Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çilyan
Chillán - Çili şəhəri. Ərazisi 511 km². Əhalisi 161.953 nəfərdir. (2002).
Viyən
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır. Viyən kənd məsciti 1883-cü ildə Qədirov Qədir tərəfindən inşa etdirilib. O, Qum şəhərində oxuyarkən öz həyətyani sahəsini məscit tikmək üçün kənd camaatına verib. Eyni zamanda imkanlı şəxslərdən de pul toplayıb uzun mərhələ ilə tikintini bitirib. Hal-hazırda məscit təmir edilib ve Mədeniyyət Nazirliyi tərəfinden qorunur. 2700-dən artıq əhalisi olan kəndin gəncləri yayda əsasən Rusiyaya işləməyə gedir. Qışda isə geri gəlirlər. Azyaslilar uzun illərdir ki, bərbad gündə olan məktəbdə təhsil alər. Buna rəgmen, bu məktəb həkim, müəllim, polis, jurnalist ve digər önəmli sahələr üçün kadrlar hazırlaya bilib.
Çimən
Çimən (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Çimənkənd — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimən (rəsm) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biri.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Çilyan Vyexo
Chillán Viejo — Çilidə şəhər. Əhalisi 26172 nəfərdir (2002). Ərazi — 292 km², əhali sıxlığı — 89,63 nəfər/km²-dir.
Çirmən döyüşü
Çirmən döyüşü — 26 sentyabr 1371-ci ildə başçılıq etdiyi Osmanlı qüvvələri ilə Vukaşin və Uqleşa (Despot Seres) Mrnyavçeviç qardaşlarının koalisiya ordusu arasında Çirmən (indiki Qərbi Trakyadakı Ormenio) kəndi yaxınlığında Maritsa çayı sahilində baş vermiş döyüş. Filippopolisin Osmanlıların əlinə keçməsindən sonra döyüş qaçılmaz olur. Serb salnamələrindən biri olan “Rahib Yeşayanın qeydi” serblərlə türklər arasında qarşıdurmanı başlatmaq üçün bəhanə olaraq kral Uqleşanın qardaşı Vukaşinlə birlikdə türkləri Makedoniya və Trakyadan qovmaq niyyətindən bəhs edir. Sürpriz gecə hücumu sayəsində Osmanlılar böyük bir qələbə qazanırlar. Bunun əsas səbəbi birləşmiş xristian ordusunda düzgün nizam-intizamın və hərbi mühafizəçinin olmaması idi. Buna görə də türklər düşərgəni faktiki olaraq darmadağın edirlər. Serblərin qeyri-mütəşəkkil müqaviməti yatırılır. Mrniavçeviçi qardaşları əsgərləri həlledici mübarizəyə sövq etmək cəhdlərinə baxmayaraq, gecə döyüşündə həlak olurlar. Döyüşdən sonra Makedoniyanın Osmanlı fəthi başlayır və bir çox yerli bolqar, serb və yunan hökmdarları Sultanın vassalı olurlar.
Viyən bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çimən (Vedibasar)
Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada). 1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir. Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Çimən (Füzuli)
Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çimən kəndi Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində yerləşir. Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. "Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür. Miqren G 43.0 Aurasız miqren (sadə miqren) G 43.1 Aura ilə gedən miqren (klassik miqren) Miqren: Baş ağrısız aura Bazilyar Ekvivalentlər Ailəvi hemiplegik Hemiplegik G 43.2 Miqrenoz status G 43.3 Ağırlaşmış miqren G 43.8 Digər miqren Oftalmoplegik miqren Retinal miqren G 43.9 Dəqiqləşdirilməmiş miqren Miqren xəstəliyinin 2 növü vardır: Auralı miqren; Aurasız miqren Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır.
Vinyen
Vinyen (vyet. Vĩnh Yên) — Vyetnamın şimalında şəhər, Vinfuk vilayətinin paytaxtı. Hanoydan 55 km şimal-qərbdə və Hoşimin şəhərindən 1,774 km məsafədə yerləşir. Şəhərin sahəsi 50,80 km2-dir. Vinyen əhalisi, 2009-cu il məlumatlarına görə, 94,294 nəfərdir ki, bunun da 84,36%-i şəhər, 15,64%-i kənd sakinləridir. 2006-cı ilə görə onun sayı 122,568 nəfər idi. İnzibati cəhətdən 7 şəhər məhəlləsinə və 2 kəndə bölünür.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cirən
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cizyə
Cizyə — ərəbcədən götürülən sözdür. Quranda bu haqda belə deyilir: "Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun." (Tövbə surəsi / 29 ) Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən can və mal mülkiyyətinin qorunması qarşılığında alınan vergidir. Yəni fəth edilən ərazidə qeyri müsəlmanlardan kollektiv olaraq alınırdı. Cizyəni ağılca,bədəncə sağlam və yetişkin kişilər ödəyirdi. Qocalardan, qadınlardan, uşaqlardan, xəstələrdən müharibədə iştirak qabiliyyətləri olmadıqları üçün bu vergi alınmırdı. Korlar, şikəst olanlardan yalnız varlılar cizyə ödəyirdi. Kasıblar və dilənçilər cizyə ödəməzdi, yoxsul rahiblər də ödəməzdi.
