Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pulsuz-xətt telefon nömrəsi
Ödənişsiz bir telefon nömrəsi və ya pulsuz telefon nömrəsi, mənşə telefon abunəçisinə ödəniş etmək əvəzinə gələn bütün zənglər üçün hesablanmış bir telefon nömrəsidir . Zəng edən tərəf üçün şəhər telefonundan pulsuz nömrəyə zəng etmək pulsuzdur. Pulsuz zənglər 0120, 800, 0800, 888, 866, 877, 855, 844, 833 və ya 1‑800 nömrəsi 909 (ərazi) kimi coğrafi ərazi koduna bənzər bir yığım prefiksi ilə müəyyən edilir. Xüsusi xidmət giriş nömrələri ölkəyə görə dəyişir. == Tarix == Telefon şəbəkələri elektro-mexaniki zəng keçidindən tamamilə kompüterləşdirilmiş saxlanılan proqram nəzarət şəbəkələrinə keçdikdə pulsuz xidmətlərin xüsusiyyətləri inkişaf etmişdir. Başlanğıcda, çağırılan tərəfə göndərilən zəng, bir telefon şirkəti operatoru vasitəsi ilə bir toplama zəngi olaraq göndərilməli idi . Operator zəngi əl ilə tamamlamadan əvvəl məsafədəki nömrədə ödənişlərin qəbul olunmasını təmin etməli idi. Bir neçə iri müəssisə və dövlət idarəsi çox sayda toplama çağırışı aldı, bu da operatorlar üçün çox vaxt aparırdı. === Əl ilə pulsuz sistemlər === Avtomatlaşdırılmış pulsuz xidmətin inkişafından əvvəl bir çox telefon şirkəti zəng edən pulsuz xidmətin manual versiyasını təqdim etdi. Operator tərəfindən edilən pulsuz danışıq nümunələri arasında 1950-ci illərdə ABŞ-da və Kanadada təqdim olunan Zenith nömrəsi və 1960-cı ildə İngilis Poçt Ofisi tərəfindən təqdim olunan orijinal "Freephone" xidməti var.
Pulsuz və açıq mənbə proqram təminatı
Pulsuz və açıq mənbə proqram təminatı — (qısaca PAMPT) həm pulsuz proqram təminatı, həm də açıq mənbə proqram təminatı kompüter proqramı kimi təsnif edilə bilər.Beləliklə, əsər hər kəsin sərbəst surətdə köçürə, işində istifadə edə və istənilən şəkildə dəyişdirə biləcəyi lisenziyaya çevrilir; insanlar könüllü proqram qruplarını inkişaf etdirməyə təşviq edilir və mənbə kodu açıq şəkildə paylaşılır. PAMPT-ın istifadəsi; O, istifadəçilərə aparatları üzərində daha çox nəzarət, eləcə də artan təhlükəsizlik və sabitlik (xüsusilə zərərli proqram baxımından), məxfiliyin qorunması, o cümlədən proqram təminatı xərclərinin azaldılmasını təmin edir. Linux və OpenBSD kimi pulsuz və açıq mənbəli əməliyyat sistemləri bu gün milyonlarla serverdə, stolüstü kompüterlərdə, smartfonlarda (Google Android kimi) və digər cihazlarda geniş şəkildə istifadə olunur. Bundan əlavə, Pulsuz proqram lisenziyaları və açıq mənbə lisenziyaları bir çox proqram paketləri tərəfindən istifadə olunur. == Tarixi == 1950, 1960 və 1970-ci illərdə pulsuz proqram təminatının verdiyi azadlıqlar kompüter istifadəçiləri üçün daha çox yayılmışdı. Proqram təminatı, o cümlədən mənbə kodu kompüter istifadəçiləri arasında geniş şəkildə paylaşıldı. Əksər şirkətlər pulsuz proqram təminatını təmin edən aparat əsaslı biznes modeli var idi. Daha sonra bu təşkilatların proqram mübadiləsini asanlaşdırmaq üçün bəzi təchizatçılar yaradılmışdır; nümunələr üçün SHARE və DECUS-a baxın. 1960-cı illərin sonlarında proqram təminatı ətrafında dominant biznes modeli indi dəyişirdi. Böyüməkdə olan və inkişaf etməkdə olan proqram təminatı sənayesində bu yeni şirkətlər aparat istehsalçısının qablaşdırılmış proqram məhsulları ilə rəqabət aparmaq əvəzinə, proqram təminatı hazırlayır və onu birbaşa satır, avadanlıq gəlirlərinin maliyyələşdirilməsindən daha çox gəlir əldə edirdi.
Dilsuz
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Sulduz
Sulduz
Susuz
Susuz ilçəsi — Qars ilinin ilçəsi. Susuz (Talın) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.
Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra). Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu". == Coğrafiyası == Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Çuluq
Adeh (Sulduz)
Adeh (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (36 ailə).
Aminli (Sulduz)
Aminli (fars. امينلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (25 ailə).
Arena (Sulduz)
Arena (fars. ارنا‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (47 ailə).
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Ağcazivə (Sulduz)
Ağcazivə (fars. اغچه زيوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (7 ailə).
Baçanlı (Sulduz)
Baçanlı (fars. چنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Caşiran (Sulduz)
Caşiran (fars. جاشيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (58 ailə).
Dilsuz Dünyamalıyev
Dilsuz Dünyamalıyev (d. 2 noyabr 1945) — yazıçı-publisist; Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azər­bay­can Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hacı Dilsuz Dünyamalıyev 1945-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1959-cu ildə Keçili kənd yeddiillik məktəbini, 1962-ci ildə Şahbuz qəsəbəsində XI sinfi bitirib. Həmin il Naxçıvan şəhərindəki birillik pedaqoji kursa daxil olub. Həmin il pedaqoji kursu bitirəndən sonra Külüs və Keçili kəndlərində müəllim işləyib. 1964-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına APU) dil-ədəbiyyat fakültəsinə daxil olub və təhsilini qiyabi yolla başa vurub. 1970–1980-ci illərdə Keçili kənd orta məktəbində direktor, 1980–1995-ci illərdə Keçili və Külüs kəndlərində sovet sədri, 1995–2006-cı illərdə Keçili kənd orta məktəbində müəllim işləmişdir. Ailəlidir. İki övladı, beş nəvəsi, bir nəticəsi var.
Dilsuz Musayev
Dilsuz Musa oğlu Musayev (10 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan Yazıçılar və jurnanilstlər Birliyinin üzvü və “Azərbaycan ekologiyası” qəzetinin baş redaktoru == Həyatı == 1948-ci il fevral ayının 10-da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki BSU-nu) bitirib. Təyinatla Tərtər (Mirbəşir) rayonuna göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd (Kolanlı) kəndində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1980- 84-cü illərdə Bakı şəhərində 5 saylı kimya-biologiya təmayüllü internat məktəbində ixtisası üzrə çalışıb. 1985-ci ildə Respublika “Bilik” cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri təyin olunub. 1986—89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif vəzifələrdə işləyib. 1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin rəhbəri olub. 1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində təlimatçı, ümumi şöbə müdiri, komitə sədrinin birinci müavini vəzifəsində çalışıb. 1994-cü il dekabr ayının 23-də keçirilmiş İkinci Ümumrespublika Konfransında komitənin sədri seçilib. Bir çox ölkələrdə, o cümlədən, Finlandiya, Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib.
