Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şeyxəli
Şeyxəli (Bukan)
Şeyxəli (Bukan)
Şeyxəli (fars. شيخ علي‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (42 ailə).
Şeyxəli xan
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Şeyxəli Xan Kəngərli
Şeyxəli Xan Kəngərli-Kəlbəlixanov (Naxçıvan – 1880, Ordubad, Naxçıvan qəzası) — Kəngərlilərin nümayəndəsi, hərbçi, Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, Ordubad qəzasının naibi. İkinci Rusiya-İran müharibəsi dövründə (1826–1828-ci illər) Naxçıvan ərazisində qızğın döyüşlər olub. "İranda A. P. Yermolovun elçiliyi" adlı kitabda Berje göstərir ki, Naxçıvan xanları ilə İran şahlığı arasındakı ziddiyyət baş verir. Ehsan Xan və qardaşı Şeyxəli xan rus təbəəliyini qəbul edib hərbi xidmətə girir. Qraf Paskeviç Ehsan xanı Naxçıvana, qardaşı Şeyxəli xanı isə Ordubada naib (canişin) təyin edir. Həmin vaxt – 1827-ci ilin iyul ayında İran ordusunun hərbi rəislərindən olan Kərim xan qraf Paskeviçdən özünün Naxçıvana vali təyin edilməsini xahiş edir. Lakin Paskeviç onun bu təklifini rədd edir. Odur ki, Ehsan xanın və onun qardaşı Şeyxəli xanın Naxçıvan və Ordubad valisi təyin olunmasından qəzəblənən Kərim xan rus ordusundan və Qraf Paskeviçdən intiqam almaq məqsədilə üç min nəfərlik qoşunla Ordubad qalasına – Şeyxəli xanın üzərinə hücum edir. O, rus ordusu qərargahının rəisi general Muravyovu Ehsan xanla birlikdə Ordubad qalasında mühasirəyə alır. Lakin Ehsan xan qardaşı Şeyxəli xanla birləşərək general Muravyovun başçılıq etdiyi rus qoşununu mühasirədən çıxarıb, Vənənd – Çənnəb yolu ilə Əlincə qalasına gətirir.
Şeyxəli xan Qubalı
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Şeyxəli xan Zəngənə
Şeyxəli xan Əlibala bəy oğlu Zəngənə (1609-1691) — Səfəvilər dövlətinin baş vəziri. Şeyxəli xan Əlibala bəy oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1653-cü ildə Kirmanşahın hakimi təyin edildi. Şeyxəli xan Zəngənə 1669-cu ildən 1691-ci ilədək II Şah Səfinin (Şah Süleyman Səfəvi) baş vəzi, etimadüddövləsi olmuşdu. Şeyxəli xan Zəngənə 1691-ci ildə vəfat edib. Şeyxəli xan Zəngənənin Şahqulu xan, Hüseynəli xan adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şeyxəli mirzə Qovanlı-Qacar
Şeyxəli mirzə Qovanlı-Qacar (1795-?) — İran şahzadəsi, vali. Şeyxəli mirzə Fətəli şah oğlu (anası Məryəm bəyim Şeyxəli xan qızı Zənd) 1795-ci ildə anadan olub. Saray təhsili almışdı. Şeyxəlmülk ləqəbi ilə təltif edilmişdi. Atasının şahlığı dönəmində Borucird, Məlair və Tusurqanın hakimi olmuşdu. Məhəmməd şahın hakimiyyəti dönəmində tutulub Təbrizə göndərilmişdi. Şeyxəli mirzə şair idi. Şapur təxəllüsü ilə dillər əzbəri şeirlər yazmışdı. Şeirlərinin əksəriyyəti fars dilindədir. Şeyxəli mirzə Şahrux şah Qırxlı-Avşarın qızıyla, Mirzə Məhəmmədhətim xan Türkmənin bacısıyla, Hadi xan Türkmənin bacısıyla, Əmir Mirzə Məhəmməd xan Dəvəli-Qacarın qızıyla, Əbdüllətif Məlairinin qızıyla və gürcü qızıyla dünya evinə girmişdi.Nəsirəli mirzə, Əhməd mirzə, Alparslan mirzə, Qızıl Arslan mirzə, Sultan Səncər mirzə, Məhəmmədrəhim mirzə, Sultan Yusif mirzə, Ishaq mirzə, Toğrultəkin mirzə, Felullah mirzə, Məhəmmədzaman mirzə, Məhəmmədcəfər mirzə, Şahmurad mirzə, Məhəmmədkərim mirzə, Imamqulu mirzə, Məhəmmədhadi mirzə, Məhəmmədtahir mirzə, Sultan Yaqub mirzə, Vəliməhəmməd mirzə, Cəlaləddin mirzə, Əliqulu mirzə, Əbdüllətif mirzə, Əbdürrəşid mirzə, Məhəmmədsəfi mirzə, Iskəndər mirzə adlı oğulları vardı.
Şeyxəli xan (Quba xanı)
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Məryəm Şeyxəlizadəxangah
Məryəm Şeyxəlizadəxangah (18 iyul 2004, Tehran) — Azərbaycanı təmsil edən üzgüçü. Məryəm Şeyxəlizadəxangah 2015-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edib. Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə medallara sahib olub. Məryəm Şeyxəlizadəxangah Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində çıxış edən Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsinin D qrupunda 1:00.36 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Məryəm Şeyxəlizadəxangah ümumi nəticədə olimpiadanı 30-cu pillədə başa vurdu. Məryəm Şeyxəlizadəxangah 2022-ci ildə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olub.
Şeyxəlican (Maku)
Şeyxəlican (fars. شيخعلي جان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şeyxəlilər
Şeyxəlilər (fars. شيخ علي لر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (8 ailə).
Şeyxəliməhəllə (Astara, İran)
Şeyxəliməhəllə (fars. شيخ علي محله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (23 ailə).
Əli Şeyxəliyev
Şeyxəliyev Əli Dövlət oğlu (8 oktyabr 1845, Endirey, Zasulak Qumuq — 1917-ci ildən sonra) — Rus ordusunun general-mayoru (1900), Rusiya-Osmanlı müharibəsinin iştirakçısı (1877–1878), ictimai xadim, publisist, naşir, xeyriyyəçi. Əli Şeyxəliyev 1845-ci ildə Stavropol quberniyası müsəlmanlarının baş pristavı, birinci dərəcəli uzdeni, podpolkovnik Dövlət-mirzə Şeyx-Əlinin ailəsində anadan olub. Dövlət Mirzə 1848-ci ildə "Kavkaz" qəzetində qumuq xalqının tarixi və etnoqrafiyası ilə bağlı yazdığı "Qumuqun qumuqlar haqqında hekayəsi" əsərini çap etdirmişdir. Əli Şeyxəliyev 1862-ci ildə Sankt Peterburq kadet korpusunda ikinci kursu bitirdikdən sonra hərbi xidmətə başlayıb. 1877-ci ildə başlayan Rusiya-Osmanlı müharibəsində podpolkovnik Əli Şeyxəliyev Orenburq kazak alayının komandiri kimi Orloksk yüksəkliklərinin alınmasında, Alacadağ döyüşündə və Qarsın blokadasında eləcə də Qars şəhər qalasına hücumda iştirak etmişdir. 1878–1879-cu illərdə onun alayı Ərzurum şəhərinin mühasirəsində fərqlənir. General-mayor rütbəsi ilə istefaya çıxdıqdan sonra Peterburq şəhərində yaşayır və ictimai fəaliyyətlə məşğul olur. 1901-ci ildən Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyətində aktiv iştirak etməyə başlayır. Cəmiyyətin nəzdində müsəlman uşaqlar üçün sığınacağın yaradılmasının eləcə də uşaqların öz ana dilləri ilə yanaşı rus dilinin qrammatikasının ibtidai olaraq öyrənəcəkləri məktəblərin yaradılmasının təşəbbüskarı olub. Onun adına XX əsrin əvvəllərində Peterburqda, Kazanda, Orenburqdan çap olunan müsəlman qəzetlərində rast gəlmək olur.
Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şeyxəli bəy oğlu Şeyxəlibəyov (7 noyabr 1838, Şəki – 6 may 1904, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu) — dövlət xadimi, diplomat, tərcüməçi, dövlət müşaviri. 1877–1900-cü illərdə Türküstan general-qubernatorluğu idarəsində tərcüməçi işləyib. Qazax dilində çıxan ilk qəzet olan "Türküstan yerli qəzeti"nin ədəbi redaksiyasında fəal iştirak etmişdir. 1870-ci illərdə Zaman bəy Şıxəlibəyov Yeddişəhər xanlığında böyük gücə malik idi və Məhəmməd Yaqub bəy Bədaulet xana yaxın idi. Rus səyyahı Nikolay Prjevalski öz gündəliyində dəfələrlə Zaman bəyin adını çəkərək vurğulayırdı ki, Zaman bəy olmasaydı, onun səyahəti baş tutmaz və yəqin ki, sağ qala bilməzdi. 1838-ci il oktyabrın 26-da (7 noyabr) Nuxa (indiki Şəki) şəhərində anadan olub.. 1860-1867-ci illərdə Nuxa qəza məhkəməsinin katibi, 1868-1872-ci illərdə Yelizavetpol dairə məhkəməsinin Nuxa magistratura şöbəsinin pristavı vəzifəsində çalışıb. Daha sonra bir çox qafqazlı ilə birlikdə Türkiyəyə mühacirət etdi. O, rus hakimiyyətinin repressiyasından qorxduğu üçün qardaşları ilə birlikdə İstanbulda qaldı. 1870-ci illərdə Kokand xanlığının şərqində yeni dövlət - Yeddişəhər yarandı və burada Yaqub bəy öz hakimiyyətini elan etdi.
Şeyxvəli (Şəbüstər)
Şeyxvəli (fars. شيخ ولي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 763 nəfər yaşayır (193 ailə).
Şeyxli (Meşkinşəhr)
Şeyxli (fars. شيخ لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 162 nəfər yaşayır (38 ailə).
Seyfəli
Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Seyfəli
Aşağı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Seyfəli Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində de Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məşğul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim "Aşağıda yerləşən Seyfəli kəndi" mənasındadır.
Seyfəli Rəfiyev
Yuxarı Seyfəli
Yuxarı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 3725 nəfərdir ki, onunda 1819 nəfəri kişi,1906 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Şeyxalı (Xudabəndə)
Şeyxalı (fars. شيخ الو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 771 nəfər yaşayır (160 ailə).
Seydəli xan Dərgəzi
Seydəli xan Çavuşlu (1856 – 1914) — Çavuşlu oymağının ədib, xan və şairlərindən idi. O, Süleyman xan Çavuşlu Dərgəzin hakiminin oğlu və Məhəmmədəli xan Mənsurülmük və briqadir-general Allahyar xan bəylərbəyinin qardaşı idi. Mirzə Mehdi Gilaninin(Xədiv təxəllüslü) yanında dərs almışdır.Şeirlərinin birində Çavuşlu oymağının 400 illik tarixçəsinə işarə edir. Onun, yaxşı yaddaşı var idi və 50000 beyt farsca, ərəbcə və türkcə şeiri əzbər idi.
Seyfəli bəy Baharlı
Meyvəli
Meyvəli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə. Meyvəli (Fındıqlı) — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Şeyinli
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Şeyximli
Şeyximli (fars. شيخملو‎) — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Mərkəzi bəxşinin Cənubi Üzümdil dehestanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. 2006-cı il məlumatına görə kənddə 253 nəfər yaşayırdı (51 ailə).
Şeyxlər
‎Şeyxlər (Meşkinşəhr)
Aşağı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Koroğlu heykəli
Koroğlu heykəli (Bakı)
Koroğlunun heykəli
Koroğlu heykəli (Bakı)
Meyvəli (Fındıqlı)
Meyvəli — Rizə vilayətinin Fındıklı rayonunda kənd.
Meyvəli (Yevlax)
Meyvəli — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində qəsəbə.
Meyvəli bazarı
Meyvəli bazarı — Meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazası. Bazar Qaradağ rayonunun Lökbatan–Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Baza həmçinin Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədədir. Regionda ən böyük Meyvə Tərəvəz Bazasıdır. Meyvəli Məhdud Məsuliyyətli Cəmiyyəti 16 may 2008-ci ildə bir qrup işadamı tərəfindən təsis edilmişdir. Meyvəli MMC-nin əsas faaliyət istiqaməti Meyvə və Tərəvəzlərin Topdan və Pərakəndə Satış işinin təşkilidir. Meyvəli MMC-nin əsas yaranma məqsədi Azərbaycan Respublikasında ölkə əhalisinin tələblərinə cavab verə bilən və yerli fermerlərin kənd təsərrüfatı məhsullarını keyfiyyətli və rahat şəkildə yerli bazara çıxarılmasını təmin etməkdir. Bunun üçün Meyvəli Bakı şəhərinin girişində yerləşməklə ölkənin hər bir istəqamətindən gətirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə paytaxta gətirilməsinə şəait yaratmışdır. Bundan əlavə Meyvəli tikilib yerli fermelərin istifadəsinə verilən soyuducu anbarda kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən əhalinin istifadəsinə verilməsi də bu məqsədə qulluq etməkdədir. Ən əsası olaraq da, ölkəmizdə müasir standartlara tələb verən Meyvəlinin qurulması nəinki regionda və hətta MDB məkanında analoqu olmayan bir Meyvə Tərəvəz Bazası olmaqla ölkənin inkişaf tempinə ozdəstəyi və əhalinin rifahini yaxşılaşdırılması və yeni iş yerlərinin açılması baxımından oz əvəzedilməz tovhəsini vermiş və bununla da ölkə rəhbərliyinə bir dəstək nümunəsi nümayiş etdirmişdir.
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Meyvəli bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Meyvəli knedlik
Meyvəli knedliklər-Çex, Avstriya və Polşa mətbəxində rast gəlinən yeməkdir.Knedliklər tvaroqlu, kartoflu və drojılı xəmirdən hazırlanır. İçlik kimi çox vaxt meyvə və giləmeyvələrdən, məs ərik, qaraqarağat, çiyələk və s.ola bilər. Son mərhələsində knedliklər isti suda qaynadılır. Süfrəyə təqdim olunan zaman üzərində tvaroq, şəkər və qaynar yağ əlavə edilir. Bəzən knedliklərin içərisinə qıyma əlavə edilir ki, bu zaman o qıymalı knedliklər adlanır. Çexiyada kəsilmiş knedliklər daha məşhurdur.
Meyvəli salat
Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növü. Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş (quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Meyvəli çörək
Meyvəli çörək (alm. Früchtebrot‎) — Avstriya və alman mətbəxinin ənənəvi yeməyi. Xəmirdə quru meyvələrin böyük bir payı ilə, şirin çörəklə təqdim olunur. Meyvəli çörək, adətən, kiçik çörəklər şəklində bişirilir, şirəli və möhkəm xəmirə malikdir, üzərində bəzən badam və albalı ilə bəzədilmiş qurudulmuş meyvə və qoz-fındıq görünür. Cənubi Almaniya, Avstriya və Cənubi Tirolda, milad üçün qurudulmuş armudların çörəklərə əlavə edilməsinə dair bir ənənə var idi. Dialektdən asılı olaraq, bu xəmirlərə Hutzeln, Hutzen (Alemannik dialekti) və ya Kletzen (Bavaro-Avstriya ləhcəsi) adını verdilər. Maddi rifahın artması və cənub meyvələrinin idxalatının inkişafı ilə meyvəli çörəyin üçün reseptlərə quru ərik, kişmiş, xurma, əncir və digər quru meyvələrdən daxil edilmişdir. Əvvəlcə çörək xəmirinə heç bir dadlandırıcı əlavə edilmədikdə, sonra reseptə bal və ya şəkər daxil etməyə başladı. Bəzən meyvə xəmir görünüşünü pozan normal bir maya çevrildi, lakin qurudulmuş meyvələri yandırmağa imkan verdi. Meyvəli çörək Andreyev günündə (30 noyabr) bişirilir.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Gəyəli
Aşağı Gəyəli
Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.
Seseli
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.