allotrof
allotropik
OBASTAN VİKİ
Allotropiya
Allotropiya (yunan dilindən tərcümədə “allass troper” – özgə, başqa + “tropos” – yön, özəllik) — bir sıra kimyəvi elementlərin quruluşu və özəllikləri ilə bir-birindən ayrılan iki və ya daha çox bəsit maddə əmələ gətirmək bacarığı. Hazırda 400-dən çox allotropik şəkildəyişmə olan bəsit maddə var. Allotropiya həmçinin karbon, kükürd və s. elementlərdə də görülür. Eyni bir kimyəvi elementin bir neçə bəsit maddə yaratmasş olayına allotropiya, yaranmış bəsit maddələrə isə həmin elementin allotropik şəkildəyişmələri deyilir. Ona görə də bəsit maddələrin sayı (400-dən çox) kimyəvi elementlərin sayından çoxdur. == Tarixi == Hələ XVIII əsrdə heyranedici fakt – almaz və adi kömürün yanması zamanı karbon qazı alındığı müəyyən edilmişdir. Deməli, almaz və kömür eyni növ element atomlarından – karbondan ibarətdir. Alimlər müəyyən etdilər ki, kükürd də müxtəlif kristallar halında (plastik və kristallik) mövcud ola bilər. Sonralar fosforun ağ, qırmızı və qara kristallik formaları müəyyən edildi.