I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri
I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri — Səfəvi şahı I Abbasın Osmanlı-Səfəvi müharibəsi (1603-1618) zamanı şərqi gürcü vassal krallıqları olan Kartli və Kaxetiyada 1614-1617-ci illər arasında etdiyi 4 yürüşdür. Yürüşlər I Abbasın əvvəldən ən sadiq gürcü qulamları olan Kartli kralı III Luarsab və Kaxetiya kralı olan I Teymuraz tərəfindən göstərilən itaətsizliyə və ardından çıxarılan üsyana cavab olaraq başladıldı. Tiflis tamamilə dağıdıldı, üsyan yatırıldı. 100.000-ə qədər gürcü qətlə yetirildi və 130.000 ilə 200.000 arası şəxs İrana sürgün edildi. Bunun nəticəsində Kaxetiya və Kartlidə Səfəvi hakimiyyəti möhkəmləndirildi.
== Arxa plan ==
1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi. Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Karabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu. 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər. 1614-cü ilin yazında müharibə başladı. Buna görə də, Osmanlı ilə imzalanmış İstanbul sülh müqaviləsi (1612) sona çatdı.