ARAYIŞ
ARD
OBASTAN VİKİ
Araz qəsəbəsi
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Araz vadisi
Araz vadisi — Araz çayı boyunca yerləşən vadi. == Coğrafiya == Araz vadisi Naxçıvan şəhəri və İmişli rayonu arasındakı Arazqırağı məkanı əhatə edir. == Tarix == Orta əsr ərəb səyyahları və coğrafiyaşünasları bu bölgəni əl-Vadi adlandırırdılar.
Araz yovşanı
Araz yovşanı (lat. Artemisia araxina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 50-80 sm-ə çatan kol bitkisidir. Aşağı yarpaqları 4-8 sm-dən az olmayıb, uc pulcuqları 4-12 mm-dir. Səbəti oturaq, dar silindrşəkilli olub, uzunluğu 4,5 mm-ə çatır. Örtüklə birlikdə çox ağımtıl qabarıq, qızılı tüklüdür. Gövdələri nazik, vegetasiyanın sonunda çılpaq olub tünd-qonur rəng alır. Sentyabr ayında çiçəkləyir, toxumları oktyabr-noyabr ayında yetişir. == Ekologiyası == Quraqlığadavamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da rast gəlinir.
Araz çayı
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Araz Əliquliyev
Araz Əliquliyev (2 avqust 1962, Bakı) — tibb elmləri doktoru, professor. == Həyatı == Araz Ramiz oğlu Əliquliyev ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Araz Əliquliyev 1985-ci ildə Respublika Narkoloji Dispanserinin baş həkimi təyin edilmişdir. 2000-ci ildə Baş narkoloq təyin edilmişdir. calışdığı dövurdə Qlobal fondun, BMT-in İnkişaf Proqramı, ÜST-ün layihələrin icracısı olmuşdur. Narkoloji xidmətin təkmilləşdirilməsi üçün qanunvericiliq təşəbüsləri ilə cixiş etmişdir. "narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" qanunların hazırlanmasında bilavasitə iştirak etmiş, Nazirlər Kabinetinin 30 yaxın qərar layihəsinin müəlifi olmuşdur. Narkotik istifadəciləri üçün yeni müalicə üsulların, zərərin azadılması proqramların Azərbaycanda tədbiq edilməsinin təşəbrıdır. 2007—2012-ci illər ərzində Vitaline özəl narkoloji klinikanın təsiscisi olmuş.
Araz Əliyev
Araz Əliyev (kiçik çavuş)
Araz Əlizadə
Araz Məmməd Mübariz oğlu Əlizadə (3 noyabr 1951, Bakı – 6 oktyabr 2022, Bakı) — azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 2013-cü il prezident seçkilərində iştirak üçün sənədlərini MSK-ya təqdim etmiş namizəd. == Həyatı == Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur. Qardaşı Zərdüşt Əlizadəyə görə Türk əsilli olsa da, özünü Azərbaycanlı hesab edib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir. 1985-ci ildə xuliqanlğa görə mühakimə olunmuşdur. 1987-ci ildən Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır. 1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır.
Araz Əzimov
Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat. == Həyatı == Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur. 1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır. İngilis, fars, rus və türk dillərini bilir.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araz (ad)
Araz — kişilərə verilən şəxsi ad. Araz Abdullayev — Azərbaycanlı futbolçu. Araz Ağalarov — iqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti. Araz Həsənov - pedaqogika üzrə fəlsəfə doktoru,alim Araz Əzimov — Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini. Araz Yaquboğlu — tədqiqatçı, "Qızıl qələm" (2011) media mükafatı laureatı. Araz Elsəs — azərbaycanlı ozan. Araz Səlimov — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
Araz (dəqiqləşdirmə)
Araz — İran və Azərbaycan arasından axan çaydır. Araz (ad) — Kişilərə verilən şəxs adı. Araz (kinoteatr) Araz (musiqi qrupu) - İranda məşhur Azərbaycandilli musiqi qrupudur. Araz (qəzet) — Sovet dövründə Füzulidə nəşr olunmuş qəzet. Araz (qəzet, London) — Araz (dərgi, İsveç) — Araz (nəşriyyat) — Azərbaycanda nəşriyyat. Araz (arxeoloji ekspedisiya) — "Araz" Arxeoloji – Etnoqrafik Ekspedisiyası Araz (supermarket) Araz daşqını (1896) — Araz albalısı — Araz tıs-tısı — Araz yovşanı — == Qəsəbə, kənd və bələdiyyələr == Araz (Babək) - Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Araz (qəsəbə) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Araz Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Araz Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Araz Dilağarda bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda bələdiyyə.
