ARZUMAN FARS
ASMAN FARS
OBASTAN VİKİ
Asif Asiman
Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986–1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Asiman Allahverdiyev
Asiman Quliyev
Asiman Aydın oğlu Quliyev (1956, Şəki, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi, əməkdar müəllim (2020). == Həyatı == Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur. 1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-1" kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalının mətbuat katibidir.
Asiman İmamverdiyev
Asiman Əliyev
Asiman Həsənov
Asiman Həsənov (4 sentyabr 1974, Nüvədi, Meğri rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tədqiqatçı. 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin müəllifidir. Səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır. == Həyatı == Həsənov Asiman Balakişi oğlu 4 sentyabr 1974-cü ildə Zəngəzur mahalı, Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1981–1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almış, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur. 1997–1998-ci illərdə bir illik internatura təhsili alaraq həkim-cərrah ixtisasını qazanmışdır. 1999, 2001, 2006-cı illərdə İzmirdə Ege Universistetində Loporoskopiya və Endoskopiya üzrə ixtisasartırmada olmuşdur. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisası üzrə məzun olmuşdur. 2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində çalışır.
Şəfəq və Asiman qaz yatağı
Şəfəq və Asiman — Xəzərin Azərbaycan sahilində, Bakının 125 kilometr cənub-şərqində yerləşən qaz-kondensat yatağı. Şəfəq və Asiman strukturları əvvəllər müvafiq olaraq D8 və D10 adlanırdı. == Tarixi == Şəfəq və Asiman strukturlarının öyrənilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum 13 iyul 2009 tarixində imzalanmışdır. İlkin razılığa görə, dəniz bloku BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (abr. SOCAR) tərəfindən birgə hazırlanacaqdı. Qarşılıqlı anlaşma haqqında memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Kəşfiyyat və Hasilat üzrə icraçı direktor Endi Aynqilis tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və keçmiş Böyük Britaniya Baş Naziri Qordon Braunun iştirakı ilə imzalanmışdır. Qarşılıqlı anlaşma memorandumundan sonra, BP-nin prezidenti Toni Heyvardın Azərbaycana səfəri zamanı Rövnəq Abdullayev və BP Azərbaycanın prezidenti Rəşid Cavanşirin 6 iyul 2010 tarixində imzalanması ilə əsas kommersiya prinsipləri haqqında razılığa gəliblər. Şəfəq və Asiman blokunun inkişafı BP tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin uzadılması kimi qiymətləndirilir. Kəşfiyyat işlərinin 2016-cı ilin ikinci yarısında başlaması və 2017-ci ilin ikinci yarısında davam etməsi gözlənilir.
Asimanabad
Asimanabad — İranın İlam ostanının Çardavul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,899 nəfər və 1,136 ailədən ibarət idi.

Значение слова в других словарях