Akku

der; -s, -s F ~mulator; der; -s, -en techn. aku(mulator); (Computer) batareya (SÜd. : batri)
Akkreditiv
Akkumulation
OBASTAN VİKİ
Akkulturasiya
Akkulturasiya (lat. acculturare — təhsil, formalaşma, inkişaf) — mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır. Akkulturasiya ilə assimilyasiyanı fərqləndirmək lazımdır. Bununla belə, akkulturasiya assimiliyasiyanın birinci pilləsi hesab edilə bilər. İlk dəfə bu termini alman entoloq Krikenberq 1910-cu ildə nəşr edilmiş Illustrierte Völkerkunde əsərində, bəzi Cənubi Amerika tayfaları arasındakı qarşılıqlı mədəni əlaqələr konteksində işlətmişdir. Şimali Amerika tayfalarındakı mədəni dəyişikliklərin araşdırılması zamanı akkulturasiya termini dar mənada işlənilmiş və bu əsasən tayfaların Avropa kolonizatorları tərəfindən assimilyasiya proseslərini ifarə edirdi. İlk dəfə acculturation terminini alman entoloq Rixard Turnvald 1932-ci ildə yazılmış elmi işində istifadə etmişdir. 30-cu illərdə bu termin amerika antologiyasında möhkəmlənmiş, empirik tədqiqatların və nəzəri təhlillərin əsas mövzularından birinə çevrilmişdir. Akkulturasiya Herskoviçin, M.Midin, Redfildin, M.Hanterin, L.Spayerin, Lintonun araşdırmalarının predmeti olmuşdur.
Akkulturizasiya

Akkumlyativ relyef
Akkumlyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. Akkumlyativ relyef Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Akkumulyasiya
Akkumulyasiya (lat. Accumulatio — yığılma, toplanma.) — axar suların, küləyin və s. özləri ilə apardıqları süxur hissəciklərin çökməsi prosesi. Yer kürəsindəki bir çox iri düzənliklər bu proses nəticəsində əmələ gəlmişdir (Kür-Araz, Mesopotamiya, Hind-Qanq və s.). Akkumulyasiya quruda və ya dəniz, hövzə, çay dibində mineral maddələrin və orqanizm qalıqlarının toplanması. Akkumulyasiya denudasion prosesin əksi olmaqla, ondan asılıdır. Akkumulyasiya sahələri daha çox tektonik (çökəklik, sinekliz, sinklinallar və b.) və həm də denudasion (dərə və çuxurlar) mənşəli alçaq ərazilərdən ibarətdir. Akkumulyasiya nəticəsində toplanmış qatların qalınlığı denudasiyanın intensivliyindən, daşınma və çökəlmənin balansından asılıdır. Akkumulyasiya intensivliyi və çökmələrin tərkibi dəyişkən olub relyef əmələgəlmənin endogen və ekzogen prosesləri və çöküntütoplanmanın ritmik dəyişkənliyi ilə əlaqədardır. Geologiya terminlərinin izahlı lüğəti.
Akkumulyasiya (geologiya)

Akkumulyasiya üzrə bioindikasiya
Bioindikasiya — biotanın bu və ya digər yaşayanlarının təbii proseslərə aktiv surətdə (eksperimental) təsir etməyərək onlara müşahidə edilməklə mühitin vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir. Buraya bioindikatorlar kimi müxtəlif səviyyədə təşkil olunmuş biosistemləri misal göstərmək olar. Mühitin keyfiyyətinin qiymətləndirilməsi bioindikator əlamətlərinə görə yerinə yetirilir. Bu müşahidə edilən biosistemlərin elə xarakteristikaları üzrə aparılır ki, onlar daha tam və dəqiq surətdə onların salamatlığını əks etdirsin. Monitorinq tədqiqatlarının əsasını eksperiment deyil, müşahidə təşkil etdiyindən, bioloji monitorinqin əsas metodologiyasını bioindikasiya təşkil edir. Buna baxmayaraq, həmçinin çöl və laboratoriya şəraitində biotestdən keçirilmənin bəzi metodlarından da, mühitin keyfiyyətinin qiymətləndirilməsi və onun antropogen dəyişikliklərin aşkar edilməsindən ötrü istifadə edilir. Effektiv toplayıcı bioindikator nümunələri kimi su xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri, molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala bilirlər və molyuskların məhvindən sonra belə indikasiya kimi istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək olar. Belə ki, qeydedici və toplanan və ya akkumulyasiya bioindikatorları fərqləndirilir. Yuxarıda nəzərdən keçirilən qeydedici bioindikasiya göstəriciləri biotaya mühit amillərinin ümumi təsir səviyyəsi barəsində mühakimə yürütməyə imkan verir. Akkumulyasiya üzrə bioindikasiya amillərin (kimyəvi) özlərini keyfiyyətcə qiymətləndirməyə imkan verir, bunun üçün orqanizmlərin toxumlarında, müəyyən orqanlarda və bədənin hissələrində çirkləndirici maddələrin toplanması xüsusiyyətindən istifadə edilir.
Akkumulyativ relyef
Akkumulyativ sahil tipi
Akkumulyativ sahil tipi — Bu tip sahillərin əmələ gəlməsi yalnız nisbətən dayaz şelf zonasında mümkündür. Bu da geomorfologiya və okeanoqrafiyadan məlum olan məşhur Kornalya-Zenkoviç qanunauyğunluğu ilə əlaqədardır. Bu qanunauyğunluğa əsasən dəniz və okean şəraitində nisbətən dərin sahədə suyun ayrı-ayrı hissəcikləri dairəvi orbit üzrə hərəkət edir. Dayazlıq artdıqca, yəni şelf sahəsinin sahilə yaxın ərazisində həmin orbit xeyli sıxılır və elliptik orbit ilə əvəz olunur. Dayazlığın daha da artması nisbətən yastı ellipsin əmələ gəlməsinə səbəb olur. Ona görə də həmin yastı ellips üzrə qüvvə vektorları dərinliyin azaldığı sahəyə doğru, yəni sahilə doğru yönəlmiş olur. Bu səbəbdən dayaz sahənin qum çöküntüləri sahilə doğru aparılır. Nəticədə əsasən qum çöküntülərindən ibarət olan akkumulyativ sahil tipi əmələ gəlir. Belə sahillərə misal olaraq Xəzər dənizinin sahil zonasının çox hissəsini Krım yarımadasının şimal-qərb hissəsini, Baltik dənizinin cənub sahillərinin çox hissəsini və s. göstərmək olar.
Akkumulyativ yamac
Akkumulyator
Akkumulyator — elektrik enerjisini kimyәvi enerjiyә çevirib toplamaq vә lazım olduqda tәkrar elektrik enerjisinә çevirib işlәtmәk üçün dәfәlәrlә istifadә edilәn qalvanik element; iş qabiliyyәti doldurma (yüklәmә) yolu ilә, yәni boşalma zamanı cәrәyanın istiqamәtinә әks olan istiqamәtdә cәrәyan buraxmaqla bәrpa olunur. Elektrik akkumulyatorunu 1900-cü ildә T.A. Edison ixtira etmişdir. Akkumulyator elektrolit mәhlulu içәrisinә daldırılmış iki elektroddan ibarәtdir; elektrodlar arasındakı potensiallar fәrqi akkumulyatorun EHQ-dir. Akkumulyator qoşulmuş elektrik dövrәsi qapandıqda kimyәvi reaksiya enerjisi elektrik enerjisinә çevrilir. Boşalmış (enerjisi tükәnmiş) akkumulyatoru doldurmaq üçün onu sabit cәrәyan mәnbәyinә qoşurlar. Akkumulyatorunu xarakterizә edәn göstәricilәr onun işlәmә müddәti (yaxud dolub-boşalma tsikllәrinin mümkün sayı), tutumu (boşalma zamanı akkumulyatorun verә bildiyi elektrik enerjisinin miqdarı), doldurulma vә boşalma vaxtındakı orta gәrginliyi vә enerjisidir. Elektrolit mәhluldan asılı olaraq, Akkumulyator turşu vә qәlәvili növlәrә ayrılır. Akkumulyatordan avtomobil nәqliyyatında, aviasiyada, kosmik aparatlarda, naviqasiya cihazlarında, rabitә qurğularında vә s. istifadә olunur.
Akkuyu AES
Akkuyu AES (türk. Akkuyu Nükleer Güç Santrali) — Mersin vilayətinin Gülnar ilçəsində Yanisli məhəlləsinin Akkuyu səmtində tikintisi davam edən nüvə stansiyası. İnşasının tamamlanması halında Türkiyənin ilk nüvə enerji stansiyası olacaq. İkitərəfli dövlətlərarası razılaşma nəticəsində Akkuyu yatağı Rusiyanın Atomstroyexport ASM-yə qarşılıqsız təhvil verilmişdir. Rus ictimai şirkəti burada nüvə stansiyası tikərək, əldə edəcəyi elektrik enerjisini 15 illik alış zəmanəti ilə Türkiyə tərəfinə satacaqdır. İstehsalın istismara veriləcəyi tarix 2023 olaraq düşünülür. 1200 MW-lıq dörd modullardan ibarət ümumilikdə 4800 MW'lıq heyəti gücü ilə tək başına Türkiyənin elektrik istehsalının təxminə 6%-ni qarşılayacaqdır. 14 aprel 2015-ci ildə Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız ilə birlikdə Mersin valisi Özdəmir Çakacak, ROSATOM müdiri Sergey Kiriyenko və Akkuyu Nüvə A. Ş. Baş Menecer Fuad Axundovun da qatıldığı mərasimlə dəniz quruluşları və limanın təməli qoyuldu. Təməl qoyulduqdan sonra Krienkon, Cengiz İnşaatın dəniz quruluşları və limanı 394 milyon dollar qarşılığında tender qazandığını elan etdi. Bünövrənin qoyulma mərasimindən sonra girişdəki dəmir qapı ətraf mühit fəalları tərəfindən qarşısı kəsilmişdir.
Akkuşa
Akkuşa çayı (həmçinin Aquşa və ya Bala Kür) — Azərbaycanın Salyan şəhəri yaxınlığında Kür çayından ayrılan qol. Uzunluğu 63 km-dir. Keçmişdə Bala Kür çayı Qızılağac körfəzinin bir hissəsi olmuş Xurşudçalaya tökülürdü. Sonralar Kürün səviyyəsi aşağı düşdüyündən bu çaya su axmamışdır. Hazırda Bala kür çayının yatağına nasosla su vurub, ondan suvarma kanalı kimi istifadə edilir.
Akkuşa çayı
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Bahadır Akkuzu
Bahadur Ağquzu (tam adı: Mehmed Bahadur Ağquzu, türk. Mehmet Bahadır Akkuzu; 3 fevral 1955, İstanbul – 6 avqust 2009) — Türkiyə musiqiçisi, müğənnisi və bəstəkarı.
Eol akkumlyativ formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Mihraç Akkuş
Mihraç Akkuş (türk. Mihraç Akkuş ; 1 iyun 2000) 60 kiloqram çəki dərəcəsində yarışan türk cüdoçudur. Mihraç Akkuş 1 iyun 2000-ci ildə anadan olmuşdur. 7 uşaqlı ailənin dördüncü uşağıdır. Anası evdar qadındır, böyük qardaşı ilə Mihraç güləşlə məşğul olurlar. Mihraç Bülənt Əcəvit adına Bədən Tərbiyəsi Universitetində təhsil alır. Mihraç 2012-ci ildən cüdo ilə məşğul olmağa başladı. Karyerasının əvvəlində kadet kateqoriyasında çıxış etdi. 2015-ci ildə Klucda keçirilən Avropa Kubokunda bürünc medala layiq görülmüşdür. Bielsko-Biala mərhələsində yeddinci olmuşdur.
Sahil akkumulyasiyası
Sahil akkumulyasiyası (rus. аккумуляция береговая, ing. coastal accumulation) — dalğaların və onları müşayiət edən axınların fəaliyyəti zamanı dalğa sahəsində çöküntülərin toplanması. Çöküntülərin sahilboyu hərəkəti və ya sualtı yamacın yuyulma materiallarının dibdən gətirilməsi və akkumulyasiyası nəticəsində baş verir. Suüstü və sualtı /dib/ Ssahil akkumulyasiyası ayrılır.
Akkumulyativ terras