Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Advalor
Gömrük rüsumu — Malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur. == İxrac rüsumu == İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur. == İdxal rüsumu == İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.
Avdalar
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır. Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Adalar
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Adalar adası
Adalar adası (Adalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. == Etimologiya == Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. == Coğrafiya == Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Adalar krallığı
Dəmir Adalar krallığı — vikinqlərin hücumları nəticəsində Hebrid adaları və Men adası ərazisində yaradılmış dövlət. Hökmdarları əslən Norveç kralları nəslindən gəlirdi. Vikinqlər bu adalara "Cənub adaları" mənasında Suðreyjar deyirdilər. Dövlətin son hökmdarı Maqnus Olafsson 1265-ci ildə şotlandlar tərəfindən öldürüldü və Adalar Krallığı Şotlandiyaya birləşdirildi.
Adalar qövsü
Adalar qövsü — əsasən bir-birinə yaxınlaşan iki tektonik plitə arasındakı sərhəd, paralel və yaxın olaraq yerləşdirilmiş, bir qövsdə düzülmüş, vulkan zəncirlərindən və bir çox adadan ibarət arxipelaq. Adalar qövsü konvergent tektonik plitə sərhədləri boyunca aşkar olunan intensiv seysmik aktivliyə malik aktiv vulkanların uzun zəncirləridir. Adalar qövslərinin əksəriyyəti okean yer qabığından yaranır və subduksiya zonası boyunca litosferin mantiyaya enməsi nəticəsində yaranmışdır. Bu adalar kontinental böyümənin əldə edilməsinin əsas yoludur. == Adalar qövsü == Zirvəsi su səthindən qalxaraq qövsvari adalar sırası əmələ gətirən sualtı dağ silsiləsi. Adalar qövsü tək və qoşa olur. Sonuncular iki bir-birinə paralel sıra dağlardan ibarətdir: daxili — vulkan və xarici — qırışıqlıq dağlardan təşkil olub dağarası novla ayrılırlar. Adalar qövsü müasir mütəhərrik əyalətlərin bir hissəsi olub, qitədən okeana keçid zonasında yerləşir; bunlarla kənar geosinklinal dənizlərin dərin çökəklikləri, dərin okean novları və kənar okean tirələri (valları) əlaqədardır. Adalar qövsü aktiv vulkanik (əsasən andezit tərkibli) və seysmik fəaliyyətlə, eləcə də Yer qabığının kəskin şaquli hərəkətləri və parçalanmış relyeflə səciyyələnir. Bunlar qədim geosinklinal əyalətlərin geoantiklinal qalxımlarının və ya dağ silsilələrinin analoqu hesab edilir.
Avalon yarımadası
Avalon yarımadası — Nyufaundlend adasının cənub-şərq hissəsində yerləşən iri yarımadalarından biri. Sahilləri nisbətən parçalıdır və körfəzlərə əhatələnib. Ərazi Şimali Amerika materikinin avropalı kolonistlər tərəfindən ilk məskunlaşma bölgələrindən biridir. Yarımada ərazisində 250 min nəfər insan məskunlaşmışdır. Yarımadada vilayətin paytaxtı olan Sent-Cons şəhəri yerləşir.
Elturan Avalov
Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Həyatı və fəaliyyəti == Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib. "Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib.
Sədd adalar
Sədd adalar (Baryer adalar) — sahilə paralel uzanan, ensiz və uzun formaya malik olaraq əsasən qumdan ibarət olan ada. Adəti üzrə bu adalarda zəncirvari şəkildə bir necə və yaxudda onlarla adanın bir istiqamət üzrə düzülməsini müşahidə etmək olar. Bu tip adaları eni və uzunluğu sahilin quruluşu, axınlar, dalğanın güçü, dənizin səviyyəsi və suxurun tərkibindən asılıdır. Onlar bəzən 100 kilometrlərlə uzana bilir. Dünyada ən uzun və enli sədd adası Padredir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Adalar arası dəniz
Adalar arası dəniz — halqavari şəkildə adalarla ( və ya qayalıqlarla) əhatələnmiş və okeanın digər hissələrindən ayrılmış dənizlərə deyilir. Adalar arası dənizlərin böyük qismi Malay arxipelaqına daxil adaların arasında yerləşir. Adalar arası dənizlər: Filippin dənizi, Yava dənizi, Banda dənizi, Sulavesi dənizi, Solomon dənizi, Daxili Yapon dənizi, Aki dənizi, Sulu dənizi, Bismark dənizi, Halmahera dənizi, Mindanao dənizi, Koro dənizi, İrland dənizi və s. Geostruktur baxımından çağdaş Geosinknal bölgələrdə yerləşir.
