Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şamaxı
Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzidir. Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir. == Etimologiyası == S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir.
Şaxtalı (Marağa)
Şaxtalı (fars. شخته لو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (6 ailə).
Acıdərə (Şamaxı)
Acıdərə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 25 km cənubdadır. Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndidir. == Tarixi == Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış çıraqlı tayfasının qışlaq yeri olmuşdur. 1896-cı ildə çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan poçt (çaparxana) ətrafında məskunlaşmışlar. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlandırılmışdır. == Əhalisi == Әһalisi 1 nəfərdir, 3 təsərrüfatı var (2009).
Acıçay (Şamaxı)
Acıçay — Şamaxı rayonunda çay (Çigilçay hövzəsi). == Toponimikası == Çay Tudar kəndinin yaxınlığından axır. Tüdar da adlanır. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Adnalı (Şamaxı)
Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ələt-Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub-qərbdə yerləşir. == Əhalisi == Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 175 təsərrüfat var. == Mədəniyyəti == Kənddə klub və kitabxana var. == Təhsil == Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. == Din == Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Bağırlı (Şamaxı)
Bağırlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlı Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin cənub ətəyində, Bulanıqsu çayının sahilindədir. Tam adı Lələ Bağırlıdır. Kəndin adı keçmışdə qışı Ərəş qəzasında, yayı isə Kəlbəcər yaylaqlarında maldarlıqla məşğul olmuş bir elatın adındandır.1919-cu il tarixində ermənilər tərəfindən Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. == Əhalisi == Kənd əhalisi 2077 nəfərdir ki, onunda 1042 nəfəri kişi, 1035 nəfəri isə qadınlar təşkil edir.
Ciyər axşamı
Ciyər axşamı — Azərbaycanda toy adətlərindən biri. Bəzi yerlərdə ona toy axşamı da deyirlər. Ciyər axşamı Azərbaycan toylarının təşkili ilə bağlı həyata keçirilən mərasimlərdən biridir — bu zəhmətkeş insanların yardımlaşma mərasimi və toyda çəkdikləri əziyyətin bəhrəsini gördükləri məclisdir. Ciyər axşamı toplum olaraq yardımlaşmağın da ən gözəl nümunələrindən biridir. Ciyər axşamına əsasən rayonlarıda daha çox rast gəlinir, xüsusilə də kənd yerlərində bu məclis geniş yayılıb. Şəhər toylarında isə bu ənənəyə son dövrlərdə çox nadir hallarda rast gəlinir. Ciyər axşamının iştirakçıları məhdud sayda, ilk növbədə də toy üçün heyvan kəsimində iştirak edən şəxlərdən və bəyin ən yaxın qohum və qonşularından, sağdışı, solduşu olan dostlarından ibarət olur. Toy üçün ət tədarükü görüldükdən sonra toy mağarının qurulmasında zəhmət çəkənlər üçün, heyvanların kəsilməsində, ətin doğranmasında iştirak edənlər üçün kəsilən heyvanın toyda istifadə olunmayacaq ciyər-içalat hissələrindən, bəzən ətindən də yemək bişirilir. Ciyər axşamında həm də toyun ssenarisi və toyla bağlı digər məsələlər də müzakirə olunur. Mövcud problemlərin və yarana biləcək problemlərin aradan qaldırılması üçün məsləhətləşmələr aparılır.
Cümə axşamı
Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür. Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır. İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir. Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir. Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi. Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日). Portuqalca "cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira). == Maraqlı faktlar == Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
Dəmirçi (Şamaxı)
Dəmirçi — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəmirçi Şamaxı rayonunun eyniadlı kəndin inzibati ərazi vahidində kənddir. Pirsaatçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Kənd əvvəllər Künəçayın (Dibçay) sahilində salındığına görə Künəçay adlanmışdır. Əhən kəndindən gəlmiş dəmirçi ailələri əvvəlcə mövsümi xidmətlə əlaqədar el yolunun kənarında müvəqqəti yurd, sonralar isə daimi yaşayış məntəqəsi salmışdılar. Kəndin adı sakinlərin məşğuliyyəti ilə əlaqədar olmuşdur. == Coğrafiya və iqlim == İqlimi mülayimdir, yayda sərin, qışda isə çox da sərt olmur. Bu kəndin qeyri-adi bir xüsusiyyəti də odur ki, ətraf nə qədər duman, çiskin olsa da kəndin üstü həmişə günəşli olur. Kəndin iqlim şəraiti kənar yaşayış məskənlərinkindən fərqlidir. == Əhali == Dəmirçi kəndi Dəmirçi inzibati ərazi vahidinə aiddir.
Günəşli (Şamaxı)
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. == Tarixi == Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. == Əhalisi == Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Hacılı (Şamaxı)
Hacılı — Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 346 nəfərdir ki, onunda 157 nəfəri kişi, 189 nəfəri isə qadınlar təşkil edir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, Şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Hacıqədirli (Şamaxı)
Hacıqədirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. XIX əsrdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş 84 ailədən ibarət bir elat hacıqədirli adlanırdı. Onlar yayı Dağlıq Şirvanda, qışı isə Şirvan düzündə keçirirdilər. XIX əsrin sonlarında oturaqlaşmağa başlayan hacıqədirlilər bu yaşayış məntəqələrində məskunlaşmışdılar. == Əhalisi == Kənd əhalisi 444 nəfərdir ki, onunda 215 nəfəri kişi, 229 nəfəri isə qadınlar təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Laləzar (Şamaxı)
Laləzar — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nunun Quşçu i.ə.d.-də kənd. Ləngəbiz silsiləsinın Əliçapan dağının şimal-şərqində yerləşir. Kənd əhalisi 474 nəfərdir ki, onunda 241 nəfəri kişi, 233 nəfəri isə qadınlar təşkil edir., 62 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Kərimbəyli Kiçik Quşçusu olmuşdur. Yaşayış məntəqəsi qədim türk tayfalarından olan quşçuların kərimbəyli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. 1960 illərdə adı dəyişdirilərək Laləzar adlandırılmışdır. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Meydan (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri.1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Mirikənd (Şamaxı)
Mirikənd — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Mirikənd kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin Şm.-ş ətəyindədir. Əhalisi 799 nəfərdir (2009), 170 təsərrüfatı var. 19 əsrə aid bir mənbədə Bakı quberniyasının Şamaxı qəz. Qoşun sahəsinin Meysəri kənd icmasına daxil olan Mirikənd kəndinin adı (35 ailə. 206 nəfər əhali) qeydə alınmışdır. Kəndin adı burada məskunlaşmış qaravəlli tayfasına mənub bir qrup ailələrin başçısı olmuş Miri adlı şəxsin adı ilə bağlıdır.
Muğanlı (Şamaxı)
Muğanlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şərur rayonu, Zaqatala rayonu, Zəngilan rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Bakıdan 118 km, Şamaxıdan Ağsu rayonu istiqamətinə doğru 10–12 km məsafədə yerləşir. == Əhalisi == Kənd əhalisi 1140 nəfərdir ki, onunda 574 nəfəri kişi, 566 nəfəri isə qadınlar təşkil edir.
Mədrəsə (Şamaxı)
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar. == Mədəniyyət == Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. == Din == Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Məlhəm (Şamaxı)
Məlhəm – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Burda yetişən ən böyük şairlərdən biri olararaq Əfzələddin Xaqani`ni rahatlıqla göstərə bilərik. Hal-hazırda Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən hesab olunur. Tarixdə Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olmuşdur. Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur. Elm ocaqları yerindən yeksan olub, hələ də onların qalıntıları gözlə görüləcək qədər asandır. == Mədəniyyəti == Mədəniyyəti heç təsəvvür edilməyəcək qədər zəngindir.Hələ də öz köhnə ata-baba adət ənənəsinə görə hərəkət edən yeganə kəndlərimizdən biridir.Hər bölgənin özünə məxsus mədəniyyəti vardır.Məlhəm kəndinin mədəniyyəti Azərbaycan`ın ən gözəl mədəniyyət ocaqlarından biri olaraq göstərilir.Hətta, adət ənənəsinə görə bu kənddə "Bəyin oğurlanması" adında kinofilm çəkilmişdir.Filmdə kəndin gözəl adət ənənələrindən biri olan toy mərasimi lentə alınmışdır Məşhur Bəyin oğurlanması (film, 1985) filmi Məlhəm kəndində çəkilib.
Ovculu (Şamaxı)
Ovçulu — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Ovçulu kənd i.ə.d.-nin mərkəzi. Ləngəbiz silsiləsinin yamacındadır. Kənd əhalisi 1169 nəfərdir ki, onunda 593 nəfəri kişi, 576 nəfəri isə qadınlar təşkil edir., 249 təsərrüfatı var. Kənddə Hacıbaba, Verdili, Eynəddinli, Hapıtlı, Abdullalı, Qocamanı, Pirməmmədli, Səfərli, Seyidli, Rəhimuşağı, İsmayıluşağı, Hüseynuşağı, Fərhadlı, (Əhməd) uşağı adlı tirə və nəsillər vardır. Yaşayış məntəqəsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə 19 əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır.
Pirqulu (Şamaxı)
Pirqulu – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının yaşaması üçün salınmışdır. == Coğrafiyası və iqlimi == Pirqulu böyük turizm zonasıdır.
Qaladərəsi (Şamaxı)
Qaladərəsi – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-də kənd. Qala çayının (Ağsu çaynın qolu) sahilində, dağətəyi ərazidədir. Əhalisi 143 nəfərdir (2009), 36 təsərrüfatı var. İlkin əhalisi qonşu Qaleybuğurd və başqa kəndlərdən gələrək qazmalar şəklində məskunlaşarmış və sonralar kənd yaşayış məskəni kimi formalaşmışdır. Qaladərəsi kəndi yerləşdiyi ərazinin relyefinə uyğun Qaleybuğurd qalasına yaxın çay dərəsində yerləşdiyinə görə Qaladərəsi adlandırılmışdır. == Əhalisi == Kənd əhalisi 140 nəfərdir ki, onunda 64 nəfəri kişi, 78 nəfəri isə qadınlar təşkil edir.
Qaravəlli (Şamaxı)
Qaravəlli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.
Qonaqkənd (Şamaxı)
Qonaqkənd – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Qonaqkənd kəndi Hacılı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qonaqkənd kənd Soveti yaradılmışdır. == Tarixi == XIX əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. XIX əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. 1919-cu il tarixində ermənilər tərəfindən 155 evlik Qonaqkənd kəndində 25 kişi, 5 qadın, 4 uşaq öldürülmüşdür. Kənd əhalisi 882 nəfərdir ki, onun da 416 nəfəri kişi, 466 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 166 təsərrüfat var.
Qurdtəpə (Şamaxı)
Qurdtəpə (əvvəlki adı: Novodmitriyevka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Muğanlı kənd inzibati-ərazi vahidi tərkibindəki Novodmitriyevka kəndi Qurdtəpə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Qurdtəpə kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qurdtəpə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1874-cü ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitriyevka adlandırılmışdır. 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinə aid xəritədə Şamaxı qəzasında Novodmitrovka kəndi ilə yanaşı, ondan az aralı, cənubda, Meysəri kəndindən şimali-qərbində Qurdtəpəsi (Kurd təpəsı yazılış formasında) adlı kəndin olması göstərilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra kəndin əvvəlki Qurdtəpə adı bərpa edilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qurdtəpə yaylasında yerləşir. == Əhalisi == 1886-cı il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitriyevka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır. Hazırda kənd əhalisi 741 nəfərdir ki, onun da 373 nəfəri kişi, 368 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 139 təsərrüfatı var.
Sasani
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Samsalı (Urmiya)
Samsalı (fars. سامسالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 47 nəfər yaşayır (12 ailə).
Sassari Universiteti
Sassari Universiteti (it. Università degli Studi di Sassari) — İtaliyanın Sassari şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Sassari Universitetinin əsası 1562-ci ildə qoyulmuşdur.
Saxsılı (Heris)
Saxsılı (fars. ساخسلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (33 ailə).
Saxsılı (Nəmin)
Saxsılı (fars. ساقصلو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 603 nəfər yaşayır (123 ailə).
İznik saxsısı
İznik saxsısı ilk olaraq XV əsrdə ortaya çıxmışdır. O dövrdə hazırlanan Bursa Yaşıl Məscidində və Türbəsində (1421), Bursa Muradiyə Məscidində (1426) ilk nümunələrinə rast gəlinir. XVI əsrdə isə Osmanlı Dövlətinin güclənməsi və yeni formaların ortaya çıxması ilə İznik saxsısı ən möhtəşəm günlərini yaşadı. Bu dövrdə tikilən Süleymaniyyə Məscidində və Səlimiyə kimi əsərlərdə İznik saxsıları ilə müxtəlif bəzəmələr edilmişdir. XVII əsrdə isə İznik Saxsısı itməyə başlamış və XVIII əsrin əvvəllərində tamamilə məhv olmuşdur. 300 il aradan sonra 1985-ci ildə Faiq Krımlı Usta, İstanbuldan İznikə gələrək Əşrəf Əroğlu və xanımı Seyhan Ağayeva ilə birlikdə bir sex qurmuşdur. İznik saxsıları burada təkrar istehsal edilməyə başlanmışdır. XV və XVI əsrlərdə Osmanlı Türk Mədəniyyət Sənətinin zirvələrindən biri olan İznik saxsısını məscidlərdə, evlərdə, Türk və dünya muzeylərində mövcud nümunələri hələ də heyranlıqla izlənir. == İznik saxsısının hazırlanma mərhələləri == Naxışlarının quruluşu: İznik saxsısı müxtəlif formalarda olduğundan (boşqab, fincan və s), əvvəlcədən uyğun naxış bu görüləcək işə görə müəyyən olunur. Naxış iynələmə: Hazırlanacaq naxış kağız üzərində cizgilər iynə ilə deşilir.
Axmaxi kurqanları
Axmaxi kurqanları — Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisində Xaçınçayın sahilində Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidə.. Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur. Axmaxidəki 1 №-li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri uzanmış, üçü isə oturmuş vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış, səkkizi isə oturmuş vəziyyətdə olmuşdur. Oturmuş vəziyyətdə aşkar olunmuş skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait).
Koci Sasaki
Koci Sasaki (d. 30 yanvar 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 1 qol vurub.
Masanao Sasaki
Masanao Sasaki (d. 19 iyun 1962) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib.
Mayu Sasaki
Mayu Sasaki (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.