atalı-babalı

atalı-babalı
atalı-analı
atalıq
OBASTAN VİKİ
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Atalı (Xudafərin)
Atalı (fars. عطالو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (19 ailə).
Soylu Atalı
Soylu Atalı (Talıblı Zülfüqar Qara oğlu; 13 yanvar 1966, Kəpənəkçi, Bolnisi rayonu) — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. == Həyatı == Soylu Atalı 13 yanvar 1966-cı ildə Gürcüstan SSR-nin (indiki Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1983-cü ildə Kəpənəkçi 1 saylı orta məktəbi bitirmiş və Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. Bir il axşam şöbəsində təhsil aldıqdan sonra 1984-cü ildə sovet ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidməti başa vuraraq institutda təhsilini əyani şöbədə davam etdirmişdir. 1991-ci ildə "Mülki və sənaye binalarının tikintisi" ixtisası üzrə təhsilini başa vurmuşdur. 1990-cı ilin fevralında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda tələbələrlə görüş keçirən Asif Ata ilə tanış olmuş və onun ruhani mübarizəsinə qoşulmuşdur. Asif Atadan "Soylu" adını almış, sonrakı fəaliyyəti və yaradıcılığı bu ad altında getmişdiar. Mütləqə İnam Ocağının Asif Atadan sonrakı fəaliyyəti (5 iyun 1997-ci ildən bu günədək) əsasən Soylu Atalının adı ilə bağlıdır. Ocağın bütün tədbirlərinin aparıcılığı, Asif Ata tərəfindən ideya kimi verilmiş Ocaq Bayramlarının gerçəkləşdirilməsi, Ruhani Beşikbaşı Mərasimlərinin (toy ənənəsi) və Ölügötürmə (yas) Kurallarının nəzəri olaraq (kitab halında) işlənilməsi və bu ideyaların həyata keçməsi, Ata irsinin sistemləşdirilməsi, Ocaq-türk əlifbasının təbliği Soylu Atalının inadı sayəsində baş tutmuşdur. O, Asif Atanın Azərbaycanın siyasi xilası kimi düşündüyü "Uluyurd Hərəkatı"nın nəzəri prinsiplərini işləyib ərsəyə gətirmişdir.
Babalı (Cəlilabad)
Babalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Babalı toponimi Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adındandır. Babalı kəndi Cəlilabad rayonunun qədim yaşayış məskənlərindən biridir.Kəndin ərazisindən tapılmış bəzi maddı-mədəniyyət nümunələri belə bir fikir söyləməyə imkan verir. Təsadüfi tapıntılara baxmayaraq ,kəndin ərazisində indiyə qədər nə arxeoloji nə də etnoqrafik tədqiqatlar aparılmayıb. Mövcud məlumatların qeyri-qənaətbəxş olması müəyyən araşdırmalar aparmağı zəruri etdi.Araşdırmalar zamanı bir-çox mənbələrdə Babalı sözü ilə bağlı maraqlı tarixi məlumatlarla rastlaşdım.Lakin,həmin məlumatlar: 1)Kənddə məskunlaşmanın mövcud tarixi versiyalarının yanlış olduğunu bəlli etdi. 2)Babalı sözünün tayfa adı ilə bağlı olduğunu sübut etdi. Mövcud məlumatlar nədən ibarətdir? 1. Babalı əhalisi VII əsrdə Ərəbistandan gəlmədir. 2.Babalı əhalisi Xaçmaz rayonundan gəlmədir.
Babalı (Çaldıran)
Babalı (fars. بابالو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (61 ailə).
Babalı Ağayev
Babəli Ağayev (1 fevral 1932, Biləsuvar rayonu – 10 avqust 2019) — Lerik Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1932-ci ildə Biləsuvar rayonunda kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali Partiya Məktəbini bitirmişdir 1955–1965-ci illərdə Puşkin rayonunun məktəblərində pedaqoji işdə çalışmışdır. 1965–1968-ci illərdə Puşkin Rayon Partiya Komitəsinin katibi, partiya məktəbinin müdavimi olmuşdur. 1968–1970-ci illərdə Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Lerik RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Sovetinin ticarət bə əhaliyə məişət xidməti komissiyasının üzvüdür. Azərbaycan KP təftiş komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Lerik seçki dairəsi). 4 övladı var. 87 yaşında vəfat etmişdir.
Babalı Məhəllə (Talış)
Babalı Məhəllə (fars. بابالومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 463 nəfər yaşayır (80 ailə).
Babalı-i Cananlı (Xudafərin)
Babalı-i Cananlı (fars. بابايلوي جانانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (36 ailə).
городско́й исколоти́ться насмеха́тельство протороза́вр смалоду́шничать бере́чь вкривь и вкось клоа́ка по-султа́нски поку́да прощу́паться су́живаться ширма decretive firebird Lausanne rock-hewn ruthful self-possession sound unkempt зардеться крестьянин неверие пинакотека