Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Çığırtma plov
Qiymə-çığırtma plov
Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
Siqma
Σ, σ, ς (siqma, yun. σίγμα) — yunan əlifbasının 18-ci hərfi. Finikiya əlifbasındakı ("şin") hərfindən törənmişdir. Siqmanın iki cür əlyazması forması var: başlanğıcda və sözlərin ortasında σ kimi yazılır, sonda ς kimi yazılır. İbtidai təlim zamanı yunan kitablarında çətin nişanların yerinə Σ, σ, ς işarələrindən istifadə edilirdi. Bu siqmanın bədii şəkli-"sigma lunata" adlanır. Σ hərfindən istifadə edilir: riyaziyyatda — Cəm. afrika əlifbasında 1928-ci ildən, həmçinin afrika etalon əlifbasında 1978-ci ildən 1982-ci ilə qədər Ʃ böyük simvolundan istifadə olunurdu ("eş", sətri variantı (əlyazma) — ʃ). σ əlyazması istifadə edilir: ehtimallar nəzəriyyəsi və riyazi statistikada — orta kvadrat kök (dispersiyadan kvadrat kök); ədədlər nəzəriyyəsində — ədədlərin bölənləri cəminin funksiyası σ ( n ) {\displaystyle \sigma (n)} . fizikadə — müəyyən keçiricilik qabiliyyəti, gərginliklərin tenzoru, səthi dartınmanın əmsalı və ya mexaniki gərginlik; kimyada — Qammet tənliyinin və kovalent birləşmənin sabiti.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar. Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar.
Ligularia sagitta
Ligularia sagitta (lat. Ligularia sagitta) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Yelena Tsıqitsa
Yelena Tsıqitsa (d. 8 aprel 1975) — Ukraynanı təmsil edən həndbolçu. Yelena Tsıqitsa Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Ami Suqita
Ami Suqita (d. 14 mart 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 2 qol vurub.
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Altı siqma
Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir.
Rene İgita
Rene İquita — Kolumbiyalı futbolçu Oyunlar zamanı tez-tez qoruduğu qapını tərk edərək, rəqib qapısında qol arayan Rene İquita müxtəlif klubların heyətində 235 matçda 30, yığmada isə 68 görüşdə 8 qol vurub. O, Kolumbiyanın 8 klubundan əlavə, "Valyadolid" (İspaniya), "Verakruz" (Meksika), "Aukas" (Ekvador) və Quaros" (Venesuela) komandalarının da formasını geyinib. Qabarıq qıvrım saçları və cəsur qurtarışları ilə tanınan Rene İquita daha çox 1990-cı il dünya çempionatında məşhurlaşıb. İquita həmin Mundialın ¼ final matçında cərimə meydançasından təqribən 20 metr irəlidə topla oynarkən, kamerunlu Roje Millanı da keçməyə çalışıb. Lakin bu vaxt Milla topu ələ keçirərək, boş qapıdan keçirib. Nəticədə 1:2 hesabı ilə uduzan Kolumbiya mübarizəni dayandırıb. Sonra da İquita "Uembli" stadionunda İngiltərə yığması ilə yoldaşlıq görüşündə şou göstərib. O, üstünə gələn və əlləri ilə rahatca tuta biləcəyi topu qapı xətti üzərində gövdəsini irəli verərək, topuqları ilə uzaqlaşdırıb. Bu vaxt bədəninin aldığı fiqurla əlaqədar bu hərəkəti futbol dünyasında "Əqrəb zərbəsi" adlandırılıb. David Ospina bu barədə belə demişdir: "Onun bu hərəkəti illər keçsə də unudulmayacaq.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)