Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurlan Növrəsli
Nurlan Növrəs oğlu Növrəsli (16 iyul 1984, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016). == Həyatı == Nurlan Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur. Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir.
İsgəndər Dövlətli
İskəndər Vüqar oğlu Dövlətli (24 sentyabr 1992; Soru, Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İskəndər Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı. === Ailəsi === Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və həlak olmuşdur. İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır. Azərbaycan Ordusunun giziri olan İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İskəndər Dövlətli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
İskəndər Dövlətli

Şahin Növrəsli
Şahin Növrəsli (10 fevral 1977, Bakı) — caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmişdir və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub. Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir.
Arslan Növrəsli
Arslan Növrəsli (24 aprel 1981, Bakı) — azərbaycanlı tar ifaçısı, tarda ilk dəfə harmonik jazz standartları ifa edən tarzən. == Həyatı == Arslan Növrəsli 1981-ci il aprel ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Arslan Növrəsli — Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, tarzən Sərvər İbrahimov (muğam) və Məhərrəm Məmmədovun (not ixtisası) sinfində təhsil almış, bu illərdə dövlət əhəmiyyətli tədbirlərdə çoxsaylı çıxışlar etmiş, öz yaşıdları arasında keçirilən müsabiqələrin qalibi, I yerlərin sahibi (VII Respublika müsabiqəsi, "Muğam-99" və s.) olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, son kursda ikən Azərbaycan Milli Konservatoriyasının yaranması səbəbilə təhsilini AMK-da davam etdirmiş, əvvəlcə bakalavr (2003), sonra isə magistr pilləsini (2005) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov (not ixtisası) və Azərbaycan Respublikasının əməkdar artisti, professor Vamiq Məmmədəliyevin (muğam) sinfi üzrə fərqlənmə ilə bitirmişdir. 2004-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasında çalışır. 2020-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solistidir. == Ailəsi == Arslan Növrəsli XIX əsrin tanınmış Qarabağ şairi Mirzə Ələsgər Növrəsin kötücəsi, Azərbaycanda tanınmış musiqiçilər ailəsi — Növrəsli qardaşlarından biridir. Ulu babası Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olmuş, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından idi. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib. 1912-ci ildə vəfat etmiş Mirzə Ələsgər Şuşada Qasım bəy Zakirin yanında dəfn edilib.Böyük qardaşı Şahin Növrəsli Azərbaycan Respublikasının Əməkdar artisti, məşhur jazz pianoçusu, ikinci qardaşı Tərlan Növrəsli turizm sahəsi üzrə fəlsəfə doktoru, şair, kiçik qardaşı Nurlan Növrəsli isə Azərbaycan Respublikasının Əməkdar artisti, estrada-vokal ifaçısıdır.
Prototiplərin sürətli hazırlanması
Prototiplərin sürətli hazırlanması (ingiliscə Rapid Prototyping) maketlərin, sınaq nümunələrinin və ya işlək modellərin konstruksiya verilənlərinin bazasında sürətli hazırlanma texnologiyasıdır. Bu prototiplər hazırlama prosesinin sonrakı mərhələsində dəqiqləşdirilir və beləliklə seriya istehsalım üçün yararlı hala gətirilirlər. 1987-ci ildə ilk dəfə olarag kompyüterden bir başa üçölçülü modellərin hazırlanması mümkün olmuşdur. Modellər istənilən həndəsi formaya malik ola bilirlər. Daxili boşlugları, arxa səthlərı və yuvaları problemsiz hazırlamag mümkün olmuşdur. İlk vaxtlarda bu üsulla hazırlanan modellərə sərf olunan vaxt adi üsulla, yəni mexaniki e`mal vasitəsi ilə hazırlananlardan bir neçə saat az idi. Bu modellər süni materialdan hazırlandığı üçün yalnız əyani nümayiş üçün və ya da dizayn modeli kimi istifadə edilirdi. Onların "funksional prototip" kimi istifadə edilməsi mexaniki və ya termiki yükləmə baxımından mümkün deyildi. Modellərin yeni üsulla hazırlanması qabaqlar tətbiq olunan xüsusu alətlərdən, formalardan və avadanlıqlardan imtina etməyə şərait yaratmışdır. Bu yeni üsulu ilk dəfə həyata keçirmək üçün hissənin üc ölçülü həndəsi forması haqqinda informasiyanı daşıyan bir kompüter proqramı və bu qrafiki informasiyanı qat şəklində addım və addım fotopolimerləşdirmə vasitəsilə qətrandan əyani cismə çevirən qurğu tətbiq edilmişdir.
