absent
absentizm
OBASTAN VİKİ
Absenteizm
Absenteizm (lat. absens, absentis — yerində olmayan, ing. absenteeism) — hüquqi normalara, o cümlədən əmək qanunvericiliyinə zidd olaraq, heç bir üzrlü səbəb olmadan işə çıxmama. Ənənəvi olaraq, absenteizmə zəif fərdi bacarıqların göstəricisi kimi baxılır. Həmçinin, buna idarəetmənin problemi kimi də yanaşılır və müxtəlif iqtisadi və kvazi-iqtisadi terminlərlə təsvir olunur. Ən son araşdırmalara görə, absenteizm iş prosesinə psixoloji, tibbi və ya sosial uyğunlaşma problemi kimi başa düşülür. Bu hal, prezenteizmin əksidir. Böyük Britaniya və Kanadada aparılan təhlillərə görə, bu ölkələrdə qadınların absenteizm əmsalı kişilərdən yüksəkdir.Absenteizm əmsalı — işçinin işə çıxmadığı günlərin sayının ay və ya il ərzindəki iş günlərinin ümumi sayına olan nisbətidir. Geniş mənada absenteizm termini həm də öhdəliklərdən yayınma kimi də qəbul edilir. Bura seçkilərdə iştirakdan və ya hər hansı siyasi aktivlikdən, kollektiv tədbirlərdə iştirakdan yayınma aid edilir.

Digər lüğətlərdə

бие́ния бога́тство обесцве́ченность прожа́ть просо́в стожа́ры хри́я аккредити́вный жить как птица небе́сная ко́рпус повили́чный словоохо́тливый спиритуалисти́ческий fluting forfeiture Gipsy-caravan plough-point zoocarp детёныш зачистить напускать оглупить одиннадцати- предоперационный пятидесяти-