Əli Rza Ataman
Əli Rza Ataman və ya Kağızmanlı Əli Rza bəy (1884, Kağızman, Qafqaz diyarı – 26 iyun 1955) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Kağızman qaymakamı, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti daxili işlər naziri.
Əli Rza Ataman 1884-cü ildə Kağızmanda anadan olmuşdur. İdadi məzunudur.
1914-cü ildə qardaşları Məmməd bəy, Ömər bəy İsmayılbəyzadələrlə birgə tutularaq Qars həbsxanasında həbs olunmuş, 1917-ci ildə azadlığa çıxmışdır.
25 iyun 1955-ci ildə vəfat etmişdir.
Difai Partiyasının üzvü və Nəşri-Maarrifin təmsilçisi olmuşdur.
Bu dövrdə Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır. Bu şuranın təməlini isə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir.
26 noyabr 1918-ci ildə Qarsda yerli Milli İslam Şurasının sancaq şöbəsini yaratmışdır.
7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir.