AKR

is. [ ing. ] köhn. Gündə bir cüt öküzlə şumlanan sahə. 1 akr = 4046,86 kv.m.
AKMEİ́ZM
AKRİXİ́N
OBASTAN VİKİ
Akr
Akr (ing. acre) — sahə ölçüsü. İngilis ölçü sisteminin qəbul etmiş Birləşmiş Krallıq, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə işlədilir. Əvvəllər akr bir gündə bir cüt öküzlə şumlanan sahə götürülürdü. 1 akr 4,040.86 m2-a bərabərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Акр // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Akrafoniya
Akrofoniya - [yun. akros – kənar, phone – səs] ilkin söz birləşməsinin sözlərinin baş hərflərindən əmələ gəlmiş sözlərdir. Hərflərin əlifbada adlarına görə yox, adi söz kimi oxunur (abreviatur). Rus dilində bəzi mürəkkəb qısaldılmış sözlər akrafoniya prinsipi üzrə qurulmuşdur. Məsələn, BAM-Baykal Amur magistralı, MUM-Mərkəzi universal mağaza. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Akreditasiya
Akkreditasiya (lat. accredo, "etibar etmək") — təhlükəsizlik tədbirlərinin müəyyən edilmiş çoxluğunun həyata keçirilməsinə əsaslanaraq informasiya sisteminin əməliyyatlarına icazə verilməsi və təşkilatın əməliyyatlarına (məqsədlər, funksiyalar, imic və ya nüfuz daxil olmaqla), təşkilatın aktivlərinə və ya əməkdaşlarına olan riskin qəbul edilməsi haqqında səlahiyyətli təşkilatın rəsmisi tərəfindən verilmiş rəsmi qərar.
Akri
Akri (port. Acre) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimalda Amazonas, şərqdə isə Rondoniya ştatı ilə sərhədlənir. Üstəlik cənub-şərqdən Boliviya, cənub-qərbdən isə Peru ilə sərhədə malikdir. Ştatın inzibati mərkəzi Riu-Brankudur. Ştatın adı Akri çayından götürülmüşdür. Akri Purus çayının əsas qollarındandır. Hindu dilində «Kaymanlar çayı» mənasını verir. == Coğrafiya == Ərazisi bütünlüklə Amazon hövzəsinə daxildir. Qərb sərhədində Serra-fu-Divizor dağı 609 metr hündürlüklə ştatın ın hündür nöqtəsidir.
Akri Respublikası
Akri Respublikası (isp. Estado Independiente de Acre; port. República do Acre; 1899—1903) — Cənubi Amerika ərazisində yaradılmış oyuncaq dövlət. Onun müstəqilliyin elan edilməsi faktiki braziliya torpaq sahiblərinin kauçuk istehsalına tam nəzarəti əldə etmək məqsədi həyata keçirilmişdir. Ölkənin paytaxtı Portu-Akri olmuşdur. == Tarix == İri torpaq sahibləri olan braziliyalılar həm də yüksək çinli məmurlar idilər. Onlar ölkənin sərhəd bölgələrinə ekspedisiyalar təşkil edərək hətta Boliviya və Perunun zəif məskunlaşmış sərhəd bölgələrinə hücumlar təşkil edirdilər. 14 iyul 1899-ci ildə ispan Luis Qalves Rodriges de Arias dövlətin dəstəyi ilə Boliviyanın şimal-qərbini işğal edərək Akri Respublikasını elan edir. Respublikanın cəmi 13 000 əhalisi mövcud olmuşdur. Onların 90 % braziliyalı idi.
Akri müharibəsi
Akri müharibəsi 1899-1903 illərdə baş vemişdir.Aksi bölgəsinə sahiblənmə ugrunda başlasa da Boliviyanın zəyifliyi nəticəsində ərazi itirilir. == Tarixi == 1867-ci ildə Braziliya və Boliviya arasında sərhəd anlaşması imzalansa da xırda detalar tam işlənmir.Bölgəyə demək olar ki,maraq yox idi.Ərazi sıx keçilməz olması məskunlaşmaya imkan vermirdi.Məskunlaşma yalnız kiçik səhərlədə və kəndlərdə idi ki,onlarda çay kənarlarında yerləşirdi.Əhalisə əsasən hindulardan ibarət olsa da az miqdarda boliviyalı yaşayırdı.19 əsrin sonlarında kaucukun qiyməti beynəlxalq bazarda artmışdı.Bölgə isə Kaucuk ağacları ilə zəngin olması <kaucuk xəstəliyinə> tutulanları bura cəlb edirdi.1877-ci ildə 18.000 braziliyalı bölgəyə yerləşir.Əhali baxımında gəlmələr əhalinin 90% təşkil edirdi.Boliviya ərazidə çox kiçik qarnizona malik idi.Braziliya ilə sərhətdə gömrükxana tikilməsi burada işləyənlərin etirazina səbəb olur ki ,bu da gəlmələrin Boliviyaya qarşı çıxmasına səbəb olur.1899-cu ilin Aprelində Joze de Karvalo başçılığı ilə üsyan başlayır.İyun ayında Arias müstəqil Akri dövlətinin yarandığını elan edir.Yeni dövlətin paytaxtı Antimari olur ki onun adı dəyişdirilərək Arikpolis adlandırılır.1900-cu ildə Braziliya ordusu bölgəyə daxil olaraq ərazini Boliviyaya qaytarır.1903-cü ilin 15 yanvarında üsyançılar Puerto Alonsanın bir çox hissələrini işğal edirlər.24 yanvarda isə boliviyalılar təslim olurlar.Plasido 700 əsgərlə Puetro Alonsonu tutur.1903-cü il 2 aprel Braziliya ordusu bölgəyə yerləşdirilir.21 martda atəşkəs elan edilir. == Sülh müqaviləsi == 11 noyabr 1903 -ildə Petropolis müqaviləsi imzalanır.Müqaviləyə əsasən Boliviya bölgəni Braziliyaya güzəştə gedir.191,000 km² ərazi itirilir. Əvəzində Braziliya öz ərazisindən 3000 km² Boliviyaya verməli idi(Maderya çayı hözəsindən).Həmcinin 2 milion funtsterlinq verməli və Maderya -Mamaro dəmir yolu çəkilməli idi ki bu Boliviyaya xariçi ölkələrə cıxış imkanı verirdi (1912 bu dəmir yolunun tikintisi tam bitir). == Sonuc == 1904-cü ildə ərazi braziliyaya birləşdirilir.1962-ci ildə isə ştat statusu alır.
Akri çayı
Akri (port. Rio Acre) — Cənubi Amerikanın mərkəzi hissəsindən axan çay. Çay Braziliyanın şimal-qərbi və Boliviyanın şimalından axır. Çayın uzunluğu 650 km-dir. Öz başlanğıcını And dağlarpndan götürür. Bir hissəsi Braziliya və Boliviya sərhəddini təşkil edir. Purus çayının mənbəyini təşkil edir. Çay 480 km məsafədə gəmiçilik üçün yararlıdır. Gursululuq dönəmində, yanvardan maya qədər naviqasiyaya yararlı sahə artır.
Akridin
Akridin (latınca acer (acris) — kəskin, kaustik) dibenz [b, e] piridinlərinin ən sadə nümayəndəsidir. Kömür qatranında var. Akridin, sublimasiya edə bilən qıcıqlandırıcı bir qoxu olan solğun sarı kristallardır. Bir çox üzvi həlledicidə asanlıqla həll olur, suda az həll olur. Akridinin məhlulları bənövşəyi flüoresan, akridin duzlarının məhlulları yaşıl floresan rəngə malikdir. == Kimyəvi xassələri == Akridin zəif əsas xüsusiyyətlər nümayiş etdirir. Azaldıcı maddələrin (natrium amalgam, Raney nikel, xlorid turşusu ilə sink) təsiri altında asanlıqla 9,10-dihidroakridinə (akridan) çevrilir. Oksidləşdirici maddələr (qələvi mühitdə kalium permanqanat, spirt məhlullarında ozon) onu 2,3-xinolindikarboksil turşusuna, perbenzoy turşusunu N-oksidə çevirir. Akridin və onun ən yaxın homoloqları sabit tərkibli maddələrdir. Akridin zəif əsasdır.
Akril turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spiritndə, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. İnhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Akrilamid
Akrilamid (CH2=CHC(O)NH2) — praktiki əhəmiyyətə malik monomerdir. == Fiziki xassələri == Akrilamid ağ kristallik maddədir, 357.5K əriyir. Spirtdə, asetonda və suda yaxşı həll olur. == Alınması == Akrilamid ilk dəfə 1893-cü ildə Mure tərəfindən akril turşusunun xloranhidridinin benzolda məhluluna quru ammonyak daxil etmək yolu ilə alınmışdır: H2C=CH-C(O)-Cl +2NH3 → H2C=CH-C(O)-NH2 + NH4Cl Reaksiyadan ammonium xloridi kənarlaşdırdıqdan sonra akrilamid benzolda ağ kristallik şəklində olur. 2. Litium fosfatın iştirakı ilə 2-metoksipropionamid 523–773K-də, titan üzərində isə 498–673K parçalanaraq akrilamidə çevrilir: H3C-O-CH2-CH2-CO-NH2 → H2C=CH-C(O)-NH2 + CH3OH == Tətbiqi == akrilamidin polimerləşməsindən istehsalatda poliakrilamid alınır. Bu polimer sənayedə alınan sellüloza kağızı əvəz edir. Poliakrilamid bir çox sənaye sahələrində, o cümlədədn yeyinti sənayesində, neftçıxartmada tətbiq olunur. Ondan lakların, boyaların, süni dərilərin və sintetik liflərin istehsalında da istifadə edilir.
Akrilat turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spiritndə, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. İnhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Akrilatlar
Akrilatlar - akril turşusunun duzları və ya efirlərinin ümumi adıdır. Efirlərin çoxu Akrilat boyaları üçün istifadə edilir.
Akrilnitril
Akrilnitril(siyanid vinil, vinilsianid, prop-2-enonitril) CH2 = CH-C≡N — akril turşusunun nitrili. == Fiziki xassələri == Akrilnitril — badam və ya albalı tumlarının xarakterik qoxusuna bənzər olan rəngsiz bir mayedir. Kanserogen maddədir. == Alınması == Akrilonitril sənayedə poliakrilamidin, poliektrolitlərin geniş miqdarda istehsalını təmin edir. Sintetik liflər akrilonitrilin polimeri (sintetik yun) yüksək möhkəmliyə, termiki davamlılığa, möhkəmliyə, elastikliyə, yaxşı boyanma qabiliyyətinə malikdir. Bu xassələrinə görə ondan geyim materialları üçün parçaların, süni mexlərin, xalçaların hazırlanmasında istifadə edilir. O həmçinin, pambıq və yun məhsullarla qarışıq halda da istifadə olunur. Akrilonitril əsas etibarilə butadien-nitril kauçukunun istehsalında istifadə olunur. Hazırda istehsal olunan perbutan kauçuku 72% butadiendən və 28% akrilonitrildən ibarətdir, perbutan eksta isə 60% butadiendən və 40% akrilonitril tərkiblidir. Axırıncı tətbiq kauçuka görə yağda 30–100 dəfə, benzində isə 10–20 dəfə az şişmək qabiliyyətinə malikdir.
Akritarxlar
Akritarxlar (ing. Acritarchs) — sistematik vəziyyəti aydın olmayan süni qrup; kürə, ellips və ya disk formalı mikroskopik (8–500 mkm-dən 1 mm-dək) kapsullardan ibarətdir. Kapsulların sarı və ya palıdı-qəhvəyi qabıqları, bir və yə çoxlaylı üzvi maddədən ibarət olur. Kapsulun xarici səthi hamar və ya dənəli, nöqtəli və ya dəlmə-deşik çıxıntılı olur. Qabığın bir tərəfində (qütbündə) dairəvi kəsik və ya yarıq formalı dəlik vardır. Bir çox tədqiqatçılar akritarxilər plankton həyat tərzi keçirən birhüceyrəli yosunlar, digərləri isə yosunların spor və sistaları, ya da mamır və ya rinofitlərə aid olan ali yerüstü bitkilərin sporları hesab edirlər. Proterozoydan pleystosenə qədər yayılmışlar; vend və kembri çökmələri üçün böyük stratiqrafik əhəmiyyət kəsb edirlər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Akritas burnu
Akritas (yun. Ακρωτήριο Ακρίτας) — Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərq qutaracağı və Messeniyanın cənub ucunu təşkil edən burun. Peloponnesenin cənub hissəsində Lıkodimon dağının cənub tərəfində meydana gəlmişdir. Peloponnes perferiyasının Messinya periferik vahidliyində, Pilos-Nestor cəmiyyətində, Koronidən 7 mil və Kalamatadan 21.5 mil məsafədə yerləşir. Bitki örtüyündən məhrumdur və İnuse və Avqo qayalı adaları ilə əhatə olunmuşdur. Qərbdən İon dənizinə aid olan Mesiniakos körfəzinə girişi məhdudlaşdırır. Tenaron burnu isə onu şərqdən əhatələyir. Qərbdən yüksək məsuldarlığı ilə seçilən Makariya adlandırılan düzənliklə həmsərhəddir. Düzənlik Pamisos çayı ilə suvarılır. Strabon Akrit və Pavsani isə onu Akrita kimi qeyd etdir.
Akrixin
Mepakrin, akrixin, və ya atebrin — sintetik dərman preparatı. Bu, malyariyanın müxtəlif formalarını, həmçinin lyambliyoz, dəri leyşmaniozu, qırmızı qurdeşənəyi və s. müalicəsində işlədilir. == İstinadlar == == Əlavə ədəbiyyat == М. Д. Машковский. Лекарственные средства. 2 (25000 nüs.). М.: ООО «Новая волна». 2002. ISBN 5-7864-0129-4.
Akrobatik gimnastika
Akrobatik gimnastika — musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür. == Tarixi == Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları "İliada" və "Odisseya"da da öz əksini tapıb. Qədim Yunan teatrlarında Aristofanın komediyası göstərilən zaman (bizim eradan əvvəl IV əsrdə), fasilələrdə akrobatik elementlərdən ibarət məzhəkəli nömrələr göstərilirmiş. "Akrobat" termini yunanca "Akrobates" sözündən əmələ gəlmiş "yuxarı qalxan" mənasını verir. Akrobatika da cütlərlə və qrup halında çıxışlar olur: 1. Qadın cütlüyü 2. Kişi cütlüyü 3. Qadın qrupu (3 nəfər) 4. Kişi qrupu (4 nəfər) Hər çıxışın da qrupları var: 1.
Akrobatika
Akrobatika ənənəvi olaraq yerdə, ip üstündə, məftil üstündə, velosipeddə və ya at üstündə həyata keçirilən; insan bədəninin tarazlıq, koordinasiya və çevikliklə bağlı olan bütün qabiliyyətlərindən istifadə edən və bədən nəzarətinə əsaslanan bir performans sənətidir. Bu gün həm də idman növü hesab olunur. == Tarix == === Avropa === Qərb mədəniyyətində onun mənşəyi olduqca qədim dövrlərə gedib çıxır. Minoy sivilizasiyasına aid artefaktlarda (e.ə. 2000-ci il) öküzün belində akrobatika hərəkətlərini icra edən fiqurlar rast gəlmək mümkündür. Ehtimal olunur ki, bunlar o dövrə aid dini ayinləri icra edən insanların təsvirləridirlər. Orta əsrlərdə Avropa zadəganlarının məclislərində müxtəlif hoqqabazlıq nümayişlərinin keçirildiyi məlumdur. Bu anlayışdan əvvəlcə ip üzərində tamaşalar üçün istifadə olunsa da, sonralar bu tərif genişlənərək gimnastika və bəzi sirk tamaşalarını əhatə etmişdir. Akrobatika və gimnastika yarışları XIX əsrdə Avropada geniş yayılmışdır. === Çin === Çin mədəniyyətində akrobatikanın kokləri 2500 il əvvəl keçirilən məhsul festivallarına qədər gedib çıxır.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — I Avropa Oyunlarında akrobatika gimnastikası idman növü üzrə yarışlar 17, 19 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. İdmançılar 6 dəst medal uğrunda mübarizə apardı. Qadınların çöxnövçülük, balans və temp hərəkətləri üzrə yarışlarında qızıl medalı Belçika gimnastları qazandı. Gümüş medala Rusiya nümayəndələri, bürünc medala isə Belarus gimnastları layiq görüldü. Qarışıq yarışlarda isə Rusiyalı Marina Çernova və Georgi Pataraya I Avropa Oyunlarının çempionu oldu. Belçika gimnastları Yana Vastavel və Solano Kassamayor gümüş medal, Böyük Britaniyalı Anna Baun və Ryan Bartlett isə bürünc medal qazandı. Ümumi yekunda, medal sıralanmasında Belçika və Rusiya Federasiyasının idmançıları 3 qızıl, 3 gümüş medalla 1-ci, 2-ci yeri tutdu.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 2 gün sonra 19 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 86.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 85.430 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 84.610 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Turş akronixiya
Turş akronixiya (lat. Acronychia acidula) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin akronixiya cinsinə aid bitki növü. Mənşəcə Avstraliyanın tropik meşələrinə aid kiçik boylu ağac növüdür. Meyvəsi xoş ətirli və turş olduğuna, eləcə də şirəyə əlavə edilməsi, qənnadı məhsullarının hazırlanmasında istifadə olunduğuna və görə daha çox tanınmışdır. Ağac tez boy atır və onubuna görə də onu müntəzəm olaraq budamaq lazım gəlir.
Akrobatlar
Akrobatlar — fransız rəssam Qustav Dorun 1874-cü ildə çəkdiyi rəsm işi. == Təsviri == Rəsmdəki işıq uşağa və anasına yönəlib. Faciənin baş verdiyi və hadisə ilə maraqlananların toplaşdığı yerlər - ümumi olaraq rəsmin fonu daha qaranlıqdır. Rəsm iki hissəyə bölünmüş kimi nəzərdən keçirilə bilər. Yuxarı sağ küncdən aşağı sol küncə gedən xəyali xətt görünür. Uşağın bədəninin pozisiyası da bu xətti izləyir və bu xətt uşağın solğun ağ bədəni ilə daha gücləndirilir. Akrobatik şousu göstərən zaman çox pis yaralanmış uşaq görünür. Qanın şiddəti və uşağın ağaqpaq rənginə baxanda ölümn qaçınılmaz görünür. Ana yas içində. Falçı olan ananın açdığı falda açdığı maça as kartı ölümü təmsil edir.

Значение слова в других словарях