Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Detroit Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Detroyt Pistons
Detroyt Pistons – Miçiqan ştatını təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Pisten
Pistən
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Devid İston
Devid İston (ing. David Easton 24 iyun 1917, Toronto – 19 iyul 2014) — ABŞ və Kanada politoloqu. O, ABŞ-də bu sahə üzrə qabaqcıl alimlərdən biri hesab edilir. == Həyatı == Devid İston 1917-ci ildə, o zaman Britaniya imperiyasının bir hissəsi olan Kanadanın Toronto şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Toronto Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi almışdır. İston Harvard Universitetində 1943-cü ildə magistr dərəcəsi və 1947 -ci ildə doktorluq dərəcəsi almışdır. O, elə həmin il Çikaqo Universitetində Siyasi Elmlər Departamentində assistent kimi əmək fəaliyyətinə başlamışdır. İston 1943–1947-ci illərdə Harvard Universitetində aspirantura müəllimi kimi çalışmışdır. O, 1981-ci ildən Kaliforniya İrvin Universitetində professor olmuşdur. İston 1968–1969-cu illərdə Amerika Siyasi Elmlər Assosiasiyasının prezidenti olmuşdur.
Torlu piton
Torlu piton (lat. Python reticulatus) – pitonlar fəsiləsinin əsl pitonlar cinsinə aid heyvan növü. Reticulated python life history Arxivləşdirilib 2019-08-27 at the Wayback Machine at Reticulatedpython.info Arxivləşdirilib 2010-03-14 at the Wayback Machine. Yoxlanılıb 01.03.2011 Python reticulatus Arxivləşdirilib 2009-09-17 at the Wayback Machine at Exotic-pets.eu. Accessed Yoxlanılıb 01.03.2011.
Piton-de-Nej dağı
Piton-de-Nej (fr. Piton des Neiges) — Reyunyon adasında yerləşən sönmüş vulkan. Zirvə dəniz səviyyəsindən 3069 metr yüksəklikdə yerləşir. Bu isə onu adanın ən hündür zirvəsi edir. Qros Morndan şimalda Silao şəhəri yerləşir. Piton-de-Nej massivinin tərkibinə daxildir. Vulkanin massiv olsa da aktiv deyildir. Vullkanda on püskürmə 12 min il öncəyə təsadüf edir. Əsasən bazalt təbəqədən təşkil olunmuşdur. Zirvənin ətəkləri sıldırımlıdır.
Piton-de-Nej massivi
Piton-de-Nej (fr. Massif du Piton des Neiges) — Reyunyon adasında yerləşən dağ massivi. Maksimal hündürlüyü 3070 metr olan Piton-de-Nej dağıdır. Bundan əlavə massivdə Qros Morn, Qran-Benar, Roş-Erkit və Maido kimi zirvələrdə vardır. Massiv vulkanik mənşəllidir. Yaşının 8 milyon il olması ehtimal edilir. Son püskürmə 12 min il öncəyə təsadüf edir. Piton-de-Nej bir yatmış vulkandır. Ondan cənub-şərqdə yerləşən Piton-de-la-Furnez vulkanı 400 illik müşahidə zamanı 150 dəfə püskürmüşdür.
Piton-de-la-Furnez
Piton-de-la-Furnez (fr. Piton de la Fournaise) — Reünyon adasının cənub-şərqində yerləşən fəaliyyətdə olan vulkan. Vulkan dəniz səviyyəsindən 2631 metr yüksəklikdə yerləşir. XVII əsrdən 8 km-lik kalderaya malik vulkanın 150 püskürməsi qeydə alınmışdır. Ən son püskürmələr 14 dekabr 2008-ci ildən 5 fevral 2009-cu ilə, sonra isə 5 noyabr, 14 dekabr 2009-cu il və 2 yanvar 2010-cu ildə qeydə alınmışdır. Vulkan qeyri-rəsmi Reünyon bayrağında təsvir edilmişdir.
Boston
Boston — ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı. Yeni İngiltərədə ən böyük şəhər olan Boston, bölgənin iqtisadi və mədəni mərkəzi sayılır və qeyri-rəsmi olaraq Yeni İngiltərənin paytaxtı adlanır.
Histos
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 186 nəfərdir. Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Pirron
Pirron (yun. Πύρρων, təq. e. ə. 360-cı illər – təq. e. ə. 270-ci illər) — qədim yunan filosofu, skeptisizmin yaradıcısı. Peloponnesus yarımadasının Elida şəhərindən idi. Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdir.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Pistoya
Pistoya (it. Pistoia) — İtaliyanın Toskana regionunda şəhər.
Pithon
Platon
Platon (yun. Πλάτων; ən tezi e.ə. 428 və ən geci e.ə. 427[…], Afina – ən tezi e.ə. 348 və ən geci e.ə. 347, Afina), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər.
