Atası ölən yetim qalmaz, anası ölən yetim olar.

Cf. One is an orphan when dies his mother. Отец умрёт - полсироты, мать умрёт - вся сирота.
Atası balıqçı olub, oğlu da suya baxır.
Atası turşu yemiş, balasının dişi qamaşmış.
OBASTAN VİKİ
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Yetim Emin
Yetim Emin əsl adı Muhamməd-Əmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma Ləzgi dili ilə yanaşı, Azərbaycan və ərəb dilində yazırdı.. Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Tsiling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Seyid
Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Yetim evi
Sonuncu ölən ümidlərdir
Sonuncu ölən ümidlərdir — Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir. 1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
Yetim Gürcü heykəli
Yetim Gürcü heykəli — Kür çayının sağ sahilində, Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir. Yetim Gürcü (Efim Gürcü, orijinal adı Arutyün Qriqoryeviç Aqacanov; 1875—1940) — Gürcüstan xalqının müğənnisi və şairi, aşıq. 1985-ci ildə əsası qoyulmuşdur, heykəltaraş isə Dmitriy Mikatadzedir, memar — Şota Kavlaşvili. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.
Tualetdə ölən şəxslərin siyahısı
Tarixdə bir çox şəxs defekasiya və sidik ifrazı prosesi zamanı tualetdə ölmüşdür. Tualetdə ölən şəxslərin siyahısına Dəmirböyürlü Edmund kimi tarixi şəxslər, eləcə də, Cudi Qarlend və Elvis Presli kimi tanınmış simalar daxildir. 1993-cü il istehsalı "Yura dövrünün parkı" filmində Donald Gennaro personajı tualetdə əyləşərkən tirannozavr tərəfindən yeyilir. Corc Martin tərəfindən 2000-ci ildə yazılmış "Qılınclar fırtınası" kitabında Tivin Lannister personajı tualetdə ikən öldürülür. "Sopranolar" serialında Toni Sopranonun kapolarından biri olan Cici Çestone liderlik rolunun gətirdiyi stresdən tualetdə ölür. Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən "Yuxu tələsi" (2003) filmində Rik Makkarti yadplanetli ilə mübarizə aparkən tualetdə ölür. "Cənubi Park" animasiya serialının "Tərs kovgörl" adlı seriyasında (2012) Klayd Donovanın anası tualetin içinə düşərək ölür. 2020-ci il istesahlı "Xilasetmə" filmində əsas personajlardan biri olan Amir Asif tualetə daxil olduqdan sonra vurulur.
Qara yetim (teleserial, 2013)
Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır. Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb. Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu. 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi və 14 aprel 2016-cı ildə yayımlandı. Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi. Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin birgün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır.
Mən, Erl və ölən qız (film)
Mən, Erl və ölən qız (ing. Me and Earl and the Dying Girl) — Cessi Endrüsün 2012-ci ildə yazdığı eyniadlı romandan əsaslanaraq çəkilən komediya-dram filmi. 2015-ci ildə Sandens film festivalında nümayiş olunan filmin rejissorluğunu Alfonso Qomes-Rehon, ssenarisini isə romanın müəllifi Cessi Endrüs yazıb. Rollarda Tomas Mann, Oliviya Kuk, RJ Cyler və Con Berntal çəkilib. Film aktyorluğa və ssenariyə görə tənqidçilər tərəfindən müsbət rəylər əldə edib. Özünü marmota oxşadan 17 yaşlı Qreq Qeyns (Tomas Mann) Pittsburq Şenli Liseyində digər tələbələrlə sıx əlaqədən qaçan yuxarı sinif şagirdidir. O, tələbə yoldaşı və keçmiş uşaqlıq dostu Reyçel Kuşnerə (Oliviya Kuk) leykoz diaqnozu qoyulduğunu öyrənir və öz valideynləri (Nik Offerman və Konni Britton) tərəfindən onunla dostluq etməyə məcbur edilir.
