aqreqatlaşmaq
aqressiv
OBASTAN VİKİ
Aqreman
Aqrement (fr. agrément - təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.

Digər lüğətlərdə

двое... закольцо́вываться Ма́стер медикаменто́зный обезли́чение оборо́т обря́дный приверну́ться шо́рцы ...зна́чный бычи́ться нос карто́шкой ругну́ть сбо́рочный упуска́ться чешу́йка grège invincibility phonetist projet reside simply sliver биография таранить