ara xəlvət, tülkü bəy

bax aranı xəlvət eləmək
ara düzəltmək
ara qarışdı, məzhəb itdi
OBASTAN VİKİ
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
Tülkü
Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar. Özü qazdığı ya da boş yuvalarda məskən salır.
Xəlvət (Keşavərz)
Xəlvət (fars. خلوت‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (162 ailə).
Ara (içki)
Ara, və ya Arag- Butanda istifadə olunan ənənəvi spirtli içki.Ara düyü, qarğıdalı, darı və ya buğdadan hazırlanır və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər. İçki, adətən, şəffaf, yaxud ağ rəngdədir. Ara daha çox fərdi yaşayış evi və ya fermer təsərrüfatlarında düyü və ya qarğıdalıdan hazırlanır.Ara və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər və Butanda qanuni özəl istehsal və istehlak olunur.Ara istehsalı hər iki metod və keyfiyyətinə görə tənzimlənir və onun Butanda satışı qadağandır.Əvvəllər fiziki şəxslərə icazə verilmədiyinə baxmayaraq, dükançılar vasitəsilə ara satılıb və hökumətin sərt repressiyaları ilə üzləşiblər.Ancaq, bir halda ki, (çünki,) ara böyük gəlir gətirir, nə qədər qarğıdalıdan başqa məhsullardan istifadə edilir, fermerlər onun istehsalını və satışını leqallaşdırmağı tələb etməyə başladılar.Hökumət, bu arada , alkoqol istehlak spirtli içkilər və onların satışının tənzimlənməsi üçün vergilərin artırılması vasitəsilə mane olurdu. Правительство, тем временем, намерено препятствует чрезмерному потреблению алкоголя посредством увеличения налогов на спиртные напитки и регулирования их продажи.Ara həmçinin dini hədəflərdə , xüsusilə şərq Butanında, Allahlara hədiyyə edilir.Uşaqlar aranı şüşə butulkalrda tez-tez daşıyırlar, çünki Butanda hesab edirlər ki, bu içkinin qoxusu ilanları qaçıracaq. Aranı, bir qayda olaraq, ilıq içirlər. Onu yüngül qəlyanaltılarla (paşot yumurtası, kərə yağı, ) qarışıqsız verirlər.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica). Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. Prof.
Ara dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Ara oyunu
Azərbaycanda o cümlədən Naxçıvanda oynanılan oyunlardan biri. Ciddi tamaşanın arasında tamaşaçıların gülüb əylənməsi məqsədilə oynanılan qısa, məzəli oyun (bəzən haşiyə oyunu da deyirlər) və ya ayrı-ayrı oyunçular ifa etdikləri zarafatyana deyişməyə verilən ad və ümumiyyətlə el içində “meydan küçə oyunu” anlamında işlənən deyimlərdən biri.Bəzən aralda da deyirlər. Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Arilena Ara
Arilena Ara (17 iyul 1998 və ya 17 iyul 1996, Şkoder) — Albaniya müğənnisi. Arilena vətəni Albaniyada 2012-ci ildə X Factor musiqi yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. O, 2019-cu ilin dekabr ayında ifa etdiyi "Shaj" (azərb. Lənət‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında iştirak edərək qələbə qazanmışdır. Həmin mahnı ilə ifaçı Albaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. Arilena Ara 1998-ci ilin iyul ayında Albaniyanın Şkoder şəhərində anadan olmuşdur. O ilk öncə Gjeniu i Vogël uşaqlar üçün məharət yarışmasında iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür. Atasının vəfatının ardınca Arilena 2012-ci ilin oktyabr ayından 2013-cü ilin mart ayınadək Albaniyanın X Factor musiqi yarışmasına iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan Arilena nəticədə qalibiyyət əldə etmişdir. Bunun ardınca ifaçı "Dance With Me" yarışmasında iştirak etmişdir.
Cynosurus ara
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Qo Ara
Go Ara (kor. 고아라; 11 fevral 1990) — Cənubi Koreyalı aktrisa və modeldir. Ən çox "Sharp (2003)", "Toping to the Earth (2009)", "Reply 1994 (2013)", "You're All Surrounded (2014)", Hvaran (serial), "Black (2017)", "Ms. Hammurabi (2018)", "Haechi (2019)" və "Do Do Sol Sol La La Sol (2020)" seriallarındakı rolları ilə tanınır. Qo, Cənubi Qyonsan (Gyeongsang), Cincu, Cənubi Koreyada anadan olub. Gənc yaşlarında, atası əsgər olduğu üçün daim Koreyanı gəzirdi. Orta məktəbdə oxuyanda bir dostu ona SM Entertainment istedad agentliyinə qatılmağı tövsiyə etdi. 2003-cü ildə SM Entertainment Teen Model Yarışmasının qalibi oldu. Qo, 2003-cü ildə KBS yeniyetmə dramı Sharp-da qadın baş rolu Lee Ok-rim-i oynamaq üçün seçildi. İddialı və özünə güvənən orta məktəbli bir qız rolu, ani ulduzluğa səbəb oldu.
Ara söz
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Adi tülkü
Adi və ya qırmızı tülkü (lat. Vulpes vulpes) itlər fəsiləsindən (lat. Canidae) olan yırtıcı məməli növüdür. Adi və ya başqa adla qırmızı tülkü Avrasiyanın böyük hissəsini, Afrika və Amerikanın şimal vilayətlərini əhatə edən geniş areala malikdir. Bu nəhəng ərazidə tülkülərin fərdi və coğrafi, xüsusən rəng müxtəlifliyi o qədər böyükdür ki, zooloqlar 40-a yaxın yarımnöv ayırd edirlər. Qafqazda o cümlədən Azərbaycanda düzən, meşə və dəniz səviyyəsindən 3000 m-dək yüksəkdə olan dağ zonalarında yaşayır. Azərbaycanda ona ən çox Kür-Araz ovalığının açıq landşaftlarında, xüsusən Muğan, Mil, Şirvan və digər rayonların becərilməyən torpaqlarında, Kiçik Qafqazın düzən, dağətəyi rayonlarında təsadüf edilir. Meşə zonalarında azsaylıdır. Kür, Araz, Alazan və Qabırrıçay çayları boyunca yerləşən tuqay və digər meşələrdə onlara çox nadir hallarda təsadüf olunur. Subalp çəmənliklərdə tülkülərin sayı meşə zonalarına nisbətən çoxdur, lakin Böyük və Kiçik Qafqazın alp çəmənliklərində isə azsaylıdırlar.
Tülkü adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Uçan tülkü
İriqanad və ya uçan tülkü (lat. Pteropus) — Yarasalar dəstəsinə aid məməli heyvan cinsi. İri olurlar, quyruqları yoxdur.Bəzilərinin qanadları açılmış halda 1.4 m-dək olur.Dəstə ilə uçurlar.Burnu sivri, qulaqları xırdadır.Başı it, yaxud tülkü başına oxşayır. Cənubi və Cənub-Şərqi Asiyada, Yeni Qvineyada, Avstraliyada yayılmışdır. Əti yeməlidir.
Tülkü qızılquş
Tülkü qızılquş (lat. Falco alopex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Bu, uzun ensiz qanad və quyruğa malik böyük müşgüldür. Uzunluğu 32-38 sm, açılan vəziyyətdə qanadlarının uzunluğu 76-88 sm, kütləsi 250-300 qram arasında dəyişir. Dişiləri erkəklərindən 3% böyük olur.
Meşə xəlvət... (film, 1988)
Film meşələrin kəsilməsi haqqındadır.
Ara (quş növü)
Kiçik Tülkü (bürc)
Kiçik Tülkü (lat. Vulpecula) — göyün şimal yarımkürəsində bürc.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Tülkü Həccə Gedir (1971)
Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Tülkü həccə gedir (dəqiqləşdirmə)
Tülkü həccə gedir (şeir) ― Azərbaycan şairi Abdulla Şaiqin müəllifi olduğu şeir
Tülkü və Alabaş (opera)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Tülkü və ov iti
Tülkü və ov iti (ing. The Fox and the Hound) — 1981-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmi, Disney studiyası tərəfindən yaradılmış sayca 24-cü cizgi filmi. İlk nümayişi 10 iyul 1981-ci ildə təqdimatı olmuşdur. Deniel Menniksin eyniadlı romanının ekranlaşdırmasıdır. Film rejissoru Ted Berman və Riçard Riç. Mahnılarını yazanlar Riçard Conston, Riçard Riç, Cim Stafford, və Jeffrey Patch, ilə orijinal patrisyon Baddi Beyker. Kurt Rassel, Miki Runi, Cek Albertson, Pörl Beyli, Pet Battram, Sendi Dankan, Riçard Bakalyan, Paul Uinçel, Janet Nolan, Con Fidler, Con Makintayr, Keyt Kuqan, və Kori Feldman filmdə rol almışlar. Film iki ehtimal dostları hekayə, Tod adlı bir qırmızı tülkü və düşmən olmalarını tələb onların inkişaf etməkdə olan instinktlərdən və ətraf sosial təzyiqlərə baxmayaraq onların dostluq qorumaq üçün mübarizə Kopper adlı ov it deyir. 1981-ci göstəri əsnasında, film dünya səviyyəsində cəmi 12 milyon dollarlıq büdcəsi ilə nümayişə girdiyi anda ən bahalı animasiya filmiydi. 1981-ci gösteriminde film dünya səviyyəsində cəmi 39 milyondan 900 min dollar hasılat əldə etdi.