ÇALMAQ

I ÇALMAQ (musiqi alətində səsləndirmək) Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır (Ə.Cavad); SƏSLƏNDİRMƏK Sən də alıb ələ bir qızıl rübab; İncə tellərini səsləndir, a qız! (M.Müşfiq).

II ÇALMAQ [Əlikram Gülüyə:] İlanın quyruğunu basdalayarsan, qayıdar baldırım çalar (B.Bayramov); DİŞLƏMƏK Hər kəs məndən səni yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, Pərim! (Aşıq Abbas); SANCMAQ İlanın quyruğunu basmasan səni sancmaz (Ata. sözü); VURMAQ Səadət xanım: İlan vuran yatar, amma mənim yuxum gəlməz (N.Vəzirov).

III çalmaq bax biçmək 1

IV çalmaq bax oğurlamaq

ÇALMA
ÇALMALI

Digər lüğətlərdə