TAĞ

1. свод, перемычка; 2. арка; 3. куст (дыни, огурца и пр.);
TAFLAN
TAĞALAQ
OBASTAN VİKİ
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Tağ (beyin)
Tağ lat. fornix müxtəlif sinir liflərindən təşkil olunmuş qövsi zolaq şəklində törəmə olub döyənək cisim altında yerləşərək, məməciyəbənzər cismi dənizatıyanı qırışığı qırmağı ilə birləşdirir. O, lat. columna fornicis adlanan sütun vasitəsilə məməciyəbənzər cisimdən başlayaraq qövsi istiqamətdə görmə qabaraltından yuxarıya doğru qalxır və III mədəciyin ön-yan divarı ilə gedərək mədəciklərarası dəliyin önünə və beynin ön bitişməsinin aşağı səthinə çatır; burada döyənək cisim kötüyünün ön səthinə keçərək dogər tərəfdəkitağın eyni hissəsi ilə birləşir və tağ cismini lat. corpus fornicis əmələ gətirir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Tağ (termin)
Tağ (rus. свод, ing. arch) — en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. == Tikilməsi == Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir. Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir.
Mərmər tağ (London)
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Pərviz Tağıyev
Pərviz Hafiz oğlu Tağıyev (22 mart 1990; Mingəçevir, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərviz Tağıyev 1990-cı il martın 22-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Tağıyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Onun nəşi uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Qara Tağızadə
Tağızadə Qarasim Əbdülhəsən oğlu və ya Qara Tağızadə (1946, Jdanov – 4 mart 2018, Bakı) — diktor, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Qarasim Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra radioda diktorlar şöbəsinə rəhbərlik edib. 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. Qarasim Tağızadə 2018-ci il mart ayında vəfat etmişdir. == Mükafatları == 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
Qarasim Tağızadə
Tağızadə Qarasim Əbdülhəsən oğlu və ya Qara Tağızadə (1946, Jdanov – 4 mart 2018, Bakı) — diktor, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Qarasim Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra radioda diktorlar şöbəsinə rəhbərlik edib. 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. Qarasim Tağızadə 2018-ci il mart ayında vəfat etmişdir. == Mükafatları == 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Rafiq Tağı
Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011, Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq. == Həyatı == Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981–1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972–1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974–1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979–1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983–1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. == Həbs olunması == 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdır. == Ölümü == 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb.
Rahim Tağıyev
Rahim Tağıyev (10 noyabr 1979, Mingəçevir – 10 iyul 2016, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Rahim Tağıyev 10 noyabr 1979-cu ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanmışdır. 1999-cu ildə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndərilmişdir. Məktəbi tankçı ixtisası ilə bitirmişdir. Daha sonra hərbi hissədə vəzifəsinə başlayaraq tank komandiri vəzifəsinə qədər yüksəlmişdir. Qüsursuz xidməti dövründə hərbi komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Rahim Tağıyev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşdu. Həmin döyüşlərdə başından qəlpə yarası alan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında koma vəziyyətində oldu.
Ramid Tağıyev
Ramid Yaqub oğlu Tağıyev (25 fevral 1994; Daşkəsən rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramid Tağıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramiq Tağıyev
Ramiq Teymur oğlu Tağıyev (30 oktyabr 1998; Lerik rayonu, Azərbaycan — 08 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramiq Tağıyev 1998-ci il oktyabrın 30-da Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramiq Tağıyev noyabrın 10-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Lerik rayonunun Kəlvəz kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiq Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rasim Tağıyev
Rasim Məhəmməd oğlu Tağıyev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tağıyev Rasim Məhəmməd oğlu 1969-cu ilin yanvarında Gədəbəy rayonunun Düzrəsullu kənd İƏV-i nümayəndəliyi Göyəlli kəndində dünyaya göz açıb. 1976-cı ildə Zamanlı kənd orta məktəbinə daxil olub və həmin məktəbi 1987-ci ildə bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Qayıtdıqdan sonra, ermənilərin torpaqlarımıza təcavüzü onun 1990-cı ildə könüllü olaraq döyüşlərə qatılmasına səbəb oldu. === Ölümü === Gədəbəy bölgəsində gedən döyüşlərdə bir ildən artıq iştirak edən Rasimin son döyüşü 1992-ci ilin avqust ayının 30-da Hörükdaş əməliyyatı zamanı oldu. O, bu döyüşdə də böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldı.