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Zigen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Ziqen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Çiyin sümüyünün sınıqları
Çiyin sümüyünün sınıqları — mexaniki təsirin xarakterindən asılı olaraq (qabağa uzadılmış əlin və bədənə sıxılmış əlin üstünə yıxıldıqda) çiyin sümüyü baş hissəsində, üst 1/3, orta 1/3 hissədə sına bilər, lakin iri damarların və sinirlərin zədələnməsi ehtimalı olan daha təhlükəli sınıqlar çiyin sümüyünün aşağı hissəsindədir. Sınığın istiqamətindən asılı olaraq əlamətlər: kəskin ağrı; şişkinlik; qançır; deformasiya; qeyri-adi hərəkət; ətrafın qısalması; vəzifəsinin məhdudlaşması baş verir. Yalnız uşaqlarda sınıqlar zamanı çiyin sümüyünün sınıqlarında sınmış sümük fraqmentləri istiqamətini dəyişmir ("yaşıl budaq tipi") və yuxarıda göstərilən əlamətlər inkişaf etmir. Sınıq yerindən asılı olmayaraq çiyin sınıqlarında nəqliyyat immobilizasiyası üçün standart şina ilə iki taxta parçasından istifadə etmək olar; birini qoltuqaltı nahiyədən, digərini-yuxarıda əks tərəfdən qoyurlar. Bintləmə zamanı köməkçi zədələnmiş əli 900 bucaq altında əyərək, ətrafı azca bədəndən kənarlaşdırıb bu vəziyyətdə saxlayır, sonra çiyin nahiyəsini–döş qəfəsində, mil-bilək sümüyünü qarın nahiyəsinin yuxarı hissələrində bənd edərək, əli gövdəyə bintləyirlər. Şina qoyulmuş əlin ləçəkvari sarğıdan salınması məqsədəuyğun deyil, ona görə ki, o çiyin oynağının lazımi qədər hərəkətsizliyini təmin etmir. Çiyin; Sınıqlar; Zədə; Yara; Sarğı; Sümük.
Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995, Memfis, Tennessi) — amerikalı müğənni-mahnı yazarı, multi-instrumentalist. O, Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Cülyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Cülyen Lametri
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Orqyen Tşerinq
Orqyen Vanqçuk Tşerinq (14 sentyabr 1999-cu ildə anadan olub) — Butan Milli Liqası təmsilçilərindən olan Timpxu Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Butan futbolçusudur. Tşerinq Butan milli futbol komandasında debütünü 13 iyun 2017-ci ildə 2019 Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü turunda Maldiv adaları millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Butan rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
Vivyen Vestvud
Vivyen Vestvud (ing. Vivienne Isabel Westwood; 8 aprel 1941[…], Tintuisl[d], Derbişir[d] – 29 dekabr 2022, Klapem[d], Böyük London, Birləşmiş Krallıq) — İngiltərəli modelyer. O, pin-up, pank və digər stil mədəniyyətlərini dəb ilə birləşdirən dizaynerdir. Vestvud 1971-ci ildə İngiltərədə sevgilisinin geyim mağazasında öz dizaynlarını satmağa başladı. 1981-ci ildə ilk kolleksiyasını yaratdı. Uşaq yaşlarından rəssamlıq məktəbində təhsil alan Vivyen Derek Vestvud ilə ailə qurur və bu evlilikdən Roz və Ben adlarında iki övlad sahibi olur. İlk həyat yoldaşından ayrılmasına baxmayaraq o, soyadını dəyişmir və səbəb olaraq da dünyada artıq bu adla məşhur olmasını göstərir. İkinci ailə həyatı Sex Pistols qrupunun üzvü Malkolm Maklaren ilə olur və bu evlilikdən də Cosef adlı bir oğlu dünyaya gəlir.
Arseni Cioyev
Arseni Cioyev (9 iyul 2002, Tsxinvali) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Arseni Cioyev 2023-cü ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə dəvət edildi. Arseni Cioyev həmin avqustunda Belarusda II MDB Oyunlarının bürünc medalına sahib oldu. Həmin il Albaniyada U-23 Dünya Çempionatını 11-ci pillədə başa vuran Arseni Cioyev ilin sonunda Azərbaycan Çempionatının gümüş medalına da sahib oldu 2024-cü ildə Arseni Cioyev sərbəst güləş üzrə Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi. Yanvarda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirini beşinci pillədə başa vuran Arseni Cioyev fevralda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı. "Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.
Figen Han
Figen Han (5 fevral 1950-ci il, İstanbul) – Əsl adı Nevval Karpuz olan türk aktrisasıdır. == Həyatı == Figen Han 5 fevral 1950-ci il tarixində Türkiyənin İstanbul şəhərində doğulmuşdur. 1966-cı ildə ilk filmi olan "Göylərdəki sevgili" filminə çəkilir. 1974-cü ildə "Atını Seven Kovboy", 1975-ci ildə isə "Hababam Taburu" adlı filmlərdə rol alır. Figen Han əvvəlcə fantastik filmlərdə, sonradan isə erotik məzmunlu filmlərdə çəkilməyə başlayır. Onun son filmi 1983-cü ildə çəkilən "Bir zamanlar qardaş idilər" adlı filmidir.
Giqen zirvəsi
Giqen zirvəsi (bolq. връх Гиген, ‘Vrah Gigen’ \'vr&h gi-'gen\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən, 1092 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Benz aşırımından cənubda, Russell İst buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə şimali Bolqarıstanda yerləşən Giqen şəhərinin adını daşıyır. == Yerləşməsi == Giqen zirvəsi 63°41′19″ c. e. 58°24′53″ q. u. koordinatlarında yerləşmişdir.
Le-Viyen
Le-Viyen (fr. Le Vilhain) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03313. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş arasında) arasında 119 nəfər iqtisadi fəal, 55 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,4%, 1999-cu ildə 71.0%). 119 aktiv adamdan 106 nəfəri (61 kişi və 45 qadın), 13 nəfəri işsizdir (8 kişi və 5 qadın). Aktiv olmayan 12 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qara ciyər
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig.