Akseptor
Akseptor — (lat. acceptor- qəbuledici) – yarımkeçiricidə valent zonasından elektronu tutan aşqar atomudur; bu isə həmin zonada deşik yaranmasına ekvivalentdir. Məs. Ge və Si üçün akseptor -B , Al, Ga ola bilər. Kristal qəfəsinin nöqtəvi defekti də akseptor ola bilər.
Mürəkkəb yarımkeçiricilərdə akseptor aşqarı (A.a.) stexiometrik formulaya cavab verən, tərkibə görə artıqlıq edən elektromənfi elementlərin atomları da (O, Se, Te , Cl , və s.) ola bilər. Akseptor aşqarının daxil edilməsi yarımkeçiricinin deşik keçiriciliyinə səbəb olur, yəni akseptor aşqarının ionlaşması valent zonasında deşiklərin yaranmasına gətirib çıxarır ki, bu da elektronun valent zonasından qadağan olunmuş zonada yerləşən A.a. səviyyəsinə keçməsi kimi təsvir edilir.
Akseptor Aşqar- (latın sözü olub, acceptor-qəbul edən) – yarımkeçiricidə aşqardır; ionlaşdırması valent zonasından elektronların tutulması, ya da donor aşqar ilə müşahidə olunur. А.а.-ya səviyyəvi misal III qrup elementlərinin atomları (B, Al, Ga, Jn), IV qrupun elementar yarımkeçiricilərində Ge və Si-dir.