Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədmüşk Noğulu
Bədmüşk Noğulu (az.-əski. بیت‌میش نوغولو‎) – Urmiya şəhərinə aid ənənəvi şiriniyyat növü. Bu şiriniyyatın əsas maddəsi Bədmüşk arağıdır. == Lazım olan ərzaqlar == Şəkər Su Bədmüşk Arağı Qoz içi və ya dilimlənmiş badam Vanil Tartar kremi == Hazırlanma qaydası == Birinci mərhələdə şəkər və suyu ayrı bir qazanda qarışdırın. Sonra şəkər və suyu qarışdırın ki, şərbət istədiyiniz konsistensiyaya malik olaraq, çox qalınlaşsın ki, bal şərbəti kimi olsun. İndi dilimlənmiş badamları böyük bir qazana tökün və 15 dəqiqədən sonra ortaya çıxan şərbətin üzərinə tökün. Bu ümumi proses 30 dəqiqədən saat yarımadək çəkir və Urmiyə noğulunun hazırlanması başa çatdıqdan sonra əsl dadı və iyini hiss etmək üçün noğula bədmüşk arağı əlavə olunur. Ən sonda noğullar qazanın içində 110 dərəcə istilikdə qovurulmalıdır.
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Moğulu (Mərənd)
Moğulu (fars. مغولو‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Kenan Doğulu 3
Kenan Doğulu 3 — Kənan Doğulunun 1996-cı ildə çıxartdığı albomu.
Ulduz doğuldu (film, 2018)
Ulduz doğuldu (ing. A Star Is Born) — 2018-ci ildə Bredli Kuperin prodüserliyi və rejissorluğu ilə çəkilmiş, aktyorun rejissor debütü olan ABŞ musiqili romantik dram filmidir. Filmin ssenarisi Kuper, Erik Rot və Uill Fetters tərəfindən yazılmışdır. 1937-ci ildə çıxarılmış eyni adlı filmin remeyki olan filmdə Kuper, Ledi Qaqa, Endryu Days Kley, Deyv Şappell və Sem Elliot rol almışlar. Filmdə içki və narkotik düşkünü olan məşhur musiqiçinin (Kuper) gənc müğənni qızla (Qaqa) tanış olması və sevməsindən bəhs edilir. Bu, 1937-ci ildə çıxarılmış orijinal filmin (əsas rollarda Cenet Geynor və Fredrik Març) üçüncü remeykidir. Daha əvvəl isə filmin, 1954-cü ildə və (əsas rollarda Cudi Qarlend və Ceyms Meyson) və 1976-cı ildə (əsas rollarda Barbra Streyzand və Kris Kristofferson) remeykləri çıxarılmışdı. Üçüncü Ulduz doğuldu remeyki haqqında müzakirələrə 2011-ci ildə başlanılmış və həmin vaxt Klint İstvudun rejissor kürsüsünə əyləşəcəyi, Beyonsenin isə baş rolu canlandıracağı elan edildi. Bundan sonra film inkişaf cəhənnəminə düşmüş, Beyonsenin partnyoru kimi bir neçə aktyorun, o cümlədən, Kristian Beyl, Leonardo Di Kaprio, Uill Smit və Tom Kruzun adları hallandırılmışdır. 2016-cı ilin martında Kuperlə filmdə rol almaq və rejissorluq etmək üçün müqavilə imzalanmış, həmin ilin avqustunda isə Ledi Qaqa layihəyə qoşulmuşdur.
Ulduz doğuldu (film musiqisi, 2018)
Ulduz doğuldu (ing. A Star Is Born) – 2018-ci ildə çıxarılmış eyni adlı musiqili filmin Ledi Qaqa və Bredli Kuper tərəfindən ifa edilmiş musiqi albomudur. Albom 5 oktyabr 2018-ci ildə “Interscope Records” leyblı tərəfindən çıxarılmışdır. Qaqa və Kuper albom üzərində aralarında filmdə Kuperin qrupunda çalışmış kimi göstərilən Lukas Nelson da olan bir neçə kantri musiqiçisi ilə birlikdə çalışmışlar. Daha çox pop yönümlü mahnılar üzərində isə Qaqa və DJ White Shadow birlikdə çalışmışlar. Alboma həm də, Ceyson İzbell, Mark Ronson, Dayan Uorren və “Miike Snow” qrupundan Endryu Vayt ilə birlikdə çalışmışlar. 2015-ci ilin martında Warner Bros. Bredli Kuperin 1937-ci ildə çıxarılmış “Ulduz doğuldu” filminin dördüncü remeykinin rejissorluğunu edəcəyini bildirir. 2016-cı ilin avqustunda Ledi Qaqanın layihəyə qoşulmasından sonra, 2017-ci ilin əvvəllərində studiya layihə üçün qırmızı işıq yandırdı. Kuper tanınmış kantri musiqiçisi Cekson Meyni canlandırır.
Çölquşçu
Çölquşçu – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Col Quşçu oyk., mur. Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmışdə Aşağı Quşçu da adlanmışdır. Dağ Quşçu toponiminin qarşılığıdır. Oykonim col (düzəngah, Aşağı) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, "düzənlikdə olan Quşçu kəndi" mənasındadır. Kəndin əhalisi 720 nəfər təşkil edir. Mövcud iş yerləri: Yoxdur Əhalinin məşğuliyyəti əsasən təsərüfat işləri ilə; Orta məktəb. Məktəbin təmirə vəziyyəti orta.
Çölquşçu bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
"Çölçü" Sosial Klubu
Çölçü (film, 2012)
"Çölçü" — rejissor Şamil Əliyevin 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırdığı film. Film "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasında 2014-cü ilin "Oskar" mükafatına təqdim olunmuş və ilkin siyahıda yer almışdır. Bu, çölü özünə yurd yeri seçmiş Ulu və gənc çölçünün məhəbbəti haqqında nağılabənzər bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir. Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir… Film "Kodak" kinolentinə çəkilmişdir. Filmin ssenari müəllifi Vidadi Həsənov Hollivudda yetərincə uğur qazanmış Kler Deyns rəhbərlik etdiyi qrupun məsləhəti altında bu ssenari üzərində çalışmışdı. Filmin sınaq çəkilişlərində cavan çölçü və qısa saçlı qız rollarına dəvət olunmuş Amid Qasımov və Nigar Bahadırqızı da iştirak etmişdilər. Filmin premyerası 12 fevral 2013-cü ildə Nizami Kino Mərkəzində olmuşdur. Kino tənqidçisi Sədaqət Kamalın fikrincə, filmdə tamaşaçı "Bir şərəfsiz tərəfindən namusu tapdalanmış qadın digər biri tərəfindən saf məhəbbətlə sevilə bilərmi?" sualına cavab tapmaq problemi ilə baş-başa qoyulmuşdur. Film 150 beynəlxalq kino festivalında iştirak etmiş və bu festivallarda 100-dən atrıq mükafata layiq görülmüşdür.
Çoqlu-i Süfla (Xudabəndə)
Çoqlu-i Süfla (fars. چقلوي سفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 225 nəfər yaşayır (48 ailə).
Çoqlu-i Ülya (Xudabəndə)
Çoqlu-i Ülya (fars. چقلوي عليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (24 ailə).