Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəvahir İsgəndərova
Cəvahir Allahverdi qızı İsgəndərova (3 mart 1914, Tiflis – 4 oktyabr 2003, Bakı) — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954). == Həyatı == Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur.Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur. Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.
Məhəmməd Mehdi Əl Cəvahiri
Məhəmməd Mehdi Əl Cəvahiri (1899, Nəcəf – 27 iyul 1997) — İraq Ədəbiyyatçılar Birliyinin ilk rəhbəri və Jurnalistlərin Həmkarlar İttifaqının ilk sədri. == Həyatı == Məhəmməd Mehdi Əl Cəvahiri Nəcəf şəhərində 1899-cu ildə anadan olub. Oxuma və yazmağı Nəcəf kitabxanasında öyrənmiş və Krallıqda təşrifat nümayəndəsi təyin edilmişdir. Daha sonra orta məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Krallıqdakı rəsmi işindən qəzet çap etməyə başlayandan sonra istefa etmişdir. 1997-ci il 27 iyulda vəfat edib. == Fəaliyyəti == 1930-cu ildə "Fərat", 1939-cu ildə "İnqilab", 1939-cu ildə "Ray Əl Am", Səbat", "Cihad" adlı qəzetləri nəşr etdirirdi. Eyni zamanda "Səbat", "Cihad" kimi nəşrlərin təsisçisi idi. İlk şeiri 1921-ci ildə çap olunmuşdur. İlk "Fərat" qəzetini çap etdirmişdi.
Cəvahirli
Cavahirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd.Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kənd 1994-cü il aprelin 25-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponomiyası == Yaşayış məntəqəsinin adı Qarabağ xanı İbrahimxəlil xanın arvadı Cavahir xanımın adı ilə bağlıdır. "Cavahirli kəndinin əhalisi hələ xanlıqlar dövründə Cəfərbəy adlı birisinə mənsub olmuşdur. Qarabağ xanlığı Rusiyaya birləşdiriləndən sonra çar hökuməti orqanları həmin ailələri Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlamış və bundan sonra onlar "Cavahirxanımlı – tərəkəmə" adlanmışlar. Sonralar həmin maldar (tərəkəmə) ailələr məskunlaşaraq daimi yaşayış məntəqəsi yaratdıqda kənd sadəcə olaraq Cavahirli adlanmışdır. T.Əhmədov Cavahirli toponimini bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmiş adlar qrupuna daxil edir: "…Zərdab rayonundakı Əlibəyli kəndinin XIX əsrin ortalarında 11 evdən ibarət sahibkar kəndi kimi qeyd olunması, Ağdamdakı Cavahirli (keçmiş Cavahir Xanımlı (Üçüncü Tərəkəmə) kəndinin Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlanması kimi faktlar göstərir ki, bu qrupa daxil olan adlar bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmişlər". Cavahir (Cəvahir kimi də yazırlar) ərəb mənşəli sözdür. Ərəbcə "cohər sözünün cəmi cəvahir – "qiymətli daşlar (almaz, yaqut və s.)" deməkdir.
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu — Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılmışdır. Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu haqqıda Əsasnamədə" də Fondun respublika büdcəsi hesabına fəaliyyət göstərməsi, respublika Prezidentinə tabe olması və hesabat verməsi, habelə öz vəsaitinin qorunmasının təmin edilməsi, qiymətli metalların, daş-qaşların və tərkibində bunlar olan məhsulların hasilatına, istehsalına və istifadə olunmasına, uçotuna və saxlanılmasına nəzarət etmə, qiymətli daşların çeşidlənməsi, qiymətləndirilməsi, emal edilməsi, daş-qaşı və qiymətli metalların ekspertizadan keçirilməsi, qiymət qoyulması, o cümlədən əyyarlama və damğalama kimi vəzifələrin həyata keçirilməsi barədə müddəalarla yanaşı Fondun təsərrüfat müqavilələri əsasında xidmətlər göstərməsi kimi müddəa da nəzərdə tutulmuşdur. Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.
Cəvahirləl Nehru
Cəvahirləl Nehru (hindicə: जवाहरलाल नेहरू, 14 noyabr 1889[…], Allahabad, Britaniya Hindistanı – 27 may 1964[…], Yeni Dehli, Hindistan[…]) — görkəmli hind siyasi xadimi, Hindistanın müstəqilliyi uğrunda hərəkatın və Hindistan Milli Konqresinin rəhbərlərindən biri, Hindistan Respublikasının ilk baş naziri (1947–1964). Nehru həm də Tərəfsizlər hərəkatının liderlərindən olmuşdur. O, Hindistanın sonrakı baş nazirlərindən İndira Qandinin atası və Raciv Qandinin babası idi. == Mənbə == Jawaharlal Nehru (Edited by S. Gopal and Uma Iyengar) (July 2003) The Essential Writings of Jawaharlal Nehru Oxford University Press ISBN 0-19-565324-6 Jawaharlal Nehru by M. Chalapathi Rau. [New Delhi] Publications Division, Ministry of Information and Broadcasting, Govt. of India [1973] Jawaharlal Nehru: Life and work by M. Chalapathi Rau, National Book Club (January 1, 1966) Nehru: The Invention of India by Shashi Tharoor (November 2003) Arcade Books ISBN 1-55970-697-X Nehru: A Political Biography by Michael Brecher (1959). London:Oxford University Press.
Cəvahirnameyi-Lənkəran
Cəvahirnameyi-Lənkəran - Talış xanlığının iqtisadi, coğrafi və tarixi həyatından bəhs edən, həmçinin ərazinin Rusiya tərəfindən zəbt olunması məsələsinə toxunan əsərlərdən biridir. Əsər Seyidəli Kazım bəy oğluna məxsusdur. Bu əsər cəmi 43 vərəqdən ibarət olub,1869-cu ildə fars dilində yazılmışdır. Əsər müqəddimə, altı fəsil və son sözdən ibarətdir. Əsərin müqəddiməsi onun yazılma məqsədini aydınlaşdırır. Əsərin birinci fəslində müəllif Lənkəran sözünü, ikinci fəslində isə sözün mənşəyini izah etməyə çalışır. "Cəvahirnameyi-Lənkəran"ın üçüncü fəsli Lənkəran xanlığının sərhədlərinə və təbii sərvətlərinə həsr edilmişdir. Dördüncü fəsildə Lənkəran xanlığının iqlimindən bəhs olunur. Əsərin beşinci fəsli ərazidə yaşamış bir sıra müqəddəs adamların həyatından və məqbərə abidələrindən bəhs edir. "Cəvahirnameyi-Lənkəran"ın altıncı fəsli Talış xanlığınının qısa tarixindən bəhs edir.
Cəvahirnamə
Cəvahirnamə — Məhəmməd ibn Mənşur tərəfindən yazılmış və adından da göründüyü kimi qiymətli daşlardan bəhs edən bu əsər Uzun Həsən və onun oğlu Sultan Xəlilə həsr olunmuşdur. Əsər iki fəsildən ibarətdir. Əsər sultanın mədh olunmasıyla başlayır. Əsərin 1-ci hissəsi 20 babdan, ikinci hissəsi yeddi babdan ibarətdir. Həmin bablarda qiymətli metal və daşlar haqqında məlumat verilir. Əsər hicri-şəmsi tarixi ilə 1335-ci ildə İranda çap olunmuşdur. Əlyazma nüsxəsi şərq istehsalı olan qəhvəyi rəngli nazik kağıza yazılmışdır. Əsərin xətti nəsxdir. Başlıq və yarımbaşlıqlar qırmızı mürəkkəblə işarələnmişdir. Əsərin 1b vərəqində bir dənə kvadrat şəklində möhür basılmışdır.
Dövlət Ləl-Cəvahirat Fondu
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu — Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılmışdır. Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu haqqıda Əsasnamədə" də Fondun respublika büdcəsi hesabına fəaliyyət göstərməsi, respublika Prezidentinə tabe olması və hesabat verməsi, habelə öz vəsaitinin qorunmasının təmin edilməsi, qiymətli metalların, daş-qaşların və tərkibində bunlar olan məhsulların hasilatına, istehsalına və istifadə olunmasına, uçotuna və saxlanılmasına nəzarət etmə, qiymətli daşların çeşidlənməsi, qiymətləndirilməsi, emal edilməsi, daş-qaşı və qiymətli metalların ekspertizadan keçirilməsi, qiymət qoyulması, o cümlədən əyyarlama və damğalama kimi vəzifələrin həyata keçirilməsi barədə müddəalarla yanaşı Fondun təsərrüfat müqavilələri əsasında xidmətlər göstərməsi kimi müddəa da nəzərdə tutulmuşdur. Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.
Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk
"Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk" (Türk dilinin qrammatika (sintaksis) cövhərləri kitabı) — Mahmud Kaşğarinin müəllifi olduğu əsərlərdən biri. Türk dili qrammatikası haqqında olan bu əsərin adı bizə məlum olsa da özü tapılmamışdır. Türkiyənin dilçi alimlərindən Besim Atalay "Divanü Lüğat-it-Türk"ün birinci cildində bu kitabın varlığı ilə bağlı dəlili aşağıdakı şəkildə göstərir: "Mahmud Qaşqarlının "Kitabu cəvahirin-nəhv fi luğati-t-turk" adında bir kitabı da olmuşdur. Müəllif özü "Divan"da bu haqda məlumat verir. Bununla yanaşı bu kitab hələ tapılmamışdır."UNESCO tərəfindən "Mahmud Kaşğari ili" elan olunan 2008-ci ildə Avrasiya Yazıçılar Birliyi kitabın tapılması üçün təşəbbüs göstərsə də əsər tapılmamışdır. .
Məhəmməd bin Mənşur. Qiymətli daşlar haqqında (Cəvahirnamə)
Cəvahirnamə — Məhəmməd ibn Mənşur tərəfindən yazılmış və adından da göründüyü kimi qiymətli daşlardan bəhs edən bu əsər Uzun Həsən və onun oğlu Sultan Xəlilə həsr olunmuşdur. Əsər iki fəsildən ibarətdir. Əsər sultanın mədh olunmasıyla başlayır. Əsərin 1-ci hissəsi 20 babdan, ikinci hissəsi yeddi babdan ibarətdir. Həmin bablarda qiymətli metal və daşlar haqqında məlumat verilir. Əsər hicri-şəmsi tarixi ilə 1335-ci ildə İranda çap olunmuşdur. Əlyazma nüsxəsi şərq istehsalı olan qəhvəyi rəngli nazik kağıza yazılmışdır. Əsərin xətti nəsxdir. Başlıq və yarımbaşlıqlar qırmızı mürəkkəblə işarələnmişdir. Əsərin 1b vərəqində bir dənə kvadrat şəklində möhür basılmışdır.
Gəvahir (Azərşəhr)
Gəvahir (fars. گواهر‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Cəlayir
Cəlayir (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəlayir (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəlayir (Qax) — Azərbaycanın Qax rayonunda kənd.
Dəvasir
Dəvasir (ərəb. الدواسر‎) — Ərəbistan yarımadasının ən böyük ərəb qəbilələrindən biri. Onun özəyi Nəcdin cənubunda yerləşir. Qəbilə Mərib bəndinin sonuncu padşahı Zayıd Məltumun nəslindəndir. Onlar Əzd kimi tanınan daha böyük qəbiləyə aiddirlər. Dəvasir qəbiləsi Ərəbistanın ən güclü və nüfuzlu qəbilələrindən biridir, çünki onlar Səud ailəsinin çox hissəsinin dayılarıdır. Qəbilə sivilizasiya və köçəriliyi özündə birləşdirir. Bir tərəfdən dəvə və mal-qara sahibi olan bədəvilərdən ibarətdir, digər tərəfdən isə xurma ağacları, şəhərlər və təsərrüfatlarla məşğuldurlar və onların torpaqları Ərəbistan yarımadasının ən məhsuldar torpaqlarından biridir. == Etimologiyası == Dəvasir termininin tərifi və mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Bunlardan ən populyarı odur ki, o, ya qəbilənin sələfi "Dosser"in adından, ya da "əsgərlər" kimi tərcümə olunan eyniadlı ərəb sözündən götürülmüşdür.
Cəlayir (Ağsu)
Cəlayir — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cəlair Ağsu rayonunun Kənd-oba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir.
Cəlayir (Cəlilabad)
Cəlayir — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kəndoba inzibati ərazi vahidində kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır; Cəlilabad r-nunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri türkdilli cəlair/cəlayir tayfasının adını daşıyır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 988 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlayir (Meşkinşəhr)
Cəlayir (fars. جلاير‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Şərqi Meşkin kəndistanında, Meşkin şəhərindən 27 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 714 nəfər yaşayır (165 ailə).
Cəlayir (Qax)
Cəlayir — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş inzibati ərazi vahidində kənd. Qafqaz silsiləsinin yamacındadır. == Tarixi == XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşamaqdadır. Kənddə Azərbaycan türkləri yaşayır. == Toponimikası == Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qax r-nunun Sarıbaş i.ə.v.-də kənd.
Cəlayir (Əhər)
Cəlayir (fars. جلاير‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 86 nəfər yaşayır (16 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 22 km şimal-şərqdədir.
Cəlayir bələdiyyəsi
Cəlayir bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Cəlayir bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Cəlayir bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə.
Məzahir Abasov
Məzahir Həmid oğlu Abasov (15 dekabr 1918, Maştağa, Bakı qəzası – 3 fevral 2002, Bakı) — təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998). == Həyatı == Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1937-ci ilin oktyabrından orduda xidmətə başlamışdır. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur.Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır.Məzahir Abasov 2002-ci ildə vəfat etmişdir. == İkinci Dünya müharibəsində iştirakı == Məzahir Abasov Qara dəniz üzərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdır.Məzahir Abasov qeyri-bərabər hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək, qaçmağa məcbur etmişdir. Həmin döyüşdə ciddi zədə almış təyyarəsini böyük ustalıqla suya endirmişdir. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq göstərmişdir.
Məzahir Abbasov
Məzahir Həmid oğlu Abasov (15 dekabr 1918, Maştağa, Bakı qəzası – 3 fevral 2002, Bakı) — təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998). == Həyatı == Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1937-ci ilin oktyabrından orduda xidmətə başlamışdır. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur.Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır.Məzahir Abasov 2002-ci ildə vəfat etmişdir. == İkinci Dünya müharibəsində iştirakı == Məzahir Abasov Qara dəniz üzərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdır.Məzahir Abasov qeyri-bərabər hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək, qaçmağa məcbur etmişdir. Həmin döyüşdə ciddi zədə almış təyyarəsini böyük ustalıqla suya endirmişdir. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq göstərmişdir.
Məzahir Alıyev
Məzahir Həsən oğlu Alıyev (1951, Gədəbəy rayonu – 18 aprel 1993, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == 1951-ci ildə Gədəbəy rayonunun Daryurd kəndində doğulub. Primorsk vilayətində hərbi xidmətdə olub. Əfqan müharibəsinin iştirakçısıdır. Ordudan qayıtdıqdan sonra Dəllər hərbi hissəsində qulluq edib. Gədəbəy torpaqlarının müdafiəsində – Başkənd, Kaftar, “Keçəldağ, Örükdaş əməliyyatlarında qəhrəmanlıqla döyüşüb. Kəşfiyyat üzrə taqım komandiri idi. Bacarığı, insanpərvərliyi ilə hərbçilər arasında ad-san qazanmışdı. Ən çətin əməliyyatları ona tapşırırdılar. Dəfələrlə ölümlə üz-üzə gəlmişdi.