Mən, Erl və ölən qız (film, 2015)
Mən, Erl və ölən qız (ing. Me and Earl and the Dying Girl) — Cessi Endrüsün 2012-ci ildə yazdığı eyniadlı romandan əsaslanaraq çəkilən komediya-dram filmi. 2015-ci ildə Sandens film festivalında nümayiş olunan filmin rejissorluğunu Alfonso Qomes-Rehon, ssenarisini isə romanın müəllifi Cessi Endrüs yazıb. Rollarda Tomas Mann, Oliviya Kuk, RJ Cyler və Con Berntal çəkilib. Film aktyorluğa və ssenariyə görə tənqidçilər tərəfindən müsbət rəylər əldə edib. Özünü marmota oxşadan 17 yaşlı Qreq Qeyns (Tomas Mann) Pittsburq Şenli Liseyində digər tələbələrlə sıx əlaqədən qaçan yuxarı sinif şagirdidir. O, tələbə yoldaşı və keçmiş uşaqlıq dostu Reyçel Kuşnerə (Oliviya Kuk) leykoz diaqnozu qoyulduğunu öyrənir və öz valideynləri (Nik Offerman və Konni Britton) tərəfindən onunla dostluq etməyə məcbur edilir.
Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı — (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir. Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir. Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə. Ə. Yaqubov, Ə. Ə. Əlizadə, M. M. Zeynalov, 1971). Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır. İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.
Anası Xəlilova
Anası Xəlilova (21 avqust 1921, Güvəkənd, Ərəş qəzası – 1993, Ağdaş rayonu) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. 1921-ci ildə Ağdaş rayonunda anadan olub. SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı adına 1966-cı ildə layiq görülüb.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Kuzmanın anası
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anası
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Uistlerin anası
1 №-li boz və qara aranjiman: Rəssamın anasının portreti (ing. Arrangement in Grey and Black, No.1: Portrait of the Artist's Mother) çox vaxt "Vistlerin anası" (ing. Whistler's Mother) kimi xatırlanır — amerikalı rəssam Ceyms Vistlerin 1871-ci ildə çəkdiyi ən məşhur rəsm əsəri. Əsərdə rəssamın anası Anna Vistler (1804–1881) təsvir olunub. Fransanın Paris şəhərindəki Orse muzeyində saxlanılır. Əsərin ölçüsü 144,3 × 162,4 sm-dir. Anna Makneyl Vistler oğlu ilə London, Cheyne Walk, Çelsi-də yaşayarkən portret üçün poza verdi. Əsərlə əlaqədar bir neçə təsdiqlənməyən hekayə mövcuddur, onlardan biri belədir ki, bir gün portret üçün poza verməli olan model planlaşdırılan sessiyaya gəlmədiyindən Ceyms Vistler öz anası Anna Makneyl Vistlerdən onun portretini çəkmək üçün poza verməsini istəmişdir. Əvvəlcə o, modeli ayaq üstə çəkmək niyyətində idi. Lakin o zaman 67 yaşı olan yaşlı ana üçün uzun müddət ayaq üstə dayanmaq çox çətin idi.
Vistlerin anası
1 №-li boz və qara aranjiman: Rəssamın anasının portreti (ing. Arrangement in Grey and Black, No.1: Portrait of the Artist's Mother) çox vaxt "Vistlerin anası" (ing. Whistler's Mother) kimi xatırlanır — amerikalı rəssam Ceyms Vistlerin 1871-ci ildə çəkdiyi ən məşhur rəsm əsəri. Əsərdə rəssamın anası Anna Vistler (1804–1881) təsvir olunub. Fransanın Paris şəhərindəki Orse muzeyində saxlanılır. Əsərin ölçüsü 144,3 × 162,4 sm-dir. Anna Makneyl Vistler oğlu ilə London, Cheyne Walk, Çelsi-də yaşayarkən portret üçün poza verdi. Əsərlə əlaqədar bir neçə təsdiqlənməyən hekayə mövcuddur, onlardan biri belədir ki, bir gün portret üçün poza verməli olan model planlaşdırılan sessiyaya gəlmədiyindən Ceyms Vistler öz anası Anna Makneyl Vistlerdən onun portretini çəkmək üçün poza verməsini istəmişdir. Əvvəlcə o, modeli ayaq üstə çəkmək niyyətində idi. Lakin o zaman 67 yaşı olan yaşlı ana üçün uzun müddət ayaq üstə dayanmaq çox çətin idi.
Xəzər anası
Xəzər anası (yaxud Xəzər madonnası) Alimlər tərəfindən "Xəzər madonnası" adlandırılan - əlində körpə uşaq olan qadın təsvirli, orijinal mis medalyondan ibarətdir.(bütpərəstliklə xristianlığın simbiozu kimi) Arxeoloqlar tərəfindən Sulak arxası Qumuqda(Şimali Dağıstan), xəzər şəhərləri Bələncər(Çiri Yurd), erkən orta əsr (7-9-cu əsrin əvvəli) katakombaların birində tapılıb. Ona bənzəri Kislovodsk ərazisində də tapılıb. M.M.Mamayev bunu xristian müqəddəs anası(madonna) kimi izah edir. Lakin deməyə əsas var ki, həmin medalyonun təsvirinin anlam süjeti bir qədər fərqlidir. -Xəzər anası "Обряды и культы Древнего и Средневекового Дагестана". Сб. статей. Махачкала.1986. С.90-109.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Xaç atası (roman)
Xaç atası (ing. The Godfather) italyan-amerikan yazıçı Mario Püzonun romanı. İlk dəfə 1969-cu ildə G. T. Putnam's Sons tərəfindən nəşr edilmişdir. Nyu-Yorkda yaşayan və başçısı Don Vito Korlione olan italyan-amerikan mafiya ailəsinin hekayəsini anladır. Roman 1945-ci ildən 1955-ci ilədək olan zamanı əhatə edir. Yazıçı romanda italyan mafiyasına xas consigliere, caporegime, Cosa Nostra və omertà kimi sözcüklərə yer vermişdir.
Xaç atası (film)
Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. "Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945–1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi.
Xaç atası 2
Xaç atası 2 (ing. The Godfather Part II) — rejissor Frensis Ford Koppolanın 1974-cü ildə çəkdiyi filmi. Film Mario Püzonun eyniadlı romanı əsasında çəkilmişdir. "Xaç atası" qanqster dramının davamıdır. "Xaç atası" filminin ikinci seriyasında süjet xətti iki müxtəlif istiqamətlərə ayrılır: onlardan biri ilk seriyadan əvvəlki, digəri isə ilk seriyadan sonrakı hadisələri göstərir. Birinci istiqamət Vito Korleonenin həyatını əks etdirir. İkinci istiqamət Vitonun oğlu Maykl Korleonenin ailənin başçısı seçilməyindən sonrakı fəaliyyətini nümayiş etdirir. Gələcək don Korleone Vito Andolini kimi 1891-ci ildə Korleonedə anadan olmuşdu. Vitonun doqquz yaşı olarkən onun atası yerli mafiya başçısını təhqir etdiyinə görə öldürülür. Daha sonra onun anası və qardaşı Paolo da mafioz qrupunun əli ilə öldürülür.
Xaç atası 3
Xaç atası 3 (ing. The Godfather Part III) — rejissor Frensis Ford Koppolanın 1990-cı ildə çəkdiyi film. Məşhur qanqster film-trilogiyasının sonuncu hissəsi. Yeddi nominasyada Oskar mükafatına namizəd olub. "Xaç atası" trilogiyası bu filmlə başa çatır. Ötən seriyadakı hadisələrdən 20 il sonra Maykl Korleone qanuni bizneslə məşğul olmağa başlayır. Lakin klanın daxilində olan müqavimət onu artıq sınanmış qan üsullarına əl atmağa məcbur edir. Və bu faciəvi sonluqla bitir. Bunların hamısı Koppolanın əvvəlki iki seriyada olduğu kimi genişmiqyaslı, akademik, dinamik və eyni zamanda çox sadə elementləri idi. 1979-cu il.