Rasim Tağıyev (yazıçı)
Rasim Hümmət oğlu Tağıyev - ədəbiyyatşünas, tənqidçi, mətnşünas, biblioqraf, 1976-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1967). == Həyatı == 1938-ci il iyunun 25-də Azərbaycanın Ağcabədi rayonunun Xəlfərəddin kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1962). === Təhsili === Xəlfərəddin kənd orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1962). Azərtədrisnəşrdə, Azərnəşrdə korrektor olmuşdur (1962-1964), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. “Azərbaycan sovet ədəbiyyatının inkişafında “İnqilab və mədəniyyət” jurnalının rolu (1932-1934-cü illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İnstitutda kiçik elmi işçi (1967-1973), baş elmi işçi vəzifələrində işləmişdir (1973-1987). == Fəaliyyəti == 1956-cı ildən ədəbi fəaliyyətə başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış etmiş, mətnşünaslıq və biblioqrafiya sahəsində ciddi fəaliyyət göstərmişdir: Məmməd Aranlının “Cəbhə gündəliyi” (B., Gənclik, 1975), Əli Nazimin “Seçilmiş əsərləri” (B., Yazıçı, 1979), Nikolay Tixonovun “ Azərbaycan dəftəri” (B., Yazıçı, 1979), Hənəfi Zeynallının “Seçilmiş əsərləri” (B., Yazıçı, 1983) kitablarını tərtib edib ön söz yazmışdır. “Azərbaycan” jurnalı biblioqrafiyası (1923-1972-ci illər)” (B., Elm, 1973), “M. S. Ordubadi (1872-1972)” (B., Elm, 1975) biblioqrafiyası onun zəhmətinin bəhrəsidir.
Rauf Tağıyev
Rauf Mürsəl oğlu Tağıyev — Azərbaycan alimi, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Rauf Mürsəl oğlu Tağıyev 10 may 1954-cü ildə Qərbi Azərbaycanın Qafan rayonunun, Açağu kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsin bitirib. Ailəlidir, 3 oğlu, 6 nəvəsi var. == Əmək fəaliyyəti == 1975–1978 — Azərbaycan Elmlər Akademiyası, elmi işçi 1978–1980 — Azərbaycan Rabitə Nazirliyi Hesablama Mərkəzi, qrup rəhbəri 1980–1986 — Azərbaycan Dövlət Universitetinin Hesablama mərkəzi; riyaziyyatçı 1986–1992 — Azərbaycan Dövlət Universiteti, Tətbiqi riyaziyyat fakültəsinin Riyazi-fiziki tənlikləri kafedrasında baş müəllim 1992–1993 — Azərbaycan Milli İstiqlal partiyası, sədrin köməkçisi – sədr aparatının rəhbəri, təşkilat şöbəsinin müdiri 1993–1996 — Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakültəsi, Ali riyaziyyat kafedrası, baş müəllim 1996–2013 — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiə Nazirliyi, kollegiyanın məsul katibi, məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini və rəisi 2014–2018 — "Azərsu" ASC, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi 1997-ci ildən Bakı Dövlət Universiteti, Ali riyaziyyat kafedrası, indiyədək baş müəllim. == Elmi – təşkilati fəaliyyəti == 1976 — SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda tədqiqatçı. 1980–1984 — Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Memarlıq və İnşaat Universiteti) – dissertant.