Məzahir Avşar
Avşar Məzahir Ərtuğ Babaş oğlu (d. 12 yanvar, 1955, Avşar, Ağcabədi rayonu) — Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər Birliyinin, UNESKO Beynəlxalq Plastik Sənətlər Dərnəyinin, GƏSAM – Türkiyə Mədəniyyət Nazirliyi Sənət Əsərləri Sahibləri Birliyinin üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru. == Həyatı == Məzahir Ərtuğ Avşar 12 yanvar 1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gəlib. Kənddəki Nizami adına orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. 1978-ci ildə həmin məktəbin Monumental rəssamlıq bölümünü bitirib. 1973-1975-ci illərdə Polşa və Almaniyada hərbi xidmət keçib. 1978-1984-cü illərdə V. Muxina adına Sankt-Peterburq Sənaye Rəssamlığı Akademiyasında təhsil alıb və Dekorativ tətbiqi sənət fakültəsinin Keramika bölümündən məzun olub.Bakıya döndükdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində Muzeylərin tərtibatı idarəsində çalışıb. Müxtəlif illərdə Azərbaycan Elmlər Akademiyasının Beynəlxalq "Sovet türkologiyası", "Xəzər", "Qurtuluş" və "Qobustan" jurnallarında bədii redaktor vəzifəsində işləyib. Müəllimlik fəaliyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin Dizayn kafedrasında başlayıb. 2000-ci ildə Türkiyə Cümhuriyyəti Səlcuq Universiteti rektorluğunun dəvəti ilə Konyaya gəlib və burada Gözəl sənətlər fakültəsini qurub.
Məzahir Ağayev
Məzahir Bəybala oğlu Ağayev (30 aprel 1957, Kürdəmir – 13 aprel 1996) — aktyor. == Həyatı == Məzahir Ağayev 1957-ci il aprel ayının 30-unda Kürdəmir şəhərində anadan olmuşdur. 1 saylı məktəbi bitirmişdir.Mədəni - Maarif texnikomunda təhsil almışdır və bitirdikdən sonra İncəsənət inistutunda Mehdi Məmmədov və Şəfiqə Məmmədovadan və bir neçə görkəmli aktyorlardan və müəllimlərdən dərsalmışdır.Ali təhsilini bitirdikdən sonra təyinatla Mingəçevir Dram teatrında işləmişdir.Sumqayıtda dram teatrında çalışıb. Onunla bərabər Müdafiə Nazirliyində videoarxiv şöbəsində çalışıb (ölənədək). 1996-cı il aprel ayının 13-də ürək tutmasından vəfat etmişdir. Evli idi 2 oğlu 1 qızı vardır. == Fəaliyyəti == Onun çəkildiyi ən məşhur filmlərdən biri "Ağ atlı oğlan" filimidir ki, orada Məzahir Ağayev komandir rolunda oynayır. Filmdə 1992-1993-cü il Qarabağ müharibəsindən bəhs olunur.
Məzahir Cəlilov
Cəlilov Məzahir Həmdulla oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Məzahir Cəlilov 23 aprel 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır. Bunlardan Vəkil Vadenbirn (L. Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M. İbrahimov "Közərən ocaqlar"), Papas (H. Cavid "İblis"), Şeyx Alı (S. Vurğun "Vaqif"), Sıldırım (N. Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M. S. Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ. Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B. Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C. Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B. Vahabzadə "Dar ağacı"), Ya O (Ç. Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M. F. Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N. Hikmət "Kəllə"), Məlüküldövlə (İ. Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M. Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Zemlyanika ("Müfəttiş", Nikolay Qoqol), qazı ("Qətibə İnanc", Məmməd Səid Ordubadi) və s. obrazlarını göstərmək olar. Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da kişi, "Yurd yeri"ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Əlavə iz (film, 1981) Ömrün yolları (film, 1982) Günahsız Abdulla (film, 1984) Apardı sellər Saranı (film, 1996) Canavar balası (film, 1997) Yurd yeri (film, 1997) Biz qayıdacağıq (film, 2007) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Yaddaş (film, 2010) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Həkimlər Ultionis Tək olanda qorxma... (teleserial, 2013) == Mənbə == Məzahir Cəlilov == Haqqında == Tapdıq Əlibəyli, "Sənət ecazkarlığı", "Sözün dan yeri" (kitab), "Elm və təhsil" nəşriyyatı, 2014, səh.112–119.