Dilsuz Mustafayev
Mustafayev Dilsuz Murtaza oğlu (1 mart 1945, Buruc, Tərtər rayonu) - şair, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Dilsuz 1945-ci il martın 1-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbin ikinci sinfini bitirdikdən sonra ailəliklə Tərtər rayon mərkəzinə köçdüklərindən orta təhsilini orada, 1 saylı məktəbdə başa vurmuşdur (1961). Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun avtomatika fakültəsində təhsil almışdır (1962-1968). Əmək fəaliyyətinə Bakı yaxınlığında olan Əmircan qəsəbəsindəki sənaye müəssisəsində layihəçi-mühəndis kimi başlamışdır (1968-1970). Azərbaycan Radio və Televiziya Şirkətində səs operatoru (1970-1973), ədəbi-dram baş redaksiyasının incəsənət və radio teatrı şöbəsində redaktor (1973-1979), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, publisistika şöbəsinin müdiri (1979-1992), sonra "Axtarış" qəzetində ədəbi işçi (1992), "Kəndin səsi" qəzetinin redaktor müavini vəzifəsində çalışmışdır (1992-1993). Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetində məsul işçidir (1993-cü ildən). Bədii yaradıcılığa 70-ci illərdən başlamışdır. Onun şerləri, publisist yazıları "Azərbaycan", "Ulduz" jurnallarında və qəzetlərdə müntəzəm çap edilir. Şerləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Dilsuz Qarayev
Dilsuz Məmmədağa oğlu Qarayev (23 dekabr 1990; Hindarx, Ağcabədi rayonu, Azərbaycan SSR – 3 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Dilsuz Qarayev 23 dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Gədəbəydə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 6 ay xidmət keçdikdən sonra gizir məktəbinə göndərilməsi üçün komandanlığa müraciət etmişdir. Gizir məktəbinə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuşdur. Paytaxtda xidmət edən Dilsuz Qarayev ön xəttdə xidmət etmək üçün komandanlığa müraciət edir və o, ön xəttdə yerləşən "N" saylı hərbi hissələrdən birinə göndərilir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Dilsuz Qarayev 3 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Fərruxzad (Sulduz)
Fərruxzad (fars. فرخ زاد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,077 nəfər yaşayır (264 ailə).
Gül (Sulduz)
Gül (fars. گل‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 827 nəfər yaşayır (146 ailə).
Gərdəqit (Sulduz)
Gərdəqit (fars. گرده قيط‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 752 nəfər yaşayır (119 ailə).
Heydərabad (Sulduz)
Heydərabad (fars. حيدراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Hələbi (Sulduz)
Hələbi (fars. حلبي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 454 nəfər yaşayır (81 ailə).
Həsənli (Sulduz)
Həsənli (fars. حسنلو‎, azərb. Həsənli-حسنلی‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd çox qədim tarixə malikdir, belə ki kəndin yaxınlığında Mannalar çağına aid olan bir təpə yerləşir. Yerlilər bu təpəni Həsənli təpəsi adlandırırlar. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,264 nəfər yaşayır (289 ailə). Kəndin əhalisi şiə müsəlman Qarapapaq türklərinin Canəhmədli tayfasından ibarətdir. Kənd əhalisinə görə Çiyənədən sonra Sulduz bölgəsinın ikinci böyük kəndidir.
Cüllüt
Adi meşəcüllütü, Meşə çilingdimdiyi (lat. Scolopax rusticola) — çilingdimdik cinsinə aid quş növü. Şimal yarımkürəsində yayılmışdırlar. Sahillər, bataqlıq ve meşələr yaşadıqları yerlərdir. Soğulcanlar, tırtıllar və bəzən de bitkilərlə qidalanırlar . Dimdikləri fərqli quruluşlarda olur. Çox uzun məsafələrə uçmazlar.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Müluz
Müluz (fr. Mulhouse) – Fransanın şimal-şərqində yerləşən şəhər. Əhalinin sayına görə Yuxarı Reyn departamentinin ən böyük şəhəridir.
Amblyseius celsus
Amblyseius celsus (lat. Amblyseius celsus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius celsus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Cursus honorum
Cursus honorum (az. Şərəfli yol) — Qədim Romada hərbi və siyasi hakimiyyətin ierarxik pillələri.