Reyhan Tağıyeva
Reyhan Qəmbər qızı Tağıyeva (21 mart 1910, Tiflis – 29 noyabr 1973, Kirovabad) — Gürcüstan SSR əməkdar artisti, Gəncə Dram Teatrının aktrisası. == Həyatı == Reyhan Tağıyeva 21 mart 1910-cu ildə Tiflisdə dünyaya gəlib. Burada gimnaziya tipli məktəbdə ibtidai təhsil alıb. Bu illərdə Tiflisdə qadınlar klubunda qızların dram dərnəyi fəaliyyət göstərib. Məhz 15 yaşında olarkən ilk dəfə olaraq bu dərnəkdə Üzeyir Hacıbəylinin "Məşədi İbad" və "Arşın mal alan" komediyalarında Qoçu Əsgər və Soltan bəy obrazlarında çıxışlar edib. Qeyd etmək lazımdır ki, həmin dövrdə Tiflis Azərbaycan Teatrının məşhur truppaları birləşərək 1922-ci ildə dövlət teatrı kimi fəaliyyət göstərib. 1927-ci ildə daha da möhkəmlənən aktyor truppası kimi fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram Teatrına Mirzəli Abbasov və İbrahim İsfahanlının dəvəti ilə Reyhan Tağıyeva aktrisa olaraq gəlib. İyirmi illik səhnə fəaliyyəti dövründə bu teatrın səhnəsində bitgin obrazlar qaleriyası yaradan Reyhan Tağıyeva 1947-ci ildə Gürcüstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisa məhz bu teatrın səhnəsində Cəfər Cabbarlının "Yaşar"ında Tanya, "Od gəlini"ndə Gülgün, "Almaz"ında Yaxşı, Hüseyn Cavidin "Knyaz"ında Ana, Üzeyir Hacıbəylinin "Arşın mal alan"ında Telli, Sabit Rəhmanın "Toy"unda Zalxa, Rza Şahvələdin "Dağlılar"ında Ana, Heydər İsmayılovun "Koroğlu"sunda Gülsənəm, Rəsul Rzanın "Vəfa"sında Ülkər xala, Süleyman Rüstəmin "Qaçaq Nəbi"sində Leyla, Konstantin Trenyovun "Düşmənlər"ində Baronesa, Tur qardaşları və Lev Şeyninin "Üzləşdirmə"sində Vera, Konstantin Simonovun "Vətən oğlu"nda Yasəmən obrazlarını böyük sevgi və məhəbbətlə yaratmağa müvəffəq ola bilib. Tiflis Dövlət Azərbaycan Dram Teatrı 1947-ci ildə fəaliyyətini dayandırıb.
Roza Tağıyeva
Roza Murtuza qızı Tağıyeva — Azərbaycan televiziya diktoru, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Roza Murtuza qızı Tağıyeva 1942-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Tağıyev Murtuza Allahverdi oğlu əslən Ağcabədinin Mehrablı kəndindəndir. Prokurorluq orqanlarında çalışdığından həmin illərdə Ağcabədidə, sonra isə Tərtər rayon Prokurorluğunda müstəntiq işləmişdir. Roza Tağıyeva 1949-cu ildə Tərtər rayonunda orta məktəbin birinci sinfinə getmiş, orta təhsilini 1959-cu ildə tamamlamışdır. Elə həmin il Azərbaycan Dövlət Xarici Dillər Universitetinin (keçmiş Azərbaycan Dillər İnstitutunun) Rus dili fakültəsinə daxil olmuşdur. Ancaq orta məktəb illərindən həmişə tədbirlərdə bədii qiraətlə çıxış etməsi, natiqlik qabiiliyyəti gənc Rozanın həyat fəaliyyətini başqa səmtə yönəldir. 1962-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkəti tərəfindən keçiirilən diktor müsabiqəsində Roza Tağıyeva uğur qazanır. Ona görə də üçüncü kursdan diktor kimi Dövlət Televiziya və Radio Komitəsində işə qəbul olunur. Həmin vaxtdan bu vaxta kimi Roza Tağıyeva yenə də Azərbaycan Dövlət Teleradio Şirkəti ilə əməkdaşlıq edir.
Ruslan Tağıyev
Ruslan Fuad oğlu Tağıyev (12 iyun 1982, Azərbaycan – 4 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Tağıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olundu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Rövşən Tağıyev (iş adamı)
Rövşən Tağıyev — Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı.
Röya Tağıyeva
Röya Seyfəddin qızı Tağıyeva — Əməkdar Mədəniyyət işçisi, "Şöhrət" ordenli, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin keçmiş rəhbəri, professor, sənətşünaslıq elmləri doktoru. == Həyatı == Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır. == İş təcrübəsi == 1967–1972-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kiçik elmi işçisi 1972–1978-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin böyük elmi işçisi 1978–1979-cu illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi 1979–1982-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-tədqiqat şöbəsinin müdiri 1982-ci ildə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-ekspozisiya şöbəsinin müdiri 1982–2016-cı illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru 2010-cu ildən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri 2016-cı ildən "NUR Art House" qalereyasının direktoru == Elmi nəşrlər və publikasiyalar == Xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğatına həsr olunmuş 200-dən çox elmi əsərin, konsepsiyalar və