Alm

die; -, -en otlaq (dağda)
Allzweck
Almanach
OBASTAN VİKİ
Dəmir Alməmmədov
Dəmir Alməmmədov (Qasım oğlu)
Dəmir Alməmmədov (Qədim oğlu)
Dəmir Alməmmədov (filoloq)
Dəmir Alməmmədov (neftçi)
Elm və Texnologiya üzrə Alman İnstitutu
Elm və Texnologiya üzrə Alman İnstitutu (ing. German Institute of Science and Technology – GIST) — Münhen Texniki Universitetinin Sinqapur filialı == Tarixi == İnstitut Sinqapur Milli Universiteti və Nanyanq Texnoloji Universiteti ilə Münhen Texniki Universitetinin əməkdaşlığı çərçivəsində 2002-ci ildə fəaliyyətə başlamışdır.
Emin Alməmmədov
Fatema Almahmeed
Fatema Almahmeed (14 iyun 1999) — Bəhreynli üzgüçü. Fatema Almahmeed Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fatema Almahmeed birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.28 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Faşist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Federal Müdafiə Nazirliyi (Almaniya)
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Felipe Almeyda Feliks
Felipe Almeyda Feliks — futbolçu. == Həyatı == 20 aprel 1985-ci ildə anadan olub. Feliks 2009-cu ilin martında ailə həyatı qurub. O, rusiyalı Mariya Karolinaya ilə evlənib. == Karyerası == Karyerasına Braziliya A Seriyasında çıxış edən Atletiko Paranaensedə başlayıb. İki ilə yaxın orada oynadıqdan sonra Portuqaliyaya yollanıb. Üç il ikinci divizionda çıxış edən Beyra Marın şərəfini qoruyub. Və bu zaman Rusiyanın Spartak (Nalçik) klubundan ciddi təklif gəlib və razılaşaraq onlarla üç illik müqavilə bağlasa da, ilyarımdan sonra 2009-cu ilin yayında Bakıya 6 aylıq icarəyə verilib. Bakının heyətində 2009/2010 mövsümündə Avropa kuboklarında meydana çıxdığı 5 oyunda 4 qol vurub. Unibank Premyer Liqası 2009/2010-un 12-ci turunda Xəzər-Lənkəran ilə oyunu aşağı səviyyədə keçirən və qarşılaşmadan sonra qırmızı vərəqə alan braziliyalı Feliks Almeyda Bakı klubundan qovulub.
Fransisko de Almeyda
Fransisko de Almeyda (port. Francisco de Almeida) - səyyah.
Gavalıyarpaq alma
Gavalıyarpaq alma (lat. Malus prunifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.
Geo Television (Almaniya)
«Geo Television» — Alman dilində yayımlanan və «RTL Group» şirkətinin sahibləndiyi Almaniya paylama telekanalı. Telekanal eyni adlı jurnalın (GEO) televiziya formasıdır. «GEO Television» açıqlayıcı və sənədli filmlərin yayımlanmasına diqqət ayırır. == Verilişləri == Telekanal 8 may 2014-cü ildən yayımlanır. Başlanğıcda yalnız IPTV təklifi ilə «Telekom Entertain» vasitəsilə yayımlanırdı. 17 may 2017-ci ildən telekanal «Kabel Deutschland» kabel şəbəkəsində də mövcuddur. 23 may 2017-ci ildən isə telekanal «Amazon Prime» vasitəsilə yayımlanır.
Giləmeyvəli alma
Giləmeyvəli alma (lat. Malus baccata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şərqi Sibirin cənubunda, cənub-şərqində, Mançjuriyada və Şimali Çində bitir. == Botaniki təsviri == Hündürlüyü 5-10 m-ə çatan, yumru, sıx çətirli, çılpaq, nazik zoğlara malik ağacdır. Yarpaqları ellipsvari və ya yumurtavari, uzunluğu 8 sm, eni 4-4,5 sm, kənarları xırda dişli, ayanın üst səthi parlaq, çılpaq, ucu bizdir. Çiçəkləri ağ, diametri 3,5 sm-ə qədərdir. Meyvələri şarşəkilli, xırda, diametri 1 sm-ə qədər, uzun meyvə saplağına malik, qırmızı və ya sarıdır. Ağacda uzun müddət qalır. == Ekologiyası == Soyuğa, quraqlığa davamlıdır, budanmanı yaxşı keçirir. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Heydər Almazovun Türbəsi
Heydər Almazovun Türbəsi (Pirətavan) — Yerli camaatın Pirətavan adlandırdığı bu türbənin adı Piri-taun (taun xəstəliyinə şəfa verən yer) söz birləşməsinin təhrif olunmuş şəklidir. Bu türbədə iki məzar var. Onlardan biri Soltan digəri isə Mirkəlaməddin adlı şəxslərə məxsusdur. Heydər Almazov adlı imkanlı şəxs 1894-cü ildə bu qəbirlərin üzərində gördüyümüz bu türbəni tikdirir və türbə rəsmi tarixi sənədlərə onun adı ilə, yəni "Heydər Almazov türbəsi" kimi qeyd olunur. == Tarixi == Akademik D.Born "Bibiheybət" məqbərələrində tədqiqat işi apararkən bu kompleksin Səfəvilər dövlətinin, xüsusilə I Şah Abbasın dövrünə təsadüf olduğunu sübut etmişdir. Məhz bu tədqiqatlara əsaslanaraq bu ziyarətgahın XVII əsrdən çox əvvələ aid olduğunu görə bilərik. Türbənin inşası hicri tarixi ilə 1311-ci ildə (miladi təqvimlə 1893-1894-cü illərdə) başa çatmışdır. == Yerləşməsi == Türbə Neftçalanın təxminən 3 km. qərbində salınıb. Vaxtilə qəbristanlığın yeri dəniz sahili olmuşdur.
