Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəhrizə
Kəhrizə-i Əliağa (Bükan)
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Kəhrizə-i Mahmudağa (Bükan)
Kəhrizə-i Mahmudağa (fars. كهريزه محموداقا‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,187 nəfər yaşayır (247 ailə).
Kəhrizə-i Şeyxan (Soyuqbulaq)
Kəhrizə-i Şeyxan (fars. كهريزه شيخان‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (89 ailə).
Kəhrizə-i Şəkək (Sulduz)
Kəhrizə-i Şəkək (fars. كهريزه شكاك‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (36 ailə).
Kəhrizə-i Əliağa (Bükan)
Kəhrizə-i Əliağa (fars. كهريزه علي اقا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (28 ailə).
Kəhrizə-i Əlibəyazıd (Soyuqbulaq)
Kəhrizə-i Əlibəyazıd (fars. كهريزه علي بايزيد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şəhrivər
Şəhrivər (fars. شهریور‎) — İran və Əfqanıstanın rəsmi təqviminin altıncı ayı. Şəhrivər ayında 31 gün var. Bu ay avqust ayında başlayıb sentyabr ayında sona çatır. Şəhrivər yayın üçüncü ayıdır.
Şəhrizadə
Söyləməzoğlu Şəhrizadə Kamali Səhaməttin qızı (d. 3 sentyabr 1952, Ankara, Türkiyə Respublikası) — müğənni, xanəndə, xeyriyyəçi, caz musiqiçisi və mahnı bəstəçisidir. Şəhrizadə Kamali Söyləməzoğlu 1952-ci il 3 sentyabrda Ankara şəhərində ziyalı ailəsində anadan olub. Atası "Mədən kralı" kimi tanınan Səhaməttin Kamali Söyləməzoğlu iş adamıdır. Anası məşhur, hörmətli Sevinc Tevs ilk türk caz müğənnisi olub. 1970-ci ildə Beyrut şəhəri Choueifat Beynəlxalq İngilis Kollecini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Türk, ingilis, fransız və ərəb dillərini öz ana dili kimi istifadə edir. Qüvvət komandiri general Süleyman Şefiq paşanın nəvəsidir. Ədhəm Pərtəv paşanın qardaşı olan Rumeli bəylərbəyi və Konya qubernatoru Əli Kamali paşa ulu babasıdır. Bibisi Pərizad Osmanlı İmperiyası şahzadəsi tituluna malik idir.
Şəhrizor
Şəhrizor (kürd. شاره‌زوور) — İraqda, Kürdüstan Regional Hökumətinin sərhədləri çərçivəsində, Süleymaniyyə şəhərinin qərbində, Cibal vilayətində münbit düzənlik. Region İran, İraq və Türkiyə arasındakı sərhəd ərazisinə düşür. Bu, Həvraman dağlarının qərbində yerləşir. Şəhrizor düzü Əhli-Haqq təliminə inananlar üçün müqəddəs və mübarək bir regiondur. Bu inanca görə, tanrı qiyamət günü bu regiona lütf verəcək. Şəhrizor adı Osmanlı türkcəsindəki "Şehr-i Zor" adından törəmiş sifətdir. Bu ad "şəhər" və "zor" sözlərinin birləşməsindən yaranmış, güclü, fəth edilməsi asan olmayan şəhər deməkdir. XII əsrdə yaşamış coğrafiyaşünas Yaqut əl-Həməvinin məlumatına görə, "zor" sözü bu şəhərin əsasını qoyduğu iddia olunan Zehəkin oğlu Zorun adından gəlir.
Kəhriz
Kəhriz və ya su lağımı (fars. كاريز‎) — arid zonalarda qrunt sularını, bəzi hallarda isə layarası suları toplamaq və öz axarı ilə yer səthinə çıxarmaq üçün yaradılmış yeraltı qurğu sistemidir. Su lağımını peşəkar kənkanlar qazır. Maili lağım (hündürlüyü 1–14 m, eni 0,5–0,8 m) şəbəkəsindən ibarət olan bu sistem müxtəlif dərinlikli şaquli quyular vasitəsilə birləşdirilir. Su lağımları bir-biri ilə şaquli quyuların vasitəsilə birləşdirilir. Əvvəlcə baş quyu(gümana quyusu),sonra isə qalan quyular qazılır. Baş və gümana quyusu bu quyuların ən dərini, eləcə də, ilk quyuları isə ən dayazı və sonuncusudur. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür Sistemə toplanan qurunt suları son quyunu keçməklə yer səthinə çıxır. Bəzən lağımın suyunu çoxaltmaq üçün su verən baş quyudan neçə istiqamətdə lağım atılır. Lağımın suyundan su təchizatında və suvarmada istifadə olunur.
Pəhriz
Pəhrizi müşahidə edərək, metabolik prosesləri asanlıqla normallaşdırmaq, immunitet sistemini gücləndirmək, həzm sistemini sabitləşdirmək və rifahı yaxşılaşdırmaq olar. Diyetoloqlar gündə ən azı 4 dəfə yeməyi məsləhət görürlər: kəsirli yeməklər metabolik prosesləri sürətləndirdiyi üçün arıqlamağa və bədəndəki artıq yağdan qurtulmağa kömək edir. Yemək arasındakı fasilələr orta hesabla 4–5 saat olmalıdır. Bundan əlavə, səhər yeməyi , nahar və şam yeməyi müddəti vacibdir. Beyinin yeməkdən 20 dəqiqə sonra toxluq siqnalı verməyə başladığı bilinir, buna görə də tələsməyin. Tələsik bir yemək həddindən artıq yeməyə səbəb ola bilər, çünki sadəcə doymuş olduğunuzu anlamaq üçün vaxtınız yoxdur. "Altıdan sonra yeməyin" qaydası arıqlayan qadınların ən böyük səhvlərindən biridir. Belə bir strategiya, bədənin aclıq hissi səbəbiylə daim stres yaşayacağına və nəticədə həddindən artıq ehtiyat yağının yığılmasına gətirib çıxaracaqdır. Həm sağlamlığınızı, həm də şəklinizi qorumaq üçün axşam yeməyinizdə proteinli qidalar yeməlisiniz, yağlar və karbohidratlardan, həzmi çətin olan qidalardan çəkinin. Ən yaxşısı, axırıncı yemək yatmadan əvvəl 3–4 saatdan gec olmasa.
Şəhrza
Şəhrza — İranın İsfahan ostanınında şəhər və Şəhrza şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 108,299 nəfər və 30,368 ailədən ibarət idi.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Atkins pəhrizi
Atkins pəhrizi — əsasən karbohidrata söykənən pəhriz. Atkins pəhrizi beyni kiçildir. Bundan başqa, bu pəhrizə davam edənlərin alzheimer xəstəliyinə tutulma riskləri də artır. Nyu-Yorkda olan “Mount Sinas” tibb mərkəzində aparılan araşdırmaya görə, zəngin karbohidrat pəhrizi saxlayanların beynində digər pəhriz saxlayanlarla müqayisədə 5 faiz ətrafında daralma baş verir. Yüksək karbohidrat beynin yaddaş hissəsinin inkişafına mane olur. Bu daralmanın nəticəsində alzheimer kimi xəstəliklər baş qaldıra bilir.
Bulaqbaşı kəhrizi
Bulaqbaşı kəhrizi — Sədərək rayonundakı eyniadlı kəndin şimalında kəhriz. == Ümumi məlumat == Sədərək əhalisi qədimdən bu içməli su mənbəyindən istifadə etmişdir. Sərhəd bölgəsində olduğundan ermənilər kəhrizi yararsız hala salmışlar. Kəhriz 1992-ci ildə onların atdığı top mərmilərindən dağıdılmışdı. 1997-1998-ci ildən başlayaraq BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının xüsusi proqramının həyata keçirilməsi ilə əlaqədar Bulaqbaşı kəhrizi əsaslı surətdə təmir və bərpa olunmuşdur. Sədərəyin müxtəlif məhəllələrini içməli su ilə təmin etmək məqsədilə 5 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, nasos stansiyası qurulmuş, 10 ədəd bulaq-abidə tikilib istifadəyə verilmişdir.
Bəhriyə Üçox
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Həmidə kəhrizi
Həmidə kəhrizi-hidronimi Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Həmidə kəhrizi hidronimi Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində qeydə alınıb. Bu kıhrizi dövrünün görkəmli ziyalısı, maarifçisi,xeyriyyəçi Həmidə xanım Cəlil Məmmədquluzadə (1873-1955) çəkdirdiyi üçün kəhriz də onun adı ilə adlandırılmışdır. Həmidə xanım görkəmli maarifçi, yazıçı, publisist Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır.