Aldabra (adalar qrupu)
Aldabra adaları — Xarici Seyşel adalarının bir hissəsidir. Aldabra qrupu adaların cənub-qərbində, Mae adasında yerləşən paytaxt Viktoriyadan 1000 kilometr (620 mil) məsafədə yerləşir. == Əhali və ərazi == Qrupda 3 məskubnlaşılmış və 1 məskunlaşılmamış ada var. Hazırda əsas yaşayış məskəni böyük bir hərbi bazanın inşasının davam edildiyi Assampşen adasında yerləşir. Digər kənd isə Aldabradakı Aldabra Araşdırma Stansiyasıdır. Yalnız 2 nəfərdən ibarət olan ən kiçik kənd Astov adasındadır. Menai adasında isə tərk edilmiş kənd, Kosmoledo yerləşir. Aldabra adalar qrupunun ümumi sahəsi 180,03 km²-dir.
Daş adalar qövsü
Daş adalar qövsü Xəzər dənizində yerləşən adalar qrupu. Qövsdə irili-xırdalı 10-a (8) yaxın ada var. Bunlardan Daxili daş və Orta daş adaları iriliklərinə görə fərqlənir. Orta daş adası Daxili daş adasından 2,4 km cənubda yerləşir. Qövs "S-vari" quruluşa malik olub simaldan cənuba doğru uzanır. Burada qövs sualtı adalar vasitəsilə bir-birinə birləşir. Sahilə yaxınlığı ilə səciyələnir. Şimaldan cənuba uzanması onlara təbii dalğaqıran rolu oynamağa imkan verir. Tektonik məşəlli olmasıla səciyyəvidir. Uzun ensiz formaya malikdirlər.
Polad Adalar (1985)
Qövsvari adalar sistemi
Qövsvari adalar sistemi (rus. система островных дуг, ing. system of island arcs) — materiklə okeanının birləşdiyi mobil zonada müşahidə edilən mürəkkəb struktur kompleksdən təşkil olunmuş tektonik vahid; bir, iki, bəzən üç cərgə adalar və sualtı yüksəkliklər zəncirindən, qövsün xarici (okean) tərəfində dərin su novlarından və daxili tərəfində kənar dənizlərin dərin çökəkliklərindən ibarət olur. Q.a.s. üçün aktiv vulkanizm və yüksək seysmiklik səciyyəvidir.
Sualtı adalar qövsü
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Abşeron yarımadası ətrafı adalar
Abşeron yarımadasının ətrafında şm.-da Abşeron və c.-da Bakı arxipelaqlarına daxil olan çoxlu sayda adalar mövcuddur. Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava və s. adalar Abşeron arxipelaqına, Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum (ada)), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, Daşlı ada, Qumani,Kür daşı və s. adalar Bakı arxipelaqına aiddirlər. Böyük Zirə, Daş Zirə, Qum və ya Kiçik Zirə adaları bəzən Bakı Körfəzi (buxtası) adaları kimi göstərilir. Ən böyük ada Pirallahı (sahəsi təqr. 15 km2, uz. 12 km, eni 4 km-ə qədərdir.), ən ş.-də yerləşən ada Çilovdur.Abşeron və Bakı arxipelaqları akvatoriyalarında həmçinin çoxlu dayazlıqlar və ya saylar (sualtı adalar) (Abşeron, Balaxnın, Darvin, Neft Daşları, Kür və s.) vardır. Hər iki arxipelaqa daxil olan adaların mənşəyi qədimlərə gedib çıxır. Adların əksəriyyətində rast gəlinən "Zirə" sözü ərəbcə ada mənasını verən "cəzirə" sözündən götürülüb.
Polad adalar (film, 1985)
Bell V-280 Valor
V-280 Valor, ABŞ Silahlı Qüvvələrinın Gələcək Şaquli Qalxması (FVL) proqramı üçün Bell Textron Helicopter və Lockheed Martin şirkətləri tərəfindən yaradılmış olan 3 təbəqəli tiltrotordur. Rəsmi olaraq 2013-cü ildəki ABŞ Ordusunun Aviasiya Assosiasiyasının (Army Aviation Association of America) Fort Worth, Texasdakı İllik Peşəkar Forum və Sərgisində nümayiş etdirilmiş, ilk uçuşunu isə 2017-ci ildə etmişdir.
Adalar sahildə yaranır (film, 1988)
Adalar sahildə yaranır filmi rejissor Rais İsmayılov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Bakı Dərin Özüllər Zavodunun fəaliyyətindən, fəhlələrin çətin və təhlükəli əməyindən bəhs edir. Zavod filmin adından da göründüyü kimi Xəzərdə yaradılan dəmir adaların mənbəyini təşkil edir. Həmçinin, zavodun yanında fəaliyyət göstərən, peşəkar qaynaqçılar yetişdirən peşə-texniki məktəbinin fəaliyyəti filmdə öz əksini tapmışdır. == Məzmun == Film Bakı Dərin Özüllər Zavodunun fəaliyyətindən, fəhlələrin çətin və təhlükəli əməyindən bəhs edir. Zavod filmin adından da göründüyü kimi Xəzərdə yaradılan dəmir adaların mənbəyini təşkil edir. Həmçinin, zavodun yanında fəaliyyət göstərən, peşəkar qaynaqçılar yetişdirən peşə-texniki məktəbinin fəaliyyəti filmdə öz əksini tapmışdır.