A-FORFE

is. \[fr. a forfait "hüquqdan imtina"\] mal. 1) dəyəri azalma hüququ olmayan köçürmə veksellərinin köməyi ilə beynəlxalq ticarətin maliyyələşdirilməsi; 2) öncədən şərtləşdirilmiş ödəniş; 3) vergiqoymada: dəqiq mühasibat üçotu aparılmayan şəraitdə vergi orqanlarının əvvəlcədən müəyyənləşdiryi mənfət vergisi.
A-KONTO
OBASTAN VİKİ
A
A yaxud a — çağdaş Azərbaycan əlifbası kimi Yer üzündəki bir çox dildə işlədilən latın əlifbasının ilk hərfi. Azərbaycan dilində hərfə a adı verilib (oxunuşu: /ɑ/). Formaca törədiyi əski yunan əlifbasının alfa hərfi və habelə bu əlifbadan törəyən kiril əlifbasının A hərfi ilə oxşayır. Hərfin böyük versiyasının görünüşü ortasından üfüqi xətt keçən bir nöqtədən çəkilmiş iki əyri xətt kimidir. Kiçik a hərfi isə iki cür yazılır: ikiqatlı a və birqatlı ɑ. Birinci görünüş, əsasən, çap yazısında, ikincisi isə, əsasən, əl yazısında və əl yazısı əsaslı şriftlərdə istifadə olunmaqdadır. Α α : yunan hərfi olan Alfa А а : kirill əlifbasının A hərfi Ɑ ɑ : latın hərfi olan Alfa və yaxudda əlyazma hərfi A (yada ki: A a) ɐ : kiçik A hərfinin çevrilmiş forması , hansıki Beynəlxalq fonetika əlifbasında açığ mərkəzi sait kimi istifadə olunur ∀ : çevrilmiş A, "Birinci qaydanın məntiqində" (ing. First-order logic) ümumiliy kvantorunu təsvir etmək üçündü. ª : Sıra indikatoru Æ æ : Æ latın liqaturası (hərf birləşməsi) Hərfin yazılması misir heroqlif yazısının öküz başını xatırladan simvolla əlaqələndirilər. İddia edilir ki, eramzidan əvvəl 1600-cü ildə Finikiya əlifbasında A hərfin xətti yazılışı forması yarandı.
A.A.Fisch.Waldh.
Aleksandr Aleksandroviç Fişer fon Valdgeym (rus. Алекса́ндр Алекса́ндрович Фи́шер фон Ва́льдгейм; 20 aprel 1839, Moskva – 28 fevral 1920, Soçi) — Rus botaniki, İmperator Sankt-Peterburq Botanika Bağının direktoru.
A Bao A Ku
A Bao A Ku — Mevar bölgəsinin folklorunda uydurma fövqəltəbii varlıq. Nirvanaya mənəvi yüksəlişi simvolizə edir. Ənənəyə görə, A Bao A Ku Çittorqarhdakı Qələbə qülləsinin spiral pilləkənində yaşayır. Bu varlıq adətən qüllənin aşağı pilləsində yatır, lakin insan ruhunun varlığına reaksiya verərək qüllənin girişində oyanır. Bundan sonra onun içində enerji parlamağa və bədəni hərəkət etməyə başlayır. A Bao A Kunun şüuru yalnız bir insan spiral pilləkəni qalxanda oyanır. Bu varlıq zəvvarların ən çox ayaq basdığı pilləkənlərin kənarlarında addımlayaraq onu izləyir. İnsan pilləkənləri qalxdıqca A Bao A Kunun forması, rəngi və parlaq işığı daha çox görünür. Buna baxmayaraq, onun zahiri yalnız yuxarı pillədə təzahür edir, çünki ona yalnız nirvana vəziyyətində olan və əməllərində pak olan insan çata bilər. Əks halda, A Bao A Kunun bədəni natamam qalır, mavi rəngi solur.
A-bt
Heroonpol (q.yun. Ἡρωοπολίτης νομός) və ya Ua-em-huu-ges-iabti (q.misir 𓈨; "şərqi harpun"), — Qədim Misirdə inzibati rayon (nom). Heroonpol Aşağı Misirdə yerləşirdi və regionda sayca səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Ua-em-huu-ges-iabti", "Ḥui-ges İabti", "Ḥui-ges Aabti" və "A-bt" daxildir. Tədqiqatda bu nom adətən "L08" adlandırılır.
A-ha
a-ha — elektro-pop Norveç musiqi qrupu. 1982-ci ildə Osloda yaradılmışdır, "yeni dalğa"nın sonunda meydana çıxmışdır. "a-ha" musiqisi qrafik, soyuq üslubu, sintezator-gitara səsi və ifadəli ballada melodiyası ilə xarakterizə olunur. "a-ha" dünya üzrə 80 milyondan çox albom və 15 milyon sinql satmışdır. Qrup MTV Video Musiqi Mükafatlarından çoxsaylı mükafatlar qazanmış, "Take On Me" mahnısına çəkdiyi klip "Ən yaxşı debüt video", "Ən yaxşı konseptual video", "Ən yaxşı istehsal", "Ən eksperimental video", "Ən yaxşı xüsusi effektlər" kimi kateqoriyalarda qalib gəlmişdir. "YouTube"da 1 milyarddan çox baxışı var. "The Sun Always Shines on TV" mahnısına çəkilmiş klip "Ən yaxşı montaj" kateqoriyasında mükafat almışdır. Håkon Harket, Henning Kramer Dahl. Så Blåser Det På Jorden a-ha i Nærbilder, 1986. Tor Marcussen.
