ŞEYXƏLİ

Şeyx Alı, Şeyx Əli; müqəddəs Əli.
ŞEYXƏDDİN
ŞEYXİ
OBASTAN VİKİ
Şeyxəli
Şeyxəli (Bukan)
Şeyxəli (Bukan)
Şeyxəli (fars. شيخ علي‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (42 ailə).
Şeyxəli xan
Şeyxəli xan Qubalı (1778, Quba şəhəri – 1810, Bakı şəhəri) — Quba xanlığının VII, sonuncu xanı (1791-1806). == Həyatı == Şeyxəli xan Fətəli xan oğlu Quba şəhərində anadan olmuşdur. 1791-ci ildən Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan əvvəlki siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi. Rus qoşunları 1806-cı ildə Quba xanlığını işğal edib, xanlığı ləğv etdi. Lakin buna baxmayaraq, Qubalı Şeyxəli xan uzun müddət işğalçılara qarşı mübarizəni qətiyyətlə davam etdirdi. Quba xanlığının tarixinin bu qısa təhlili göstərir ki, İranda bərpa olunmuş mərkəzləşmiş hakimiyyətə əvvəllər öz şəxsi xanlıq mənafeyinə görə münasibəti müsbət olmayan xanların əksəriyyəti rus təhlükəsini hiss etdikcə və çar qoşunlarının vəhşiliklərini gördükcə son pənah yeri kimi yenə də İranı görür və ondan kömək umurdular. 1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi. 1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti ələ keçirdi. 1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi.
Şeyxəli Xan Kəngərli
Şeyxəli Xan Kəngərli-Kəlbəlixanov (Naxçıvan – 1880, Ordubad, Naxçıvan qəzası) — Kəngərlilərin nümayəndəsi, hərbçi, Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, Ordubad qəzasının naibi. == Tarix == İkinci Rusiya-İran müharibəsi dövründə (1826–1828-ci illər) Naxçıvan ərazisində qızğın döyüşlər olub. "İranda A. P. Yermolovun elçiliyi" adlı kitabda Berje göstərir ki, Naxçıvan xanları ilə İran şahlığı arasındakı ziddiyyət baş verir. Ehsan Xan və qardaşı Şeyxəli xan rus təbəəliyini qəbul edib hərbi xidmətə girir. Qraf Paskeviç Ehsan xanı Naxçıvana, qardaşı Şeyxəli xanı isə Ordubada naib (canişin) təyin edir. Həmin vaxt – 1827-ci ilin iyul ayında İran ordusunun hərbi rəislərindən olan Kərim xan qraf Paskeviçdən özünün Naxçıvana vali təyin edilməsini xahiş edir. Lakin Paskeviç onun bu təklifini rədd edir. Odur ki, Ehsan xanın və onun qardaşı Şeyxəli xanın Naxçıvan və Ordubad valisi təyin olunmasından qəzəblənən Kərim xan rus ordusundan və Qraf Paskeviçdən intiqam almaq məqsədilə üç min nəfərlik qoşunla Ordubad qalasına – Şeyxəli xanın üzərinə hücum edir. O, rus ordusu qərargahının rəisi general Muravyovu Ehsan xanla birlikdə Ordubad qalasında mühasirəyə alır. Lakin Ehsan xan qardaşı Şeyxəli xanla birləşərək general Muravyovun başçılıq etdiyi rus qoşununu mühasirədən çıxarıb, Vənənd – Çənnəb yolu ilə Əlincə qalasına gətirir.
Şeyxəli xan Qubalı
Şeyxəli xan Qubalı (1778, Quba şəhəri – 1810, Bakı şəhəri) — Quba xanlığının VII, sonuncu xanı (1791-1806). == Həyatı == Şeyxəli xan Fətəli xan oğlu Quba şəhərində anadan olmuşdur. 1791-ci ildən Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan əvvəlki siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi. Rus qoşunları 1806-cı ildə Quba xanlığını işğal edib, xanlığı ləğv etdi. Lakin buna baxmayaraq, Qubalı Şeyxəli xan uzun müddət işğalçılara qarşı mübarizəni qətiyyətlə davam etdirdi. Quba xanlığının tarixinin bu qısa təhlili göstərir ki, İranda bərpa olunmuş mərkəzləşmiş hakimiyyətə əvvəllər öz şəxsi xanlıq mənafeyinə görə münasibəti müsbət olmayan xanların əksəriyyəti rus təhlükəsini hiss etdikcə və çar qoşunlarının vəhşiliklərini gördükcə son pənah yeri kimi yenə də İranı görür və ondan kömək umurdular. 1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi. 1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti ələ keçirdi. 1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi.
Şeyxəli xan Zəngənə
Şeyxəli xan Əlibala bəy oğlu Zəngənə (1609-1691) — Səfəvilər dövlətinin baş vəziri. == Həyatı == Şeyxəli xan Əlibala bəy oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1653-cü ildə Kirmanşahın hakimi təyin edildi. Şeyxəli xan Zəngənə 1669-cu ildən 1691-ci ilədək II Şah Səfinin (Şah Süleyman Səfəvi) baş vəzi, etimadüddövləsi olmuşdu. Şeyxəli xan Zəngənə 1691-ci ildə vəfat edib. == Ailəsi == Şeyxəli xan Zəngənənin Şahqulu xan, Hüseynəli xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şeyxəli mirzə Qovanlı-Qacar
Şeyxəli mirzə Qovanlı-Qacar (1795-?) — İran şahzadəsi, vali. == Həyatı == Şeyxəli mirzə Fətəli şah oğlu (anası Məryəm bəyim Şeyxəli xan qızı Zənd) 1795-ci ildə anadan olub. Saray təhsili almışdı. Şeyxəlmülk ləqəbi ilə təltif edilmişdi. Atasının şahlığı dönəmində Borucird, Məlair və Tusurqanın hakimi olmuşdu. Məhəmməd şahın hakimiyyəti dönəmində tutulub Təbrizə göndərilmişdi. == Yaradıcılığı == Şeyxəli mirzə şair idi. Şapur təxəllüsü ilə dillər əzbəri şeirlər yazmışdı. Şeirlərinin əksəriyyəti fars dilindədir. == Ailəsi == Şeyxəli mirzə Şahrux şah Qırxlı-Avşarın qızıyla, Mirzə Məhəmmədhətim xan Türkmənin bacısıyla, Hadi xan Türkmənin bacısıyla, Əmir Mirzə Məhəmməd xan Dəvəli-Qacarın qızıyla, Əbdüllətif Məlairinin qızıyla və gürcü qızıyla dünya evinə girmişdi.Nəsirəli mirzə, Əhməd mirzə, Alparslan mirzə, Qızıl Arslan mirzə, Sultan Səncər mirzə, Məhəmmədrəhim mirzə, Sultan Yusif mirzə, Ishaq mirzə, Toğrultəkin mirzə, Felullah mirzə, Məhəmmədzaman mirzə, Məhəmmədcəfər mirzə, Şahmurad mirzə, Məhəmmədkərim mirzə, Imamqulu mirzə, Məhəmmədhadi mirzə, Məhəmmədtahir mirzə, Sultan Yaqub mirzə, Vəliməhəmməd mirzə, Cəlaləddin mirzə, Əliqulu mirzə, Əbdüllətif mirzə, Əbdürrəşid mirzə, Məhəmmədsəfi mirzə, Iskəndər mirzə adlı oğulları vardı.
Şeyxəli xan (Quba xanı)
Şeyxəli xan Qubalı (1778, Quba şəhəri – 1810, Bakı şəhəri) — Quba xanlığının VII, sonuncu xanı (1791-1806). == Həyatı == Şeyxəli xan Fətəli xan oğlu Quba şəhərində anadan olmuşdur. 1791-ci ildən Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan əvvəlki siyasəti kökündən dəyişərək Ağa Məhəmməd şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi. Rus qoşunları 1806-cı ildə Quba xanlığını işğal edib, xanlığı ləğv etdi. Lakin buna baxmayaraq, Qubalı Şeyxəli xan uzun müddət işğalçılara qarşı mübarizəni qətiyyətlə davam etdirdi. Quba xanlığının tarixinin bu qısa təhlili göstərir ki, İranda bərpa olunmuş mərkəzləşmiş hakimiyyətə əvvəllər öz şəxsi xanlıq mənafeyinə görə münasibəti müsbət olmayan xanların əksəriyyəti rus təhlükəsini hiss etdikcə və çar qoşunlarının vəhşiliklərini gördükcə son pənah yeri kimi yenə də İranı görür və ondan kömək umurdular. 1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanın hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi. 1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti ələ keçirdi. 1806-cı il sentyabrın 5-də general Bulqakovun komandanlığı ilə rus qoşunu yenidən Bakı üzərinə hücuma keçdi.
Məryəm Şeyxəlizadəxangah
Məryəm Şeyx Əlizadə (fars. مریم شیخ علیزاده‎ tam qanuni adı ilə Məryəm Şeyxəlizadəxangah; 18 iyul 2004, Tehran) — Güney Azərbaycanlı Üzgüçüdür, Azərbaycan Milli Üzgüçülük Komandasının üzvüdür. O ata tərəfdən Təbriz, ana tərəfdən isə Urmiyalıdır. Qadınlar arasında 100 metr məsafəyə kəpənək üzmək üçün 2020 Olimpiadasının seçmə vaxtını qarşılamış və Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında təmsil edəcəkdir. == Erkən həyat == 17 iyul 2004-cü ildə Tehran şəhərində anadan olub. Üzməyə 3 yaşında başladı. 11 yaşında ikən, Təbrizdə keçirilən İslam ölkələri üzrə Azərbaycan şəhidləri kuboku kubokunun son yarışlarında 13 milli rekordu qırdı və ən sürətli qadın adını qazandı. İranda üzgüçülükdə. 11 yaşında Azərbaycan Üzmə Federasiyası tərəfindən dəvət alındı və karyerasını Azərbaycan Respublikasının Üzmə Milli Komandasında davam etdirmək üçün Bakı getdi. Məryəm, müxtəlif üzgüçülük yarışlarında və Budapeştdə beynəlxalq üzgüçülük yarışlarında iştirak etdikdən sonra bu idman növü üzrə Tokio 2020-yə vəsiqə qazandı.
Şeyxəlican (Maku)
Şeyxəlican (fars. شيخعلي جان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şeyxəlilər
Şeyxəlilər (fars. شيخ علي لر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (8 ailə).
Şeyxəliməhəllə (Astara, İran)
Şeyxəliməhəllə (fars. شيخ علي محله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (23 ailə).
Əli Şeyxəliyev
Şeyxəliyev Əli Dövlət oğlu (8 oktyabr 1845, Endirey, Zasulak Qumuq — 1917-ci ildən sonra) — Rus ordusunun general-mayoru (1900), Rusiya-Osmanlı müharibəsinin iştirakçısı (1877–1878), ictimai xadim, publisist, naşir, xeyriyyəçi. == Həyatı və fəaliyyəti == Əli Şeyxəliyev 1845-ci ildə Stavropol quberniyası müsəlmanlarının baş pristavı, birinci dərəcəli uzdeni, podpolkovnik Dövlət-mirzə Şeyx-Əlinin ailəsində anadan olub. Dövlət Mirzə 1848-ci ildə "Kavkaz" qəzetində qumuq xalqının tarixi və etnoqrafiyası ilə bağlı yazdığı "Qumuqun qumuqlar haqqında hekayəsi" əsərini çap etdirmişdir. Əli Şeyxəliyev 1862-ci ildə Sankt Peterburq kadet korpusunda ikinci kursu bitirdikdən sonra hərbi xidmətə başlayıb. 1877-ci ildə başlayan Rusiya-Osmanlı müharibəsində podpolkovnik Əli Şeyxəliyev Orenburq kazak alayının komandiri kimi Orloksk yüksəkliklərinin alınmasında, Alacadağ döyüşündə və Qarsın blokadasında eləcə də Qars şəhər qalasına hücumda iştirak etmişdir. 1878–1879-cu illərdə onun alayı Ərzurum şəhərinin mühasirəsində fərqlənir. General-mayor rütbəsi ilə istefaya çıxdıqdan sonra Peterburq şəhərində yaşayır və ictimai fəaliyyətlə məşğul olur.1901-ci ildən Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyətində aktiv iştirak etməyə başlayır. Cəmiyyətin nəzdində müsəlman uşaqlar üçün sığınacağın yaradılmasının eləcə də uşaqların öz ana dilləri ilə yanaşı rus dilinin qrammatikasının ibtidai olaraq öyrənəcəkləri məktəblərin yaradılmasının təşəbbüskarı olub. Onun adına XX əsrin əvvəllərində Peterburqda, Kazanda, Orenburqdan çap olunan müsəlman qəzetlərində rast gəlmək olur. 1914-cü ildə müsəlman qəzeti olan Nur onun baş redaktorluğu və naşirliyi ilə fəaliyyət göstərməyə başlayır.
выле́чивать закле́ивать лао́сцы наслажда́ться прелюбе́зный искривлённый отёл слухопротези́рование сюр увели́чивать фармакохими́ческий almandine ball-up di- fireclay prost воспевать завёртываться лакричный нерешимость несерьёзный огуречный отшельничество половик страница