Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elektromaqnit şüalanması
Elektromaqnit şüalanması (ing. Electromagnetic radiation, rus. Электромагнитное излучение) — elektrik və maqnit sahəsinin komponentlərini ilə özünü saxlayan enerjidir. Elektromaqnit şüalanması tez-tez "işıq", EM, EMR və ya elektromaqnit dalğaları kimi adlandırılır. Elektromaqnit enerji dalğalarda hərəkət edir və çox uzun radio dalğalarından çox qısa qamma şüalarına qədər geniş bir spektri əhatə edir.
İstilik şüalanması
İstilik şüalanması — temperaturu mütləq sıfırdan fərqli olan istənilən cisim elektromaqnit dalğaları şüalandırır. Belə şüalanma həmin cismin istilik enerjisinin ehtiyatı hesabına baş verir. Şüalanan cismə kənardan əlavə enerji verilmədiyi halda onun enerji ehtiyatı azaldığından temperaturu get-gedə aşağı düşür. Digər tərəfdən, bu şüalanma hər hansı cisim tərəfindən udulduqda onun istilik enerjisi ehtiyatını artırır - cisim qızır. Elə bunlara görə də həmin şüalanma istilik şüalanması, yaxud temperatur şüalanması adlanır. İstilik şüalanması bütün digər növ şüalanmalardan fərqli olaraq tarazlıqlı şüalanmadır. Kimyəvi reaksiyalar nəticəsində meydana gələn şüalanma müstəsna olmaqla bütün şüalanma növlərində şüaburaxma, sistemin həyəcanlanmış haldan əsas hala keçməsi nəticəsində baş verir. İstilik şüalanmasını digər növ şüalanmalardan, məsələn lüminesensiyadan fərqləndirən cəhət şüalanma nəticəsində sistemin itirdiyi enerjinin yerini doldurma (şüalanma mənbəyini həyəcanlanmış hala gətirmə) mexanizmidir. İstilik şüalanması zamanı həyəcanlanmış hala keçmə istilik hərəkəti hesabına toqquşan hissəciklərin (atom və molekulların) öz enerjisinin müəyyən hissəsini digər hissəciklərə verməsi nəticəsində baş verir. İstilik şüalanmasının xarakteri haqqında təsəvvür əldə etmək üçün divarı elektromaqnit dalğalarını keçirməyən qapalı qab daxilində müxtəlif temperaturlu iki cisim fərz edək.
İşıq şüalanması
Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıqlanma sahəsində havanın işıqlanma müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qədər davam edir. İşıq şüasının əsas məhvedici təsiri ona əsaslanır ki, müxtəlif örtüklər və bədən quruluşları işıq enerjisini udmağa və qızmağa qadirdirlər. Buna görə işıq şüalarının təsiri nəticəsində müxtəlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və buxarlanma halları baş verir. İşıq şüalanması — nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm-nə, şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. İşıq şüalanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif dərəcəli yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər: – birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir; – ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir; – üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir; – dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir.
Kosmik fon şüalanması
Kainatın fon şüalanması Yerə yaxın mənbələr (Yer atmosferi, Qalaktika şüalanması və s.) tərəfindən təhrif olunmayan elektromaqnit şüalanmasıdır. Geniş görüş sahəsinə malik cihazlar kosmosa – qalaktikalararası mühitə çıxarıla bilsəydi, fon şüalanmasını qeyd edə bilərdi. Bu iş hələlik praktikada mümkün olmadığı üçün astronomlar KFŞ-nı yerüstü və atmosferdənkənar cihazlarla müşahidə edirlər. Ona görə də fon şüalanmasının onun diffuz (səpilən) komponentindən ayrılması çox çətin bir məsələdir. == Tədqiqi == Kosmik fon şüalanması tədqiq olunması böyük elmi əhəmiyyət daşıyır, çünki o bütün Kainatı dolduran şüalanmadır. Bundan başqa, Kosmik fon şüalanması bir çox ayrılmaz diskret mənbələrin şüalanması haqqında informasiya verə bilir, bu da belə mənbələrin xassələrini öyrənməyə imkan yaradır. Kosmik fon şüalanmasının tədqiqində ilk problem optik diapazonda gecə səmasının parlaqlığının öyrənilməsi olmuşdur. Bununla əlaqədar olaraq elm tarixinə «Olbers paradoksu» (1826-ci il) kimi daxil olan sadə kosmoloji test formalaşmışdır: sonsuz bircins qərarlaşmış Kainatda istənilən görüş şüası bizə ulduzun səthini göstərməlidir. Başqa sözlə, bütün səma Günəş diskinin parlaqlığı qədər parlaqlığa malik olmalıdır. Aydındır ki, bu təsəvvürlər bizim gündəlik həyatda rastlaşdığımız hadisələrlə ziddiyyət təşkil edir – səmanın parlaqlığı optik diapazonda çox kiçikdir.
Kosmik mikrodalğalı fon şüalanması
Kosmik mikrodalğa arxa plan şüalanması (qısaca: şüalanması və ya fon radiasiyası) - 1965-ci ildə kəşf edilən bütün kainatı dolduran bir elektromaqnetik dalğa formasıdır. 2.725 Kelvin istiliyindəki qara obyektin termal şüalanmasını əhatə edən 160.2 GHz tezliyində və 1.9 mm dalğa boyunda olduğu COBE peyki tərəfindən hava kürə xaricində həssas olaraq ölçülmüşdür. Fon şüalanması, kainatın ən uzağından, yəni, ən qədim keçmişindən gəldiyi düşünülən elektromaqnetik şüalanmadır. Bu işığı bir çox radio astronom və fizikaçı Böyük Partlamanın ən böyük dəlili hesab edirlər. == Tarixi == 1948-ci ildə Corc Qamou, Ralf Alper və Robert Herman tərəfindən varlığı nəzəri olaraq qarşıya qoyulmuş və 5 Kelvin istiliyində bir quru obyektin yaydığı şüalanma ilə eyni dalğa boyunda olması lazım olduğu hesab edilmişdi. 1960-cı ildə radio astronomlar bu dalğa boyunda işığı fərqinə vardıqlarından ilk əvvəl antenalerdeki quş pisliklərindən qaynaqlanan bir elektrik parazit olduğundan şübhələndilər və təmizlik edib ölçmələri tekrarladılar. Təkrarən eyni zamanda başqa astronomlar da kəşf etdi və məqalələrində nəşr etdi. NASA tərəfindən atmosfer şərtlərindən təsirlənmədən doğru ölçüm etməsi üçün bu işə xüsusi COBE (COBE: Cosmic Background Explorer - kosmik arxa plan araşdırıcısı) peyki kosmosa göndərildi. == Xarici keçidlər == Дж.Ф. Смут - Анизотропия реликтового излучения: открытие и научное значение (Успехи Физических Наук (УФН) Т.177 2007, № 12, Нобелевская лекция по физики - 2006 Рус. яз.
İşıq şüalanması (zərərverici amil)
Nüvə partlayışının işıqlanma sahəsi – işıq şüasının mənbəyi adlanır. Onun əsasını közərmiş hava və müəyyən miqdarda közərmiş partlayış məhsulları təşkil edir. İşıqlanma sahəsində havanın işıqlanma müddəti əsasən nüvə partlayışının gücündən asılı olaraq bir saniyədən bir neçə on saniyəyə qədər davam edir. İşıq şüasının əsas məhvedici təsiri ona əsaslanır ki, müxtəlif örtüklər və bədən quruluşları işıq enerjisini udmağa və qızmağa qadirdirlər. Buna görə işıq şüalarının təsiri nəticəsində müxtəlif sahələrin səthində alışma, yanma, kömürləşmə, ərimə və buxarlanma halları baş verir. İşıq şüalanması — nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər kv. sm-nə, şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur və KC/m² ölçülür. İşıq şüalanması yaşayış məntəqələrində və meşələrdə kütləvi yanğınlar törədir, insan bədənində isə müxtəlif dərəcəli yanıqlar əmələ gətirir. İşıq impulsunun miqdarından asılı olaraq insanlar 4 növ yanıqlar ala bilər: – birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin qızarması baş verir; – ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu zaman dəridə suluqların əmələ gəlməsi baş verir; – üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və bu zaman dərinin ölməsi baş verir; – dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ gəlir və bu zaman damarların və sümüklərin yanması baş verir.
Kosmik mikrodalğa arxa plan şüalanması
Kosmik mikrodalğa arxa plan şüalanması (qısaca: şüalanması və ya fon radiasiyası) - 1965-ci ildə kəşf edilən bütün kainatı dolduran bir elektromaqnetik dalğa formasıdır. 2.725 Kelvin istiliyindəki qara obyektin termal şüalanmasını əhatə edən 160.2 GHz tezliyində və 1.9 mm dalğa boyunda olduğu COBE peyki tərəfindən hava kürə xaricində həssas olaraq ölçülmüşdür. Fon şüalanması, kainatın ən uzağından, yəni, ən qədim keçmişindən gəldiyi düşünülən elektromaqnetik şüalanmadır. Bu işığı bir çox radio astronom və fizikaçı Böyük Partlamanın ən böyük dəlili hesab edirlər. == Tarixi == 1948-ci ildə Corc Qamou, Ralf Alper və Robert Herman tərəfindən varlığı nəzəri olaraq qarşıya qoyulmuş və 5 Kelvin istiliyində bir quru obyektin yaydığı şüalanma ilə eyni dalğa boyunda olması lazım olduğu hesab edilmişdi. 1960-cı ildə radio astronomlar bu dalğa boyunda işığı fərqinə vardıqlarından ilk əvvəl antenalerdeki quş pisliklərindən qaynaqlanan bir elektrik parazit olduğundan şübhələndilər və təmizlik edib ölçmələri tekrarladılar. Təkrarən eyni zamanda başqa astronomlar da kəşf etdi və məqalələrində nəşr etdi. NASA tərəfindən atmosfer şərtlərindən təsirlənmədən doğru ölçüm etməsi üçün bu işə xüsusi COBE (COBE: Cosmic Background Explorer - kosmik arxa plan araşdırıcısı) peyki kosmosa göndərildi. == Xarici keçidlər == Дж.Ф. Смут - Анизотропия реликтового излучения: открытие и научное значение (Успехи Физических Наук (УФН) Т.177 2007, № 12, Нобелевская лекция по физики - 2006 Рус. яз.