Araz (kinoteatr)
"Araz" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr.
Araz (qəsəbə)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Araz (supermarket)
== Tarixçə == Araz Supermarketlər Şəbəkəsi 2011-ci ildə 4 mağaza ilə fəaliyyətə başlamışdır. Araz-ın əsas prinsipi qida və qeyri-qida məhsullarını yüksək keyfiyyətlə və ən sərfəli qiymətlə istehlakçıya çatdırmaqdır. Supermarket modelinin Azərbaycanda ilk təmsilçilərindən olan "Araz" öz portfelində 600-dən çox şəxsi məhsula malikdir, eyni zamanda bir çox özəl və yerli brend məhsullarını müştərilərinə təqdim etməyi hədəfləyir. Araz Supermarketlər Şəbəkəsi 2022-ci ilin yanvarına Azərbaycan üzrə 170-dən artıq mağaza ilə xidmət göstərir. O, həmçinin "İstehlak Malları Forumu"nun – (İstehlak Malları Forumu) üzvüdür. Ətraf mühitin mühafizəsinə həssaslıqla yanaşan şirkət, uzunmüddətli istifadə üçün qarğıdalı və kartofdan hazırlanmış ECO çantaları istehlakçılara təqdim edir. Araz Supermarketi Yenidənqurma və İnkişaf Bankları ilə əməkdaşlıq edir. Nüfuzlu "Retail Asia" təşkilatı Sinqapur Pərakəndəçilər Assosiasiyası (Singapore Retailers Association — SRA) ilə birlikdə Asiya qitəsi üzrə dayanıqlı inkişaf nümunəsi göstərən və müştərilərinə unudulmaz təcrübə yaşadan 38 şirkətin siyahısını açıqladı. Pandemiyanının fəsadlarını fürsətə çevirməyi bacaran, yeni mağaza konspetini tətbiq edən, müştəri mərləzli və fərdiləşdirilmiş xidmət konsepsiyasını ortaya qoyan, şəxsi markalarını genişləndirən və elektron kommersiyaya investisiya qoyan şirkətlər arasında "Retail Asia Awards-2021"-in qalibləri müəyyən olundu. 12–16 iyul tarixinlərində keçirilən tədbirdə "Araz Supermarket" MMC Azərbaycan üzrə "İlin qida və içki pərakəndəçisi" mükafatına layiq görüldü.
Araz Abdullayev
Araz Abdullayev (18 aprel 1992[…], Bakı) — Azərbaycanlı futbolçu, Boluspor klubunun və Azərbaycan milli futbol komandasının oyunçusu. == Karyerası == Araz Abdulla oğlu Abdullayev 1992-ci ilin 18 aprel tarixində Bakı şəhərində anadan olub. Gənc yaşlarında Neftçi klubunun akademiyasında futbolla məşğul olub. Daha sonradan komandanın əvəzedici heyətində oynayıb. 5 oktyabr 2008-ci il tarixində 16 yaşlı Araz Abdullayev, Neftçi klubunun əsas heyətində debüt etməklə peşəkar karyerasına başlayıb. Növbəti 3 mövsüm ərzində Araz Neftçi klubunun əsas heyətində 32 oyun keçirərək 2 qol vurur və Azərbaycan çempionatının qalibi olur. 2010-cu ildə Araz Abdullayev İngiltərənin Everton klubunun maraq dairəsinə düşür. 2011-ci ilin yanvar ayında Araz Abdullayev, Everton klubu ilə 3 illik müqavilə bağladı. Bundan sonra Everton klubu, Arazın İngiltərədə iş icazəsi alması üçün onu yenidən icarə əsasında mövsümün sonuna qədər Neftçiyə transfer etdi. Müqavilə ilə Evertona məxsus olan Araz Abdullayev, daha sonradan 2012-ci ildə Yunanıstan liqasında çıxış edən Panionios klubuna icarəyə verildi.
