Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çalmakəndi (Biləsuvar)
Çalmakəndi (fars. چالمه كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd Ərdəbil şəhristanının Mərkəzi bölgəsinin Muğan kəndistanında, Biləsuvar şəhərindən 30 km qərbdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 734 nəfər yaşayır (140 ailə).
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Kalmak (Əbyəlil)
Kalmak kəndi (başq. Ҡалмаҡ) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xalil kənd sovetliyinə daxil olan kənd. Kənd Böyük Kızıl çayının Böyük Kazmaş çayına birləşdiyi yerdə yerləşir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Kalmak kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 28 km., kənd sovetliyindən (Xalil): 16 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 24 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Baymak
Baymaq (başq. Baymaq) — Rusiya Federasiyasında yerləşən şəhər, Başqırdıstan Respublikasınin tərkibinə daxildir.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Palmae
Palmakimilər (lat. Arecaceae) — birləpəlilər kladının palmaçiçəklilər sırasına aid bitki fəsiləsi.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Savmak
Savmak(yun. Σαύμακος) —Bospor padşahlığında dövlət çevrilişi etmiş skif əyanı. Bospor padşahlığının taxtına iddi edən və yerli skiflər tərəfindən dəstəklənən Savmak öz əli ilə V Perisadı öldürmüşdü. Bu dövrdə II Tiqranla müttəfıq olan Kiçik Asiyadakı Pont padşahlığının hökmdarı VI Mitridat Yevpatorun (e.ə. 132–64) fəal işğalçılıq siyasəti Roma imperiyasının şərq sərhədləri üçün təhlükə törədirdi. VI Mitridat e. ə. 107-ci ildə Savmakın üsyanını yatırdıqdan sonra Bospor padşahlığını, Qara dəniz sahilindəki bütün yunan şəhərlərini həmçinin Kiçik Ermənistanı və Kolxidanı özünə tabe etmişdi. Lakin Roma imperiyasının şərq əyalətləri olan Qalatiya, Vifiniya, həmçinin Kappadokiya uğrunda mübarizədə ağır məğlubiyyətə uğramış, e.ə. 64-cü ildə Pont padşahlığının varlığına romalılar tərəfindən son qoyulmuşdu.
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Çaldaş
Çaldaş (Gədəbəy)
Çaxmaq
Çaxmaq (zirvə) — Şuşa rayonu ərazisində, Qarabağ silsiləsinin Şimal-Şərq yamacında zirvə. Çaxmaq (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonununda kənd. Çaxmaq (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Çalmalı
Çalmalı (Şaran) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Çalmalı (dağ) — Kəlbəcərlə Basarkeçər arasında dağ.
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Balak
Bələk (Balak) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9–10 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Toponim qədim türk dilində təpə mənasında işlənən bələk sözündən əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-29 - cu illərdə İranın Salmas vilayətindən köçürülərək yerləşdirilmiş və azərbaycanlılar tarixi torpaqlarından qovulmuşdur.
Qışlaq-i Salman və Alman (Pərsabad)
Qışlaq-i Salman və Alman (fars. قشلاق سلمان والمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Fəvzi Çaxmaq
Mustafa Fevzi Çakmaq (12 yanvar 1876 – 10 aprel 1950) — türk feldmarşalı (Mareşal) və siyasətçi. O, 1918 və 1919-cu illərdə Baş Qərargah rəisi, daha sonra 1920-ci ildə Osmanlı İmperiyasının Hərbi Naziri vəzifələrində çalışıb. Daha sonra Böyük Millət Məclisinin müvəqqəti hökumətinə daxil olub , baş nazirin müavini , milli müdafiə naziri və daha sonra 1921–1922-ci illərdə Türkiyənin baş naziri. O, müvəqqəti Ankara hökumətinin ikinci Baş Qərargah rəisi olub .və Türkiyə Respublikasının ilk Baş Qərargah rəisi . Hərb Kollecini qərargah kapitanı kimi bitirən və Baş Qərargahın 4-cü şöbəsinə təyin olunan Mustafa Fevzi Osmanlı İmperatorluğunun uzun sürən süqutu zamanı Birinci Balkan müharibəsi və Monastir döyüşü kimi çoxsaylı döyüşlərdə iştirak edib . O, V Korpusun Komandiri kimi Gelibolu müdafiəsi boyunca məşqul olub və bu müddətdə kiçik qardaşı Çunuk Bayır döyüşündə şəhid olub . Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperatorluğunda Paşa və Baş Qərargah rəisi olmuş və Birinci Ordu Qoşunları Müfəttişliyinə komandir təyin edilmişdir.1919-cu ildə Sadrazam Əhməd Tofiq Paşa tərəfindən . 1920-ci ildə qısa müddətə Hərbi Nazirlik vəzifəsini yerinə yetirdikdən sonra Fevzi müxalif Ankara Böyük Millət Məclisinə Kozan millət vəkili olaraq qatılmaq üçün ayrıldı . 1920-ci ildə Mustafa Kamal Paşa tərəfindən Milli Müdafiə Naziri və Baş Nazirin müavini vəzifəsinə təyin edilmiş , Türk Qurtuluş Savaşı boyunca , xüsusilə Sakarya Döyüşündə çoxsaylı hərbi uğurlara komandanlıq etmişdir . 1921-ci ildə Mustafa Kamalın yerinə baş nazir oldu, 1922-ci ildə Dumlupınar döyüşündə müvəffəqiyyətli olmaq üçün istefa verdi .
Gəbrabad (Salmas)
Gəbrabad (fars. گبراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 400 nəfər yaşayır (75 ailə).
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Gəvlən (Salmas)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Hacıcafan (Salmas)
Hacıcafan (fars. حاجي جفان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 458 nəfər yaşayır (87 ailə).
Gərdiyan (Salmas)
Gərdiyan (fars. گرديان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (26 ailə).
Gərmaviç (Salmas)
Gərmaviç (fars. گرماويچ‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 372 nəfər yaşayır (72 ailə).
Caiman
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. == Görünüşü == Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Calğan
Aşağı Calğan