A.Abbasov
A.Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
A.Bassi
Aqostino Bassi (it. Agostino Bassi; 25 sentyabr 1773[…] – 8 fevral 1856[…], Lodi, Lombardiya-Venesiya krallığı) — İtaliya botaniki. Sulla fabbrica del formaggio all'uso lodigiano. 1820. Del mal del segno, calcinaccio o moscardino. 1835. Del contagio in generale. 1844. Kyle, R A; Shampo M A (April 1979). Agostino Bassi.
A.Benn.
Artur Bennett (ing. Arthur Bennett; 1843[…] – 1929[…], London) — İngiltərə botaniki.
A.Berger
Alvin Berger (alm. Alwin Berger‎; 9 noyabr 1871 və ya 28 avqust 1871 – 21 aprel 1931, Ştutqart) — Almaniya botaniki. Die Agaven.
A.Br.
Addison Braun (ing. Addison Brown; 21 fevral 1830, Qərbi Nyubari[d], Massaçusets – 9 aprel 1913, Nyu-York, Nyu-York ştatı) — ABŞ botaniki. An illustrated flora of the northern United States: Canada and the British possessions from Newfoundland to the parallel of the southern boundary of Virginia, and from the Atlantic ocean westward to the 102d meridian, three volumes. 1896–1898, yeni nəşr. — 1913. The Elgin Botanical Garden and its Relation to Columbia College and the New Hampshire Grants. 1908. Addison Brown (ing.) Britton, Nathaniel; Addison Brown. An illustrated flora of the northern United States, Canada and the British Possessions From Newfoundland to the Parallel of the Southern Boundary of Virginia, and from the Atlantic Ocean Westward to the 102d Meridian. Volume III, Apocynacea to Compositae; Dogbane to Thistle.
A.Braun
Aleksandr Karl Henrix Braun (alm. Alexander Carl Heinrich Braun‎; alm. Alexander Karl Heinrich Braun‎; alm. Alexander Braun‎, 10 may 1805 – 29 mart 1877) — Alman bioloqu,, botaniki, mikoloqu və paleontoloqu. 1831: Untersuchung über die Ordnung der Schuppen an den Tannenzapfen. 1842: Nachträgliche Mitteilungen über die Gattungen Marsilia und Pilularia. 1850: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1851: Betrachtungen über die Erscheinung der Verjüngung in der Natur, insbesondere in der Lebens- und Bildungsgeschichte der Pflanze. 1852: Über die Richtungsverhältnisse der Saftströme in den Zellen der Characeen. 1853: Das Individuum der Pflanze in seinem Verhältnis zur Spezies etc.
Hemofiliya A
Hemofiliya A xəstəliyi VIII faktorun molekulyar anomaliyaları ilə və ya çatışmazlığı nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 30% spontan mutasiyalar, 70% isə X xromosomu ilə əlaqədar resessiv yolla nəsildən-nəslə keçməklə baş verir. Statistikaya əsasən, dünya əhalisinin hər bir milyonunun (1000000) 30–100 nəfərində aşkar olunur. Azərbaycanda Hemofiliya A xəstəliyinin rast gəlmə tezliyi 1:20000-ə bərabərdir.Qan laxtalanma sisteminin VIII faktoru və ya antihemofiliya faktoru, damarların endotel hüceyrələri və qaraciyər sinusitləri də daxil olmaqla müxtəlif toxumalarda sintez olunan polipeptiddir. Bu faktorun sintezinə X xromosomunda yerləşən X q 26 — q 28 geni tərəfindən nəzarət olunur. Hemofiliya A-nın geni 1984-cü ildə aşkarlanıb. Müəyyənləşdirilib ki, bu gen 25 intronlara bölünmüş 26 ekzondan ibarətdir.
Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi. Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır. Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar. Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.
Jozeit A
Jozeit A — Sulfid sinfinə aid mineral. Mineral Beynəlxalq Mineralogiya Assosiasiyası tərəfindən təsdiq edilsə də, zəif müəyyən edilmiş növ olduğu üçün şübhəlidir. Rəngi gümüşü-ağ, hərdən əlvan dəyişkən rəngli, parıltısı metallikdir. Əyilgən mineral olan Jozeit A-nın Sərtliyi 2, xüsusi çəkisi isə 7,66–8,6-dır. Qızıl yataqlarında, qalayın qreyzen yatağında rast gəlir.
Kid A
Kid A — İngiltərə rok qrupu Radiohead-in sayca dördüncü musiqi albomu. 2000-ci ildə işıq üzü görən albom qrupun musiqi baxımından bir çox dəyişiklik etdiyi albom hesab olunur. Qrup "Kid A" ilə əvvəlki albomlarındakı brit rok üslubundan eksperimental roka keçid edir.
