Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Şatırlı (Bərdə)
Şatırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Şatırlı (Cəlilabad)
Şatırlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. Şatırlı oyk, sadə. Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə el arasında Şatır ləqəbi ilə tanınan şəxs və onun övladları salmışlar. Şatır sözü "çörəkbişirən, çörəkçi" kimi izah edilir. Rəvayətə görə isə, həmin şəxsin dizinin kündəsi (oynaq sümüyü) olmadığından ona bu ləqəb verilmişdir. Şatı- rın qəbri hazırda Şatır ocağı adı ilə tanınır və yerli dindar müsəlman əhalisinin sitayiş yerlərindəndir; Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi qədim dövrlərdə salınmışdır.
Şatırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Satirlər
Satirlər (q.yun. Σάτυροι) — Yunan mifalogiyasında meşə tanrıları. Bu varlıqlar çox tənbəl olub günlərini şərab içib, musiqi sədaları altında rəqs etməklə keçiridilər. Şair Hesiod satirlərin şərabı ilk hazırlayan olduqlarını və onların çox güclü seksual aktivliyə malik olduqlarını bildirirdi. Əfsanələrə görə dağlıq ərazilərdə yaşayır və heç bir zaman çimmirlərmiş. Çox hallarda satirlər insan bədənli, keçi ayaqlı təsvir edilir, lakin onlarla bağlı ilk mənbələrə nəzər salsaq görərik ki, satirlər tamamilə insan cildindədir, lakin sonrakı illərdə məhsuldarlıq iblislərinin görünüşündə dəyişikliklər baş vermiş və populyar görkəmlərini almışlar. Dəyişən yalnız xarici görünüş deyil, həmçinin xarakterləri idi. Satirlər yavaş-yavaş pozğun həyat mühitindən aralanmış daha təmkinli və mədəni varlıqlara çevrilmişlər. Bu proses Renesans dövründə daha sürətli getmişdir. Martin Uestin fikrincə satirlərin digər hind-avropa mifalogiyalarına təsiri böyük olmuşdur.
Stirlinq
Stirlinq (ing. Stirling, şot.kelt Sruighlea) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Sabirli
Sabirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nunn Çarhan i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində Alpout dağının yamacında yerləşir. Keçmiş adı Osmanbəyli olmuşdur. Yaşayış məntəqəsinin ərazisi vaxtilə Şahbaz bəy adlı şəxsə məxsus olduğı üçün bir müddət Şahbazbəyli, 1930-1956 illərdə isə Azərbaycan KP MK-nın birinci katibi olmuş M.C.Bağırovun şərəfınə Bağırovka adlanmışdır. 1956 ildən kənd şair M.Ə.Sabirin adını daşıyır. Ərazidə eyniadlı palçıq vulkanı da mövcuddur. Kənd əhalisi 371 nəfərdir ki, onunda 170 nəfəri kişi, 201 nəfəri isə qadınlar təşkil edir., 61 təsərrüfatı var.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Ceyms Stirlinq
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Lindsi Stirlinq
Lindsi Stirlinq (ing. Lindsey Stirling) (21 sentyabr 1986, Santa-Ana, Kaliforniya) — Amerkalı skripqaçı, musiqiçi, rəqqasə, müğənni və bəstəkar. Stirlinq, Koreografik skripka çıxışlarını və mahnı videolarını 2007-ci ildən başlayaraq rəsmi youtube kanalı vasitəsilə yayımlayır. Kanalın 9,7 milyondan çox abunəsi və 1.7 milyarddan çox baxış sayı mövcutdur. Həmçinin, 2012-ci ildə yayına başlayan şəxsi YouTube Kanalı vasitəsilə mahnı videolarının kamera arxası görüntülərini yayımlayır. Stirlinq, 2010-cu ildə, "America's Got Talent" yarışmasının dördə bir finalisti olmuşdu. 2013-cü ildə "Pentatonix" ilə bərabər "Imagine Dragons"un "Radioactive" mahnısına kover çalışması ilə YouTube Mahnı Mükavatlarından "İlin Çıxışı" mükafatını qazanmışdı. Stirlinq "Hip Hop Skripqaçı" olaraq tanınmaqdadır. == Həyatı == Lindsi Stirlinq, Santa Ana, Kaliforniyada doğuldu. Təvazökar bir uşaqlıq hayatı olmuş və ailəsinin maliyyə məhdudiyyəti səbəbiylə düzənli skripqa dərsi ala bilməmişdir.