Cursus publicus
Cursus publicus (kursus publikus; latın dilindən tərcümədə – «ictimai yol»; yun. δημόσιος δρόμος) — Roma imperiyası və daha sonra Bizans imperiyası dövründə tətbiq edilən dövlət nəqliyyat sistemi. Sistem imperator Oktavian Avqustun (e.ə. 27–14) hakimiyyəti dövründə yaradılmışdır. Sistemin məqsədi əhəmiyyətli məktubların ötürülməsi, daha sonra isə ali təbəqədən olan şəxslərin və dəyərli məhsulların nəqliyyatı idi. Cursus publicus nəqliyyatda iştirak etməmiş və sadəcə infastrukturu təşkil etmişdir. Roma imperiyası dövründə sistemə postlar da daxil idi. Burada atlar dəyişdirilir, eləcə yatmağa yer və qida kimi xidmətlər verilir di. Sistem vilayət əhalisinin yardımı və ağır iqtisadi yük ilə fəaliyyət göstərirdi. Sistemdə dövlətə aid məqsədlər üçün buraxılmış formal icazə tələb edilirdi, lakin bu, adətən nüfuzlu şəxslər tərəfindən özəl səbəblərə görə əldə edilirdi.
Cümşüd Malıbəyli
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu. Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir. Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur. Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.
Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri. Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995). == Həyatı == Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. 1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur. === Ailəsi === Ailəlidir, iki övladı, üç nəvəsi var. Həyat yoldaşı-Kəmalə Nurieva. Uşaqlar-Günay Nurieva,Shəbnəm Nurieva. Nəvələri-Ali Bayramov,Hüseyn Bayramov,Firuzə Garazadə == Elmi fəaliyyəti == 2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir.
Cümşüd Zülfüqarlı
Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, İrəvan – 12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası Əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Cümşüd Zülfüqarlı 30 yanvar 1905-ci ildə İrəvan şəhərində anadan olub. 1930-cu ildə Bakı Dövlət Universitetinin Peda­qoji fakültəsinin Təbiət şöbəsini bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri; 1945-1957-ci illərdə Bakı Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedra­sının dosenti; 1951–1952-ci ildə Bakı Dövlət Unversitetində Kimya fakültəsinin dekanı; 1957-1980-ci illərdə Qeyri-üzvi kimya kafedrasının müdiri; Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir. Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir. === Akademik fəaliyyəti === Cümşüd Zülfüqarlı 1930-1932-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə kimya elmləri doktoru elmi dərəcəsini və 1960-cı ildə professor elmi adını alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Cümşüd Zülfüqarlı 300-dən çox elmi əsərin, o cümlədən 4 mono­qrafiyanın müəllifidir.
Cümşüd İbrahimli
Cümşüd Rəşid oğlu İbrahimli (1941, Borçalı) — rəssam. == Həyatı == 1941-ci ilin May ayının 28-də Gürcüstan Respublikasının Marneuli şəhərində (Sarvan kəndi) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə Marneuli Azərbaycan orta məktəbinə getmiş, 1958-ci ildə isə Marneuli 1 saylı Azərbaycan orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1962-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunu bitirən gənc Cümşüd iki il istehsalatda çalışdıqdan sonra, 1964-cu ildə sənədlərini Tbilisi Rəssamlıq Akademiyasının "Monumental heykəltaraşlıq" fakültəsinə verir və oraya daxil olur. İki ay oxuduqdan sonra onu ordu sıralarına apardılar. 1967-ci ildə ordudan tərxis olunaraq Tbilisi Rəssamlıq Akademiyasında təhsilini davam etdirmiş, 1973-cü ildə oranın tam kursunu bitirmişdir. Təyinatla Bakıya gələn (1973) cavan heykəltaraş 1974-cü ildə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına qəbul edilir. "Sovet Azərbaycanının portret heykəltaraşlığı" adlı dissertasiya mövzusu ilə yanaşı, Cümşüd Rəşid oğlu 1976-cı ildə paralel olaraq SSRİ Rəssamlıq Akademiyası (Bakı filialı) nəzdində ikinci aspiranturaya (əyani) daxil olur və 1978-ci ildə məşhur bəstəkar və dirijor Niyazinin obrazı üzərindəki geniş hesabat işi ilə oranı bitirir. Həmin əsər hazırda maestronun ev muzeyində saxlanılır. Heykəltaraş Cümşüd Rəşid oğlunun yaradıcılığında bir sıra portret və kiçik həcmli heykəl-kompozisiyalarla yanaşı, onlarca monumental layihə əsərləri də diqqəti cəlb edir.
Cümşüd Əsgərov