Araz Ağalarov
Ağalarov Araz İsgəndər oğlu (8 noyabr 1955, Bakı, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti. == Həyatı == Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olmuşdur. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977–1983-cü illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983–1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub. Ümum ittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub. == Fəaliyyəti == 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dən olan tərəfdaşları ilə Comtech adlanan kompüter texnologiyaları sərgisi təşkil edib.
Araz Baxşəliyev
Araz Yavər oğlu Baxşəliyev (18 sentyabr 1993, Horadiz, Füzuli rayonu – 28 sentyabr 2020, Aşağı Seyidəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz Baxşəliyev 1993-cü il sentyabrın 18-də Horadiz şəhərində anadan olub. 1999–2010-cu illərdə M. Səfərov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Araz Baxşəliyev 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Minaatıcı Taborda Bölüyün Komandiri vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Araz Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Baxşəliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı Aşağı Seyidəhmədli istiqamətində şəhid olub. Horadiz şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Baxşəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Araz Budaqov
Araz Məhəmməd oğlu Budaqov (7 dekabr 1938 – 27 may 2021) — terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri. == Həyatı == === Ailəsi === Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonunun Umudlu kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir. Atası Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova olmuşdur. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Ailəsindəki 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü olmuşdur. 1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir. Qızlarının hər biri ali təhsillidir və müəllimlik peşəsinə yiyələniblər. Araz Budaqovun 12 nəvəsi var və bu nəvələrdən oğlunun son beşiyi onun adını daşıyır. === Vəfatı === Araz həkim 27 may 2021-ci ildə Sabirabad rayonunun Surra kəndində dünyasını dəyişmişdir. May ayının 28-də isə rayonun Axısxa kənd qəbirstanlığında dəfn olunmuşdur.
Araz Cümhuriyyət
Araz Türk Cümhuriyyəti — 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə mərkəzi İğdır olmaq şərtilə yaradılmış tanınmayan dövlət. == Tarixi == === Zəmin === 1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar arasında gedən müharibə Türkmənçay müqaviləsi ilə başa çatdı. İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən işğal edilir. 1828-ci ilin martın 21-də Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində Qacar dövləti və Osmanlıdan köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu müqavilənin 15-ci bəndi əsas gətirilərək Qacarlar dövlətindən 10652 nəfər erməni köçürülür. 1830-cu ilin siyahıyaalınmasına əsasən bölgədə 13369 erməni vardı, halbuki bölgənin müsəlman əhalisi 17.138 nəfər təşkil edirdi. 1840-cı ildə Erməni vilayəti ləğv edilir. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır. 1918-ci ildə İrəvan quberniyası Azərbaycanın bir hissəsi olsa da, Andranik Ozanyan 1918-ci il 4 iyun Batum müqaviləsini tanımır və bölgənin istilasına çalışır.
Araz Cəfərov
Araz Səmədağa oğlu Cəfərov (28 yanvar 1993, Qarazəncir, Cəlilabad rayonu – 2 dekabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Araz Cəfərov hərbi xidmətini başa vurduqdan sonra yenidən Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Laçın uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Araz Cəfərovun nəşi tapılıb və 2 dekabrda doğulduğu Qarazəncir kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Araz Dadaşzadə
Araz Məmməd Arif oğlu Dadaşzadə (30 yanvar 1936, Bakı – 4 noyabr 1990, Bakı) — Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, Azərbaycan SSR əməkdar elm xadimi (1989). == Həyatı == Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuşdur. Araz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. O, 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləmişdir. 1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O, 1963-1966-cı illərdə burada kiçik elmi işçi, 1968-1976-cı illərdə isə İnstitutun orta əsrlər şöbəsinin baş elmi işçisi olmuşdur. Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir. A.Dadaşzadə 1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır.
Araz Dilağarda
Araz Dilağarda — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı Araz hidronimindən və mənşəcə Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından ibarətdir. "Araz çayı kənarında Dilaqarda kəndi" mənasındadır. Araz sözü Digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici əlamət bildirir. 1820-ci ildə İrandan köçüb gəlmiş və onların Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır. == Toponimikası == Araz Dilağarda Füzuli rayonunun Əhmədbəyli inzibati ərazi vahidində kənd. Araz çayı sahilində, düzənlikdədir. Oykonim Araz (hidr.) və Dilağarda (etnotoponim; qaraqoyunlu qəbiləsinə mənsub nəsil adı) sözlərindən düzəlib, "Araz sahilində yerləşən Dilağarda kəndi" deməkdir. Ərazidəki iki Dilağarda kəndini bir-birindən ayırmaq üçün oykonimin əvvəlinə Araz və Qobu komponentləri artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1425 nəfər əhali yaşayır.
Araz Elsəs
Araz Elsəs — azərbaycanlı ozan. == Həyatı == Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. O, gənc yaşlarından doğma yurdunu doğma dildə oxşamağa başlayır. Sazı və sözü ilə illərin yuxusuna batmış ulusunu oyanmağa səsləyir. Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb. == İstinadlar == == Xarici keçidlər == Ozan (film, 2005) Araz Elsəs.
Araz FM
Araz FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. ARAZ FM – 4 aprel 2011-ci il tarixində fəaliyyətə başlayıb, 103.3. MHz tezliyində yayımlanır. Milli Televiziya və Radio Şurasının 18 yanvar 2011-ci il tarixli qərarı ilə “ARAZ” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Abbas Arazlı
Abbas İsmayılov (24 may 1936, Maşanlı, Cəbrayıl rayonu) — Azərbaycan-sovet şairi, publisisti, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abbas Arazlı 1936-cı il mayın 24-də Cəbrayıl rayonunun Araz Maşanlı kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbini, qonşu Soltanlı kəndində orta məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi çalışmışdır (1953-1954). Bakı 7 saylı tibb məktəbində təhsil almışdır (1954-1956). Cəbrayıl rayonu kənd xəstəxanalarında feldşer olmuşdur. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmişdir (1962-1967). Sarıcallı kənd səkkizillik məktəbinə rus dili və ədəbiyyatı müəllimi təyin olunmuşdur. Bir ildən sonra Araz Maşanlı kənd orta məktəbinə dəyişdirilmişdir (1968-1993). Erməni hərbi birləşmələri Cəbrayıl rayonunu işğal edəndən sonra Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdır. Hazırda orada 273 saylı orta məktəbin müəllimidir (1993-cü ildən).
Araz su anbarı
Araz su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir. Su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir. Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir. Su anbarını çirkləndirən əsas mənbələr. Araz (Naхçıvan) su anbarının çirklənməsində əsas rolu Araz çayı oynayır.
Araz tıs-tısı
Araz tıs-tısı (lat. Acantholimon araxanum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü. == Təbii yayılması == İran-Turan coğrafi elementinə daxildir. Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun cənub-şərqi, İranın şimal-qərbi, Qərbi Azərbaycan ostanının Xoy şəhristanı və Araz çayı ətrafında yayılmışdır. == Botaniki təsviri == 20-35 sm diametrində yastığı seyrək və yarımkürəşəkilli, alçaq koldur. Yaz yarpaqları qısa, yastı, 2 mm enindədir. Yay yarpaqları göyümtül-açıq yaşıl, yastı, üçtilli, xətti-bizşəkilli, sərt, 3-5 (5,5) sm uzunluqda və 1-1,5 sm enində, iti, kənarları narın kirpikli, kələ-kötürdür. Çiçək daşıyıcısı 15-20 sm hündürlükdə olub, yarpaqdan uzun, çılpaq, yuxarı hissəsi kəskin qıvrım, kövrək, adətən 1-2 yan budaqlı, bəzən isə sadədir. Çiçəkləri sünbül çiçək qrupunda yerləşmiş, sünbülcükləri 11-14 mm uzunluqda olub, birçiçəklidir. Çiçəkaltlığı çılpaq, xaricdəki 5-9 mm uzunluqda, üçbucaqlı, daxildəkilərdən qısa, yaxud onlara bərabər, sivriləşmiş, ensiz, pərdəvari haşiyələnmişdir.
