Araz Dilağarda

Araz DilağardaAzərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.[1]

Araz Dilağarda
39°34′ şm. e. 47°35′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 87 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Araz Dilağarda xəritədə
Araz Dilağarda
Araz Dilağarda

Etimologiyası və tarixi

[redaktə | mənbəni redaktə et]

Kəndin adı Araz hidronimindən və mənşəcə Qaraqoyunlu tayfa ittifaqının Dilaqarda tayfasının adından ibarətdir. "Araz çayı kənarında Dilaqarda kəndi" mənasındadır. Araz sözü Digər Dilaqerda (Qobu Dilaqarda) kəndindən fərqləndirici əlamət bildirir.

1820-ci ildə İrandan köçüb gəlmiş və onların Dilaqarda elində məskunlaşması nəticəsində Dilaqarda, Araz Dilaqarda və Qobu Dilaqarda kəndləri yaranmışdır.[2]

1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Araz Dilağarda Bələdiyyəsi[3] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 09.09.2020-ci il tarixində qəbul edilmişdir[4].

Araz Dilağarda Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[5] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[6] uyğun olaraq, Araz Dilağarda Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Araz Dilağarda Bələdiyyəsi

[redaktə | mənbəni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Araz Dilağarda kəndi Araz Dilağarda Bələdiyyəsinin (vergi kodu: 7503, statistika kodu: 60630027[7]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Bala Bəhmənli kənd inzibati ərazi dairəsində yerləşən Araz Dilağarda kəndi mövcuddur.

Araz Dilağarda Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[8] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[9] uyğun olaraq, Araz Dilağarda Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Araz çayı sahilində, düzənlikdədir. Oykonim Araz (hidr.) və Dilağarda (etnotoponim; qaraqoyunlu qəbiləsinə mənsub nəsil adı) sözlərindən düzəlib, "Araz sahilində yerləşən Dilağarda kəndi" deməkdir. Ərazidəki iki Dilağarda kəndini bir-birindən ayırmaq üçün oykonimin əvvəlinə Araz və Qobu komponentləri artırılmışdır.[10]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1425 nəfər əhali yaşayır.[11]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "YUXARI QARABAGIN TOPONIMLƏRI". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-18.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-05.
  7. BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI 2015, Dövlət Statistika Komitəsi. (PDF) https://www.stat.gov.az/menu/5/source/Municipal_classifications.pdf (#bare_url_missing_title).
  8. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  9. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  10. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  11. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629