Sürətli Furye çevirməsi
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Sürətli nizamlama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. == İşləmə mexanizmi == Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Sürətli sıralama (Quicksort)

Ufa sürətli tramvayı
Ufa sürətli tramvayı — Başqırdısta Respublikasının Uda şəhərində planlaşdırılan sürətli tramvay xətti. Surətli tramvay xətti Ufa metropoliteninin əvəzinə olaraq istifadəyə vriləcəkdir. Hazırdas layihənin ekspertizası aparılır.. == Təsviri == Bu layihənin hazırlanmasına zərurət sərnişin daşımada yaranan sıxlıq olmuşdur. Sürətli tramvay metropolitenə əvəz olaraq planlaşdırılır. Belə ki metropolitenə nisbətdə daha az vəsait sərf olunması və sürətin metro ilə eyni olması buna rəvac olmuşdur. Bu layihə həmdə şəhərin hər iki hissəsində yerləşən tramvay xətlərini birləşdirməyə imkan verməlidir. == Xüsusiyyətləri == Sürətli tramvay iki xətdən ibarət olmalıdır. Şəhərin əsas magistralına paralel — Oktyabr prospekti — prospetin şərq və qərb küçələri ilə hərəkət edəcəkdir. Xətt Ufa tramvayının digər hissələri ilə birləşdiriləcəkdir.
Yüksək sürətli frezləmə
Yüksək sürətli frezləmə (ingiliscə High Speed Milling (HSC)) metalların emalında CNC idarə olunan dəzgahlarda yerinə yetirilən kəsmə üsulu olub alətin yüksək dövrlər sayında və bir neçə dəfə böyüdülmüş verişlərdə aparılması ilə səciyyələnir. Burada yonqar qatı adi kəsmə üsullarında olduğundan dəfələrlə kiçikdir. Son illərdə maşınqayırma texnoloğiyasında High Speed Cutting (HSC) kimi tanınan bu emal növü kağız üzərində mövcud olan nəzəriyyədən praktikada geniş tətbiq olunan bir texnologiyaya çevrilmişdir. Hələ keçən əsrin əvvəlində, 1929-ci ildə alman alimi Salomon tərəfindən Berlin Texniki Universitetində ixtira edilmiş bu texnologiya uzun müddət bir nəzəriyyə kimi qalmışdır. Laboratoriya şəraitində aparılmış sınaqlar nəticəsində Salomon o dövrdə Teylorun kəsmə sürəti ilə alətin davamlılığı arasında mövcud olan asılılığını təkzib edən başqa bir nəticəyə gəlmişdir. Teylor nəzəriyyəsinə görə mexaniki emal zamanı kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur və qüvvə də artır. Bunun nəticəsində alətin davamlılığı aşağı düşür. Salomonun sınaqları isə başqa bir nəticə vermişdir, yəni kəsmə sürəti artdiqca kəsmə zamanı yaranan temperatur yalnız bir müddət artır, və sürətin sonrakı artımı onun azalmasına səbəb olur. Bununla Teylor nəzəriyyəsinin yalnız kiçik bir intervalda düzgün olduğu göstərildi. Salomon öz sınaqlarını müxtəlif metallar üzərində aparmışdır: polad-440 m/dəq, brünc-1600 m/dəq, mis-2850 m/dəq və alüminium-16500 m/dəq.
Çində sürətli qatar
Çində sürətli dəmiryolu (High-speed rail) — sərnişin daşınması üçün istifadə olunan və 250–350 km/saat sürət üçün qurulan dəmiryolu xəttləridir. 2017-ci ildə ölkənin 29 regionundan 33 regionuna genişləndirilmiş və xəttlərin uzunluğu 25 000 km-ə çatdırılmışdır. Bu bütün dünyadakı sürətli dəmiryolu xəttlərinin üçdə ikisini təşkil edir. Bu dünyanın ən uzun sürətli dəmiryolu xəttidir və həmçinin dünyada ən çox istifadə olunan xəttdir. Belə ki, bu xəttlə 2017-ci ildə 1,713 milyard gediş baş tutmuş, ümumi gediş sayı 7 milyarda çatmışdır.Sürətli dəmiryolu xətti Çin Dəmiryolu Korporasiyası tərəfindən idarə olunur. Çin sürətli dəmiryolu xətti 2007-ci ilin aprel ayında istifadəyə verilmiş və dəmiryollarının 250 km/saat gedə bilməsi üçün reyslər düzəldişmişdir. Pekin-Tianjin xətti Avqust 2008-ci ildə açılmış və 350 km/saat sürətlə hərəkətə imkan verən ilk sərnişin dəmiryolu xətti olmuşdur. Son 15 ildə dəmiryolu Çin hökümətinin qoyduğu investiyalar sayəsində sürətlə inkişaf etmişdir. Dəmiryolu naziri Liu Zhijunun 2011-ci ildə korrupsiyaya görə istefaya göndərilməsi, dəmiryollarının maddi dayanıqlığı, təhlükəsizliyi, qiyməti və ətraf mühitə təsiri qayğılarına səbəb olmuşdur. Buna baxmayaraq sürətli dəmiryollarının çəkilişi sürətlə davam edir, 2025-ci ildə 38 000 km və uzun müddətdə 45 000 km-ə çatdırılması planlaşdırılır.
Şöhrətli Azərbaycan (1935)
== Məzmun == Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. == Film haqqında == Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski === Filmdə iştirak edənlər === Piri Nuriyev Qüdrət Səmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sürətli vaxt hadisəsi
Quick Time Events (QTE) — kompüter oyunlarının elementidir. Adətən QTE-lər dinamik səhnələrdir ki, bu zaman oyunçu nəzarətçi ilə bəzi hərəkətləri tez yerinə yetirməlidir (məsələn, müəyyən düymələri cəld basmaq və ya joysticki müxtəlif istiqamətlərdə çevirmək). Demək olar ki, bütün hallarda QTE-nin tamamlanmaması baş verənlərə mənfi təsir göstərir (məsələn, "Ölü məkanda" oyunçunun müxtəlif QTE-ləri tamamlamağa vaxtı yox idisə, hər bir uğursuzluq ölümlə nəticələnirdi, uğursuzluq QTE əsas personajların ölümünə səbəb oldu). QTE baxımından qabaqcıl oyunu Dragon's Lair adlandırmaq olar. QTE sisteminin üstünlükləri arasında bu səhnələr zamanı adrenalin partlaması da var. Həmçinin, qorxu atmosferi (dəhşət içində) düzgün yaradılarsa, qəfil QTE oyunçunu çox qorxudacaq. QTE-dən istifadə edən ilk oyunlardan biri Time Gal (1985) olmuşdur. QTE sistemi Danger Girl, Shenmue, Dragon's Lair, Fahrenheit (Indigo Prophecy) macəra oyunları sayəsində məşhurlaşdı və daha sonra God of War, Tomb Raider, Resident Evil, Collapse, Grand Theft Auto: San kimi oyunlarda geniş formada yayıldı. Andreas (mini oyun), Saints Row 2 (mini oyun), Saints Row IV, Dead Space, Heavy Rain, Metro 2033, ObsCure 2, Clive Barker's Jericho, Unleashed Sonic, Star Wars: The Force Unleashed, The Witcher 2: Assassins of Kings, Battlefield 3, Max Payne 3, Spider-Man 3, Jurassic Park: The Game, Far Cry 3, Need For Speed: The Run, Məni xatırla, Aramızdaki canavar, Sifariş: 1886, Səhərə qədər, Detroit: İnsan ol, Beyond: İki Ruh, Atom Ürəyi və s. == Problemlər == QTE-lər hadisələrin təsviri və inkişafı ilə qüsursuz və hiss olunmaz şəkildə birləşə bilər ki, bu da sizə fasiləsiz səhnələrdən idarəetmələrə keçməyə və oyun məlumatlarını yükləmək üçün tələb olunan fasilələri tamamilə aradan qaldırmağa imkan verir.
Cek Şea (sürətli konkisürən)
Con Amos Şea (7 sentyabr 1910 - 22 yanvar 2002) - "Şef" ləqəbli 1932 Qış Olimpiya Oyunlarında sürətli konkisürmə yarışlarında ikiqat qızıl medal qazanan Amerikan idmançı. Bir Qış Olimpiadasında iki qızıl medal qazanan ilk Amerika idmançısı idi və həmçinin, üç nəsil Qış Olimpiyaçıları olan ilk ailənin patriarxı idi. Həmyerlisi İrvinq Ceffi ilə birgə 1932 Qış Olimpiya Oyunlarında ən uğurlu atlet idi. == Həyatı == Con Amos Şea 7 sentyabr 1910-cu ildə Leyk-Plesiddə anadan olmuşdur. Leyk-Plesid Liseyində oxumuşdur, Dartmut Kollecindən məzun olmuşdur. Elbeni Hüquq Məktəbində təhsil almışdır. Böyük böhran dövründə ailəsinə dəstək olmaq üçün Leyk-Plesiddə bir sıra işlərdə çalışmışdır. Şea Leyk-Plesiddə keçirilən 1932 Qış Olimpiya Oyunlarında 500 metr və 1500 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazandı. O, eyni zamanda Nyu-York əyalətinin qubernatoru Franklin Delano Ruzveltin başçılıq etdiyi açılış mərasimində olimpiya andını içdi. Şea 1958-ci ildən 1974-cü ilə qədər Castik şəhəri, 1974-cü ildən 1983-cü ildə təqaüdə çıxana qədər Şimali Elba şəhərinin nəzarətçisi idi.