Layihə A
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Mətanət A
Seria A
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
İmmunoqlobin A
İmmunoqlobin A — immun funksiyasında mühüm rol oynayan antiteldir. Mütləq olaraq, hər gün qana üç ilə beş qram arasında ifraz olunur. Bu, bütün bədəndə istehsal olunan ümumiimmunqlobulinlərin 15% -ə qədərini təşkil edir. İqA iki alt sinifə istifadə olunur (IqA1 və IqA2) və monomerik və dimerik formada istehsal edilə bilər</ref> This represents up to 15% of total immunoglobulins produced throughout the body.. IgA dimerik formasi çox yayılmışdır və həmçinin sekretor IgA (sIqA) adlanır. sIgA selikli sekresiyalarda, o cümlədən göz yaşları, tüpürcək, tər və sidik-cinsiyyət, mədə-təmizləmə traktının, prostat və tənəffüs epitelinin ifrazatlarındanda rast gəlinir. sIgA sərt mədə-bağırsaq traktının mühitində sağ qala bilir və bədən sekresiyalarında çoxalan mikroblara qarşı qoruma təmin edir. sIgA həm də digər immunoqlobulların iltihabi təsirlərini törədə bilər. IgA iki izotipdə mövcuddur: IqA1 və IgA2. Hər ikisi yüksək qlikosilləşdirilmiş zülallardır</ref> the ratio of IgA1 and IgA2 secreting cells varies in the different lymphoid tissues of the human body:.
A Xəbər
A Haber — "Çalık Holding" tərəfindən qurulmuş, Türkiyədə ilk dəfə HD yayımlanan xəbər kanalıdır. Kanalın rəhbərliyini Habertürk TV-nin keçmiş rəhbəri Erdoğan Aktaş üzərinə götürmüş, amma işdən çıxmağa qərar verdikdən sonra onun yerinə əvvəl köməkçisi olmuş Cengiz Er keçmişdir. Həm HD, həm də SD yayımlanır. TRT Türk-dən sonra 16:9 (geniş ekran) formatlı yayıma keçən ikinci xəbər kanalıdır. Kanal xəbər proqramlarından başqa futbol qarşılaşmalarını da yayımlayır. "Copa America 2011", "İtaliya Superkuboku" və "Ziraat Türkiyə Kuboku"nun yayım hüquqlarına malikdir. A Haber ilə birlikdə yayıma başlayan HD kanal. Həmçinin ilk şifrəsiz HD xəbər kanalıdır.
A.Stahl
Aqustin Ştal (isp. Agustín Stahl, 21 yanvar 1842, Aquadilya[d], Puerto Riko – 12 iyul 1917, Bayamon[d], Puerto Riko) — Puerto-Riko etnoqrafı. Aqustin Ştal Vürtsburqda universitetdə təhsil almış, eləcə də Praqada Karlov Universitetini bitirmişdir (1864-cü ildə tibb doktoru olaraq məzun olmuşdur.). Məzun olduqdan sonra Puerto Rikoya qayıtmışdır. Boş vaxtlarında etnoqrafiya, tarix, botanika və zoologiya ilə məşğul olmuşdur. Elmin bu sahələrində yüksək nəticələrə nail olmuşdur. Stahlia Bello Stahlianthus Kuntze Adipera stahlii Britton & Rose Adipera stahlii Britton & Rose Adipera stahlii (Urb.) Britton & P.Wilson Argithamnia stahlii Urb. Cassia stahlii Urb. Cousinia stahliana Bornm. & Gauba Eugenia stahlii (Kiaersk.) Krug & Urb.
Tərs A
Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol. ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir. ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır. Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur. Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir. 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir. Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır.
Angel-A
Angel-A — Lük Bessonun 2005-ci ildə çəkdiyi Fransa filmi. "Mələk A" filmi daha çox bizim hər birimizin daxilinə baxışdır: çətinliyimiz olanda güzgüyə baxıb deyirik: "Salam. Sən əslində elə də pis deyilsən, mənim xoşuma gəlirsən". Məhz filmin süjet xətti budur. Anjela (Pye Rasmussen) adlı bir qız miskin vəziyyətə düşmüş Andrenin (Camal Dəbuz) qarşısına çıxıb deyir ki, mən mələyəm. Mələk miskini insan biçiminə qaytarır. Onlar bir-birlərinə vurulurlar. Официальный сайт фильма (fr.) Ангел-А — Internet Movie Database saytında.
Quyruqlu A
@ işarəsi — elektron poçt simvolu @ işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompüter və İnternet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. “@” işarəsini koreyalılar “ilbiz”, ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), , türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası” və s. kimi adlandırırlar. Çində "@" heroqlifi həm də "ay ta" kimi oxunur və mənası "onu sev" deməkdir. @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ildə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən @ işarəsini istifadə etmişdi. O zamanlarda, bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən @, daha sonra texnologiyalara da daxil oldu. Zaman üçün istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar.