Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çançun
Çançun (çin. 长春市) — Çin Xalq Respublikasının şimal-şərqində yerləşən Qirin əyalətinin paytaxtı və ən böyük şəhəridir. Mançuriya düzənliyinin mərkəzində yerləşən Çançun 7 rayondan ibarət əyalət altı şəhərdir. 2010-cu il hesablamalarına görə şəhər əhalisinin ümumi sayı 7,674,439 nəfərdir. Şəhərin adı çin dilindən tərcümədə "uzun payız" deməkdir. 1932 və 1945-ci illər aralığında Yaponiya İmperiyasının "kukla dövlət"i olan Mançuriya tərəfindən işğal altında saxlanılan Çançun şəhərinin adı Hsinkin olaraq dəyişdirilmişdir. 1949-cu ildə Çin Xalq Respublikasının əsasının qoyulmasından sonra şəhər Qirin əyalətinin inzibati mərkəzi elan olunmuşdur. Çində "avtomobillər şəhəri" adı ilə tanınan bu yaşayış məntəqəsi ölkənin vacib sənaye bazalarından biri hesab olunur. Yerli avtomobil sənayesində oynadığı mühüm rola görə Çançun şəhərinə bəzən "Çinin Detroytu" da deyirlər. Bu şəhər Çin Xalq Respublikasının Tikinti Nazirliyi tərəfindən "Milli Bağ Şəhəri" mükafatına layiq görülən dörd şəhərdən biridir.
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu. 1996-cı ildə yaranmışdır.
Axçu dərəsi
Axçu — Qavqazda çay dərəsi. Dərə Krasnodar diyarının Adler rayonu ərazisindədir. Soçi şəhəri yaxınlığındadır. == Adlanması == Dərə adı ilə bağlı bir neçə versiya mövcuddur: abxaz dilində Аахыц — "cənub yamacı" və ya abxazca Ахуаца — "dağ yeriг" deməkdir. Başqa bir fikirə görə söz "diş" — şiş qaya, zirvə mənasındadır. Abazin dilində isə Axçu "ildırımın vurduğu yer" mənasını verir. == Formalaşması == 20 milyon il əvvəl əhəng daşlı süxurların tektonik qalxması başlamış və bu proses indid də davam edir. Axçu silsiləsi qalxdıqca Mzımte çayının qarşısını almağa başlamışdır. Nəticədə çay silsilədən əlavə dərə-yol açmışdır. Yolun 34 km-lik hissəsində dərənin ən dar hissəsi mövcuddur.
Carcur
Carcur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Amor caecus
Amor caecus — latın dilində məşhur ifadə "sevgi kordur" ya "eşqin közü kordur", sevən, eşqə düşən insanın gözü kor olar mənasını daşıyır. Buna bənzər ifadə azərb. "Sən ona Məcnunun gözlərilə bax"‎, rus dilində isə rus. "Любовь зла, полюбишь и козла" — sevgi kordur, keçini də sevə bilərsən və s.
Bulbophyllum caecum
Bulbophyllum caecum (lat. Bulbophyllum caecum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum caecum növü Maluku adaları üçün endemik növdür.