Arğalı türbəsi
Arğalı türbəsi — Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən türbə.
== Tarixi ==
Vaxtı ilə türbənin olduğu ərazidə Arğalı kəndi yerləşirdi. Məhz buna görədə türbənin adı Arğalı adlandırılmışdır.
== Memarlıq xüsusiyyətləri ==
Arğalı türbəsi əkin üçün yararlı olan düzən sahədədir yəni daha münbit və düzən ərazidə inşa edilibdi. Memarlıq və konstruksiya baxımından Arğalı türbəsi planı səkkizbucaqlı olunduğundan onun həm gövdəsi, həm də künbəzi eyni sayda tillərə malikdir. Lakin buna baxmayaraq memarlıq və konstruksiya baxımından Arğalı türbəsini künbəzi iki qatlı hörülüb, ara məsafəsi daş və əhəng qarışıqlı məhlulla doldurulub. Türbənin şimal tərəfində qoyulmuş qapı ilə üzbəüz mehrab əvəzinə ikinci qapı qoyulub. Hər iki qapıların partal çərçivələri həndəsi naxışlarla bəzədilib. Arğalı türbəsi üzərində heç bir kitabəyə rast gəlinmir. Elə bu səbəbdən də türbə "Arğalı türbəsi" adını almışdır.