Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Irmax iyesi
Cinemax
Cinemax — ABŞ kabel və peyk ödənişli teleşəbəkəsi. Telekanalın sahibi «WarnerMedia» mülkü olan «HBO» teleşəbəkəsidir. «Cinemax» əsasən bədii filmlər, sənədli filmlər və özünün istehsal etdiyi teleserialları yayımlayır. Teleşəbəkənin baş qəargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkə 1 avqust 1980-ci ildə təsis edilmişdir. 2015-ci ilin iyul ayında «Cinemax» teleşəbəkəsinin ABŞ-də təqribən 21.325.000 abunəçisi (ümumi telekanalların 18.3%-i) var idi və ən azından ölkədəki ödənişli televiziya xidmətinə sahib 20.785.000 abunəçinin (ümumi telekanalların 17.9%-i) əsas «Cinemax» teleşəbəkəsini izləmə imkanına malik idi.
Cırtdan
Azərbaycan nağılları personajlarından biri də Cırtdandır. Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxlarının yadındadır. Div gecə yarı uşaqların yatdığı otağa daxil olub "kim yatmış, kim oyaq?" deyə soruşmuşdu, Cırtdan isə ona "hamı yatmış Cırtdan oyaq" cavabını vermişdi. Cırtdan Divə qalib gəlmişdi. Cırtdan sevimli qəhrəman olduğundan valideynlər çox vaxt körpələri nəvazişlə "cırtdan" adlandırırlar.
Miramax
Miramax və ya Miramax Films — 1979-cu ildə ABŞ-nin Nyu-York şəhərində Harvey və Bob Vaynşteyn qardaşları tərəfindən yaradılmış olan film istehsalı şirkətidir. 1993-cü ildə The Walt Disney Company tərəfindən satın alınana qədər böyük miqyasda müstəqil filmlər istehsal etmişdir. Şirkətin ən məşhur olan filmlərinə Scandal, Sex, lies, and videotape, Tie Me Up! Tie Me Down!, The Crying Game, My Left Foot, Reservoir Dogs, Pulp Fiction, The English Patient, Heavenly Creatures ve Shakespeare in Love filmlərini nümunə göstərmək mümkündür. 28 yanvar 2010-cu ildə The Walt Disney Company tərəfindən bağlanmışdır. 1 mart 2016-cı ildə beIN Media Group Miramax şirkətini satın aldığını elan etmişdir.
Azər Cırttan
Azər Cırttan (azərb. Azər Məmmədov‎; 15 dekabr 1979, Bakı) — müasir Azərbaycanlı musiqiçi, rəssam, şair. == Həyatı == Azər Məmmədov 1979-cu ilin 15 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsili Bakı şəhərində almışdır. 1996-cı ildə Azərbaycan Respublikasının dövlət təqaüdünə haqq qazanaraq təhsilini Türkiyədə davam etmişdir. Anadolu Üniversiteti, İqtisat Elmləri fakültəsindən 2002-ci ildə məzun olmuşdur. 2004-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2005-ci ildən Türkiyə, Rusiya və Ukraynada müxtəlif şirkətlərdə çalışmışdır. Evlidir. 2 qız atasıdır.
Cırtdan (1969)
“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır. == Məzmun == Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır. == Film haqqında == Applikasiya filmidir. Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.
Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.
Cırtdan TV
Cırtdan.TV 2013-cü ildə fəaliyyətə başlamışdır. Azərbaycanda uşaqlar və gənc analar üçün nəzərdə tutulmuş video arxivli ilk veb saytdır (www.cirtdan.tv) . Cırtdan TV veb lahiyəsi Azərbaycan dilində cizgi filmlərinin sayına görə Azərbaycanda ən böyük saytdır. Saytda 100-dən çox Azərbaycan dilində dublyaj olunmuş cizgi filmi var. Həmçinin rus dilində və türk dilində cizgi filmləri və ailəvi filmlər mövcuddur. Saytın Ailəvi Filmlər bölümündə 60-dan çox Azərbaycan dilinə dublyaj olunmuş filmlər yerləşdirilmişdir. Seriallar, Video dərslər və Video/Foto Arxiv kimi bölümləri də vardır. Analar üçün geniş bloggerlə bölümündə 2016-cı ildən etibarən Mərkəzi Gömrük Xəstəxanasının Baş Genekoloqu Uzman Doktor Hakan Tanrıverdi mütəmadı olaraq həftəlik məqalələrini dərc elətdirməyə başlamışdır. 2013-cü Bakutel sərgisinin iştirakçısı olmuşdur. 2014-cü ildə Cırtdan TV-nın sahibi İlkin Haqverdiyev(İlkin Hakhverdiyev) Azərbaycan Respublikasi Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə görüş nəticəsində təşəkkürnamə almışdır.
Cırtdan ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Cırtdan ağdiş
Cırtdan ağdiş (lat. Suncus etruscus) Yereşənlər fəsiləsinə lat. Soricidae aid olan ən kiçik məməli növüdür. == Təsviri == Ən kiçik məməli heyvandır. Baş ilə birlikdə bədənin uzunluğu 1 sm-dan 4 sm-ya qədər çatır, quyruğun uzunluğu 22–31 mm, arsa pəncəsinin uzunluğu 6,8–8,1 mm olur. Bədənin tük örtüyü üst hissədə açıq qonur və ya qəhvəyi boz, alt hissədə isə bozumtul və ya boz-ağımtıl rəngdə olur. Quyruğun uc hissəsi tüklərlə qurtarır. == Yayılması == Avrasiyanın cənubunda, Cənubi və Şərqi Afrikada, Mərkəzi Asiyada və Zaqafqaziyada yayılmışdır. Geniş arealına baxmayaraq hər yerdə nadirdir. Azərbaycanda tək-tək fərdlər, əsasən Lənkəranda və Kür — Araz ovalığında (Şirvan, Mil, Muğan düzləri) rast gəlinir.
Cırtdan balinalar
Cırtdan balinalar – Balinakimilər dəstəsinin Dişli balinalar alt dəstəsinə aid olan bir fəsilədir.
Cırtdan camış
Cırtdan camış, Anoa, Düzənlik cırtdan camışı (lat. Bubalus depressicornis) — Boşbuynuzlular fəsiləsinin meşə antilopları cinsinə aid növ.
Cırtdan donuz
Cırtdan donuz (lat. Porcula salvania) — donuzlar fəsiləsinə aid növ. Ən kiçik donuz növüdür. Nəsli kəsilməkdə olan növlərə daxildir. == Təsvir == Cırtdan donuzların bədən uzunluğu yalnız 45–50 sm, hündürlüyü 20–25 sm, çəkisi 3–4,5, nadir hallarda 5,5 kq-a qədər artır. Bu donuzlar kəllə strukturunda dramatik şəkildə fərqlənir. Qadınlarda digər növlərdə olduğu kimi 6 cüt deyil, 3 cüt nipples var. Buna görə də, cücə donuzları bəzən xüsusi bir növ Porcula olaraq adlandırılır. Dərisinin boz-qəhvəyi rənglərlə boyanmış, yanaqlarında ağqitrək çilləri var. Himalayaların, Nepal, Butan və Şimal-Qərb Assamın ətəyində və cənub yamaclarında yayılmışdır.
Cırtdan dövlətlər
Cırtdan dövlətlər- Ərazisi min kvadrat kilometrdən kiçik olan dövlətlərə Cırtdan dövlətlər deyilir. Belə dövlətlərə həm materik daxilində, həm də adalarda rast gəlinir. == Cırtdan dövlətlər haqqında == Cırtdan dövlətlərin əsas hissəsi çox qədimdən Avropa qitəsində yerləşdiyi halda, bir çoxu da sonralar dünyanın müxtəlif qitələrində, İkinci Dünya Müharibəsindən sonra istiqlaliyyət qazanmış keşmiş müstəmləkələrdir. Cırtdan olmalarına baxmayaraq, bu ölkələrin bəzilərinin dünyanın siyasi və iqtisadi həyatında böyük rolu vardır. Malta, Sinqapur, Qrenada, Maldiv kimi Cırtdan dövlətlərin yerləşdiyi ərazilər hərbi-strateji cəhətdən cox əlverişli hesab olunur. Vatikan kimi cırtdan dövlət dünyanın bir çox rayonlarında öz kapitalına malikdir və bir çox ölkəlrinə siyasətinə təsir göstərir. Cırtdan dövlətlərin 6-sı Avropada, 2-si Afrikada, 3-ü Asiyada, 7-si Amerikada, 4-ü Avstraliyada və Okeaniyada yerləşir. Bunlardan ərazicə ən böyüyü San-Tome və Prinsipi, ən kiçiyi isə Vatikandır. Əhalisinin sayına görə isə ən böyüyü Sinqapur, ən kiçiyi isə yenə də Vatikandır. == Cırtdan ölkələr == Avropada Andorra Vatikan Lixtenşteyn Malta Monako San-Marino Asiyada Bəhreyn Maldiv Sinqapur Afrikada San-Tome və Prinsipi Seyşel adaları Amerikada Antiqua və Barbuda Barbados Qrenada Dominika Sent-Vinsent və Qrenadin Sent-Lüsiya Sent-Kits və Nevis Avstraliya və Okeaniyada Kiribati Nauru Tonqa Tuvalu == Cırtdan ölkələrin iqtisadiyyatı == Cırtdan döpvlətlərin əksəriyyəti respublika quruluşuna malikdir.
Cırtdan lamantin
Cırtdan lamantin (Trichechus "pygmaeus") — Lamantinlərə daxil edilən növ Amazon çayının Aripuanam qolunun hövzəsində yaşayır. Mark van Rusmalenın sözlərinə görə bu canlılar çayın dayazlıqlarında yaşayır və müxtəlif yosunlarla qidalanır. Amazon lamantinləri isə daha dərin ərazilərdə yaşayırlar. Bu canlılar çay boyunca miqrasiya edirlər. Onların kiçik arealda yayılması saylarının azlığı və nəslinin kəsilmə ehtimalını artırır. Ancaq bu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təstiqlənməmişdir. Cırtdan lamantinlər 130 sm uzunluğa və 60 kq çəkiyə malik olurlar. Bu canlılar Sirenlər dəstəsinə aid ən kiçik canlılardır. Tünd rəngə malikdir. Demək olar ki, qaradır.
Cırtdan lemurlar
Cırtdan lemurlar (lat. Cheirogaleidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Cırtdan susüpürən
Cırtdan süsən
Cırtdan süsən (lat. Iris pumila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Cırtdan tinamu
Cırtdan tinamu (lat. Taoniscus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Cırtdan təqibçi
Cırtdan təqibçi (lat. Porzana pusilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin təqibçi cinsinə aid heyvan növü.
Cırtdan zirehli
Cırtdan zirehli (lat. Zaedyus pichiy) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Zaedyus cinsinin yeganə nümayəndəsidir. == Görünüşü == Bədənin uzunluğu 26 ilə 33 sm arasındadır. Bunun 10–14 sm quyruğudur. Təxminən 12 sm hündürlüyə malikdir. Qulaqları 13 mm-dir. Çəkiləri 900 qramdır. Tünd qəhvəyi zirehə və yaxşı inkişaf etmiş pənçələrə malikdir. Təhdid edildikdə zirehli balaca qabığına sıxılır.
Cırtdan şəbpərə
Cırtdan ərincək
Cırtdan ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Panamanın şimal sahillərində, Bocas del Toro vilayətinə aid Eskudo de Veraquas adasının endemikidir. == Təsviri == Cırtdan ərincək digər üçbarmaqlı ərincəklərə bənzəyir, lakin ölçüsü daha kiçikdir və bu da cırtdanlığın tipik bir nümunəsidir. Bədən uzunluğu 49 ilə 53 sm arasındadır. Çəkisi 2,5 ilə 3,5 kq arasındadır. Bu növün xarakterik xüsusiyyəti alnındakı qara zolaqdır. == Yayılması == Növ yalnız Panamanın şimal sahillərindən 17,6 km məsafədə yerləşən 4.3 km² ərazisi olan Eskudo de Veraquas adasında yaşayır. Növ 2001-ci ildə Robert Anderson və Çarles Handley tərəfindən aşkarlanmışdır. == Həyat tərzi == Cırtdan ərincək təbii yaşayış mühitinə yalnız doğma adasının sahilindəki mangrovlarda rast gəlinir.
Cırtdan begemot
Cırtdan begemot – Cücə begemodu və ya cırtdan begemot (Choeropsis liberiensis) kiçik bir begemotdur və vətəni Qərbi Afrikanın meşələrində və bataqlıqlarında, ilk növbədə Liberiyada, Syerra Leone, Qvineya və Fil Dişi Sahilində məskunlaşır. Vətəni Nigeriyadır. Cırtda begemot quruya uyğunlaşa bilir, lakin begemot kimi dərisini nəm və bədən istiliyini sərin saxlamaq üçün suda yaşayır. Cütləşmə və doğum suda və ya quruda baş verə bilir. Cırtdan begemot ot yeyəndir. Bu səbəbdən meşələrdə tapdığı qıjılar, enliyarpaqlı bitkilər, otlar və meyvələrlə qidalanır. Cırtdan begemotları 19-cu əsrə qədər Qərbi Afrikadan kənarda tanınmırdı. 20-ci əsrin əvvəllərində zooparklara təqdim edilmişdir. Onlar əsirlikdə yaxşı çoxalırlar və tədqiqatların böyük əksəriyyəti zoopark nümunələrindən əldə edilir. Növlərin əsirlikdə sağ qalması vəhşi təbiətdən daha çox təmin edilir; 2015-ci ildəki qiymətləndirmədə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təxminlərinə görə, təbiətdə 2500-dən az cırtdan begemot qalmaqdadır.
Cırtdan-"pəhləvan"
Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi. == Məzmun == Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. == Film haqqında == Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır. Applikasiya filmidir. Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov === Filmi səsləndirənlər === Klara Rumyanova — Cırtdan Stanislav Fedosov == Dublaj == Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova == Həmçinin bax == Cırtdan və div (film, 1983) Cırtdan cizgi filmi (1969) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cırtdan boy
Cırtdan boy (ing. dwarfism) – anomal kiçik boy, ən çox xondrodistrofik mənşəli olur.