Araz xan Rumlu
Araz xan Rumlu — qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi. İsgəndər Münşinin verdiyi məlumatda II Şah İsmayılın hakimiyyəti dövründə Əbu Turab sultanın da qısa müddət ərzində Şirvanda hakimiyyətdə olduğu göstərilir. Sultan Məhəmməd (1578-1587) hakimiyyətə keçdikdən sonra isə Araz sultan Rumlu yenidən Şirvana qaytarılır. Şirvanın Ərəş mahalının idarəsi isə II Şah İsmayılın dövründə həbsə alınmış Ərdoğdu xəlifə Təkəliyə, Şəki əyaləti isə İsa xana tapşırılmışdı. Rumlu əmirlərindən bir neçə nəfərinə də Şirvanda ulkalar verilir. Araz Sultan Rumlu Şirvana yenidən öz vəzifəsinə qaytarıldıqda, Əbubəkr Mirzənin başçılığı ilə qiyam baş vermiş və Osmanlı ordusu Şirvana hücum (1578) edib, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı tutur. Şirvan bəylərbəyi Araz xan Rumlu müqavimət göstərməyin mənasız olduğunu bilərək Kür çayına doğru geri çəkilir. Hadisələrin sonrakı gedişi haqqında İsgəndər bəy Münşi yazır: «Rumlu tayfası neçə il Şirvanda tam rahat yaşayıb çoxlu mal-dövlət topladılar. Amma ruzigarın onlara gözü dəydi. Əksər yüksək rütbəli şəxsiyyətlər qətlə yetirildi, malları talan edildi.
Araz üzərində işıq (film, 1971)
Araz üzərində işıq filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1971-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən və açılışından bəhs edir. == Məzmun == Film iki qonşu ölkənin-Azərbaycan və İran inşaatçılarının birgə səyi ilə Arazın ram edilməsindən, Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən, tikintidə çalışan fəhlə və mütəxəssislərin əməyindən, stansiyanın təntənəli açılışından bəhs edir.
Araz şairi (film, 2013)
Arazbar
Arazbar (Ağcabədi)
Arazbar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Arazbar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Arazbarı/Arazbar/Arasbar Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilində, Mil düzündədir. İlk dəfə XIII əsrə aid mənbələrdə (Fəzlullah RəŞidəddin "Məktublar") Arasbar Şəklində qeydə alınmışdır. XVI əsrdə türk səyyahı Ovliya Çələbinin yazdığına görə, Araz çayının nisbətən yuxarıdan töküldüyü ərazi yerli əhali arasında Arazbar adlanırmış. XVIII əsrdə Arazbar Qarabağ xanlığının banisi Pənahəli xanın atası İbrahim ağanın otlaq yeri olmuşdur. XIX əsrə aid mənbələrin birində Araz çayının Ordubad və Mehri arasında Arasbar adlı dar dərədən axdığı göstərilir. Həmin əsrə aid başqa bir mənbədə isə Arazbarlı kəndi qeydə alınmışdır. 1917-ci ildə Cəbrayıl və Şuşa qəzalarında Arasparlı, 1917 və 1933-cü illərdə Goyçay qəzasında Arazbəyli yaşayış məntəqəsi olmuşdur. 1933-cü ildə Ağcabədi rayonundakı Arazbar kəndinin adı Araspar Şəklində qeydə alınmışdır.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Arazbar bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Arazbar döyüşü
Arazbar livası
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Arazbar nahiyəsi
Arasbar nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. XIV əsr Elxanilər dövlətinin Arazbar tüməninin Arazbar nahiyəsi 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Dizaq sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Arazbar nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıdan çıxarış belədir == Kəndləri == Babı (Zaviyəyi-Babı) Şah I. Abbas dönəmində Arazbar nahiyəsini Bayburtlu oymağı idarə etmişdir. 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində Arazbar livası inzibati–ərazi nahiyə == Kəndləri == 73 Kənd bulunmaqta 62 kənd boşdur və vergi verən 1 Larican 2.Riyan kəndi 3.Nurpaşa kəndi 4.Sultanlı kəndi 5.Qızqələ kəndi 6.Aşağı Bulğay kəndi 7. Davudan kəndi 8. Çaxırlı kəndi 9. Babı kəndi 10. Govşatlı kəndi 11. Yuxarı Yalıncaq kəndi 12.
Arazbar qəzası
Arazbar sancağı
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Arazbar savaşı

Digər lüğətlərdə