Kalbaəziz kəhrizi
Kаlbаəziz kəhrizi — İşıqlаr yаşаyış yеrinin şimаlındа yеrləşir. Hаzırdа kəhrizin üç quyusu fəаliyyət göstərir. Sоn vахtlаr təmir-bərpа işləri аpаrılsа dа quyulаr dоlmuş və suyun qаrşısı tutulmuşdur. Kəhrizin suyu minеrаl mənşəlidir. Kəhrizin çıхаcаğındаn bir qədər аrаlıdа iki kiçik süni göl yаrаdılmışdır. Lаkin kəhrizin suyu аzаldığındаn göllərdə su аzdır. Kəhrizi 18-19 əsrlərə аid еtmək оlаr.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şəhrizadə (müğənni)
Söyləməzoğlu Şəhrizadə Kamali Səhaməttin qızı (d. 3 sentyabr 1952, Ankara, Türkiyə Respublikası) — müğənni, xanəndə, xeyriyyəçi, caz musiqiçisi və mahnı bəstəçisidir. Şəhrizadə Kamali Söyləməzoğlu 1952-ci il 3 sentyabrda Ankara şəhərində ziyalı ailəsində anadan olub. Atası "Mədən kralı" kimi tanınan Səhaməttin Kamali Söyləməzoğlu iş adamıdır. Anası məşhur, hörmətli Sevinc Tevs ilk türk caz müğənnisi olub. 1970-ci ildə Beyrut şəhəri Choueifat Beynəlxalq İngilis Kollecini bitirərək bakalavr dərəcəsini qazanmışdır. Türk, ingilis, fransız və ərəb dillərini öz ana dili kimi istifadə edir. Qüvvət komandiri general Süleyman Şefiq paşanın nəvəsidir. Ədhəm Pərtəv paşanın qardaşı olan Rumeli bəylərbəyi və Konya qubernatoru Əli Kamali paşa ulu babasıdır. Bibisi Pərizad Osmanlı İmperiyası şahzadəsi tituluna malik idir.
Şəhrizadə Sepanlı
Şəhrizadə Sepanlı (3 iyul 1975, Tehran) — İranlı-Amerikalı müğənnidir. O, şair Məhəmmədəli Sepanlının qızıdır. O, Tehranda anadan olub və 1980-ci ilin ortalarında ABŞa mühacirət edib. Hazırda həyat yoldaşı və iki övladı ilə Los-Ancelesdə yaşayır.
Şəhrizadə Sipanlı
Şəhrizadə Sepanlı (3 iyul 1975, Tehran) — İranlı-Amerikalı müğənnidir. O, şair Məhəmmədəli Sepanlının qızıdır. O, Tehranda anadan olub və 1980-ci ilin ortalarında ABŞa mühacirət edib. Hazırda həyat yoldaşı və iki övladı ilə Los-Ancelesdə yaşayır.
Əlibəy kəhrizi
Əlibəy kəhrizi- Ordubad şəhərinin Təbriz küçəsində tarixi abidə. Kəhriz Əli bəy tərəfindən inşa edilmişdir.O,Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir.Abidənin pillələri kəhrizin axını xəttinə perpendikulyar istiqamətdə enir.Tez xarab olan ərzaq məhsullarını saxlamaq üçün xüsusi yer vardır.Onun divarları səliqəli şəkildə qazılmış,yalnız üst hissədə iri qaya parçası olduğu kimi saxlanmışdır.Abidənin plan üzrə uzunluğu 4.93 metr,eni 1.5 metr,yer səthindən dərinliyi 4.56 metrdir.Çıxışın yer səthindən hündürlüyü 1.9 metrdir.Onun suyundan içmək və məişət məqsədilə istifadə olunur.
Bəhruzə bəyim
Bəhruzə xanım və ya Bəhruzə Bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı. == Bioqrafiya == O, ehtimal ki kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuşdur Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi — "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.
Şəhrizad (roman)
Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı. Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır. Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır. “Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir.
Bəhruzə xanım
Bəhruzə xanım və ya Bəhruzə Bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı. == Bioqrafiya == O, ehtimal ki kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuşdur Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi — "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.
Fərizə Allahverdiyeva
İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990) və Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990)) — Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur. == Həyatı == === Erkən illəri === İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı. İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir.
Kəhriz (Bicar)
Kəhriz (fars. كهريز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 312 nəfər yaşayır (61 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Kəhriz (Miyanə)
Kəhriz (fars. كهريز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (35 ailə).
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Sərgizə (Marağa)
Sərgizə (fars. سرگزه‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,233 nəfər yaşayır (261 ailə).