Alm

die; -, -en otlaq (dağda)
Allzweck
Almanach
OBASTAN VİKİ
Cvanenq almaz yatağı
Cvanenq almaz yatağı (ing. Jwaneng) — Botsvanada, Qaboron şərqdən 110 km qərbdə almaz yataqları qrupu. Ehtiyatına və hasil edilən almazın illik dəyərinə görə dünyada ən iri yataqlardan biridir. 1970-ci ildə kəşf edilmiş, 1982-ci ildən açıq üsulla istismar olunur. Karxananın dərinliyi 273 m-dir (2004); 600 m dərinlikdən sonra yatağın yeraltı istismarı nəzərdə tutulur. 720 m dərinliyədək yatağın ümumi ehtiyatı 428 mln. kar-dır (1,65 mm-dən böyük almazlar üçün). Yataqlar kimberlit tiplidir; Arxeyin Kalahari kratonunun mərkəzi hissəsinə aid edilir. 12 kimberlit borusu aşkar olunmuşdur, yalnız biri (Erkən Trias yaşlısı) sənaye əhəmiyyətlidir. Yan süxurlar Paleozoy-Trias daykaları ilə yarılmış Proterozoy yaşlı dolomit və gil şistlərindən ibarətdir.
Cəfərabad (Cəng Almaz)
Cəfərabad (fars. جعفر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Dayavik almaz yatağı
Dayavik almaz yatağı — Kanadada, Yellounayf şəhərindən 300 km şimal şərqində yerləşir. Ehtiyatına görə ölkənin ikinci yatağıdır. 1994-cü ildə kəşf olunmuş, 2002-ci il dən açıq və yeraltı üsullarla istismar olunur. Almazın kəşf olunmuş ümumi ehtiyatı 106,5 mln. kardır (kimberlitlərdəki orta miq darı 3,96 kar/t, ehtiyatı isə 25,6 mln. t-dur ). Yataq Şimali Amerika platformasının şimal-qərb hissəsi ilə əlaqədardır; Kanada almazlı əyalətinə daxildir. Eosen yaşlı 4 kimberlit borusundan ibarətdir. Kimberlitlər vulkanoklastik və piroklastik süxurlardan, yan süxurlar isə zəif metamorfizləşmiş qrauvakka və argillitlərdən, həmçinin Arxey yaşlı diorit və qranitlərdən ibarətdir. Borular 30 m qalınlıqlı müasir buzlaq çöküntüləri ilə örtülüdür.
Debian Almquist shell
Dash (Debian Almquist shell) — *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Dieqo de Almaqro
Dieqo de Almaqro - (isp. Diego de Almagro; 1475[…] – 8 iyul 1538, Kusko[d]) — İspaniyalı səyyah və konkistador.
Disney-in 21st Century Fox-u satın alması
"Disney"in "21st Century Fox"u satın alması – 20 mart 2019-cu ildə "The Walt Disney Company" şirkətinin "21st Century Fox" şirkətini 71 milyard ABŞ dolları qarşılığında satın alması. "Disney"in "Fox"u almaq istədiyi ilk dəfə 14 dekabr 2017-ci ildə anons edilmişdi. Əvvəlcə müqavilənin 52 milyard ABŞ dollarını əhatə edəcəyi bildirilsə də, bu məbləğ "Comcast" ilə yaşanan rəqabətə görə 71,3 milyard ABŞ dollarına yüksəlmişdir. "Disney" "Fox"un təxminən 13.7 milyard dollarlıq borcunu da ödəmək məcburiyyətində olmuşdur. Satınalma "Twentieth Century Fox", "Fox Searchlight Pictures", "Fox 2000 Pictures", "Fox Family" və "Fox Animation", "Twentieth Century Fox Television", "FX Productions" və "Fox21", "FX Newtorks", "National Geographic Partners", "Fox Networks Group International" və "Star India"nın, eləcə də, "Fox"un "Hulu", "Tata Sky" və "Endemol Shine Group"dakı səhmlərini də əhatə etmişdir. Bununla yanaşı, "Simpsonlar", "İks-adamlar", "Avatar", "Fantastik dördlük", "Qriffinlər" kimi mediafranşizlər də "Disney"in ixtiyarına keçmişdir.
Dumer alma ağacı
Dəmir Alməmmədov
Dəmir Alməmmədov (Qasım oğlu)
Dəmir Alməmmədov (Qədim oğlu)
Dəmir Alməmmədov (filoloq)
Dəmir Alməmmədov (neftçi)
Elm və Texnologiya üzrə Alman İnstitutu
Elm və Texnologiya üzrə Alman İnstitutu (ing. German Institute of Science and Technology – GIST) — Münhen Texniki Universitetinin Sinqapur filialı İnstitut Sinqapur Milli Universiteti və Nanyanq Texnoloji Universiteti ilə Münhen Texniki Universitetinin əməkdaşlığı çərçivəsində 2002-ci ildə fəaliyyətə başlamışdır.
Emin Alməmmədov
Fatema Almahmeed
Fatema Almahmeed (14 iyun 1999) — Bəhreynli üzgüçü. Fatema Almahmeed Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Fatema Almahmeed birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.28 saniyəlik nəticəsi ilə 74-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Faşist Almaniyası
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Federal Müdafiə Nazirliyi (Almaniya)
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Felipe Almeyda Feliks
Felipe Almeyda Feliks — futbolçu. 20 aprel 1985-ci ildə anadan olub. Feliks 2009-cu ilin martında ailə həyatı qurub. O, rusiyalı Mariya Karolinaya ilə evlənib. Karyerasına Braziliya A Seriyasında çıxış edən Atletiko Paranaensedə başlayıb. İki ilə yaxın orada oynadıqdan sonra Portuqaliyaya yollanıb. Üç il ikinci divizionda çıxış edən Beyra Marın şərəfini qoruyub. Və bu zaman Rusiyanın Spartak (Nalçik) klubundan ciddi təklif gəlib və razılaşaraq onlarla üç illik müqavilə bağlasa da, ilyarımdan sonra 2009-cu ilin yayında Bakıya 6 aylıq icarəyə verilib. Bakının heyətində 2009/2010 mövsümündə Avropa kuboklarında meydana çıxdığı 5 oyunda 4 qol vurub. Unibank Premyer Liqası 2009/2010-un 12-ci turunda Xəzər-Lənkəran ilə oyunu aşağı səviyyədə keçirən və qarşılaşmadan sonra qırmızı vərəqə alan braziliyalı Feliks Almeyda Bakı klubundan qovulub.
Fransisko de Almeyda
Fransisko de Almeyda (port. Francisco de Almeida) - səyyah.
Gavalıyarpaq alma
Gavalıyarpaq alma (lat. Malus prunifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir. Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.
Geo Television (Almaniya)
«Geo Television» — Alman dilində yayımlanan və «RTL Group» şirkətinin sahibləndiyi Almaniya paylama telekanalı. Telekanal eyni adlı jurnalın (GEO) televiziya formasıdır. «GEO Television» açıqlayıcı və sənədli filmlərin yayımlanmasına diqqət ayırır. Telekanal 8 may 2014-cü ildən yayımlanır. Başlanğıcda yalnız IPTV təklifi ilə «Telekom Entertain» vasitəsilə yayımlanırdı. 17 may 2017-ci ildən telekanal «Kabel Deutschland» kabel şəbəkəsində də mövcuddur. 23 may 2017-ci ildən isə telekanal «Amazon Prime» vasitəsilə yayımlanır.
Giləmeyvəli alma
Giləmeyvəli alma (lat. Malus baccata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Yabanı halda Şərqi Sibirin cənubunda, cənub-şərqində, Mançjuriyada və Şimali Çində bitir. Hündürlüyü 5-10 m-ə çatan, yumru, sıx çətirli, çılpaq, nazik zoğlara malik ağacdır. Yarpaqları ellipsvari və ya yumurtavari, uzunluğu 8 sm, eni 4-4,5 sm, kənarları xırda dişli, ayanın üst səthi parlaq, çılpaq, ucu bizdir. Çiçəkləri ağ, diametri 3,5 sm-ə qədərdir. Meyvələri şarşəkilli, xırda, diametri 1 sm-ə qədər, uzun meyvə saplağına malik, qırmızı və ya sarıdır. Ağacda uzun müddət qalır. Soyuğa, quraqlığa davamlıdır, budanmanı yaxşı keçirir. Böyük Qafqazda təbii halda rast gəlinir.
Heydər Almazovun Türbəsi
Heydər Almazovun Türbəsi (Pirətavan) — Yerli camaatın Pirətavan adlandırdığı bu türbənin adı Piri-taun (taun xəstəliyinə şəfa verən yer) söz birləşməsinin təhrif olunmuş şəklidir. Bu türbədə iki məzar var. Onlardan biri Soltan digəri isə Mirkəlaməddin adlı şəxslərə məxsusdur. Heydər Almazov adlı imkanlı şəxs 1894-cü ildə bu qəbirlərin üzərində gördüyümüz bu türbəni tikdirir və türbə rəsmi tarixi sənədlərə onun adı ilə, yəni "Heydər Almazov türbəsi" kimi qeyd olunur. Akademik D.Born "Bibiheybət" məqbərələrində tədqiqat işi apararkən bu kompleksin Səfəvilər dövlətinin, xüsusilə I Şah Abbasın dövrünə təsadüf olduğunu sübut etmişdir. Məhz bu tədqiqatlara əsaslanaraq bu ziyarətgahın XVII əsrdən çox əvvələ aid olduğunu görə bilərik. Türbənin inşası hicri tarixi ilə 1311-ci ildə (miladi təqvimlə 1893-1894-cü illərdə) başa çatmışdır. Türbə Neftçalanın təxminən 3 km. qərbində salınıb. Vaxtilə qəbristanlığın yeri dəniz sahili olmuşdur.
III Fridrix (Almaniya imperatoru)
III Fridrix (alm. Friedrich III., Friedrich Wilhelm Nikolaus Karl von Preußen‎; 18 oktyabr 1831[…] – 15 iyun 1888[…]) — 9 mart 1888-ci ildən Almaniya İmperiyasının imperatoru (kayzeri) və Prussiyanın kralı, 28 oktyabr 1870-ci ildən prussiya general-feldmarşalı, 1872-ci ildən Rusiya general-feldmarşalı. Avropanın эn parlaq şahzadələrindən biri olsa da ağır xəstəlikdən cəmi 99 gün krallıq edərək vəfat edib.
II Vilhelm (Almaniya imperatoru)