Stirlinq Moss
Ser Stirlinq Krofard Moss, BİO (ing. Sir Stirling Craufurd Moss, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
Stirlinq mühərriki
Stirlinq mühərriki (alm: der Stirlingmotor, ing: Stirling engine) xarici yanma mühərriki olub, porşenli mühərriklər qrupuna aiddir. Bu mühərrik, XIX əsrdə onu ixtira etmiş Stirlinqin adını daşıyır. Stirlinqin ixtira etdiyi mühərrik qızdırılmış hava ilə qapalı olmayan dövrə üzrə işləyirdi. Mühərrik, böyük və ağır olaraq, natamam istilik mübadiləsinə malik idi. Ona görə də o, geniş tətbiq tapa bilməmişdir. Stirlinq mühərriki isti hava mühərriki kimi də tanınır. Xarici yanma mühərriki olan bir istilik mühərriki növüdür. İstilik mübadiləsi prosesi istiliyin mexaniki hərəkətə çevrilməsinin ideal məhsula yaxın olmasına imkan verir. (Carnot dövrünün praktik tətbiqi ilə) Müasir Stirlinq mühərriki bir-birini əvəzləyən iki izotermik və iki izoxorik prosesdən ibarət qapalı dövrə üzrə işləyir. Stirlinq mühərrikinin işləmə prosesi zamanı enerji çevrilməsində iki porşen iştirak edir: sıxışdırıcı və işçi.
Ruslan Sabirli
Satıllı (Təbriz)
Satıllı (fars. ساتللو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.365 nəfər yaşayır (247 ailə).
Sağırlı (Germi)
Sağırlı (fars. صغيرلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə).
Əjdər Sabirli
Əjdər Xanlar oğlu Sabirli (22 dekabr 1996; Tərtər rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Əjdər Sabirli 1996-cı il dekabrın 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Sabirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 8-də Talış istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əjdər Sabirli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xülya Sabirli
Xülya Sabirli və ya Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Sabirli; 17 fevral 1992, Qəbələ) — Azərbaycanlı yazıçı, jurnalist, pedaqoq və tərcüməçi. == Həyatı == Xülya Sabirli 1992-ci il fevralın 17-də ziyalı ailəsində anadan olmuşdur. İki övladı var. == Təhsili == Orta təhsilini 1998–2009-cu illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. O, 2017-2020-ci illərdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda doktorantura səviyyəsi üzrə təhsilini davam etdirmişdir. Ardınca Amerikanın Vaşinqton universiteti ilə Azərbaycan Dövlət Pedaqoji universitetinin "Təhsilin idarəedilməsi" ixtisası üzrə magistratura ikili diplom proqramında təhsil almışdır. == Fəaliyyəti == Xülya Sabirli peşəkar əmək fəaliyyətinə 2012-ci ildə Lider televiziyasında jurnalist və teleaparıcı kimi başlayıb.
Alp satiri
Amasiya satiri
Amasiya satiri — Kəpənək növlərindən biridir, marigold ailəsinə aiddir. == Latın adı etimologiyası == Amasinus (toponimik) — Amasya — Türkiyədə yerləşib. == Alan == Bu sahə Kiçik Asiyadan Orta Şərqə, Qafqaz, Dağıstan, Azərbaycan və Türkiyə daxil olmaqla Transkafkasiyaya qədər uzanır.Şərqi Avropaada bu dağətəyi və dağlıq Dağıstanda yerləşir: Sarykum barxanı, Talqa dərəsi, Chonkatau sırtı, s. Kaka-Şura, qonşuluq kəndləri Ahty. Kəpənəklər dəniz səviyyəsindən 200–2000 m yüksəkliklərdə və daşqın ağacları ilə yaxşı istilənilən dağlıq çöllərdə yaşayır. == Biologiya == Bir il ərzində bir nəsil inkişaf edir. Uçuş vaxtı iyun ayının əvvəlindən Avqustun birinci gününə qədər davam edir. Eyni zamanda, kəpənəklər geniş yayılmış qanadları ilə titrəyirlər ki, bu da onların çox yavaş-yavaş uçmasına imkan verir. Kəpənəklər sığınacaqdakı müxtəlif çiçəklərin nektarı ilə bəslənirlər.
Şairli (Germi)
Şairli (fars. شاعرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 226 nəfər yaşayır (45 ailə).
Ceyms Stirlinq (dəqiqləşdirmə)
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Ceyms Stirlinq (iqtisadiyyatçı)
Ceyms Hatçison Stirlinq (ing. James Hutchison Stirling; 1820–1909) — şotlandiyalı idealist filosof, neohegelçiliyin banilərindən biri. == Bioqrafiyası == Ceyms Stirlinq 22 iyun 1820-ci ildə Qlazqoda anadan olub. Edinburq Universitetinin məzunu; təhsil sahəsi həkimdir. Almaniyada fəlsəfə təhsili alıb. 1865-ci ildə "Hegelin sirri" kitabı ilə o, Böyük Britaniyada fəlsəfənin öyrənilməsinə böyük maraq oyatdı. Bu kitabın nəşri ilə ölkədə neo-hegelçilik yaranır. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdəki əsas nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart və Robin Corc Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelizmi) öz fəaliyyətini dayandırdı.
Ceyms Stirlinq (memar)
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. == Həyatı == II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.