amfiblastula
amfibol-asbest
OBASTAN VİKİ
İpək xrizotil və amfibol asbest təzahürü
== Yerləşməsi == Laçın rayonunun İpək kəndindən 2,0-2,5 km. cənub-şərqdə yerləşmişdir. Təzahürün şimal-qərb hissəsində xrizotil-asbest kütləsi yerləşir. O, orta ipək çayının sağ sahilində en dairəsi istiqamətində uzanmış zona əmələ gətirir. == Sahəsi == Zonanın uzunluğu 0,9- 1,0 km, eni 100–150 m.-dir. == Ümumi məlumat == Xrizotil-asbestin tor şəkilli damarcıqları serpentinitləri müxtəlif istiqamətdə yararaq, birbirlərinə müxtəlif bucaq altında yerləşmişdir. Damarcıqların qalınlığı 1–8 mm.-dir. Asbest eninə liflidir. Filiz zonasından götürülmüş az miqdarda sınaqlarda asbestin filizlərdə miqdarı 3,08 kq/t. və yaxud 0,3% müəyyən edilib.
Amfibolit
Amfibolit — amfibol, plagioklaz və aşqar minerallardan təşkil olmuş ortadənəli metomorfik süxur amfibolit olan adi hornblend, metomorfizmin daha aşağı temperaturlu pillə amfibollarından olduqca mürəkkəb tərkib və alüminium oksidinin yüksək miqdarı ilə fərqlənir: plageoklaz adətən andezinə müvafiq olur. Metamorfizmin yüksək pillə süxurlarının bir çoxundan fərqli olaraq amfibolit heç də həmişə aydın şistvari tektstura müşahidə edilmir. Amfibolit qranoblast və ya (hornblend şistləşmə üzrə uzunsov kristallar əmələ gətirməyə meyil etikdə) qeyri-metoblast və hətta febroblast quruluşlu olurlar. Amfibolit həm əsasi tərkibli püskürmə süxurları (qabbro, diabazlar, bazaltlar və b.), həm də mergel tərkibli çökmə süxurların hesabına əmələ gələ bilər. Qabbroya keçid növlər qabbro-amfibolitlər adlanır və relikt qabbro quruluşu ilə səciyyələnirlər. Ultraəsasi süxurlar hesabına yaranan amfibolit üçün adətən plagioklazların olmaması və Mg ilə zəngin olan hornblendlərdən (antofillit, jedrit) təşkil olunması səciyyəvidir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Amfibollar
Amfibollar - minerallar == Haqqında == Amfibollar lentvari quruluşlu metasilikatlardır. Lentlər silisium oksidi tetraedrlərinin piroksen zəncirlərilə sonsuz cütləşməsindən ibarətdir. Onlar kation və mütləq (OH)-1 ionları ilə birləşirlər. Amfibollar quruluşu ionların əvəz olunmasının böyük müxtəlifliyinə imkan verir. Buna görə amfibollar kimyəvi tərkibi çox dəyişkən olub, ümumi düsturu X2-3Y5Z8 O22 (OH)2. Monoklinik (qlaukofan, maqneziumribekit-ribekit, rixterit, katoforit-maqneziumkatoforit, ekermanit-arfvedsonit). Kimyəvi tərkibin müxtəlifliyinə baxmayaraq, amfibollar əksər xassələrinə görə oxşardır: habitus prizmatikdən iynəvariyədək. Ayrılması prizma üzrə ~ 124° bucaqla mükəmməldir. Sərtliyi 5-6. Xüsusi çəki 2,85-3,6.
вта́йне исщерби́ть кочега́рить опека́ние отро́дье скоблёнка стекловыдува́льщик взборони́ть жаро́к знако́мка орехови́дный отдежу́ривать предупреди́тельность ботфорт урман шеляг beg broad gale away handraise mu горнолыжница защищать стапель эклектик