Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çorlu Məhəmməd
Çorlu Məhəmməd (1828–1933) — Azərbaycanın el sənətkarı, şair. Çorlu Məhəmməd 1825-ci ildə Əsgəran bölgəsində bəy ailəsində anadan olmuşdur. XIX yüzilliyin 30-cu illərində Usuflar tayfası elliklə köçüb Qars-Çıldır yörələrində binə bərkitmişlər. Çorlu Məhəmməd hələ cavan vaxtlarından sinədən deməyi və gözəl səsi ilə el-oba arasında tanınmağa başlamışdır. Aslan Bayramov Çorlu Məhəmmədin 1924-cü ildə vəfat etdiyini yazır. Əslində Çorlu Məhəmməd 1933-cü ildə Sultanabad kəndində vəfat etmiş, Sultanabadın əski qəbiristanlığında dəfn edilmişdir. Sonralar ermənilər Arpa gölün ərazisini böyütdüklərindən Çorlu Məhəmmədin də qəbri gölün suları altında qalmışdır. Nəhayət, bu el sənətkarının 2004-cü ildə "Ərş-əlaya bir yolum var" adlı kitabı işıq üzü görmüşdür. Bu kitabda el şairinin doqquz gəraylısı, on iki qoşması, bir deyişməsi, dörd divanisi və bir neçə aşıq rəvayəti toplanmışdır. Aslan Bayramov yazır: "Aşıq Şenlik məktəbindən ilham alan sənətkar İrəvandan üzü bəri olan ellərimizdə, Qarsda, Ağbabada, Borçalıda, Sörəyeldə, Axsqa və Axılkələyin Kürboyu kəndlərində ağır toylar keçirmişdir.
Çorlu (Qızıl Qoç)
Çorlu, Lernatsk, Lernagyuğ — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Kəndin adı Çırpılı, Bostançı xaraba formalarında da qeyd edilir. Rayon mərkəzindən 17 km cənubda yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli çor etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. «Çor tayfasının kəndi, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernatsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Lernagyuğ (Dağkəndi) qoyulmuşdur.
Corlu
Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub. Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib. Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir.