6 aprel
6 aprel — Qriqorian təqvimində ilin 96-cı günü. (uzun ildə 97-ci)
Bu tarixdə ilin sonuna 269 gün qalır.
XX və XXI əsrdə Yuli təqvimi ilə 24 mart tarixinə uyğun gəlir.
1453 — II Mehmed Konstantinopolu mühasirəyə alır. Şəhər mayın 29-na tam alınır və Konstantinopolun adı dəyişdirilərək İstanbul adlandırılır.
1896 — I Yay Olimpiya Oyunları Afinada keçirilib.
1994 — Ruanda soyqırımı Ruanda prezidenti Cuvenal Habyarimana və Burundi prezidenti Kiprien Ntaryamiranın olduğu təyyarənin vurulması ilə başlayıb.
2009 — İtaliyanın Akvila şəhərində zəlzələ baş vermişdir.
1995 — Azərbaycan və Panama arasında diplomatik əlaqələr qurulmuşdur.
1483 — Rafael Santi, İtaliya boyakarı
1773 — Ceyms Mill, Şotlandiya iqtisadçısı
1812 — Aleksandr Herzen, Rusiya yazıçısı
1820 — Nadar, Fransa fotoqrafı
1870 — Georgi Mazniaşvili, Gürcüstan generalı
1888 — Dan Anderson, İsveç yazıçısı
1928 — Ceyms Uotson, ABŞ bioloqu
1939 — Tofiq İsmayılov, Azərbaycan kinorejissoru
1953 — Kazım Abdullayev, Azərbaycan aktyoru
1964 — David Vudord, ABŞ dirijoru
1974 — Karla Peterson, Argentina aktrisası
1980 — Marqarita Simonyan, Rusiya jurnalisti
1986 — Aqil Məlikov, Azərbaycan hərbçisi, Vətən müharibəsi iştirakçısı.