Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sünnə
Sünnə (ərəb. سُنَّة‎; hərf. xüsusi; misal) — müsəlman icmasında (ümmət) islam peyğəmbəri Məhəmmədin həyatından nümunələr verən ənənə. Sünnə islam hüququnun (fiqh) Qurandan sonra ikinci mənbəyidir və onunla sıx bağlıdır. Ənənəçilər üçün Məhəmməd peyğəmbərin sünnəsinə əməl etmək müsəlmanın həyatının əsas məzmunudur. Müsəlmanların dini təhsilinin mühüm hissəsi sünnənin öyrədilməsidir. Heç bir islam hüquqşünası (fəqih) sünnədən kifayət qədər biliyə malik olmadıqda islam hüququ sahəsində nüfuz sahibi sayıla bilməz. Пиотровский М. Б. ас-Сунна // Ислам: энциклопедический словарь / Отв. ред. С. М. Прозоров. — М. : Наука, ГРВЛ, 1991.
Sünnət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnəti Yaşayış məntəqələri Sünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Ünəş
Ünəş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ünəş kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Cengiz Ündər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur. O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir. 14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır.
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], Konstantinopol – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.
Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Donex
Balakənd, Doveğ — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Qazax rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Toponim «kiçik» mənasında işlənən bala və «yaşayış məntəqəsi» mənasında işlənən kənd sözlərinin birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Qeyrirəsmi olaraq kəndin adı dəyişdirilib Doveğ qoyulmuşdur. == Əhalisi == 1930 - cu ilə qədər azərbaycanlılar yaşamışdır. 1930 - cu ildən sonra azərbaycanlılar qovulmuş, kəndə ermənilər yerləşdirilmişdir.
Cenk Ünnü
Cenk Ünnü (d. 1967) – Türkiyə musiqiçisi. Pentagram adlı qrupun təbilçisi və qurucusudur. == Həyatı == 1967-ci ildə İstanbulda doğulub böyümüş, İstanbul Universitetinin ədəbiyyat fakultəsini bitirmişdir. 1987-ci ildə Hakan Utangaç ilə birlikdə Pentagram qrupunu qurmuşdur. Evlidir, Arda və Öykü adında uşaqları var.
UNEC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
UNIX
Unix (ing. Unix) — 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Yeni ƏS – UNICS (UNIplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı. Bu əməliyyat sisteminin əsasıda Massaçusets Texnologiya İnstitutu (MİT), AT&T, Bell Labs və GE-nin bir yerdə istehsal etdikləri Multics və Unicse dayanır. Unix-in ilk versiyası Assembler dili ilə yazılmışdır və bu əməliyat sistemi sadəcə yazıldığı kompüterin özündə işləyirdi. Unix Əməliyyat Sistemi 1973-cü ildə C proqramlaşdırma dili ilə yenidən yazılmışdır. AT&T Bell Labs Unix-i Novell-ə satdı, 1994-cü ildə də Novell Unix markasını bugünkü sahibi The Open Group-a verdi. Unix çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. Unix əməliyyat sisteminin sağlamlığı bir çox yerlərdə test edilmiş və davamlı bir sistem olduğu təsdiq edilmişdir. Unix çox istifadəçi eyni vaxtda birdən çox işi görəbildiyi üçün xüsusiylə çox prosesli serverlərdə istifadə olunur.
Ulex
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Sünnət-i Süfla (Xoy)
Sünnət-i Süfla (fars. سنت سفلي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Sünnət-i Ülya (Xoy)
Sünnət-i Ülya (fars. سنت عليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Bunner Bacıları
Amerikalı yazıçı Edit Varton tərəfindən qələmə alınan roman. == Məzmun == "Bunner Bacıları" (Bunner Sisters) -məşhur amerikan yazıçısı Edit Varton tərəfindən qələmə alınmış qısa bir romandır. Əsər, ilk dəfə 1916.cı ildə nəşr olunub. Romanda, "Ann Eliza" və "Evelina" adlı iki bacının kədərli həyatları ələ alınır. Nyu Yorkun kənar bir qəsəbəsində əlişi dükanında çalışan iki bacı sadə bir həyat sürürlər. Onların monoton həyat gedişatı, böyük bacı Ann Eliza'nın, Evelina'nın ad günü üçün hədiyyə bir saat almağı ilə dəyişir. Belə ki, bu səbəblə dükançı "Herman Ramy" adlı ortayaşlı şəxslə rabitələri sıxlaşır və bir gün Ramy Ann Eliza'ya ailə qurmağı təklif edir. Lakin, xislət baxımından kiçik bacısına ana münasibəti göstərən Ann Eliza, bacısının saatcıya olan fikrini bildiyi üçün təklifi rədd edir və alatoranlıq həyatlarına açılan ən zəif xoşbəxtlik qapısını belə Evelina'ya çevirir. Lakin, saf niyyətlə etdiyi bu iş, Evelina üçün heç də xoşbəxtlik gətirmir. Belə ki O, Ramy'i ilə evlənərək bacısından ayrılır və Ann Eliza ondan uzun zaman xəbər ala bilmir.