Ayağın sarınması
Ayağın bağlanması inkişafını dayandırmaq üçün gənc qızların ayağının ağrı verici şəkildə sıx bağlanmasıdır. Bu ənənə Çin imperiyasının beş sülalə və on krallıq dövründə (X və ya XI əsrdə) yuxarı sinif saray rəqqasları arasında əmələ gəlmiş ola bilər, ancaq Sun sülaləsi dövründə yayılıb və axırda ən aşağı sinif istisna olmaqla hər kəs arasında adi hala çevrilib. Ayağın bağlanması statusu göstərmək vasitəsi kimi populyar oldu (varlı ailələrin qadınlarının işləməsinə ehtiyac yox idi və bu qadınlar öz ayaqlarını bağlanmış vəziyyətə sala bilərdilər) və Çin mədəniyyətində gözəlliyin simvolu kimi mənimsənildi. Tzin sülaləsinin imperatoru Qanqxi 1664-cü ildə ayağın bağlanması adətini qadağan etməyə çalışdı, ancaq uğursuzluğa düçar oldu. 1800-cü illərdə çinli islahatçılar bu ənənəyə qarşı mübarizə apardılar, ancaq ənənənin yavaş-yavaş aktuallığını itirməsi XX əsrin əvvələrində başladı. Bunun səbəbi bir az sosial vəziyyətin dəyişməsi, bir az da ayağın bağlanması əleyhinə edilən kompaniyalar idi. Ayağın bağlanması subyektlərinin çoxunda həyatları boyu davam edən əlilliyə səbəb olur və müasir dövrdə hələ də bəzi yaşlı çinli qadınlar bağlanmış ayaqları ilə əlaqədar əlilliklərlə yaşayır.
Sikkələrin dəyərinin aşağı salınması
Sikkələrin dəyərinin aşağı salınması, qiymətli metalların içərisinə daha az qiymətli olanları əlavə edərək həqiqi dəyərinin azaldılması prosesidir. Beləliklə də, üzərində yazılan dəyəri eyni qalsa da, faktiki dəyəri azalır. Məsələn, qızıl üçün "Ayar" anlayışına daxil olan xarici metalların nisbətini də ifadə edir. Ayar nə qədər yüksək olarsa, qızılın nisbəti də bir o qədər yüksəkdir. (24 ayar ən yaxşı keyfiyyətdir.) Qızıla adətən mis əlavə edilir. Ancaq bu vəziyyət, qızılın rəngini dəyişərək qırmızıya çevrilməsinə səbəb olur. Dəyəri aşağı salınmış olan Sikkələrin əsl dəyəri bu gün nəzərə alınmır. Çünki onlar nisbətən dəyərsiz metallardan hazırlanırlar. Əhəmiyyətli olan onun üzərindəki nominal dəyərdir. Osmanlı İmperiyasında XIX əsrə qədər metal pul və sikkələrdən istifadə edilmişdir.
Daş-kömür daşınması (film, 1907)
Üzümlüklərin salınması və becərilməsi (film, 1974)
Film Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi ilə əlaqədar yeni-yeni üzümlüklərin salınması və aqrotexnikanın düzgün tətbiqi haqqındadır. Film Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin sifarişi ilə çəkilmişdir.
Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946)
Filmin ayrı-ayrı epizodları Təbrizdə, Xoyda çəkilmişdir. Kinolentdə Sovet ordusu hissələrinin təntənə ilə İrandan Vətənə yola salınması mərasiminə həsr olunmuşdur. Rejissor: M.Slavinskaya Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Əlibala Ələkbərov Musiqi Tərtibatı: D.Blok Səs operatoru: D.Ovsyannikov Montaj Rejissoru: M.Slavinskaya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.
Bakıda tramvay yolunun salınması və yolun açılışı (film, 1924)
Bakıda tramvay yolunun salınması və yolun açılışı qısametrajlı sənədli filmi 1924-cü ildə AFKİdə istehsal edilmişdir. Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == Məzmun == Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 27.