Məzahir Daşqın
Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair. == Həyatı == Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır. İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
Məzahir Fitrət
Məzahir Fitrət – şair. == Həyatı == Məzahir Fitrət (Mahmudov Məzahir Nəsir oğlu) 1940-cı ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olub. 1949-cu ailəsi ilə birlikdə Tovuza köçüblər. 1958-ci ildə Tovuz Şəhər Axşam orta məktəbini bitirib və həmin ilin dekabr ayında Bakıya gəlib, neft mədənində əmək fəailyyətinə başlayıb. 1963-cü ildə ADU-nun filologiya fakültəsinə daxil olub, ancaq bir sıra qeyri-obyektiv səbəblər ucundan dəfələrlə təhsili atıb. 23 yaşlarından sonra mətbuata ayaq açan Məzahir Fitrət ömür boyu çox seyrək və çox çətinliklə çap oluna bilmişdir. 1995-ci ildə vəfat etmişdir.
Məzahir Göyüşov
Məzahir Niyaz oğlu Göyüşov (7 mart 1992; Ələsgərli, Füzuli rayonu, Azərbaycan — 30 sentyabr 2020; Horadiz, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məzahir Göyüşov 7 mart 1992-ci ildə Füzuli rayonunun Ələsgərli kəndində anadan olmuşdur. 1998-2009-cu illərdə əvvəlcə, Beyləqan rayon 6 saylı tam orta məktəbdə, sonra Xocavənd rayon Tuğ kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət müxtəlif sahələrdə çalışmışdır. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Məzahir Göyüşov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Ədliyyə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı ildə "gizirlik kursu"nu bitirmiş və Quru Qoşunlarının sıralarında "gizir" rütbəsində xidmət etmişdir. Məzahir Göyüşov döyüşlərdə xidmətinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Məzahir Həsənov
Məzahir Əbülfəz oğlu Həsənov — "Tərəqqi" medalı laureatı == Həyatı == Məzahir Həsənov 1962-ci il iyul 14-də Qərbi Azərbaycanın Qafan rayonunun Yuxarı Godəkli kəndində anadan olmuşdur. Rusiya Federasiyası DİN Sankt-Peterburq Ali siyasi məktəbini, RF DİN Akademiyasını və İ. A. Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu bitirmişdir. Hal-hazırda Sankt-Peterburq Farfor zavodunun baş direktoru, "Sankt-Peterburqun Azərbaycan diasporu" Regional İctimai təşkilatı sədrinin birinci muavinidir. == Mükafatları == "Rusiya DİN-in 200 illiyi" və "Sankt- Peterburqun 300 illiyi" xatirə medalı ilə təltif olunmuşdur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Məzahir Pənahov
Məzahir Məhəmməd oğlu Pənahov (13 mart 1951, Qaraxanlı, Tovuz rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == 1951-ci il martın 13-də Tovuz rayonunun Qaraxanlı kəndində ziyalı ailəsində doğulub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1971-1972-ci illərdə Sankt-Peterburq şəhərində A.F.İoffe adına Fizika-Texnika İnstitutunun diplomçusu, 1973-1976-cı illərdə isə aspirantı olub. 1979-cu ildən elmlər namizədi, 1992-ci ildən elmlər doktorudur. 1977-ci ildən 1993-cü ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim və dosent işləyib. 1993-cü ildən Bakı Dövlət Universitetinin “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının professoru, 1996-cı ildən 2019-cu ilədək həmin kafedranın müdiri olub. 1982-1983-cü illərdə Böyük Britaniyanın Mançester Universitetində, Təbiət Elmləri və Texnologiya İnstitutunda (UMIST) elmi tədqiqatlar aparıb. 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.
Məzahir Rüstəmov
Məzahir Rüstəmov (2 mart 1960, Bakı – 6 avqust 1992, Gədəbəy rayonu)— Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Adı Böyük Vətən Müharibəsi iştirakçısı, təyyarəçi Məzahir Abasovun şərəfinə qoyulmuşdur. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır.
Məzahir Rəfiyev
Məzahir Rəfiyev (1937, Tərtər rayonu – 2012) — Tərtərin ilk icra başçısı, Azərbaycan Parlamentinin deputatı (1990-1995). == Həyatı == Məzahir Adil oğlu Rəfiyev 1937-ci ildə Tərtər rayonunun Kolanı kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Uzun illər partiya-sovet orqanlarında çalışıb. Məzahir Rəfiyev Mirbəşir (Tərtər) Rayon Xalq Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb. Məzahir Rəfiyev daha sonra Tərtər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilib. Məzahir Rəfiyev Tərtərin ilk icra başçısı olub. O, bu vəzifədə 23 may 1992-ci ilə qədər çalışıb. 1990-1995-ci illərdə Məzahir Rəfiyev Azərbaycan parlamentinin deputatı kimi fəaliyyət göstərib. Məzahir Rəfiyev 2012-ci ildə vəfat edib.
Məzahir Süleymanov
Məzahir Həbulla oğlu Süleymanov (28 yanvar 1944, Məmmədqasımlı, Zərdab rayonu) — Xalq Artisti == Həyatı == Məzahir Sülyemanov 28 yanvar 1944-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. M. A. Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir. == Fəaliyyəti == === Xarici klassiklər === M. Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynayıb. Fransız dramaturqu C. B. Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, Eston dramaturqu E. Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramturqu M. Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Bidzina, rus dramaturqu Qoqolun "Müfəttiş" komediyasında Podkolyosin, M. Lermantovun "Maskarad" tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin "İtirilmiş məktub" tamaşasında Taraxanake, tatar dramaturqu A. Abdulinin "13-cü sədr" tamaşasında Prokuror, türk dramaturqu N. Hikmətin "Demoklisin qılıncı" tamaşasında Arxitektor, "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi və s. göstərmək olar. === Azərbaycan klassiklərindən === C. Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy, "Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü. Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, C. Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən, M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasında Müsyo Jordan, S. S. Axundovun "Tamahkar" tamaşasında İmran, H. Nəzərlinin "Ayıl, bax bu dünyaya" tamaşasında Abbas Səhət, H. Cavidin "Afət" tamaşasında Qaplan, A. Şaiqin "Bir saatlıq xəlifə" tamaşasında Harun Ər Rəşid, Ə. Haqverdiyevin "Kimdir müqəssir" tamaşasında Qasım bəy və s. obrazlarını canlandırıb.Müasir dramaturgiyadan Anarın "Adamın adamı" tamaşasında Tərs Tahir, R. İbrahimbəyovun "Park" tamaşasında Dost, V. Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında Tanrıbəy, M. Sülyemanlının "Dəyirman" tamaşasında Sarı Qasım, G. Xuqayevin "Varlı ev" tamaşasında Beçir, "Qocaların məhəbbəti" tamaşasında Qadutsa, Ç. Aytmatovun "Əsrə bərabər gün" tamaşasında Tansıkbayev, S. Başbəyovun "Dəmir qadın" tamaşasında Alimcan, Şamo Arifin "Qınamayın məni" tamaşasında Həbib, T. Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Əli Əmirli və s.göstərmək olar. M. Sülyemanov G. Xuqayevin "Bir köpək vardı" və "Ailə" əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç. Aytmatovun "Ümid sahili" əsərinin tamaşasında Orqan baba, N. Hikmətin "Bayramın birinci günü" tamaşasında Vəli Əfəndi, Yudcin Onilin "Qarağaclar altında məhəbbət" tamaşasında Kebolt, A. Babayevin "Xilaskar" əsərində Filosof-deputat kimi rolları özünəməxsus sənətkarlıqla yaratmışdı. === Filmoqrafiya === Mənim ağ şəhərim (film, 1993) Ağ dünya (film, 1995) Yük (film, 1995) Fatehlərin divanı (film, 1997) Bəsdir, ağlama! (film, 1999) Yanmış körpülər (film, 2007) Cavid ömrü (film, 2007) Qüdsi (film, 2007) Seçilən (film, 2008) Tək olanda qorxma...
Cəlayır eli
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa. == Tarixi == Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər. Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb. Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü. Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır.
Hüseyn Cəlayır
Sultan Cəlaləddin Hüseyn Sultan Şeyx Üveysin oğlu Cəlayır (v. 1382)—Cəlayırlar dövlətinin sultanı. == Hakimiyyəti == Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı.