N1019 reysi gəlir və onlar samolyot ilə uçmağa başlayırlar. Liza Rizert uçmaqdan bərk qorxur. Onun simpatiya hissi keçirdiyi Cekson Rippner əslində killerdir. Cekson onun atasını öldürmək hədəsi ilə gələrək Lizanın əli ilə məşhur biznesmeni öldürməlidir. Liza samolyotda olduğuna görə onun hal-hazırda başqa çıxış yolu qalmayıb... Rəsmi sayt Gecə uçuşu — Internet Movie Database saytında.
Gecə vaxtı doğuş
Gecə vaxtı doğuş və ya Gecə doğuşu (ing. Nativity at Night və ya ing. Night Nativity) — London Milli Qalareyasında saxlanılan Gertgen tot Sint Yans tərəfindən təqribən 1490-cı ildə çəkilmiş Erkən Niderland dövrü rəsmidir. O, palıd üzərində yağlı boya rəssamlığı üslubunda çəkilmiş dəzgah rəsmidir və ölçüləri 34×25,3 santimetrdir. Rəsm mələklərin də iştirak etdiyi İsanın doğulmasını və rəsmin mərkəzindəki pəncərədən görünən dağ ətəyində Çobanlara müjdəni təsvir edir. Bu dindarlıq istifadəsi üçün çəkilmiş kiçik bir şəkil idi və Huqo van der Qusun təqribən 1470-ci ilə aid itirilmiş işinin kiçik dəyişikliklər edilmiş Gertgen versiyası idi.
Gecə yarı (mahnı)
Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.
Gecə yarısı qətl
Gecə yarısı qətl — İsa Nəcəfovun Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun qətlinə və 1994–1995-ci il hadisələrinə həsr olunmuş povesti. Kitabın təqdimat mərasimi 2002-ci il iyulun 9-da "Gülüstan" sarayında keçirilmişdir. Sənədli faktlar əsasında siyasi detektiv janrında yazılmış kitab iki görkəmli dövlət xadiminin – respublika Ali Sovetinin sədr müavini Afiyəddin Cəlilovun və Prezidentin yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun qətlə yetirilməsindən, habelə DİN-in xüsusi təyinatlı polis dəstəsinin Baş Prokurorluğa basqınından, 1994-cü ilin oktyabrı və 1995-ci ilin martındakı dövlət çevrilişi cəhdlərindən bəhs edir. Bir anın həqiqəti (film, 2003) Mehri Hüseynova. "Gecə yarısı qətl "Nağıllar Evi"nin məhsuludur" ( (az.)). azadliq.info. 2011-08-16. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
Gecə yarısının xatirələri
Gecə yarısının xatirələri (ing. Memories of Midnight) — Sidni Şeldonun 1990-cı ildə yazdığı roman.
Gecə yarısının özgə tərəfi
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — Sidni Şeldonun 1973-cü ildə yazdığı romandır.
Gecə yarısının özgə tərəfi (film, 1977)
Gecə yarısının özgə tərəfi (ing. The Other Side of Midnight) — 1977-ci ildə çəkilmiş ABŞ filmidir. Gecə yarısının özgə tərəfi — Internet Movie Database saytında.
Gecə yazısı
Gecə yazısı — Qaranlıq mühitdə qarşılıqlı yazılı ünsiyyəti təmin edən relyefli şrift. Gecə yazısı Napoleon Bonapart dövründə xidmət etmiş fransız əsgərlərinin qaranlıq şəraitdə pıçıldaşmadan, işıq yandırmadan bir toxunuşa məlumatları bir-birlərinə ötürə bilmələri üçün Carls Barbier tərəfindən yaradılmışdır. Gecə yazısının gözdən əlil şəxslər üçün yaradılmış forması isə 1821-ci ildə Luis Brayl tərəfindən tərtib edilmişdir. Həmin yazı forması yaradıcısının adına uyğun olaraq Brayl əlifbası adlandırılmışdır.
Gecə əsnasında
Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Gecəgörmə cihazı
Gecəgörmə cihazı — obyektləri onların məxsusi və ya əks etdirdiyi istilik (infraqırmızı – İQ) şüalanmasına görə qaranlıqda, yaxud zəif işıqlandırılmış şəraitdə tapmaq və müşahidə etmək üçün cihaz. İş prinsipi obyektin İQ şüalardakı təsvirinin görünən təsvirə çevrilməsinə əsaslanır. Gecəgörmə cihazlarının əsasını İQ şüaların qəbuledicisi, gücləndirici və təsvirin vizuallaşdırılma qurğusu funksiyalarını yerinə yetirən fotoelektron cihaz təşkil edir. Mənbədən (işıqlanan gecə səması, ulduzlar, ay və s.) gələn şüalar obyektdən əks olunaraq gecəgörmə cihazının obyektivinə düşür və obyektin gözlə görünməyən təsvirini ("portretini") yaradır; bu "portret" qəbuledicidə görünən təsvirə çevrilir. Passiv (təbii gecə işığında işləyir) və aktiv (adətən, İQ diapazona yaxın işıqlandırma ilə işləyir) gecəgörmə cihazları olur. Elektron-optik çevirici və ya onun analoqu – fotohəssas inteqral sxem əsasında hazırlanan gecəgörmə cihazları daha geniş yayılmışdır. Konstruktiv cəhətdən gecəgörmə cihazları monokl, binokl, müxtəlif silahların nişangahı, eynəklər, həmçinin fotokamera və videokamera şəklində hazırlanır; enerji mənbəyi kimi akkumulyatorlar işlədilir. Bütün gecəgörmə cihazları tozdan və nəmdən qoruyan hermetik zərbəyədavamlı gövdəyə malikdir. Gecəgörmə cihazları, əsasən, hərbi və kəşfiyyat aparatlarında, həmçinin ov, xilasetmə əməliyyatları, gecə foto və video çəkilişləri, görünmə dərəcəsi aşağı olan şəraitlərdə gəmi və avtomobillərin idarə olunması zamanı tətbiq edilir.
Gecəgözlü
Gecəgözlü — Azərbaycan Respublikasının Füzuli rayonunda kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Gecəgözlü Füzuli rayonunun Aybasanlı inzibati ərazi vahidində kənd. Dağətəyi düzənlikdədir. Oykonim Qarabağda yaşamış Cavanşir elinə mənsub gecəgözlü tirəsinin adını əks etdirir. Etnotoponimdir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Gecələr keçir (mahnı)
Gecələr sənsiz (mahnı)
Gecənin havadarlığı (film, 2016)
Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea Reysboro və Maykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır. Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür. Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir. Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. Gecəniz xeyrə qalsın, uşaqlar!
Gecəqondu milyonçusu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb. Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Gecəqondudan olan milyonçu
Xarabalıqdan çıxmış milyonçu (ing. Slumdog Millionaire) — hindistanlı yazıçı Vikas Svarupun "Q & A" romanı əsasında 2008-ci ildə çəkilmiş Böyük Britaniya filmi. Bu filmdə Mumbayın yoxsul məhəlləsindən olan Camal Malik adlı gənc oğlan “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 2 milyon rupi qazanaraq insanları heyrətə gətirir. Dələduzluq ittihamları ilə üzləşən Camal, polisə keşməkeşli acı həyat hekayəsini bölüşür. Denni Boylun rejissorluq etdiyi bu filmin baş rolunda İngiltərə aktyoru Dev Patel çəkilmişdir. Film Hindistanda lentə alınıb. Xarabalıqdan olan milyonçu — Internet Movie Database saytında.
Gecəyarı günəşi (roman)
Gecəyarı günəşi (ing. Midnight Sun) — yazıçı Stefani Mayerin 2005-ci ildə yazdığı Alatoran romanının 2020-ci ildə nəşr olunan kompanion romanıdır. Əsərdə Alatorandakı hadisələr Bella Svon yox Edvard Kallenin dilindən nəql edir. Meyer bildirmişdirki Alatoran Edvardın dilindən yazmağı istədiyi yeganə kitabdır. Edvard obrazının yaxşı dərk edilməsi üçün çəkilişlər zamanı Meyer Alatoranın rejissoru Ketrin Hardvik və Edvardı canlandıran Robert Pattinsona romanın hələ o vaxt tamamlanmış bəzi hissələrini oxumaq üçün vermişdi. Roman 4 avqust 2020-ci ildə nəşr olundu. 28 Avqust 2008-ci ildə Meyer internetdə tamamlanmamış on iki fəslin sızmasından sonra romanın yazısını dayandırdı. O, "Əgər indi Gecəyarı günəşi yazmağa çalışsaydım, indiki düşüncəmə əsasən Ceyms çox güman ki, qalib gələcək və bütün Kallenlər öləcəkdi ki, bu da orijinal hekayəyə uyğun gəlməyəcəkdi. Buna görədə baş verənlərlə əlaqədər pis oldum və romanı hələlik təxirə saldım."[6] O, sızmış on iki hissədən ibarət qaralama hekayəni öz veb saytında yayımladı. Meyer sızmanın pis məqsədlə olduğuna inanmadığını və ad verməyəcəyini bildirdi.
Gecəyarısı Ekspresi (film, 1978)
Gənc amerikalı turist Billi Heyz sevgilisi Syuzan ilə Türkiyəyə tətilə gəlir. Heyz dostlarına satıb pul qazanmaq üçün ölkəsinə qayıdarkən özü ilə iki kiloqram xaşxaş götürməyə çalışır. İntiharçı kimi bədəninə yerləşdirdiyi kiçik narkotik paketləri təyyarəyə minərkən ani təhlükəsizlik axtarışından sonra polis tərəfindən tapılır və onun İstanbul Sağmalcılar Həbsxanasında həbs həyatı başlayır. 2004-cü ilin dekabrında Türkiyəyə səfəri zamanı kitabdan uyğunlaşdırılmış filmin ssenari müəllifi Oliver Stoun çəkiliş zamanı yazdıqlarını həddindən artıq dramatikləşdirdiyini etiraf edib və üzr istəyib. Billi Heyz film haqqında danışarkən filmin reallığı əks etdirmədiyini və filmdə göstərilən Türkiyə imicinə görə peşmanlıq hiss etdiyini bildirib.
Gecəyarısı Şahinləri
Gecəyarısı Şahinləri (ing. Midnight Hawks) Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1997-ci ildə qurulmuşdur. Uçuşlar üçün BAE Systems Hawk təyyarələri istifadə olunur. Təyyarələrin xüsusi dizaynı yoxdur.

Digər lüğətlərdə