AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.
== Tarixi ==
İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü il 19 yanvar tarixindən isə institutun adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Arxeologiya və Antropologiya İnstitutu kimi təsdiq olunmuşdur.
== İnstitutun rəhbərləri ==
== Əsas elmi istiqamətləri ==
İnstitutun fəaliyyətinin əsas məqsədi arxeologiya və antropologiya elmləri sahəsində Azərbaycanın zəngin maddi-mədəni irsinin öyrənilməsinə yönəlmiş fundamental elmi tədqiqatların təşkili və aparılması olduğu üçün institutun əsas fəaliyyət istiqamətləri buna uyğun müəyyənləşdirilmişdir. İnstitut Azərbaycan arxeologiyasının tarixi və nəzəriyyəsi, sosial və fiziki antropoloji tədqiqatlar, məhkəmə arxeologiyası, numizmatik və epiqrafik tədqiqatlar, Xəzər arxeologiyası, daş, tunc, dəmir dövrü arxeologiyasının müxtəlif problemləri, antik və ilk orta əsrlər, İslam dövrü arxeologiyası, Alban dövrü arxeologiyası istiqamətləri üzrə tədqiqatlar aparır.
== Struktur bölmələri ==
Daş dövrü şöbəsi
Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsi
Tunc dövrü arxeologiyası şöbəsi
Orta və son Tunc dövrü arxeologiyası sektoru
Dəmir dövrü arxeologiyası şöbəsi
Antik dövr və Alban arxeologiyası şöbəsi
İlk orta əsrlər dövrü arxeologiyası şöbəsi
İslam dövrü arxeologiyası şöbəsi
Etnoarxeologiya şöbəsi
Məhkəmə arxeologiyası şöbəsi
Xəzər arxeologiyası şöbəsi
Numizmatika və epiqrafika şöbəsi
Antropologiya şöbəsi
Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsi
Yeni tikili sahələrinin arxeoloji tədqiq şöbəsi
Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsi
Elmi fond və ekspozisiya şöbəsi
Arxeoloji texnologiya və ölçü-layihə şöbəsi
Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsi
Fiziki antropologiya laboratoriyası
Traseoloji və eksperimental arxeoloji laboratoriya
== Elmi şura ==
Sədr: T.ü.f.d. Fərhad Eldar oğlu Quliyev
Sədr müavini : T.e.d. Zaur Həsən oğlu Həsənov
Katib: T.ü.f.d. Ellada Abubəkir qızı
Üzvləri:
Tarix elmləri doktoru, professor Cəfərov Əsədulla Qüdrət oğlu
Tarix elmləri doktoru, professor Cəbiyev Qafar Cəfər oğlu
Tarix elmləri doktoru, professor Seyidov Abbas Qadir oğlu
Antropologiya elmləri doktoru, professor Məmmədli Əliağa Əyyub oğlu
Tarix elmləri doktoru, professor Müseyibli Nəcəf Ələsgər oğlu
Tarix elmləri doktoru, professor Məmmədov Arif Məhəmməd oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Quliyev Akif Arif oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Əliyev Təvvəkkül Rəsul oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Aşurov Səfər Hüseyn oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Ağayev Qəhrəman Hüseyn oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Alməmmədov Xəqani İmran oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Cəlilov Bəxtiyar Məzahim oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent İbrahimli Bəhlul İmran oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Mustafayev Mikayıl Mübariz
Tarix üzrə fəlsəfə doktoru, dosent Hüseynov Müzəffər Maqsud oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Əliyev Taleh Vasif oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Alışov Natiq Əbülfət oğlu
Tarix elmləri doktoru, professor Cəfərov Hidayət Fərrux oğlu
Tarix elmləri doktoru, dosent Mahmudova Vəfa Əzbər qızı
Tarix elmləri doktoru, dosent Dostiyev Tarix Meyrut oğlu
İqtisadiyyat üzrə fəlsəfə doktoru Şıxəliyev İlqar Yavər oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Qasımov Pərviz Paşa oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Eminli Ceyhun Tofiq oğlu
Tarix üzrə fəlsəfə doktoru, dosent Cəfərova Elmira Bahadur qızı
Babayev Faiq İlyas oğlu
Mustafayeva Nigar Vüqar qızı
== Əsas elmi nəticələr ==
Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın ən qədim insan
məskənləri, erkən əkinçilik mədəniyyətləri, yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli yaşayış məskənləri, yüzlərlə qəbir abidələri, antik və orta əsrlərə aid şəhərləri və başqa istiqamətlər üzrə əhəmiyyətli elmi nəticələr əldə edilmişdir.