III Fridrix (Almaniya imperatoru)
III Fridrix (alm. Friedrich III., Friedrich Wilhelm Nikolaus Karl von Preußen‎; 18 oktyabr 1831[…] – 15 iyun 1888[…]) — 9 mart 1888-ci ildən Almaniya İmperiyasının imperatoru (kayzeri) və Prussiyanın kralı, 28 oktyabr 1870-ci ildən prussiya general-feldmarşalı, 1872-ci ildən Rusiya general-feldmarşalı. Avropanın ən parlaq şahzadələrindən biri olsa da ağır xəstəlikdən cəmi 99 gün krallıq edərək vəfat edib.
II Vilhelm (Almaniya imperatoru)
I Vilhelm (Almaniya imperatoru)
I Vilhelm (alm. Wilhelm I. Friedrich Ludwig‎; 22 mart 1797[…], Berlin – 9 mart 1888[…], Berlin) — Almaniya imperatoru (kayzer). 18 yanvar 1871-ci ildən Prussiya krallığının 7 oktyabr 1858-ci ildən regenti, 2 yanvar 1861-ci ildən Prussiyanın kralı. Prussiya general-feldmarşalı. Birləşmiş Almaniya İmperiyasının birinci imperatoru Wilhelm həm də ingiltere kralicasının nəvəsidir.
Jurinea almaatensis
Jurinea almaatensis (lat. Jurinea almaatensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kamal Almuradlı
Keçəgünbəd (Cəng Almaz)
Keçəgünbəd (fars. كچه گنبد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 168 nəfər yaşayır (31 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Kirpi balası və alma (film, 1977)
== Məzmun == Bizi əhatə edən canlı təbiətə diqqət və qayğı göstərmək hər birimizin müqəddəs borcudur. Bu fikir filmin əsasını təşkil edir. Və burada dostluğun böyük gücündən söhbət gedir. == Film haqqında == Film mətnsizdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nəriman Süleymanov Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Multiplikasiya rəssamı: Gülşən Quliyeva, Yuri Meşşeryakov, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Esmira İsmayılova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Aydın Abdullayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Leopoldin Alman Milli Elmlər Akademiyası
Leopoldin Alman Milli Elmlər Akademiyası (qısaca Leopoldin, alm. Deutsche Akademie der Naturforscher Leopoldina – Nationale Akademie der Wissenschaften‎) — Halledə (Saale) yerləşən Almaniyanın milli akademiyası. 1652-ci il yanvarın 1-də İtaliyadakı akademik modellərə əsaslanaraq qurulan akademiya, 1687-ci ilə qədər imperator I Leopold tərəfindən akademiya səviyyəsinə yüksəldilərək, onun adı verilənə qədər Academia Naturae Curiosorum adlandırılıb.Akademiya, 2007-ci ilə qədər Almaniyanın Milli Elmlər Akademiyası elan edilənə qədər alman adı ilə Deutsche Akademie der Naturforscher Leopoldina kimi tanınırdı. == Tarixi == Leopoldin 1652-ci il yanvarın 1-də imperatorun Şvaynfurt şəhərində latın adı ilə Academia Naturae Curiosorum adı ilə qurulmuşdur, bəzən ingilis dilinə "Təbiətə Maraqlılar Akademiyası" kimi tərcümə olunur. O, dörd yerli həkim: İohann Laurentius Baux, cəmiyyətin ilk prezidenti, İohann Maykl Fer, Georq Balthasar Metzqer və Georq Balthasar Vohlfars tərəfindən təsis edilmişdir. Leopoldin arxivləri, XVII əsrə aid qeydlərin saxlanıldığı, dünyanın ən qədim arxivlərindən biridir. 1670-ci ildə cəmiyyət ilk elmi jurnallardan biri olan, tibbə və təbiət fəlsəfəsinin botanika və fiziologiyasına aid mövzuları özündə cəmləşdirənEfemeriden və ya Miscellanea Curiosa-nı nəşr etməyə başladı., s. 7–8 Onu 1677-ci ildə akademiyaya çevirən imperator I Leopold tərəfindən tanındıldı və sonra 1687-ci ildə onu İmperator Akademiyası elan edərək, Sacri Romani Imperii Academia Caesareo-Leopoldina Naturae Curiosorum adlandırdı və onun adını daşımasına icazə verdi. Cəmiyyət ilk vaxtlar işini yazışma yolu ilə aparırdı və prezidentin işlədiyi yerdə yerləşirdi. Şvaynfurtdan sonra Akademiya 1878-ci ildə Halledə daimi yerləşməmişdən əvvəl bir çox yerdə iqamət etmişdir.
Mancuriya alması
Mancuriya alması (lat. Malus mandshurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Primorski, Uzaq Şərq, Çin və Yaponiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 45 sm-ə çatan, yumru çətirli ağacdır. Qabığı tünd qonur, bəzən qara, yarıqlı, budaqları çubuqvari, qırmızı-sarıdır. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonurdur. Yarpaqları enli-yumurtavari və ya əks–yumurtavari, bünövrəsi yumru, ucu ensiz, yuxarı hissəsi xırda dişli, tükcüklüdür. Çiçək qrupu çətirvari 4-8 ağ rəngdədir, iri ətirli çiçəklərin diametri 2-4 sm-dir. Mayda çiçəkləyir. Meyvələri şarşəkilli, diametri 1 sm-ə çatır, sarı qırmızımtıl çalarlı, turş- acıdır.