Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astarı üzündən baha (film, 1986)
Özündən getmə
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Yer üzündə iki nəfər (balet)
Yer üzündə iki nəfər (ru. Двое на этой Земле) — Arif Məlikovun "Metamorfozalar" simfonik poeması əsasında qurulmuş haqqında birpərdəli baleti. Libretto Robert Rojdestvenskiyə məxsusdur. Baletmeyster O. Vinoqradovdur. İlk dəfə 1969-cu ildə Mariinskiy teatrda səhnəyə qoyulub. İlk baxışdan sevgi və ruhən birləşmək haqqındadır. Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Музыковед Айтен Ибрагимова: Ариф Меликов - яркая личность современности.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Sən Gedən Gündən
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən gedən gündən (albom)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
İş günündən sonra (film, 1983)
Film Sumqayıtın sanatoriya-profilaktoriyalarında peşə xəstəliklərinin müalicəsi sahəsində görülən işlərdən bəhs edir.
Sən Gedən Gündən (Zülfiyyə Xanbabayeva albomu)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Ququ quşu yuvasının üstündən uçarkən (film, 1975)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Ququ quşu yuvasının üstündən uçarkən (film 1975)
Uzundağ
Uzundağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1109,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (hünd. 3825,9 m) cənub-qərbə ayrılan Girdəni qolunun qurtaracağında zirvə. Düylünçayla Vənəndçayın suayırıcısında, Vənənd kəndindən 1,3 km qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir.
Uzundərə
Uzundərə (rəqs)
Uzundaş (Soyuqbulaq)
Uzundaş (fars. اوزون تاش‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 371 nəfər yaşayır (45 ailə).
Uzundərə (Ağdam)
Uzundərə — Azərbaycanın Ağdam rayonunda, Ağdam şəhərinin mərkəzindən 6 km məsafədə yerləşən, keçmiş Sovet ordusuna məxsus hərbi baza və döyüş poliqonu ərazisi. 1993-cü ildən 2020-ci ilə qədər işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunmuşdur. SSRİ dövründə burada SSRİ Müdafiə Nazirliyinin Zaqafqaziya Hərbi Dairəsinin artilleriya döyüş sursatlarının anbarı və SSRİ Ordusunun 44060 nömrəli bazası yerləşirdi. Bu hərbi anbarda 728 vaqon artilleriya sursatı, 245 vaqon reaktiv mərmi, atıcı silah üçün 131 vaqon güllə saxlanılırdı. Bu sursatlara güllələr, qumbaralar, 76 mm-dan 152 mm-a kimi artilleriya mərmiləri, tank mərmiləri, Qrad və Smerç RYAS üçün raketlər, beş BMP-1, beş ədəd 110 mm doludağıdan mərmilər daxil idi. 1990-cı ilin yanvarın 13-də bazaya hücum təşkil edildi. Sovet əsgərləri ilə baş verən silahlı qarşıdurmada hücum edən 6 nəfər həyatını itirdi. 15 yanvarda baş verən növbəti hücumda bir sovet əsgəri yaralandı. Yanvarın 18-dən 19-na keçən gecə bazaya yeni bir hücum edildi. Sovet əsgərləri hücum edənlərin avtomobilinə atəş açaraq onu partlatdılar, qarşıdurmada həmçinin bir Sovet əsgəri də yaralandı.
Uzundərə (rəqs)
Uzundərə — Azərbaycanın qədim xalq rəqslərindən biri. Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər. Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər. O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə "gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın" deyilir. Beləliklə də, "Uzundərə" oyun havası yaranır.
Uzundərə xalçaları
Uzundərə xalçası
Aşağı Uzundərə (Soyuqbulaq)
Aşağı Uzundərə (fars. اوزون دره سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (41 ailə).
Yuxarı Uzundərə (Soyuqbulaq)
Yuxarı Uzundərə (fars. اوزون دره عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (22 ailə).