AVARA

[ fars. ]
1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam.
Burası xırda alverçilərin və bazar avaralarının dolandığı yer idi. M.İbrahimov.

// sif. İş bacarmayan, bir iş yiyəsi olmayan heç şeyə yaramayan.
…Qaraca qız da sərxoş və avara Yusifin hər bir əzabına dözür. S.S.Axundov.

2. sif. Yersiz-yurdsuz, məskənsiz, sərsəri, sərgərdan. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. – Avara itin hörməti olmaz. ( Ata. sözü ).
□ Avara dolanmaq (gəzmək) – işsiz, boş-bikar gəzmək, veyllənmək, tənbəllik edib heç bir işlə məşğul olmamaq.
Avara düşmək – vətənindən, yurdundan məhrum olmaq, sərgərdan qalmaq.
[Müsyö Jordan:] Parij dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. M.F.Axundzadə.

Avara etmək – bax avara qoymaq (salmaq).
Avara qalmaq – əli hər şeydən çıxmaq, yerindənyurdundan olmaq.
Avara qoymaq (salmaq) – işdən-gücdən eləmək, məəttəl qoymaq, işindən ayırmaq; yerindən-yurdundan eləmək, evindən-eşiyindən ayırmaq, sərgərdan qoymaq.
[Tükəz:] Kişiciyi tovlayıb aparıb, avara saldınız. M.F.Axundzadə.
[Qonaqlar] kişini işdən avara edib çağırdılar, bəhslərini söylədilər. S.S.Axundov.
Bu baxışlar Nadiri dəli edib çöllərə salır və bir neçə günlük işdən avara qoyurdu. B.Talıblı.

Avara olmaq – bax avara qalmaq.
Avara-sərgərdan düşmək – bax avara düşmək.
Avara-sərgərdan etmək – bax avara etmək.
[Mirzə:] Evi bərbad olmuş məni işimdən-gücümdən avara-sərgərdan eləyib gətirib buraya… Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AVARA 1. AVARA (heç bir işlə məşğul olmayan, iş-güc görməyən adam) [Əli:] Mən sənətsiz-peşəsiz avaraya qız vermərəm (M
  • AVARA yersiz — yurdsuz — məskənsiz — sərsəri — sərgərdan

Omonimlər

  • AVARA AVARA I is. [ fars. ] İşsiz-gücsüz adam, sərsəri. Sən demə, başqa yerdə arvadı, qızı varmış; onları başsız qoyub qaçmış bu avara (S

Antonimlər (əks mənalı sözlər)

  • AVARA AVARA – İŞGÜZAR Qaraca qız da sərxoş və avara Yusifin hər bir əzabına dözür (S.S.Axundov); Çox işgüzar, əməksevən, intizamlı qadındır (C

Etimologiya

  • AVARA Camışın 1-2 yaşlı balasını bəzi rayonlarda bu sözlə adlandırırlar, Həmid Abbasov adlı bir müəllim bunu belə yozub: buradakı avara yaşla bağlıdır (nə u
AVARA₂
AVARA-AVARA

Digər lüğətlərdə