Cengiz Ünder
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur. O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir. 14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır.
Cypseloides senex
Cypseloides senex (lat. Cypseloides senex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin amerika uzunqanadı cinsinə aid heyvan növü.
Gilerme Nunes
Gilerme Nunes kimi də tanınan Gilerme Nunes da Silva (12 iyul 1998) — Braziliya təmsilçilərindən olan "Qremio Brazil" klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusu. == Klub karyerası == Nunes Riu-Qrandi-du-Sul ştatının Novo Hamburqo bölgəsində anadan olmuşdur. Gilerme 2014-cü ildə yerli İvoti/Qlobalfut klubundan Santos klubunun akademiyasına cəlb olunmuşdur. 5 noyabr 2015-ci ildə o, klub ilə üç illik peşəkar müqavilə imzalamışdır. 3 fevral 2018-ci ildə Gilerme Nunes baş məşqçi Jair Venturanın istəyi ilə əsas komandaya dəvət almışdır. O, peşəkar karyerasında debütünü on beş gün sonra Kampeonato Paulista liqasında San-Paulu klubuna qarşı oyunda etmişdir. O, Conatan Kopeteni əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 16 sentyabr 2015-ci ildə Gilerme Nunes FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır. O, növbəti il U-20 yığmasına çağırılmış, Yay Olimpiya Oyunlarına gedəcək heyəti müəyyən etmək keçirilən məşqlərdə iştirak etmişdir.
Index Kewensis
Índex Kewénsis (qısaca IK, ing. Kew Index) — 1893-cü ildə Cozef Huker tərəfindən əsası qoyulmuş və indiyə qədər Kyu kral botanika bağları (İngiltərə) tərəfindən nəşr olunan botanik adlandırma məlumat kitabçası.
Marie Under
Marie Under (est. Marie Under 27 mart 1883[…], Revel – 25 sentyabr 1980[…], Stokholm) — Eston, rus, isveç şairəsi və tərcüməçisi. == Bioqrafiyası == Maria Under 25 sentyabr 1883-cü ildə müəllim ailəsində anadan olur. Valideynləri Hiyumaa adasından idi. 1891–1900-cü illərdə Reveldəki xüsusi alman qadın məktəbində oxuyur. 1902-ci ildə evlənir və 1906-cı ilə qədər yaşadığı Moskvaya yollanır. Bundan sonra Revelə qayıdır. On dörd yaşında şeir yazmağa başlayır. Alman dilində yazdığı şeirlərini yaxın dostu, eston sənətçisi Ants Laykmaaya təqdim edir. Laykmaa şairi estonca yazmağa həvəsləndirir.
Markos Nunes
Markos Nunes (7 yanvar 1961) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Markos Nunes Çilini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Markos Nunes Çilini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Siqrid Unset
Siqrid Unset (dan. Sigrid Undset; 20 may 1882[…] – 10 iyun 1949[…], Lillehammer, Norveç) — danimarka-norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1928). Norveç yazıçısı Siqrid Unset Danimarkada doğulmuşdu. Məşhur Norveç arxeoloqu İnqvald Martin Unsetin üç qızından ən böyüyü idi. İki yaşı olanda ailə atasının Arxeologiya muzeyinin direktoru kimi çalışdığı Osloya qayıtmışdı. Gələcək yazıçının uşaqlıq illəri bu muzeyin eksponatları arasında keçmişdi. Onun başqa bir sevimli məşğuliyyəti isə Norveç saqalarını oxumaq idi. Siqridin 11 yaşı olanda atası ölmüşdü. Ailənin ağır maddi vəziyyəti yeniyetmə qızı gimnaziyadan kommersiya məktəbinə dəyişilməyə, 17 yaşında isə Oslodakı alman şirkətlərindən birində katibə kimi işə düzəlməyə məcbur etmişdi. Siqrid burada uzun müddət qalacağını düşünmürdü.
Urnes kilsəsi
Urnes kilsəsi — Norveçin Soqn of Fiyordu vilayətinin Luster bələdiyyəsində yerləşən taxta kilsə. Urnes kilsəsinin tikilməsinə 1050-ci illərdə başlanmış və XIII əsrdə tamamlanmışdır. Norveçdə təqribən 30 ədəd bu cür taxta kilsələrin içində ən qədim olanıdır. Norveç XI əsrin əvvəllərində Müqəddəs Olav hökmdarlığı dövründə Xristiyanlıqla tanış olmuşdur. Kilsələr klassik dini tikililərin planları daxilində taxtadan inşa edilmişdir. Dənizçilik sahəsində məşhur olan norveçliləri təsirləndirmək məqsədiylə kilsələri bir Vikinq qayığı tərzində inşa edərək insanların öz qayıqları içində ibadət edirlərmiş hissinə sahib olmalarına çalışılmışdır. Kilsələrin damları Skandinaviya ölkələrində yayğın inşaat texnikalarından birisi olan padavra ilə örtülmüşdür (əksərən küknar və ladin ağaçlarından əldə edilən, dam örtüyü olaraq istifadə olunan incə taxta). Kilsələrin bağçaları isə çox vaxt kiçik bir məzarlıq olaraq düzəldilmişdir. Norveçdə yerləşən 30 ədəd taxta kilsədən Borqund, Hopperstad və Heddal kilsələri büyük, Torpo və Anderdal kimiləri isə olduqca kiçikdir. Urnes kilsəsi bu tərzdəki tikililəri xatırladan xüsusiyyətlərə malikdir.
Urnək (Xaybulla)
Urnək kəndi (başq. Үрнәк) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Əbeş kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Urnək kəndinin milli tərkibi: başqırdlar 99 % Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Böyük Əbeş): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 105 km. Farzana Fatihovna Akbulatova (1 fevral 1960) — Basşqırd yazıçısı, jurnalist, Başqırdıstan Yazarlar Birliyinin üzvü (1995), Rusiya Yazıçılar Birliyinin üzvü, Başqırdıstan Jurnalistlər İttifaqının üzvü (1999), Ş Babiç adına görə ədəbi mükafat laureatı (1996). Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Enner Valensiya
Enner Valensiya (4 noyabr 1989[…], San-Lorenso[d]) — Türkiyə Super Liqasında çıxış edən Fənərbaxçanın futbolçusu.
Dino Runner
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Euphemia Steele Innes
Jufimia Steele Innes (26 fevral 1874, Panbride[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 9 may 1955, Nyuinqton[d]) — Şotlandiyalı tibb bacısı idi.21-il İngiltərənin Yorkşir əyalətinin West Riding əyalətindəki Lidsdəki Lids Ümumi Klinikasında matron vəzifəsində çalışmışdır. 1916-cı ildə Birinci Dünya Müharibəsində Ərazi Qüvvələr Tibb bacısı Xidməti ilə xidmətlərinə görə 1-ci dərəcəli Kral Qırmızı Xaç ilə təltif edilmiş ilk tibb bacısıdır. İnnes Şotlandiyanın Azad Kilsəsi nazirinin qızı idi. O, Lids Universitetində təhsil alıb və əsasən Leeds General Infirmary-də (LGI) tibb bacısı, matrona köməkçisi və sonra matrona kimi işləyib. Universitetdə tibb bacıları üçün rəsmi diplom imtahanlarına başlamazdan bir qədər əvvəl, 1921-ci ildə Lids Universitetinin ilk Tibb bacısı Diplomu (DN) ilə təltif olunanda o, LGI-də matron idi. Birinci Dünya Müharibəsi zamanı İnnes, Lids, Beckett Parkda yerləşən 2-ci Şimal Ümumi Xəstəxanasında baş həkim idi. Vəzifəsinə görə Müharibə İdarəsi tərəfindən qəbul edilmiş bütün Lids xəstəxanalarının işçi heyəti üçün məsuliyyətini daşıyırdı. İnnes Lids Reviri Tibb Bacıları Liqasını qurdu və onun Böyük Britaniya və İrlandiyanın Təlimli Tibb Bacıları Milli Şurası ilə əlaqəsinə nəzarət etdi. O, müxtəlif digər tibb bacıları müəssisələrinin üzvü olmaqla yanaşı, Kraliça Alexandra Ordusu Tibb bacıları Şurasının üzvü idi. == Xülasə == Euphemia Steele Innes (Panbride 26 fevral 1874 — Nyuinqton 9 may 1955) Şotlandiya Azad Kilsəsinin naziri Ceyms İnnes, (1832 – 28 oktyabr 1894) və Elizabethin böyük qızı idi.
Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır
Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır (ing. Shriek If You Know What I Did Last Friday the Thirteenth) — 2000-ci ildə istehsal olunmuş parodiyalı komediya filmidir. Film Qışqırıq, "Mən bilirən, siz keçən yay nə etmisiniz" Texas qətliamı, Hellovin, "Kristina" və Cümə, ayın 13-ü kimi qorxulu filmləri parodiya edir. Bu film Çox qorxulu kino filmi ilə eyni ildə çəkilmişdir. Lakin ona nisbətən gec başa çatmışdır. Filmlərin mövzularında bənzərliklər vardır. Filmin mövzusu Çox qorxulu kino filminə nisbətən daha gülməlidir.