Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 387 nəfərdir. Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Ərdov
Boris Çirkov
Boris Çirkov Petroviç (rus. Бори́с Петро́вич Чирко́в; 31 iyul (13 avqust) 1901, Nolinsk, Vyatka quberniyası[d] – 28 may 1982, Moskva, SSRİ, Sovet Rusiyası[d])—rus aktyoru. SSRİ xalq artisti (1950). Sosialist Əməyi Qəhrəmanı (1975). SSRİ Dövlət mükafatı laureatı (1941, 1947, 1949, 1952). Leninqrad Səhnə Sənəti İnstitutunu bitirmişdir (1926). == Yaradıcılığı == Moskvanın müxtəlif teatrlarında işləmişdir. 1928 ildən kinoda çəkilmişdir. "Makssimin gəncliyi" (1935), "Maksimin qayıtması" (1937) və "Vıborq tərəfi" (1939) kinotrilogiyasında yaratdığı romantik təbiətli inqilabçı fəhlə obrazı Çirkova geniş şöhrət qazandırmışdır. "Çapayev" (1934), "Aleksandır Parxomenko" (1942), "Cəbhə" (1943), "Partizanlar Ukrayna meşələrində" (1943), "Qlinka" (1947), "Şərəf məhkəməsi" (1949), "Özgə hesabına dolanan adam" (1953, film tamaşa), "Sadiq dostlar" (1954), "Mənim əziz adamım" (1958).
Çərgər (Əbhər)
Çərgər (fars. چرگر‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhər bölgəsinin Əbhərrud kəndistanında, Əbhər qəsəbəsindən 34 km şimal-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 853 nəfər yaşayır (238 ailə).
Çərgər (Zəncan)
Verqon
Verqon (fr. Vergons, oks. Vergons) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04236. 2008-ci ildə əhalinin sayı 125 nəfər təşkil edirdi. 2007-ci ildə 68 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 59,7%). Fəal olan 43 nəfərdən 38 nəfər (20 kişi və 18 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi.
Yerşov
Yerşov — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Zərqova
Zərqava — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd. Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir.Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır.Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib.Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki,onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur. Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi,Qusar,Müşkür,Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi.Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Zərqava cəmiyyəti Rustov polis nahiyyəsinin tərkibində idi və qəzada mövcud olan 55 cəmiyyətdən biri sayılırdı. Cəmiyyətin əhalisi Zərqavanın təkcə dağlıq ərazilərində deyil, Bakı-Quba yolu boyunca özünə məxsus olan torpaqlarda da təsərrüfat işləri aparırdı. Əksər insanlar kənddən uzaq ərazilərdə işləyərək əldə etdiklərini Zərqavaya gətirib istifadə edirdilər, ənənəyə çevrilən belə hal hətta ötən əsrin 60-ci illərinədək davam etmişdir. 1918-ci ilin aprelin sonunda – mayın əvvəlində erməni daşnakı Amazapsın cəza dəstələri kəndin Bakı-Quba yolu boyunca yerləşən torpaqlarından keçərkən orada olan Zərqava cəmiyyətinin sakinlərini qətlə yetirmiş və təsərrüfatlarını dağıdaraq böyük maddi ziyan vurmuşlar.
Çerniqov
Çerniqov (Ukraynca: Чернігів), Ukraynada Çerniqov ərazi vahidinin (vilayət) mərkəzi şəhəri. Desna Çayının şimalında, Kiyevın şimal-şərqində yerləşir.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Orqov
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi, Qafqazın 5 verstlik xəritəsində Erqov formasında qeyd edilmişdir. Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Çelov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çexov
Çexov — Rus soyadı. Bu soyadı olan tanınmışlar Anton Çexov — görkəmli rus yazıçısı. Aleksandr Çexov — Anatoli Çexov — Sovet snayperi Valeri Çexov — Şahmatçı İvan Çexov — leytenant Yaşayış məntəqələri Çexov (şəhər) — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Çexov (stansiya) — Moskva vilayətində stansiya. Çexov (qəsəbə) — Bryanski vilayətində qəsəbə.
Cerom K. Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Cerom Klapka Cerom
Cerom Klapka Cerom (ing. Jerome Klapka Jerome; 2 may 1859[…], Uolsoll, Uest-Midlends[d] – 14 iyun 1927[…] və ya 16 iyun 1927, Northempton) — ingilis dramaturqu, yazıçı-yumorist, məşur "Qayıqda üç kişi (İti nəzərə almasaq)" yumoristik romanın, bundan başqa çoxlu sayda yumoristik və satirik əsərlərin müəllifi, "Panç", "Avara (Bekar)" (ing. Idler), "Bu gün" (ing. To-day) kimi məşhur satirik jurnalların daimi əməkdaşı. == Həyatı == === Gəncliyi === Cerom K Cerom Cerom Klappın dördüncü uşağıdır. Atası metal məmulatları satan xırdavatçı, həm də rahib idi. Cerom K Ceromun iki bacısı (Paulina, Blandina) və sonralar tələf olmuş bir qardaşa (Milton) malik olmuşdur. Cerom eksil macar generalı Georgi Kapkanın şərəfinə Kapka adını özünə əlavə etmişdir. Ailəsi Londonun şərqinə köçdükdən sonra Crom K Cerom Marilebon gimnaziyasına (ing. Marylebone Grammar School) gedir.
Famil Çıraqov
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri. == Həyatı == Çıraqov Famil Musa oğlu −1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1987-ci ildə "Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri" mövzusunda namizədlik, 1999-cu ildə isə "Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi" mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən "Analitik kimya" kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakültə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür. Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda "Analitik kimya" magistraturada isə "Optiki analiz metodu" və "Kompleks birləşmələrin analitik kimyada tətbiqi" fənnlərindən mühazirələr oxuyur. O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.
Marina Çernova
Marina Çernova — Rusiyalı akrobatika gimnastıdır. Rusiya Federasiyasını 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 qızıl medal qazandı. Marina xanım Georgi Pataraya ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medal qazandı. Rusiyanın əməkdar idman ustasıdır. 2014-cü ilin Dünya Çempionatınında qızıl medalçısıdır. == Həyatı == Marina Çernova 7 mart 1996-cı ildə anadan olmuşdur. == Karyerası == Marina Çernova ilk uğurunu 2014-cü ildə Fransada qazandı. O Levallus-Perredə Dünya Çempionatının qızıl medalını qazandı. 1 il sonra isə Marina xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Georgi Pataraya ilə birgə 3 qızıl medal qazandı.
Məmməd Çıraqov
Məmməd İsa oğlu Çıraqov (21 iyun 1938, Qoçulu, Lüksemburq rayonu – 15 fevral 2022) — Geologiya-mineralogiya elmlər doktoru, BDU Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor. 21 iyun 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 8 illik məktəbi Qoçuluda, orta məktəbi Arıxlıda bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1962 ci ildə kristalloqrafiya ixtisası üzrə Universiteti bitirmişdi. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi kristallokimya laboriyasında işə başlayır. 1965-ci ildə aspiranturaya qəbul olmuş, SSRİ Elmlər Akademiyasının Sibir Şöbəsinin Qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir. 1969-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. Geologiya-Mineralogiya sahəsi üzrə elmi dərəcə almışdır. 1969 cu ildə Bakıya qayıdıb EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnsitutunda işə başlayıb. SSRİ EA Sibir şöbəsində aspiranturanı bitirib.
Nadejda Çernova
Nadejda Çernova (rus. Надежда Михайловна Чернова; 15 yanvar 1947 və ya 1947, Bayanaul[d], Qazaxıstan SSR, SSRİ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir. Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları.
Çerniqov knyazlığı
Çerniqov knyazlığı (q.rus Чєрниговскоє кънѧжьство; ukr. Чернігівське князівство; rus. Черниговское княжество) — Kiyev Rus dövlətinin daxilində ən böyük və ən güclü dövlətlərdən biri. Bir müddət knyazlıq Kiyevdən sonra ikinci ən güclü dövlət olmuşdu. Knyazlıq X əsrdə təşəkkül tapmış və XVI əsrə qədər bəzi fərqli xüsusiyyətlərini qoruyub saxlamışdır. Çerniqov knyazlığı indiki Ukrayna, Belarus və Rusiyanın vilayətlərindən ibarət idi. Зотов Р. В. О черниговских князьях по Любецкому синодику и о Черниговском княжестве в татарское время. — СПб., 1892. Шеков А. В. Заметки о черниговском летописании XII в. // Древняя Русь.
İrvinq Çernev
İrvinq Çernev (29 yanvar 1900, Priluki[d], Poltava quberniyası[d] – 29 sentyabr 1981, San-Fransisko, Kaliforniya)— şahmatçı və məhsuldar şahmat kitablarının müəllifi idi. İrvinq Çernev 20 şahmat kitabı yazıb, 1978-ci ildə Oxford University Press tərəfindən nəşr edilmiş və 1982-ci ildə Dover tərəfindən yenidən çap edilmiş, İrvinq Çernev tərəfindən Kapablankanın Ən Yaxşı Şahmat Sonluğu final mərhələsinə vurğu ilə qeyd olunan altmış tam oyun təqdim edir (tam cəbri qeydlə).