Dövrəli su təchizatı sistemi
Dövrəli su təchizatı sistemi — Sudan qənaətlə istifadə etmək üçün yaradılır. Suyu soyutduqdan, təmizlədikdən sonra yenidən istehsalata verirlər, su mənbəyindən (anbar, kanal) isə suyu ancaq su itkilərini tamamlamaq üçün götürürlər.
Döyüş Şöhrətli Varislər (1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Sürətli Furye çevirməsi (SFÇ)
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Şöhrətli Azərbaycan (film, 1935)
== Məzmun == Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. == Film haqqında == Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski === Filmdə iştirak edənlər === Piri Nuriyev Qüdrət Səmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Svetlı
Svetlı (rus. Светлый) — (1947-ci ilədək — Tsimmerbude, alm. Zimmerbude‎, pol. Buda, lit. Cimerbūdė) — Rusiya Federasiyasının Kalininqrad vilayətində şəhər. [Svetlovsky şəhər rayon] [Svetlovsky Borough]inzibati, biznes və mədəniyyət mərkəzidir. 2635 hektar ərazini əhatə edir. Şimal yerləşən Coast Kaliningrad gəmi kanalı, Svetlı — bələdiyyə sənaye peyk Kaliningrad mərkəzi və regionda ən gənc şəhər. == Coğrafiya == Şəhər sahilində yerləşir Kaliningrad dəniz gəmiçilik kanalı ilə Kaliningrad birləşdirən Baltik dənizi, Kaliningrad 30 km. Svetliy Samland yarımadasında edir.
Döyüş şöhrətli varislər (film, 1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Avqustin Avreli
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis) (354–430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu.Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur.
Avraam Orteli
Avraam Orteli (lat. Abraham Ortelius, nid. Abraham Ortels; 14 aprel 1527, Antverpen, Brabant hersoqluğu[d] – 28 iyun 1598[…], Antverpen, Brabant hersoqluğu[d]) — şərti olaraq ilk müasir atlasın – Theatrum Orbis Terrarumun yaradıcısı kimi tanınan flandriyalı kartoqraf və coğrafiya mütəxəssisi. O, eyni zamanda qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə "Qitə sürüşməsi" teoriyasını irəli sürmüşdü. == Həyatı == Ailəsi Auqsburqdan olan Abraam Orteli 14 aprel 1527-ci ildə Hollandiyanın Antverpen şəhərində anadan olub. 1547-ci ildə iyirmi yaşında Müqəddəs Lukanın Gildiyasına qoşuldu və xəritə illüstratoru kimi çalışdı. Dəyərli xəritələr satın alaraq, rəngləndirərək, kətanlara yapışdırıb sataraq, gəlirlərini artırdı və erkən səyahətlərini maliyyələşdirdi. 1554-cü ildə karyerasında böyük təsiri olan Gerard Merkator ilə tanış olur və 1564-cü ildən coğrafi xəritələrin nəşri ilə məşğul olmuşdur. 1575-ci ildə isə Abraam Orteli İspaniya kralı II Filippinin yanında coğrafiyaşünas təyin edildi. == Nailiyyətləri == Avraam Orteli coğrafiyanı tarixin gözü adlandırmışdır.
Avreli Avqustin
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis) (354–430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu.Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur.
Avreli Viktor
Avreli Viktor (IV əsr) — Roma tarixçisi. == Həyatı == Avreli Viktor IV əsrdə Karfagendə torpaq sahibkarı ailəsində anadan olmuş, gəncliyində imperator Yulianın ordusunda xidmət etmişdir. Yulian öz rəqibi Konstansiyaya qalib gələndən sonra Avreli vali təyin olunmuşdur. İmperator Feodisi isə onu yüksək qiymətləndirərək 389-cu ildə Roma şəhərinin profektoru təyin etmişdir. Onu yaxşı tanıyan məşhur tarixçi Ammian Marsellin yazırdı ki, ağıllı düşüncə tərzinə görə Avreli ilə mübahisə etmək xoş idi. Avreli Viktorun əsərlərindən ən məşhuru "Sezarlar haqqında" traktatıdır. Bu əsərdə o, imperator Oktavian Avqustdan Yuliana qədər 89 imperatorun qısa bioqrafiyasını qələmə almışdır. Adəti üzrə hökmdarların qısa xarakteristikasını verib, ilk növbədə onların əxlaqi keyfiyyətlərini nəzərə çatdırır. O, bir neçə sətirlə imperatorların zahiri təsvirlərini də unutmurdu. Bütün bioqrafiyalardan görünür ki, tarixçi qatı Roma tərəfdarıdır.
Mark Avreli
Mark Avreli, Markus Avrelius (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121, Roma, İtaliya[d], Roma imperiyası – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. == Həyatı == 139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138 ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir.