1. YOLDAŞ Qız deyir ki: “Gözəldir; Çobana yoldaş olmaq; Xana həmdəm olunca; Xoşdur qara daş olmaq” (M.Rahim); ARQADAŞ (köhn.) Bu arqadaş böyük bir dövlət vəkilidir (C.Cabbarlı); CUR Üzündə ağ rübəndi, ayağında çaxçuru; Yanında öz həmdəmi, din yoldaşı, öz curu (M.Rahim); EŞ (köhn.) Çılğın eşlər çəkildi lojalara; Pərdələrdən duyuldu qəhqəhələr (H.Cavid); YAR ...Sakit axan Arazlan; Sınamışam dostu, yarı (S.Vurğun); DOST (bax).
2. YOLDAŞ Əvvəl yoldaş, sonra yol (Məsəl); YOL YOLDAŞI Ürküb qaçır dağ döşündən bir sürü ceyran; Yol yoldaşı alır həmən onları nişan (S.Rüstəm); CIĞIRDAŞ.
3. yoldaş bax arvad 1; ər