ARZU-KAM

is. bax arzu 1-ci mənada.

Этимология

  • ARZU-KAM Farscadır, sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ARZU
ARZUKEŞ
OBASTAN VİKİ
Kam (Xoy)
Kam (fars. كم‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Arzu
Arzu — qadın və kişi adı. Həmçinin təxəllüs kimi də istifadə edilir. Bu adı olan tanınmış şəxslər Qadınlar Arzu Abdullayeva — Azərbaycan hüquq müdafiəçisi. Arzu Bağırova — Azərbaycan ictimai xadimi Arzu Zeynalova — azərbaycanlı jurnalist, "Neft Kadrları Uğrunda" qəzetinin redaktor müavini. Arzu Şuşanova — azərbaycan aktyoru. Arzu Soltan — Azərbaycanlı jurnalist, ssenari müəllifi. Arzu Okay — Türkiyə kino aktrisası və porno ulduzu Arzu Hüseynova — Arzu Şirinova Arzu Qazıyeva Kişilər Arzu Rəhimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant. Arzu Rzayev — Azərbaycanın estrada müğənnisi. Arzu Səmədbəyli — Millət vəkili (2005-2010). Arzu Poladov — Dekorçu.
Li Hunq Kam
Li Hunq Kam - Honkonqlu veteran opera müğənnisi, aktrisası. == Həyatı == Məşhur opera müğənnisi Li Hunq Kam 13 yanvar 1932-ci ildə Tayvanda anadan olmuşdur. İlk dəfə 14 yaşında, 1946-cı ildə səhnələrə gəlmişdir və Kanton operalarının birində kiçik çıxış etmişdir. Orta məktəbi bitirdikdən sonra ali təhsil ala bilməyən Li Hunq Kam 1950-ci ildə məşhur opera müğənnisi Xiao Conqkun ilə evləndi və bu evlilikdən onun Xiao Ziyun adlı bir qızı oldu. Ancaq, evlilik 7 il davam edə bildi və 1957-ci ildə həyat yoldaşından boşanan Li qızı ilə birlikdə Kanadaya köçdü. Bundan sonra Li heç evlənmədi, daha sonra, Tan Binqven ilə dəfələrlə əməkdaşlıq etdi, bir neçə film istehsal edən şirkətlər qurmaq üçün ortaq müəssisələr qurdu. Li Hunq Kamın 1970-ci illərdə bir neçə dəfə görünən və televiziyalarda göstərilən iki qardaşı var idi, lakin, sonra Li iki qardaşı ilə əlaqəsinin tamamilə kəsildiyini etiraf etdi. Linin ilk filmi 1956-cı ildə çəkilmişdir. Sonra o, Tan Binqven ilə şərik olaraq film şirkəti təsis etdi və burada bir çox komediyalar çəkdi. 1976-cı ildə özü tək "Lee's Film Company" şirkətini qurdu və burada da bir neçə komediya filmi çəkdi.
Arzu (Xaçmaz)
Arzu Qəsəbəsi — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == 1963-cü ilə qədər Quba rayonunun tərkibində olmuşdur. Həmin ildən Xaçmaz rayonuna birləşdirilmişdir. == Əhalisi == 2009-cu il siyahıyaalınmasına görə əhalinin sayı 1249 nəfərdir. == Təhsil == 2 mərtəbəli və 220 yerlik məktəb tikildi. == Səhiyyə == Qəsəbədə səhiyyə ocağı yoxdur.
Arzu Bağırova
Arzu Bağırova (11 dekabr 1980, Sumqayıt) — ictimai xadim, iş adamı. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri, müxtəlif mövzularda maarifləndirmə ilə bağlı bir çox sosial tədbirlərin təşkilatçısı, layihə rəhbəri. == Həyatı == Bağırova Arzu Zakir qızı 11 dekabr 1980 tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilinə Sumqayıtda başlamış, Masallı rayonunun Bədəlan kəndində bitirmişdir. Taras Şevçenko adına Kiyev Milli Universitetində Hüquq ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra həmin universitetdə Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsi almışdır. Evlidir. 4 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == Arzu Bağırova 2005-ci ildən özəl sektorda fəaliyyət göstərir. Hazırda Gözəl Yaşam Mərkəzinin təsisçisidir. Arzu Bağırova şəhid, qazi ailələrinə, o cümlədən fiziki imkanları məhdud şəxslər, tənha, yaşlı, aztəminatlı ailələrə göstərdiyi aktiv fəaliyyəti ilə tanınır.
Arzu Fərzəliyev
Arzu Fərzəliyev (28 mart 1958, Naxçıvan) — Azərbaycanlı müğənni, əməkdar artist == Həyatı == Fərzəliyev Arzu İsmayıl oğlu 28 mart 1958-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji institutunu bitirmişdir. Ailəlidir, 3 oğlu 5 nəvəsi var. == Fəaliyyəti == 1977-ci ildə Qafqaz İnstitutları arasında keçirilən Suxumi 77 festivalının qalibi, 1978-ci ildə Bakıda keçirilən "Qızıl Payız" musiqi festivalının qalibi olmuşdur. Naxçıvanda keçirilən mahnı televiziya müsabiqəsinin 7 dəfə qalibi olmuşdur. 1983-cü ildən Naxçıvan şəhərində mədəniyyət evində fəaliyyətə başlamışdır, 1985-ci ildə SSRİ mədəniyyəti xidmətinə görə əlaç döş nişanı ilə təltif olunmuşdur. 1984-cü ildə mədəniyyət evinin bədii rəhbəri, 1988-ci ildən 2017-ci ilədək Naxçıvan mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2018-ci ildən Naxçıvan Dövlət Filarmoniyasında bədii quruluş hissə müdirü vəzifəsində çalışır. Naxçıvanda və Bakıda keçirilən konsert proqramlarında çıxış etmişdir.
Arzu Fətullayev
Arzu Hüseynov
Hüseynov Arzu Sadıq oğlu (1962, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Arzu Hüseynov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nərimanov rayonu, 45 saylı orta məktəbi bitirmiş, 1981–1983-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1985–1987-ci illərdə teatrda, kinostudiyada və televiziyada texniki işlərdə çalışsa da, çəkilən film və televiziya verilişlərinin bəzilərində epizodik rollarda iştirak etmişdir. 1987-ci ildə İncəsənət universitetinin rejissorluq fakültəsinə daxil olmuş və eyni zamanda Dövlət Gənclər Teatrına rejissor assistenti vəzifəsinə qəbul edilmiş, bir neçə tamaşada aktyor kimi iştirak etmişdir. 1993-cü ildə universiteti bitirmiş, İravan-Azərbaycan teatrında, Bakı Bələdiyyə teatrında və Speys telekanalında aktyor kimi çalışmışdır. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb. Hazırda Bəkı mədəniyyət idarəsinin nəzdindəki Satira teatrında fəaliyyətini davam etdirir. Aktyor Sadıq Hüseynovun oğludur. == Filmoqrafiya == Qanun naminə (film, 1968) Mən ki gözəl deyildim (film, 1968) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Hər şey yaxşılığa doğru Kənddən gələn var Nə gözəldir bu dünya...
Arzu Hüseynova
Arzu Doğru qızı Hüseynova — İqtisad elmləri doktoru(2016), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının üzvü (2018-ci ildən) == Həyatı == Arzu Hüseynova 21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur. O, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973–1983), M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsində (1983–1988) təhsil almışdır. Ali təhsilini "Tətbiqi riyaziyyat" ixtisası üzrə almış Arzu Hüseynova 1988–2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001–2004-cü illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir. Arzu Hüseynova 2005-ci ildə DQM-ə direktor müavini təyin edilmişdir. AR-nın Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014-cü ilin aprel ayının 1-nə kimi EİM-də direktorun 1-ci müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi|Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin "Rəqəmsal iqtisadiyyatı və İKT" kafedrasının professoru vəzifələrində işləyir. Arzu Hüseynova "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 27 iyun 2007-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 5 oktyabr 2010-cu ildə ona iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir. 2016-cı ilin yanvarında "Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabr 2016-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Hüseynova A. Elmi tədqiqat fəaliyyəti ilə yanaşı, davamlı olaraq elmi-pedoqoji fəaliyyətlə də məşğul olur.
Arzu Nağıyev
Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Vartaşen rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist və hərbi qulluqçu, Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Arzu Nəsib oğlu Nağıyev 27 iyul 1963-cü ildə Oğuz rayonunun Baş Layısqı qəsəbəsində anadan olub. 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun olub. 1991-ci ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali kurslarını qırmızı diplomla bitirib. Birinci Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın, çoxsaylı araşdırmaların və yazıların müəllifidir. Rus dilini bilir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == Arzu Nağıyev 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləmiş, 1987–1989-cu illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri olmuşdur.
Arzu Nehrəmli
Arzu Nehrəmli (azərb. Arzu Kazım qızı Vəliyeva‎; d. 27 oktyabr 1970, Babək r., NMR) — şair, nasir, publisist. Tarix elmləri üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvü və Azərbaycan Jurnalistlər Birliyinin (2015-ci ildən) üzvü. == Həyatı == === Təhsili === 27 oktyabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub. Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Bakalavr, magistratura və doktorantura təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb. Uşaq yaşlarından idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikasının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb.
Arzu Okay
Arzu Okay — Türkiyə kino aktrisasıdır. Hazırda Fransada yaşayır ve həyat yoldaşından boşanmışdır. Arzu Okayın keçmiş həyat yoldaşından bir qız övladı vardır.
Arzu Poladov
Arzu Poladov (13 fevral 1966, Bakı) — Dekorçu. İcraçı rəssam. == Həyatı == Arzu Poladov 1966-cı il, fevralın 13-də Bakıda, Stepan Razin adına qəsəbədə anadan olub. 1973-cü ildə 96 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. Artıq 3-cü sinifdən rəsm çəkmək meyli artıb. Daha 2 il sonra rəssam olacağına qərar verir. 1979-cu ildən Razin qəsəbəsində olan pionerlər evində rəsm dərnəyinə üzv olur. Hər şəy də əslində buradan başlayır – dərnəyə əslen Balaxanı qəsəbəsindən olan Xəyyam müəllim başçılıq edirdi. Onun yüksək professionallığı, anadangəlmə rəssam dünyagörüşü əslində Arzu üçün böyük bir kəşf idi. Və həmin andan Arzu Əzim Əzimzadə adına rəssamlıq məktəbinə ciddi hazırlaşır.
Arzu Qeybullayeva
Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.
Arzu Rzayev
Arzu Rzayev – Azərbaycan estrada müğənnisi və aktyoru. == Həyatı == Musiqiyə istrumentalist kimi gələn müğənni peşəkar səhnəyə 1985-ci ildən çıxıb. Elə həmin illərdə Almaz Ələsgərova ilə ilk dueti olan musiqisi Səid Rüstəmova məxsus "Dedim-dedi" mahnısını ifa edilib. Mügənninin "Canım", "Bakı yurdum" və s. kimi albomları hal-hazırda da sevə-sevə dinlənilməkdədir. == Filmoqrafiya == Yurd yeri Yurd yeri 2 Qış nağılı.
Arzu Rəhimov
Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — Azərbaycan hərbi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007). == Həyatı == Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. Arzu Rəhimov 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət eləmişdir. 1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi vermilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixli Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmiş və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.
Arzu Sadıqov
Arzu Soltan
Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin] == Həyatı == Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.
Sonuncu arzu
Sonuncu arzu (pol. Ostatnie życzenie) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə "Sonuncu arzu" Cadugər seriyasından olan ilk əsərdir. Kitab ilk dəfə polyak dilində 1993-cü ildə nəşr edilmiş, 2007-ci ildə isə kitabın ilk ingilis dilli nəşri yayımlanmışdır. == Hekayələr və onların məzmunu == Cadugər — pol. Wiedźmin — 1983 Topluya daxil olan ilk hekayədir. Müsabiqə üçün yazılmış, bu kiçik hekayə "Cadugər haqqında saqa"nın əsasını qoymuşdur. Peşəkar bədheybət ovçusu olan Riviyalı Gerald Temitiyanın paytaxtı Vizim şəhərinə gəlir. Burada ona şəhər əhlinə əziyyət verən vampir qızdan şikayət edilir. Vampir qız kral Foltestin doğma bacısı Addadan olan qızıdır.
Cinsi arzu
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual arzu
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Arzu Qazıyeva
Qazıyeva (rəsmi Qazıyeva-Əzimova) Arzu Əliyar qızı (d. 24 sentyabr, 1966, Şəki şəhəri) — Azərbaycanlı jurnalist, ssenari müəllifi, televiziya aparıcısı, tərcüməçi, redaktor. == Haqqında == 24 sentyabr, 1966-cı ildə Azərbaycanın Şəki şəhərində dövlət qulluqçusu ailəsində anadan olub. 1972-ci ildə Bakıda 3 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1982-ci ildə həmin məktəbi bitirib. Orta ümumtəhsil məktəbində oxuduğu illərdə paralel 21 saylı musiqi məktəbində də ibtidai musiqi təhsili alıb. Orta məktəbi bitirdiyi ildə 1982-1986-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində fortepiano sinfi üzrə orta ixtisas musiqi təhsilinə yiyələnib. 1988-1994-cü illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Əmək fəlaiyyətinə 1986-cı ildən başlayıb. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun nəşriyyatında redaktor, “İnşaatçı” qəzetində korrektor işləyib. 1991-2002-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” redaksiyasında siyasət şöbəsinin şərhçisi, 1991-1994-cü illərdə proqramın aparıcısı, 1999-2002-ci illərdə parlament müxbiri işləyib.
Arzu Qeybulla
Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.
Arzu Cəlilova
Arzu Cəlilova (4 iyun 2004, Bakı) - gənclər arasında bədii gimnastika üzrə I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medal mükafatçısı. Arzu Cəlilova badii gimnasitka üzrə bir çox yerli və beynəlxalq turnirlərdə iştirak etmişdir. == Həyatı == Arzu Cəlilova Natiq Cəlilov və Nigar Cəlilovanın ailəsində dünyaya göz açıb. Natiq Cəlilovun atası akademik Qurban Cəlilovdur. Arzunun atası hələ o dünyaya gəlmədən əvvəl avtomobil qəzasında dünyasını dəyişib. == Karyera == Arzu 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi İdman Klubu”nun bədii gimnastika bölməsinə yazdırıb. 2012-ci ildə 8 yaşında bədii gimnastika üzrə Açıq Bakı birinciliyində həmyaşıdı gimnastlar arasında 2-ci yer tutur. Həmin ilin iyul ayında İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil etmiş və qızıl medala layiq görülmüşdür. Yenə həmin ilin oktyabr ayında XIX Bakı çempionatında azyaşlı bədii gimnastlar arasında 2-ci yer, 2013-cü ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə çoxnövçülük və alətsiz hərəkətlərdə birinci yer, iplə hərəkətlərdə isə 2-ci yer tutmuşdur.
Arzu Abdullayev
Arzu Kamal oğlu Abdullayev (16 sentyabr 1987, Ordubad rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Arzu Kamal oğlu Abdullayev 16 sentyabr 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1994–2005-ci illərdə orta məktəbdə oxuyarkən məqalələri mütəmadi olaraq Ordubad rayonunun "El həyatı" qəzetində dərc edilib. 2006–2010-cu ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin "Tarix" ixtisasını, 2011–2013-cü illərdə həmin universitetin magistratura səviyyəsində "Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi" ixtisaslaşmasını, 2014–2017-ci illərdə "Vətən tarixi" üzrə doktorantura səviyyəsini fərqlənmə ilə bitirmişdir. 2022-ci ildən tarix elmləri doktoru üzrə Dissertantura təhsili alır 2010–2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 2009–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. 2009–2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) sədr müavini kimi çalışıb. 2013-cü ildən — 2018-ci ilə qədər "Nuh Yurdu" qəzetində jurnalist kimi çalışıb. 2014–2019-cu illərdə "İstedad-XXI əsr" MMC-də direktor müavini kimi çalışıb.

Значение слова в других словарях