layihələr, elmi-sənədli filmlərin ssenarisi, dərsliklər, və d. müəllif olduğu nəşrlərin sırasında rus, ingilis, çex, ərəb, fransız dillərdəmonoqrafiyalar, kitablar — "Декоративно-прикладное искусство Азербайджана" (rus dilində — 1986), "Сюжетные ковры Азербайджана" (rus dilində — 1988), "Ковровые образы Низами" (rus dilində — 1991), "Azərbaycan xalçası" (azərbaycan və ingilis dilində — 1999), "Lətif Kərimov fenomeni" (2006), "Azərbaycan xalçası məişətdə" (2006), "Az Azerbajdzsani szönyeg" (macar dilində-2011), " السجادةالأذربيجانية " (ərəb dilində-2011), "The land of the eternal fire Tradition of the Azerbaijani Carpet " (ingilis dilində — 2012), "Nizami obrazları xalçalarda" (miniatür kitab–2013), "Azərbaycan Xalçası Ensiklopediyası"(I cild-2015),"Azərbaycan Xalçası Ensiklopediyası"(II cild-2015), "Azerbaijani Carpet Encyclopedia"(ingilis dilində-2017) və s. == Təşkilatlarda üzvülük == 1988-ci ildən — Azərbaycan Rəssamlar İttifaqının üzvü 1992–2016 — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində ekspert komissiyasının sədri 1993–2016 — Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin prezidenti (ICOM/ YUNESKO); 2005–2015 — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü 2000-ci ildən — "Hərbi münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının həyata keçirilməsi üzrə Dövlət Komissiyasının üzvü 2001-ci ildən — Vaşinqton "Tekstil Muzeyi"- nin üzvü 2002–2004 — Açıq Cəmiyyət İnstitutu — Azərbaycan Yardım Fondunun eksperti 2003-cü ildən — Avropa Tekstil Şəbəkəsinin üzvü 2010-cu ildən — "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin təsisçisi və bu günədək sədri 2010-cu ildən — Beynəlxalq Rəssamlar Fondunun üzvü 2010-cu — YUNESKO/MFQS "XXI əsrin muzey idarəetməsi" proektində beynəlxalq eksperti 2011-ci ildən — ICOC -un (Şərq Xalçaları üzrə Beynəlxalq Komitəsinin) üzvü 2011-ci ildən — Avropa Muzeylər Forumunun Milli Koordinatoru 2013-cü ildən — ICOM-un Asiya — Sakit Okean Regionu üzrə Birliyinin (ASPAC) İdarə Heyətinin üzvü.
Röyal Tağıyev
Röyal Tağı oğlu Tağıyev (13 may 1995, Qubalıbalaoğlan, Hacıqabul rayonu – 6 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Tağıyev 13 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub. == Hərbi xidməti == Röyal Tağıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Röyal Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılın azad edilməsi zamanı vuruşaraq həlak olmuşdur. Röyal Tağıyev Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəfail Tağızadə
Rəfail Tağızadə (azərb. Rəfail Alı oğluTağızadə‎; 11 fevral 1958, Sofulu, Ağdam rayonu) — şair, publisist, Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı (2006), Ümid Partiyası Ali Məclisinin sədri, “Ədəbi ovqat” dərgisinin təsisçisi, Prezident təqaüdçüsü (2011). == Həyatı == Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == Rəfail Alı oğlu Tağızadə müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib. Ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunub. "Qapı" (2004) və "Qarabağ rüzgarları" (2009), "Gecə xəyalları" (2013), “Su üzərində bahar (2019)” şeir kitablarının müəllifidir. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabının tərtibçisi və redaktorudur.
Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi
Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyi — Masallı rayonunun Hişkədərə kəndində yerləşən muzey. Muzeyin direktoru Əntiqə Tağıyevadır. == Tarixi == Muzey 1952-ci ildən fəaliyyət göstərir. Muzey bu kəndin tanınmış ziyalısı, Əməkdar müəllim, hazırda adı bu muzeyə verilmiş Rəhim Tağıyevin şəxsi təşəbbüsü və misilsiz əməyi ilə yaradılmışdır. 15 il ictimai əsaslarla — Hişkədərə kənd məktəbinin muzeyi kimi fəaliyyət göstərdikdən sonra onun üçün 1975-ci ildə ayrıca bina tikilmişdir. Məktəb muzeyində olan eksponatlar həmin binaya köçürülmüş və bundan sonra muzey artıq ölkəşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli, 283 nömrəli qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 16 sentyabr 1977-ci il tarixli, 299 nömrəli əmri ilə muzey dövlət statusu almış və Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən muzey onu yaradanının — Rəhim Tağıyevin adını daşıyır. Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun tanınmış ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. == Muzeyin eksponatları == Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir.
Rəsul Tağıyev
Rəsul Afiq oğlu Tağıyev (18 avqust 1976) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətlə işlər üzrə rəis müavini, Çevik Hərəkət Qüvvələrinin sabiq komandanı, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri, Vətən müharibəsi iştirakçısı. == Hərbi xidməti == Rəsul Tağıyev 1976-cı il avqustun 18-də Azərbaycan SSR-də anadan olub. Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib — biri 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda polkovnik hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda general-mayor ali hərbi rütbəsində. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli Sərəncamına əsasən kapitan Rəsul Tağıyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Sərhəd Qoşunlarının yaradılmasının 86-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2005-ci il tarixli Sərəncamına əsasən mayor Rəsul Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamına əsasən polkovnik-leytenant Rəsul Tağıyev "İgidliyə görə" medalı ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli 3099 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdiyi yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli 2274 nömrəli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2018-ci il tarixli Sərəncamına əsasən polkovnik Rəsul Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
Rəşad Tağıyev
Rəşad Ənvər oğlu Tağıyev (1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı. == Həyat və fəaliyyəti == Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007–2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013–2015-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015–2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Təhsil nazirinin 2020-ci il 11 dekabr tarixli əmri ilə vəzifəsindən azad edilərək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Sadiq Tağıyev
Sadiq Rza Oğlu Tağıyev (5 sentyabr 1959, Əyyublu, Tovuz rayonu) — Ukraynada Çerniqiv vilayəti üzrə Apelyasiya Məhkəməsinin sabiq sədri, Luqansk vilayətinin Ali Məhkəmə sədrinin sabiq birinci müavini, hüquq elmləri doktoru. == Həyatı == 1959-cu ilin sentyabr ayının 5-də Azərbaycanın Tovuz rayonunun Əyyublu kəndində anadan olub. == Təhsili == 1977-ci ildə Ukraynanın Donetsk Tibb İnstitutunu bitirən Sadiq Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu, 1987-ci ildə Ukrayna Xarkiv Universitetində hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1985-ci ildə Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Ukraynanın Luqansk vilayətində polis idarələrində işləyib. 1987-ci ildə Ukraynanın Xarkiv Universitetində hüquq fakültəsini bitirən Sadiq Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifələrdə, o cümlədən 2010–1018-ci illərdə Ukraynanın Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri vəzifəsində işləyib. O, Çerniqiv vilayəti Apelyasiya Məhkəməsi sədri olmazdan öncə Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini vəzifəsində çalışıb. Ukraynanın əməkdar hüquqşünası rütbəsinə layiq görülüb. Hazırda elmi və pedagoji fəaliyyət göstərməkdədir. === Elmi fəaliyyəti === Sadiq Tağıyev "İstintaq zamanı telefon dinləmələrinin qaydaları" mövzusu üzrə elmi tətqiqatı nəticəsində hüquq elmlər doktoru dərəcəsinə nail olub.
Sarı Tağı
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı. == Həyatı == === Erkən dövr === Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb.
Sarı Tağı məscidi
Sarı Tağı məscidi (fars. مسجد ساروتقی‎) — Səfəvilər dövrü memarlıq abidəsi. Hal-hazırda İsfahan ostanında Həsənabad şəhərində yerləşir. Səfəvi imperiyasında səfərdə olan fransız səyyah Şarden buranı İsfəhanın ən gözəl sarayı adlandırmışdı. Sarı Tağının ölümündən sonra bir müddət şahın əmri ilə şəhər valisinin evi kimi fəaliyyət göstərmişdir. == Haqqında == Qurucusu ilə məşhur olan Sarı Tağı məscidi Həsənabad darvazasının yaxınlığında yerləşir. Sarı Tağı 1633-cü ildən öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629–1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri olmuşdur. Məscid kompleksi də məhz onun adı ilə bağlıdır. Sarı Tağının sağlığında inşa edilən məscidin portal kitabəsində onun adı və hicri 1053-cü il tarixi həkk olunmuşdur. Məscidin fərqli cəhəti günbəzin daxili və xarici bəzəklərinin rəngarəngliyidir.
Sayalı Tağıyeva
Tağıyeva Sayalı Abdulla qızı (1920, Şuşa – 2013, Bakı) — tibb e.d. (1969), prof. (1969). == Həyatı == Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1942). 1942-ci ildən Tibb İnstitutunıın daxili xəstəliklərin hospital-terapiya kafedrasında ordinator, 1944-cü ildən assistent, 1955-ci ildən dosent, 1969-cu ildən professor olmuşdur. 1980-ci ildən 1992-ci ilə qədər pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri işləmiş, 1992-ci ildən isə kafedranın professorudur. 130-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 metodiki vəsait, 2 ixtira və s. müəllifidir. Bəstəkar Elnarə Dadaşovanın anasıdır.

Значение слова в других словарях