ABSTRAKSİYA

is. \[lat. abstractio "uzaqlaşdırma, yayın-dırma"\] iqt. Əsas qarşılıqlı əlaqə və asılılıqların daha də-qiq təsvirini əldə etmək üçün, bəzi əhəmiyyətsiz və ya az əhəmiyyətli iqtisadi və qeyri-iqtisadi amilləri nəzərə almamaq yolu ilə, iqtisadi təhlilin sadələşdirilməsi.
ABSORBSİYA
ACASTER
OBASTAN VİKİ
Abstraksiya
Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə, onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir. Abstraksiyanın öz hüdudları var: necə deyərlər, yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ. Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır. İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir.
Lirik abstraksiya
Lirik abstraksiya müharibədən öncəki modernist üslublu rəssamlıqda iki əlaqəli, lakin fərqli tendensiyalardan biridir. Avropa Lirik Abstraksiyası Paris şəhərində təşəkkül tapmışdır. Bu ad ilk dəfə 1947-ci ildə Jan Joze Merşand tərəfindən işlənmişdir. Abstrakt Ekspresionizm ilə əlaqəli mücərrəd boyama növünü xarakterizə edən təsviri termin 1940-cı ildən bəri istifadə olunur. Arxeil Qorki kimi tanınmış çoxsaylı ekspresyonist rəssamlar kontekstdə göründüyü kimi lirik abstraktlıqdan istifadə etmişdir.

Digər lüğətlərdə