Pluton
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Preston
Preston (ing. Preston) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Prinston
Prinston (ing. Princeton) — ABŞ-nin Nyu-Cersi, Merser dairəsində şəhər. Bələdiyyə, 1 yanvar 2013-cü ildə Prinston borosunu və Prinston taunşipi birləşməsi ilə yaradıldı. 2010-cu il ABŞ siyahıya alınmasına görə bələdiyyənin əhalisi 28.572 nəfər idi ki, bunlardan da əvvəlki şəhərin əhalisi 16.265 nəfər, keçmiş diyarın əhalisi 12.307 nəfər idi. Vaşinqton komandanlığı altında olan Amerika qüvvələri tərəfindən Polkovnik Moqudun komandanlığı altında İngilislər üzərində Prinstonda qazanılan zəfər, müstəqillik müharibəsində dönüş nöqtəsi oldu. Filadelfiyadan 70 km şimal-şərqdə və Nyu-Yorkun cənub-qərbində oxşar məsafədə yerləşir. Prinston // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Proton
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Sistan
Sistan (fars. سیستان‎ [siːˈstɒːn]), əvvəllər Sakastan, Saklar ölkəsi), ya Zərəng Böyük İran torpaqlarından biridir ki, İranda, Əfqanıstanda və kiçik bir hissəsi Pakistanda yerləşir. Bəzi dövrlərdə ``Ruxaj (mərkəzi Qəndəharda) və Zəbulistan (mərkəzi Qəzni) də Sistanın bir hissəsidir. nəzərdən keçirilmiş və hətta Zabulistan və Sistan sinonim kimi istifadə edilmişdir. Bizim eradan əvvəl I minilliyin birinci yarısında Midiyanın tərkibində idi. Səfərilərin mərkəzi bu gün Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yakub bin Lait əs-Səfər tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsinde sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. Drangiana, Araxosiya: Zərəng su və dəniz ölkəsi deməkdir ki, bu torpağa Hamun gölü münasibəti ilə verilmişdir və yerli adı Sistandır. Qədim yunan tarixçiləri də Hirmandın aşağı hissəsində yerləşən torpağın Araxosia (Rhojj və Davar diyarı) olduğunu və Zarın çoxlu yaşayış məntəqələri, çaylar və tarlalar saldığı üçün saçlarının parlaq rənginə görə Zərəng adını da vermişlər.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Kelli Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Kelly Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Uinston
Uinston — R. J. Reynolds Tobakko (digər adı ilə RJR Nabisko) və onun filialları tərəfindən istehsal olunan Amerika siqaret markası. Uinston 1954-cü ildə yaranıb. 1966–1972-ci illəri əhatə edən satış uğurunda "Uinston, bir siqaretdən gözlənilən dad" şüarı təsirli olmuşdur. Brend, R. J. Reynoldsun Şimali Karolina ştatının Uinston-Salemdə biznesinə başladığı şəhərin şərəfinə almışdır. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri və Maksvell hesabatına görə, Uinston 2017-ci ildə bütün siqaret markaları arasında yeddinci ən yüksək ABŞ bazar payına (2 faiz) sahibdir. 1980-ci illərdə Uinston, "Winston y Puerto Rico: No hay nada mejor" reklam şüarı sayəsində Puerto Rikoda ən çox seçilən siqaret markası olub. (Uinston və Puerto Riko: Bundan yaxşısı yoxdur). Bundan sonra Uinston ABŞ-dən kənarda Yaponiyada çəkilən ikinci siqaret oldu. 12 iyun 2015-ci ildə Reynolds Amerikan və Lorillard birləşmələrini tamamladılar və Uinston rəsmi olaraq İmperial tütün məhsulu ITG brendlərinin mülkiyyətinə keçdi.
Konrad Hilton
Konrad Nikolson Hilton(ing. Conrad Nicholson Hilton; 25 dekabr 1887[…], San Antonio[d], Nyu-Meksiko – 3 yanvar 1979[…], Santa-Monika, Kaliforniya) — amerika iş adamı, Hilton Otellər Şəbəkəsinin banisi. == Həyatı == Konrad Hilton 1887-ci ilin dekabrın 25-də ABŞ-nin Nyu-Meksiko ştatında çox uşaqlı ailədə anadan olub. Anası Mari Almaniyadan, atası Avqust isə Norveçdən miqrasiya etmişdi. Atasının San-Antonioda xırdavat dükanı var idi. Ailənin bütün dolanışığını dükan vasitəsiylə təmin edirdi. Hətta uşaqlarının hər birinin öz otağı olan ev də tikmışdı, lakin 1907-ci ildə yaşanan böhran Avqustun da kiçik biznesini vurur. Mağazanın gəlirləri bir neçə dəfə azalır. Vəziyyət elə kritikləşir ki, ailə ərzağa qənaət etməyə başlayır, evlərinin bir neçə otağını günlük kirayə verirlər. Bu ideyanın ilk olaraq, kimin ağlına gəldiyi bəlli deyil.